Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 3, Azad iqtisadi zonalarda xarici investisiyalar



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə42/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   38   39   40   41   42   43   44   45   ...   124

§ 3, Azad iqtisadi zonalarda xarici investisiyalar 
ta keçirilir. Bu zaman, bİr qayda olaraq, iri dəniz limanları, dəmir yol 
qovşağı, aeroportun xüsusi ərazisi və yaxud onlara bitişik rayon azad 
ticarət zonası elan edilir. Təkcə Almaniya ərazisində altı liman şəhəri 
(Bremen,  Bremerhafen,  Kukehafen,  Emden,  Kil,  Hamburq)  azad 
liman statusuna malikdir. 
Funksional  və  ya  sahəvİ  zonalar  elmi-texniki  tərəqqini 
sürətləndirmək,  bu  sahədə  beynəlxalq  əməkdaşlığı  inkişaf  etdirmək 
məqsədi ilə yaradılır. 
Beləliklə,  azad  iqtisadi  zonanın  növlərinin  geniş  spektri 
mövcuddur və onlardan hər hansı birini öz ərazisində yaratmaq hər bir 
dövlətin  suveren  hüququdur.  Azad  iqtisadi  zonanın  hüquqi  statusu 
dövlətdaxili qanunvericiliklə müəyyən edilir. Bir sıra dövlətlərdə bu 
barədə xüsusi qanunlar qəbul edilmişdir. Məsələn, ABŞ (1934- cü ildə 
qəbul  edilib),  Meksika  (1946-cı  il),  Rumıniya  (1978-ci  il).  Böyük 
Britaniya (1984-cü il), Bolqarıstan (1979-cu il) və s. dövlətlərdə azad 
iqtisadi zonalar haqqında xüsusi qanunlar mövcuddur. 
Dünyada  getdikcə  sürətlənən  inteqrasiya  prosesləri  beynəlxalq 
təşkilatlar  çərçivəsində  azad  iqtisadi  zonalann  statusu  ilə  əlaqədar 
məsələlərin həllini zəruri etmişdir. 25 iyul 1988-ci ildə Avropa İttifaqı 
Şurasının qəbul etdiyi "Azad gömrük zonalan və anbarları haqqında" 
qə- ran İttifaqın üzvü olan dövlətlərdə qüvvədədir. Həmin sənəd üzv 
dövlətlərin  ərazisində  olan  belə  zonaların  hüquqi  rejimini  müəyyən 
edir. 
“Xarici  investisiyaların  qorunması  haqqında”  Azərbaycan 
Respublikası  Qanununda  bu  baxımdan  "sərbəst  İqtisadi  zona" 
anlayışından  istifadə  edilmişdir.  Qanunun  41-ci  maddəsinə  görə 
Azərbaycan Respublikasında xarici investorların, xarici investisiyalı 
müəssisələrin  təsərrüfat  fəaliyyəti  üçün  güzəştli  rejimin  müəyyən 
edildiyi ərazi sərbəst iqtisadi zona sayılır. 
Qanun  sərbəst  iqtisadi  zonaların  yaradılması  qaydasını,  xarici 
investorların  və  xarici  investisiyalı  müəssisələrin  orada  qeydə 
alınmasını, onların təsərrüfat fəaliyyəti və başqa fəaliyyət ilə məşğul 
olması şərtlərini Azərbaycan Respublikasının sərbəst iqtisadi zonalar 
haqqında  qanunvericiliyi  ilə  müəyyən  ediləcəyini  nəzərdə  tutur. 
Gələcəkdə belə qanunun qəbul olunması istisna olunmur. 
143 


Fəsil 8. Əşya hüquqları 
§ 3. Azad iqtisadi zonalarda xarici investisiyalar 
Azad  iqtisadi  zona  dövlət  ərazisinin  elə  bir  hissəsinə  deyilir  ki, 
burada  konkret  iqtisadi  vəzifələri  yerinə  yetirməkdən  ötrü  xarici 
investorlarla birgə sahibkarlıq fəaliyyəti üçün xüsusi şərait yaradılır. 
Azad  iqtisadi  zonada  xarici  investorlar  üçün  onların  adi  təsərrüfat 
fəaliyyəti rejimindən fərqli olaraq müəyyən əlavə imtiyazlar yaradılır. 
Belə  imtiyazlar  sırasına,  bir  qayda  olaraq,  aşağıdakılar  aid  edilir: 
xarici investisiyalı müəssisələrin qeydiyyatının və ya başqa formada 
rəsmiləşdirilməsinin  sadə  qaydaları;  imtiyazlı  vergi  rejimi;  xüsusi 
gömrük  rejimi;  təbii  ehtiyatlardan  istifadə  haqqının  aşağı  olması; 
xarici vətəndaşların gediş-gəlişinin sadə qaydaları və s. 
Azad iqtisadi zonaya texnologiya, maşın və avadanlıq, xammal, 
material və yanmfabrikatlar azad və gömrüksüz gətirilir. Azad İqtisadi 
zonada  mallar  yenidən  çeşidlənir,  çəkilib-bükülür,  qablaşdırılır, 
yenidən  emal  olunur,  bundan  sonra  gömrük  vergisi  ödənilməklə 
həmin ölkənin daxili bazanna çıxarılır və ya başqa ölkələrə daşınır. 
"Azad  iqtisadi  zona"  anlayışı  belə  zonanın  yaradılmasının 
təyinatından asılı olaraq müxtəlif cür adlandırıla bilər. Bəzi ölkələrdə 
buna azad gömrük zonası (Bolqarıstan, Yuqoslaviya), digər ölkələrdə 
xüsusi  iqtisadi  zonalar  (Çin)  və  ya  azad  sənaye  zonaian  (Asiya  və 
Afrika ölkələrində), yaxud da azad sahibkarlıq zonaları (ABŞ) deyilir. 
Şərti  olaraq  azad  iqtisadi  zonaları  üç  qrupa  bölürlər:  1)  azad 
sənaye zonaları; 2) xarici ticarət zonaları; 3) funksional və ya sahəvi 
zonalar (texnoparklar, sığorta, bank zonaları və s.) 
Azad  sənaye  zonaian,  bir  qayda  olaraq,  inkişaf  etməkdə  olan 
dövlətlərdə yaradılır və belə ərazidə ticarət, valyuta, vergi, gömrüklə 
bağlı imtiyazlı hüquqi rejim mövcud olur. 
Xarici  ticarət  zonaları  daha  çox  Qərbi  Avropa  ölkələri  üçün 
xarakterikdir,  Malları  əlavə  dəyər  vergisi  və  digər  ticarət 
ödəmələrindən  azad  edən  belə  zonalarda  əmtəələrin  yüklənməsi  və 
boşaldılması,  uzun  müddətə  anbarlarda  yerləşdirilməsi,  sərgilərdə 
nümayiş etdirilməsi, çeşidlənməsi və digər bu kimi hərəkətlər həya- 
142 


§ 2. Xarici investisiyaların hüquqi tənzimi 
Qanun xarici investorlara müvafiq vergi və rüsumlar ödənildikdən 
sonra investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində 
əldə  etdikləri  gəlirləri  və  başqa  məbləğləri,  o  cümlədən 
kompensasiyaları  və  zərərin  ödənilməsi  məbləğlərini  xaricə 
köçürməsinə təminat verir. 
Qeyd  edilən  müddəalar  “İnvestisiya  fəaliyyəti  haqqında” 
Qanunda  inkişaf  etdirilmişdir.  Qanunun  6-cı  maddəsinə  görə 
Azərbaycan  Respublikasının  ərazisində  mülkiyyət  formasından  və 
təsərrüfat  fəaliyyətinin  növündən  asılı  olmayaraq  investisiya 
fəaliyyətinin  bütün  subyektləri  investisiya  fəaliyyətinin  həyata 
keçirilməsi  sahəsində  bərabər  hüquqlara  malikdir.  Qanun,  eyni 
zamanda,  investisiya  fəaliyyəti  subyektlərinin  vəzifələrini  də  onlar 
arasında  fərq  qoymadan  müəyyən  etmişdir.  Dövlət  mülkiyyət 
formasından asılı olmayaraq bütün investisiyaların, o cümlədən xarici 
investisiyanın  qorunmasına  təminat  verir.  İnvestorlar,  o  cümlədən 
xarici  investorlar  investisiyanı  idarə,  istifadə  və  ona  xitam  verməyə 
maneçilik törədə bilən ayn-seçkilik xarakterli tədbirləri istisna edən, 
habelə  qoyulmuş  sərvətlərin  və  investisiyanın  nəticələrinin 
respublikadan  aparılması  şərtləri  və  qaydasını  müəyyənləşdirən 
bərabər hüquqi rejimlə təmin olunurlar. 
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2000-ci il tarixli 
fərmanı  ilə  Azerbaycan  Respublikasında  əlverişli  investisiya 
mühitinin  formalaşması  yolu  ilə  sahibkarlığın  inkişafının 
sürətləndirilməsini,  xarici  investisiyaların  cəlb  olunması  ilə  bağlı 
görülən  işlərin  əlaqələndirilməsini  və  bu  sahədə  vahid  dövlət 
siyasətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan 
Respublikasının Xarici İnvestisiyalar Agentliyi yaradılmışdır. 
Xarici  investisiyalar  haqqında  qanunlar  bütün  MDB  ölkələrində 
qəbul  edilmiş  və  onlar  demək  olar  ki,  cüzi  fərqlərlə  eyni  məzmuna 
malikdir. 
141 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə