Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 4. Sənaye mülkiyyətinin beynəlxalq lıüquqi miilıafizəsi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə53/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   49   50   51   52   53   54   55   56   ...   124

§ 4. Sənaye mülkiyyətinin beynəlxalq lıüquqi miilıafizəsi 
BMT-nin  üzvü  olan  və  1883-cü  i)  Paris  və  1970-ci  il  Vaşinqton 
müqavilələri ilə əlaqəli olan dİgər dövlətlər üçün də açıqdır. 
Avroasiya  Patent  Konvensiyasına  əsasən  Avroasiya  Patent 
Təşkilatı yaradılır. Konvensiyanın iştirakçısı olan dövlətlərin hamısı 
Təşkilatın üzvü hesab edilir. Təşkilatın iki əsas orqanı: I) İnzibati şura; 
2) Avroasiya Patent İdarəsi fəaliyyət göstərir. 
Hökumətlərarası təşkilat hesab edilən .Avroasiya Patent Təşkilatı 
iştirakçı  dövlətlərin  hər  birində  hüquqi  şəxs  statusuna  malikdir. 
Təşkilata təqdim edilən ərizələrə Avroasiya Patent İdarəsi tərəfindən 
baxılır  və  tələblərə  cavab  verdiyi  halda  patentləşdirilir.  Sənaye 
mülkiyyətinin  mühafizəsi  haqqında  Paris  Konvensiyasına  uyğun 
olaraq  ilkinlik  (prioritetlik)  hüququ  tanınır.  Avroasiya  patenti  20  il 
müddətinə verilir və Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin 
ərazisində  mühafizə  edilir.  Konvensiya  ilə  milli  patent  idarələrinin 
fəaliyyəti  məhdudlaşdırılmır.  Eyni  zamanda,  ərizələrin  milli  patent 
idarələri  vasitəsi  ilə  verilməsi  imkanı  da  nəzərdə  tutulmuşdur. 
Avroasiya  patentinin  verilməsindən  imtina  həmin  ərizənin  milli 
idarələr tərəfindən patentləşdirilməsinə mane olmur. 
Konvensiya  ilə  patent  sahibinin  müstəsna  hüquqları,  hüquqi 
mühafizənin  həcmi  və  s.  məsələlər  də  tənzimlənir.  Konvensiya 
iştirakçı dövlətlərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər 
beynəlxalq  təşkilatlarda  iştirakına  və  bu  sahədə  beynəlxalq 
əməkdaşlığın müxtəlif fonnalarının inkişaf etdirilməsinə mane olmur. 
Azərbaycan  Respublikası  2  may  1995-ci  ildə  Avroasiya  patent 
Konvensiyasım təsdiq etmişdir. 
Sənaye  mülkiyyətinin  obyektləri,  eyni  zamanda,  ikitərəfli 
beynəlxalq  müqavilələrə  əsasən  də  mühafizə  edilir.  Azərbaycan 
Respublikasının 
sənaye  mülkiyyətinin  mühafizəsi  sahəsində 
əməkdaşlıq  barədə  Rusiya  Federasiyası,  Gürcüstan,  Özbəkistan, 
Qazaxıstan,  Qırğızıstan  dövlətləri  ilə  ikitərəfli  müqavilələri 
mövcuddur.  Həmin  müqavilələrə  əsasən  sənaye  mülkiyyətinin 
mühafizəsi  sahəsində  bir  Tərəfin  fiziki  və  hüquqi  şəxsləri  digər 
Tərəfin ərazisində onun  milli qanunvericiliyi  ilə  öz  hüquqi  və fiziki 
şəxslərinə  hazırda  verilmiş  və  ya  veriləcək  hüquqlardan  və 
üstünlüklərdən eyni 
163 


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
əsaslarla və eynİ həcmdə istifadə  edəcəklər.  Tərəflər həmin sazişdə 
tənzimlənməyən məsələlər üzrə Paris Konvensiyasının müddəalarını 
tətbiq  etmək  haqqında  razılaşırlar.  Sənaye  mülkiyyətinin  obyektləri 
üzrə  əvvəldən  verilmiş  SSRİ-nin  mühafizə  sənədlərinin  fəaliyyətini 
öz  ərazilərində  tanımağı  və  onların  sahiblərinin  və  müəlliflərinin 
hüquqlarının  səmərəli  mühafizəsi  üçün  zənıri  tədbirləri  həyata 
keçirməyi Tərəflər öhdəsinə götürürlər. 
§ 5. Azərbaycanda xaricilərin sənaye 
mülkiyyətinə olan hüquqları 
Azərbaycan  Respublikasının  ərazisində  xaricilərin  sənaye 
mülkiyyəti  sferasında  hüquqları  Azərbaycan  Respublikasının 
iştirakçısı olduğu beynəlxalq müqavilələrlə yanaşı, 25 iyul 1997-ci il 
tarixli  “Patent  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu,  12 
iyun  1998-ci  il  tarixli  “Əmtəə  nişanları  və  coğrafi  göstəricilər 
haqqında"  Azərbaycan  Respublikasının  Qanunu,  2  iyun  1995-ci  il 
tarixli  “Haqsız  rəqabət  haqqında"  Azərbaycan  Respublikasının 
Qanunu  və  onlar  əsasında  qəbul  edilmiş  qanun  qüvvəli  nonnativ 
aktlarla tənzimlənir. 
“Patent  haqqında”  Qanun  Azərbaycan  Respublikası  ərazisində 
ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, 
hüquqi  mühafizəsi  və  istifadəsi  ilə  əlaqədar  yaranan  əmlak 
münasibətlərini  və  onlarla  bağlı  şəxsi  qeyri-əmlak  münasibətlərini 
tənzimləyir. Qanun patentlə mühafizə edilən sənaye mülkiyyətinin üç 
obyektini fərqləndirir: 1) ixtira; 2) faydalı model; 3) sənaye nümunəsi. 
Qanun  bu  obyektlərin  hər  birinə  anlayış  verir.  İxtira  sənayenin  və 
təsərrüfatın  digər  fəaliyyət  sahələrində  konkret  problemin  praktik 
həllinə  imkan  verən,  patent  qabiliyyəti  şərtlərini  ödəyən  yeni  həllə 
deyilir. Faydalı modelə istehsal vasitələrinin və istehlak əşyalarının, 
yaxud onların tərkib hissələrinin konstruktiv həlli kimi anlayış verilir. 
Sənaye nümunəsi isə məmulatın yeni zahiri görkəmini müəyyən edən 
bədii və ya bədii-konstruktiv həll kimi müəyyən edilir. 
164 


§ 5, Azərbaycanda xaricilərin sənaye mülkiyyətinə olan hüquqları 
“Patent haqqında" Qanunun 42-ci maddəsinə görə xarici hüquqi 
və  fiziki  şəxslər  həmin  qanunda  nəzərdə  tutulmuş  hüquqlardan 
Azərbaycan  Respublikasının  iştirak  etdiyi  beynəlxalq  müqavilələrə 
və  qarşılılıq  prinsipinə  əsasən  Azərbaycan  Respublikasının  və- 
təndaşlan  ilə  bərabər  istifadə  edirlər.  Göründüyü  kimi,  bu  sahədə 
xaricilərə  milli  rejimin  verilməsi  nəzərdə  tutulmuşdur.  Xarici  həm 
müəllif, həm də patent sahibi kimi çıxış edə bilər. İxtiranın, faydalı 
modelin  və  sənaye  nümunəsinin  yaradıcı  əməyi  ilə  yaradan  şəxs 
müəllif  sayılır.  Yəni  ixtira  səviyyəli  olan  və  sənayedə  tətbiq  edilə 
bilən obyektə hüquqi mühafizə verilir. Sənaye mülkiyyəti obyektləri 
üçün  (ixtira,  faydalı  model,  sənaye  nümunəsi)  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən verilən mühafizə sənədi patent adlanır. 
Patent  aşağıdakı  şəxslərə  verilir:  1)  sənaye  mülkiyyəti  obyektinin 
müəllifinə  və  ya  onun  varisinə;  2)  patent  verilməsi  barədə  iddia 
sənədində, yaxud sənaye mülkiyyəti obyekti qeydiyyata alınana qədər 
müvafiq  icra hakimiyyəti  orqanına verilmiş ərizədə müəllifin və  ya 
onun  hüquqi  varislərinin  göstərdikləri  hüquqi  və  fiziki  şəxslərə 
(onların razılığı ilə); 3) xidməti vəzifələrinin həyata keçirilməsi və ya 
işəgötürənin  yazılı  şəkildə  verdiyi  tapşırığı  ilə  əlaqədar  işçinin 
yaratdığı sənaye mülkiyyəti obyekti üçün patent almaq hüququ isə işə 
götürənlə  işçi  arasında  müqavilədə  başqa  şərtlər  nəzərdə 
tutulmayıbsa, işəgötürənə mənsubdur. 
Müvafiq 
icra 
hakimiyyəti 
funksiyasını 
Azərbaycan 
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 
Agentliyi (Patent Agentliyi) həyata keçirir. 
Xarici hüquqi və fiziki şəxslər iddia sənədini Patent Agentliyinə 
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə 
başqa  qayda  nəzərdə  tutulmayıbsa,  yalnız  Patent  Agentliyində 
qeydiyyata  alınmış  patent  müvəkkilləri  vasitəsilə  verirlər.  Patentin 
alınması  barədə  xaricilərin  iddia  sənədlərinə  milli  rejündən  irəli 
gələrək  ümumi  əsaslarla  baxılır.  Patentin  verilməsi  barədə  ərizə 
Azərbaycan  dilində  tərtib  olunur.  İddia  sənədinin  digər  materialları 
Azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin 
165 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə