Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 9. Reynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə50/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   46   47   48   49   50   51   52   53   ...   124

Fəsil 9. Reynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
1961-ci  İl  Roma,  197!-ci  ii  Cenevrə  konvensiyalarının 
müddəaları  1996-ci  il  ÜƏMT-nin  icra  və  fonoqram  haqqında 
Müqaviləsində  inkişaf  etdirilmişdir.  Müqavilənin  30  ratifikasiya 
aktından sonra qüvvəyə minməsi nəzərdə tutulub. Müqavilə əvvəlki 
ikİ  konvensiya  ilə  dövlətlərin  öz  üzərinə  götürdükləri  öhdəliklərin 
yerinə yetirilməsinə mane olmur. 
Müqavilənin  4-cü  maddəsinə  görə  hər  bir  iştirakçı  dövlət  öz 
ərazisində digər iştirakçı olan dövlətin vətəndaşlarına ifa və fonoqram 
istehsalı sahəsində öz vətəndaşları üçün müəyyən etdikləri rejim, yəni 
milli  rejim  verirlər.  Müqavilə  həm  ifaçıların,  həm  də  fonoqram 
istehsalçılarının  müstəsna  hüquqlarını  müəyyən  etmişdir.  İfadan 
istifadəyə  müstəsna  hüquq  kimi  aşağıdakılar  nəzərdə  tutulur; 
yazılmamış ifalar haqqında ümumi məlumat vernıək və efirlə bildiriş, 
fonoqramda  yazılan  öz  ifanın  yenidən  düzünə  və  yanakı  ifası; 
fonoqramda  yazılmış  öz  ifanı  satmaq  və  ya  mülkiyyət  hüququnun 
digər  formada  ötürülməsi  qaydasında  kütləvi  bildiriş;  fonoqramda 
yazılmış  öz  ifanın  əslini  və  ya  surətini,  onların  hətta  kütləvi 
bildirişindən sonra kommersiya məqsədilə kirayə vernıək və s. 
.30 sentyabr 2005-ci il tarixdən etibarən Azərbaycan Respublikası 
"ÜƏMT-nın  ifalar  və  fonoqramlara  dair  Müqaviləsi’min 
iştirakçısıdır. 
Müəllitlik  və  əlaqəli  hüquqlar  sahəsində  universal  beynəlxalq 
müqavilələrlə  yanaşı, ikitərəfli və regional beynəlxalq müqavilələrə 
də təsadüf edilir. Regional səviyyədə bağlanmış beynəlxalq müqavilə 
kimi  1946-cı  il  müəlliflik  hüquqlarının  mühafizəsi  üzrə  Amerika 
dövlətləri  arasında  bağlanan  konvensiyanı,  bu  sahədə  Avropa 
İttifaqının reqlament və direktivlərini, 1993-cü il MDB çərçivəsində 
bağlanan  müəlliflik  hüquqlan  və  əlaqəli  hüquqların  mühafizəsi 
sahəsində razılaşmam və s. göstərmək olar. 
Müəlliflik hüquqlarının qarşılıqlı mühafizəsi sahəsində ikitərəfli 
müqavilələr  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Azərbaycan 
Respublikasının  Özbəkistan  və  Qazaxıstan  Re.spublikaları  ilə 
müvafiq  olaraq  18  iyun  1997  və  22  oktyabr  1999-cu  illərdə 
imzalanmış  ikitərəfli  beynəlxalq  müqavilələri  mövcuddur. 
Qazaxıstan Respublikası ilə 
154 


§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq hüquqi mühafizəsi 
bağlanmış  “Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  sahəsində 
əməkdaşlıq  haqqında”  Sazişin  1-ci  maddəsinə  görə  Tərəflərdən  hər 
biri  digər  Tərəfin  fiziki  və  hüquqi  şəxslərinə  və  onların  hüquqi 
varislərinə məxsus əsərlərə və əlaqəli hüquqların obyektlərinə ilk dərc 
olunma  yerindən  asılı  olmayaraq  müəlliflik  hüququnu  və  əlaqəli 
hüquqları  tanıyır  və  həmin  hüquqların  qorunmasını  daxili 
qanunvericiliyin  özünün  fiziki  və  hüquqi  şəxsləri  üçün  müəyyən 
etdiyi əsasda və bu hüquqi müdafiə vasitələrindən həmin əsaslarla və 
həcmdə istifadə etməklə təmin edir. Beləliklə, Tərəflər öz ərazilərində 
əsərin  ilk  dərc  olunma  yerindən  asılı  olmayaraq  qarşı  Tərəfin 
müəlliflik və əlaqəli hüquqların subyektlərinə milli rejim təqdim edir. 
Sazişin maraqlı cəhətlərindən biri də Tərəflərin keçmiş SSRİ- nin 
“Müəlliflik  hüquqları  haqqında”  Ümumdünya  Konvensiyasına 
qoşulduğu  tarixə  İstinad  etməsidir.  Sazişin  5-ci  maddəsinə  görə 
Tərəflər  1973-cü  İl  mayın  27-dək  (keçmiş  SSRİ-nin  “Müəlliflik 
hüquqları  haqqında” Ümumdünya  Konvensiyasına qoşulduğu  tarix) 
yaradılan, amma həmin tarixə  qədər Tərəflərin ərazisində və  yaxud 
digər  ərazidə  kütləyə  çatdırılmamış  digər  tərəfin  vətəndaşlarının 
əsərlərinə  olan  hüquqlara  və  ya  əsərlərə  münasibətdə  1952-ci  il  6 
sentyabr  tarixli  “Müəlliflik  hüquqları  haqqında”  Ümumdünya 
Konvensiyasını tətbiq edirlər. Buradan belə nəticə çıxartmaq olar ki, 
Azərbaycan  Respublikasının  “Müəlliflik  hüquqları  haqqında” 
Ümumdünya Konvensiyasına 1996-cı ildə qoşulmasına baxmayaraq, 
adı  çəkilən  Konvensiya  27  may  1973-cü  il  tarixdən  Azərbaycan 
Respublikasının ərazisində qüvvəyə minmiş hesab edilir. 
Sazişin digər cəhətlərindən biri də Tərəflərin müəlliflik hüquqları 
sahəsində  öz  qanunvericiliyini  bu  sahədə  mövcud  olan  beynəlxalq 
müqavilələrə  uyğunlaşdınnaq  istəyidir.  Sazişin  7-ci  maddəsində 
deyilir  kİ,  Tərəflər  1993-cü  il  sentyabnn  24-də  ünzalanmış 
“Müəlliflik  hüquqları  və  əlaqəli  hüquqlar  sahəsində  əməkdaşlıq 
haqqında”  Sazişə  uyğun  olaraq,  bundan  sonra  da  “Ədəbİ-bədii 
əsərlərin  qorunması  haqqında”  Bern  Konvensiyasının,  “Fonoqram 
istehsalçılarının fonoqramlarının icazəsiz surət çıxarılmadan qo 
155 


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
runması  haqqında”  Cenevrə  Konvensiyasının,  “Artist-ifaçılannın, 
fonoqram  istehsalçılarının  hüquqlarının  qorunması,  radio-televiziya 
verilişlərinin  təşkili  haqqında”  Roma  Konvensiyasının  tələbləri 
səviyyəsində müəlliflik hüquqlarının qorunmasını təmin edən qanun 
layihələrinin  qəbul  edilməsinin  zəruriliyini  təsdiq  edirlər,  həmçinin 
göstərilən konvensiyalara üzvlük üçün tədbirlər görəcəklər. 
§ 3. Azərbaycan Respublikasında xaricilərin 
müəlliflik və əlaqəli hüquqları 
Azərbaycan  Respublikasında  elm,  ədəbiyyat  və  incəsənət 
əsərlərinin (müəlliflik hüququ), habelə ifalann, fonoqramlann, efir və 
ya  kabel  yayımı  təşkilatlarının  verilişlərinin  (əlaqəli  hüquqlar) 
yaradılması, istifadəsi və mühafizəsi ilə əlaqədar münasibətlər 5 iyun 
1996-ct  ii  tarixli  “Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında” 
Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. 
Qanun  əsasən  aşağıdakılara  şamil  edilir:  1)  Azərbaycan 
Respublikasının  vətəndaşının  və  ya  Azərbaycan  Respublikası 
ərazisində daimi yaşayış yeri olan sair fiziki şəxsin müəllifi olduğu 
elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinə,  İfalar  və  fonoqramlara;  2) 
Azərbaycan  Respublikası  ərazisində  ilk  dəfə  dərc  edilmiş  elm, 
ədəbiyyat və incəsənət əsərlərinə və ya fonoqramlara; 3) Azərbaycan 
Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq 
qorunan  digər  elm,  ədəbiyyat  və  incəsənət  əsərlərinə,  ifalara, 
fonoqramlara və yayım təşkilatlarının verilişlərinə. Əsər və fonoqram 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  ilk  dəfə  dərc 
edildikdən  sonra  30  gün  keçənədək  Azərbaycan  Respublikası 
ərazisində  dərc  edildikdə  Azərbaycan  Respublikasında  da  ilk  dəfə 
dərc edilmiş sayılır. 
Qanunun  şamil  olunduğu  halların  hər  birində  xarici  elementin 
mövcud  olma  imkanları  mümkündür.  Birinci  halda,  Azərbaycan 
Respublikasının  vətəndaşı  və  ya  Azərbaycanda  daimi  yaşayış  yeri 
olan sair fiziki şəxs (hərçənd onun xarici dövlətin vətəndaşı olması da 
mümkündür) öz əsərini xaricdə dərc etdikdə, ikinci halda, xa 
156 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə