Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə34/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   30   31   32   33   34   35   36   37   ...   124

Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
çıxarır.  Qeyd  edilən  prinsiplərin  kolliziyası  nəticəsində  bir  hüquqi 
şəxs  eyni  vaxtda  bir-  neçə  dövlətə  mənsub  və  yaxud  "milli  mən- 
subiyyətsiz"  ola  bilər.  Vəziyyətdən  çıxış  yolu  kimi  son  dövrlərdə 
ayrı-ayrı dövlətlərin qanunvericiliklərində bir deyil, bir neçə prinsipin 
nəzərdə tutulması müşahidə olunur. Məsələn, ABŞ qanunvericiliyinə 
görə  məhkəmə  aidiyyətinin  müəyyən,  edilməsi  ilə  əlaqədar 
inkorporasiya prinsipi, vergi tutmaları ilə bağlı fəaliyyət yeri prinsipi 
tətbiq edilir. 1979-cu il Macarıstan beynəlxalq xüsusi hüquq haqqında 
qanununun mövqeyi bu baxımdan daha maraqlıdır. Həmin qanunun 
18-ci  paraqrafına  görə  hüquqi  şəxsin  şəxsi  qanunu  onun  qeydə 
alındığı yerin qanunu hesab edilir. Əgər hüquqi şəxs bir neçə dövlətin 
qanunvericiliyinə  uyğun  qeydə  alınıbsa  və  yaxud  onun 
nizamnaməsində  göstərilən  inzibati  mərkəzin  yerləşdiyi  yerin 
qanununa görə qeydə alınma tələb edilmirsə, onda onun şəxsi qanunu 
kimi nizamnaməsində göstərilən yerləşdiyi yerin qanunu tətbiq edilir. 
Əgər hüquqi şəxsin nizamnaməsinə görə yerləşdiyi yeri yoxdursa və 
yaxud  bir  neçə  yerləşdiyi  yeri  varsa  və  o,  müvafiq  dövlətlərin  heç 
birində qeydə aimmayıbsa, onda onun şəxsi qanunu mərkəzi inzibati 
aparatının yerləşdiyi ərazinin mənsub olduğu dövlətin qanunu hesab 
olun ur. 
§ 2. Azərbaycan Respublikasında xarici hüquqi 
şəxslərin hüquqi vəziyyəti 
Azərbaycan  Respublikasının  ərazisində  xarici  hüquqi  şəxslərin 
hüquqi  vəziyyəti  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyən  edilir.  Bu  barədə  müddəalar  Azərbaycan  Respublikasının 
qanunlarında, qanun qüvvəli aktlarında, Azərbaycan Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. 
Hüquqi  şəxsin  şəxsi  statutu  (şəxsi  qanunu),  onun  dövlət 
mənsubiyyətinin 
müəyyən 
edilməsi 
üçün 
Azərbaycan 
Respublikasının  qanunvericiliyində  inkorporasiya  prinsipindən 
istifadə edilmişdir. 
106 


§ 2. Azərbaycan Respublikasında xarici hüquqİ şəxslərin hüquqi vəziyy'əti 
Bu  barədə  Azərbaycan  Respublikasının  “Beynəlxalq  xüsusi  hüquq 
haqqında”  Qanununun  12-ci  maddəsində  birbaşa  göstəriş  vardır; 
"Hüquqi  şəxsin  təsis  edildiyi  ölkənin  hüququ  onun  istinad  etdiyi 
qanun  hesab  edilir".  Yeri  gəlmişkən,  qeyd  edilən  nonnada  fiziki 
şəxslərə  münasibətdə  olduğu  kimi  qanunverici  "şəxsi  qanun" 
ifadəsindən  imtina  etmiş,  onu  "istinad  etdiyi  qanun"  formasında 
vermişdir. 
Hüquqi  şəxsin  milli  və  ya  xarici  olmasını  müəyyən  etməklə 
əlaqədar bəzi hallarda qanunvericilikdə oturaqlıq prinsipinə  də işarə 
edilir. 21 oktyabr 1994-cü il “Valyuta tənzimi haqqında” Azərbaycan 
Respublikası  Qanununda  valyuta  tənzimində  iştirak  edən  yerli  və 
xarici subyektləri fərqləndirmək üçün "rezident" və "qeyri-rezi- dent" 
anlayışlanndan  istifadə  edilib.  Adı  çəkilən  qanunun  1-ci  maddəsinə 
görə  "qeyri-rezident"  kateqoriyasına  aşağıdakılar  aid  edilir: 
Azərbaycan  Respublikası  hüdudlarından  kənarda  daimi  yaşayış  yeri 
olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki 
şəxslər;  xarici  dövlətlərin  qanunvericiliyinə  müvafiq  surətdə 
yaradılmış,  Azərbaycan  Respublika.sının  hüdudlarından  kənarda 
yerləşən  hüquqi  şəxslər  və  hüquqi  şəxs  olmayan  müəssisə  və 
təşkilatlar; xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə 
beynəlxalq  təşkilatlar,  onların  fiüallan  və  nümayəndəlikləri;  xarici 
hüquqi  şəxslərin  Azərbaycan  Respublikasında  yerləşən  filialları  və 
nümayəndəlikləri. 
Qanunun  mətnində  xarici  hüquqi  şəxsin  şəxsi  mənsubiyyəti  ilə 
əlaqədar  onun  xarici  dövlətlərin  qanunvericiliyinə  müvafiq  surətdə 
yaradılması və "Azərbaycan Respublikasının hüdudlarından kənarda 
yerləşməsi" prinsiplərindən istifadə edilmişdir. 
Bunlardan  əlavə  Azərbaycan  Respubikasmın  qanunvericiliində 
hətta nəzarət nəzəriyyəsinin elementlərinə də təsadüf edilir. Bununla 
bağlı  "Kütləvi  informasiya  vasitələri  haqqında"  Azərbaycan 
Respublikasının  qanununun  82-ci  maddəsinə  müraciət  edək.  Orada 
deyilir: "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan 
107 


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
Respublikasının  ərazisində  kütləvi  informasiya  vasitəsi  təsis  etməsi 
Azərbaycan  Respublikasının  bağladığı  dövlətlərarası  müqavilə  ilə 
tənzimlənir  (xarici  dövlətin  hüquqi  şəxsi  dedikdə,  nizamnamə 
kapitalının  və  ya  səlimlərinin  30%-dən  çoxunun  xarici  dövlətlərin 
hüquqi  şəxslərinə  və  ya  vətəndaşlarına  məxsus  olan  və  ya 
təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və 
ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür)". Normanın mətnindən 
göründüyü  kimi  qanunverici  hüquqi  şəxsin  xarici  dövlətə  mənsub 
olma  meyarını  müəyyən  edərkən  məhz  nəzarət  nəzəriyyəsi 
mövqeyindən çıxış etmişdir. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  13-cü  maddəsi  ilə  hüquqi  şəxsin  hüquq  və  fəaliyyət 
qabiliyyəti onun şəxsi qanunu ilə müəyyən olunur. Bu qayda hüquqi 
şəxsin  nümayəndəliyinə  və  filialına  da  şamil  edilir.  Eyni  zamanda. 
hüquqi  şəxsin,  onun  filial  və  nümayəndəliyinin  adı,  ondan  istifadə, 
onun müdafiəsi də hüquqi şəxsin şəxsi qanunu İlə müəyyən olunur. 
Azərbaycan  Respublikasında  xarici  hüquqi  şəxsin  hüquqi 
vəziyyətinin  əsasında  milli  rejim  prinsipi  durur.  Xarici  hüquqi 
şəxslərə milli rejim verilməsinin normativ əsası kimi əvvəlki fəsildə 
istinad  etdiyimiz  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  3 
maddəsinin  2-ci  hissəsi,  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Qanunun  15-ci  maddəsi  çıxış  edir.  Xarici  hüquqi  şəxs  Azərbaycan 
Respublikasının  hüquq  sisteminə  bəlli  olmayan  hüquqlardan 
istifadəni  tələb  edə  bitməz.  Bununla  əlaqədar  olaraq  “Beynəlxalq 
xüsusi hüquq haqqında” Qanunun ! 3-cü maddəsinin 2-ci hissəsində 
deyilir;  "Xarici  hüquqi  şəxs  onun  orqanının  (fılialımn)  və  ya 
nümayəndəsinin  əqd  bağladığı  ölkənin  hüququna  uyğun  olaraq 
qadağan edilən həmin əqdi bağlaya bilmədiyinə görə səlahiyyətinin 
məhdudlaşdın 1- masına etiraz edə bilməz". 
Qeyd  edilən  sənədlər  əsasında  xarici  hüquqi  şəxslərə  mülki 
dövriyyədə milli rejim verilməsi qanunvericİni konkret istiqamət 
108 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə