Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə56/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   52   53   54   55   56   57   58   59   ...   124

Fəsii 
to .  
Xarici iqtisadi əqdlər 
sı, ikinci əlamət kimi isə belə əqdin predmetinİn əmtəə və xidmətlərin 
ixrac və idxal əməliyyatları təşkil etməsi göstərilir'. Bütövlükdə xarici 
iqtisadi əqdlər tədqiq edilən zaman daha çox onların ən geniş yayılmış 
növü  olan  xarici  ticarət  əqdləri  üzərində  dayanırlar.  "Xarici  ticarət 
əqdi" və ya "xarici ticarət" termini beynəlxalq kommersiya əqdlərinin 
bütün növlərini əhatə edir. Yeri gəlmişkən, Azərbaycan Respublikası 
Prezidentinin  Azərbaycan  Respublikasında  xarici  ticarətin  daha  da 
liberallaşdırılması  haqqında  24  iyun  1997-ci  il  tarixli  fərmanı  ilə 
təsdiq 
edilmiş 
Azərbaycan 
Respublikasında 
idxal-ixrac 
əməliyyatlarının 
tənzimlənməsi 
Qaydaları 
ilə 
idxal-ixrac 
əməliyyatlarının aşağıdakı növləri müəyyən edilmişdir: 
1)
 
respublikada istehsal, emal, təkrar emal olunan malların ixracı; 
2)
 
kreditə  ixrac;  3)  təkrar  ixrac;  4)  konsiqnasiya  yolu  ilə  ixrac;  5) 
müvəqqəti  ixrac;  6)  barter  ticarəti;  7)  kooperasiya  əməliyyatları;  8) 
sərhədyanı ticarət və s. 
Kreditə  ixrac  faktiki  mal  (iş  və  xidmət)  ixracından  sonra  haqqı 
müəyyən  şərtlərlə  və  hər  hansı  müddət  ərzində  ödənilən  malların 
ixrac  əməliyyatlarına deyilir. Təkrar ixrac Azərbaycan Respublikası 
rezidentləri  tərəfindən  xarici  mənşəli  malların  respublika  gömrük 
ərazisinə daxil olmaqla yenidən işlənmədən digər xarici ölkələrə ixrac 
edilməsidir. 
Konsiqnasiya  yolu  ilə  ixrac  xarici  rezidentlərlə  bağlanmış 
müqavilələrə  əsasən  respublika  hüdudlarından  kənarda,  satışı 
müəyyən müddət ərzində nəzərdə tutulmuş malların ixracına deyilir. 
Konsiqnasiya  ticarəti  üçün  aynlan  müddət  malların  gömrük 
orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən 
olunur.  Göstərilən  müddətdə  mallar  satılmadıqda  30  gün  ərzində 
ölkəyə qaytarılmalıdır. 
Müvəqqəti  ixrac  respublikanın  rezidentləri  tərəfindən  xarici 
ölkələrdə xidmət göstərilməsi, sərgilərdə, yarmarkalarda iştirak və 
JlvüuJl.A., MupbKJieBa H.H., C
O
İIH
KOB
O.H. McjKayuapoiinoe 
HHCTHOC 
npaso. yncG- 
IK1K. 
M.. 1984, 
C. 
131 
172 


§ 1. Xarici iqtisadi əqdlərin anlayışı 
s.  üçün  malların  yenidən  işlənmədən  Azərbaycan  Respublikasına 
qaytarılması şərtilə ixrac əməliyyatlarını nəzərdə tutur. 
Dəyəri  ödənilmədən  ekvivalent  məbləğdə  qarşılıqlı  mal  (iş  və 
xidmət) mübadiləsi barter ticarəti adlanır. Kooperasiya əməliyyatları 
isə yanmfabrikatların və xammalın bu və ya digər (emal, son məhsul 
şəklinə gətirmə, qablaşdırma və s.) məqsədlə müvəqqəti olaraq ixrac 
və ya idxal edilməsinə deyilir. 
Xarici iqtisadi əqdlər sistemində xarici ticarət əqdlərinin aparıcı 
rola malik olması təkcə onların qeyd edilən çoxsaylı növləri ilə izah 
olunmur. Digər xarici iqtisadi əqdlər, adətən, bu və ya digər formada 
xarici ticarətlə əlaqəli olur. Məsələn, daşıma, sığorta, hesablaşma və 
s.  müqavilələrinin  əsasında,  bir  qayda  olaraq,  xarici  al-  qı-satqı 
müqavilələri durur. 
Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,  digər  xarici  iqtisadi 
əqdlər-  dən  fərqli  olaraq,  xarici  ticarət  əqdləri  ilə  bağlı  nonnalann 
beynəlxalq  hüquqda  müvəffəqiyyətli  unifikasiyası  apanimışdır. 
Təcriibədə  həmin  nomıalann  analogiya  üzrə  digər  beynəlxalq 
kommersiya  əqdləri-  nə  tətbiqi  hallarına  tez-tez  rast  gəlinir.  Məhz 
bunun  nəticəsidir  ki,  həmin  normalarla  beynəlxalq  alqı-satqı 
müqaviləsinə  verilən  anlayışdan  xarici  iqtisadi  əqdlərə  bütövlükdə 
anlayış verilərkən istifadə edilir. 
Beynəlxalq alqı-satqı müqaviləsinin hüquqi tənzimi ilə əlaqədar 
bir  sıra  beynəlxalq  müqavilələr  qəbul  edilmişdir:  1964-cü  il 
“Beynəlxalq  alqı-satqı  haqqında”  Haaqa  Konvensiyası;  1974-cü  il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqı  sında  iddia  müddəti  haqqında” 
Nyu-  York  Konvensiyası;  I980-ci  il  “Əmtəələrin  beynəlxalq 
alqı-satqı  müqavilələri  haqqında”  BMT  Konvensiyası;  1986-cı  il 
“Əmtəələrin beynəlxalq alqı-satqı müqaviləsinə tətbiq edilən hüquq 
haqqında”  Haaqa  Konvensiyası  və  s.  Qeyd  edilən  sənədlərin 
hamısında  alqı-  satqı  müqaviləsinin  beynəlxalq  xarakter  daşıması 
üçün  "tərəflərin  kommersiya  müəssisələrinin  müxtəlif  dövlətlərin 
ərazisində  yerləşməsi"  meyarından  istifadə  edilmişdir.  i980-cı  il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqı  müqavilələri  haqqında”  BMT 
Konvensiyasının  1-  cİ  maddəsinə  görə  əmtəələrin  beynəlxalq 
alqı-satqı müqaviləsi de 
173 


Fəsil 10. Xarici iqtisadi əqdlər 
dikdə kommersiya müəssisələri müxtəlif dövlətlərdə yerləşən tərəflər 
arasında  bağlanan  älqı-satqı  müqavilələri  başa  düşülür.  Əgər 
alqı-satqı  müqaviləsində  tərəflərin  kommersiya  müəssisələri  eyni 
dövlətin  ərazisində  yerləşirsə, belə alqı-satqı müqaviləsi beynəlxalq 
hesab  edilmir'.  Təcrübədə  "kommersiya  müəssisəsi"  termini,  bir 
qayda  olaraq,  "işgüzar  əməliyyatların  həyata  keçirildiyi  daimi  yer" 
kimi  təfsir  edilir.  Hüquqi  şəxsin  mərkəzi  ofisinin,  onun  filial  və 
nümayəndəliyinin yerləşdiyi yer bu zaman əsas götürülə bilər. 
Yuxanda  qeyd  edilən  beynəlxalq  hüquqi  sənədlərdə  istifadə 
edilən meyara Azərbaycan Respublikasının qanunvericiliyində də rast 
gəlinir. 18 noyabr 1999-cu il tari.xli “Beynəlxalq arbitraj haqqında” 
Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü bəndinə 
görə  arbitraj  razılaşması  bağlananda  onun  tərəflərinin  müəssisələri 
ayn-ayn dövlətlərdə yerləşdikdə, belə arbitraj beynəlxalq hesab edilir. 
Bildiyimiz  kimi,  beynəlxalq  arbitraj  xarici  iqtisadi  əqdlərdən  irəli 
gələn  mübahisələrə  baxır  və  bu  zaman  istifadə  edilən  meyar  xarici 
iqtisadi əqdə anlayış verməkdən Ötrü tətbiq edilə bilər. 
Beləliklə,  kommersiya  müəssisələri  müxtəlif  dövlətlərin 
ərazisində  yerləşən tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirən 
zaman öz aralarında bağladığı əqdə xarici iqtisadi əqd deyilir. 
Digər mülki hüquqi əqdlər kimi xarici iqtisadi əqdlər də birtərəfli, 
iki  və  ya  çoxtərəfli  ola  bilər.  Birtərəfli  əqd  üçün  bir  tərəfin  iradə 
ifadəsi əqdin bağlanması üçün kifayət edir. Müqavilə adlandırılan iki 
və  ya  çoxtərəfli  əqdlər  zamanı  isə  tərəflərin  iradələrinin 
razılaşdırılması zəmridir. 
Xarici  iqtisadi  əqdlərİn  xarakterıstıxası  üçün  elmi  ədəbiyyatda 
digər  əlamətlər  də  (idxal  və  ya  ixrac  edilən  əmtəələrin  dövlət 
sərhədini keçməsi, ödəmənin xarici valyuta ılə aparılması, daşıma və 
sığorta şərtlərinin əqddə mühüm yer tutması, tətbiq edilən hüquq
1
 
B
CHCK
İİH KoHBcımMM o itoroBopa.x MC)*mynapojiHofı KynıiH-npoaaxa roBapoB 
KoMMcıırapııfi 
M.. 1994, 
c. 
9
 
174 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə