Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə58/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   54   55   56   57   58   59   60   61   ...   124

Fəsil 10. Xarici iqtisadi eqdlər 
çımn, girov müqaviləsində - girov qoyamn, zaminlik müqaviləsində - 
zaminin, qarantiya müqaviləsində - qarantın. 
Sadalanan  tərəflərin  təsis  okmduğu,  yaşadığı  və  ya  əsasən 
fəaliyyət  göstərdiyi  ölkənin  hüququna  istinad  edilməsi  təsadüfi 
xarakter  daşımır.  Belə  ki,  həmin  tərəflərin  müqavilə  üzrə  icra 
fəaliyyəti müqavilənin məzmunu üçün həlledici əhəmiyyət kəsb edir. 
Göründüyü  kimi,  müqavilənin  spesifikliyi  daha  çox  hansı  tərəflə 
bağlıdırsa, həmin tərəfin mənsub olduğu dövlətin hüququna üstünlük 
verilmişdir.  Əslində  bu  zaman  kollizion  məsələ  (lex  venditoris) 
kollizion  bağlanmaya  üstünlük  verilməklə  həll  edilir.  "Satıcının 
qanunu" kimi təqdim edilən bu kollizion bağlanmaya görə öhdəliyə 
müqavilənin  məzmununun  əsasında  duran  tərəfin  mənsub  olduğu 
dövlətin hüququ tətbiq edilir. 
Bundan əlavə. Qanun bir sıra müqavilələrin spesifikliyini nəzərə 
alaraq onlar üçün tətbiq olunmalı hüquq barədə aynca qayda müəyyən 
etmişdir.  Müqavilə  tərəfləri  arasında,  müqavilə  ilə  bağlı  tətbiq 
olunmalı  hüquq  barədə  razılaşma  olmadıqda:  1)  daşınmaz  əmlak 
barədə  müqaviləyə  -  əmlakın  olduğu  ölkənin  hüququ;  2)  birgə 
fəaliyyət  barədə  və  tikinti  podrat  müqavilələrinə  -  belə  fəaliyyətin 
həyata  keçirildiyi  və  müqavilə  ilə  nəzərdə  tutulan  nəticələrin 
yarandığı  ölkənin  hüququ;  3)  auksionda,  müsabiqədə  və  ya  birjada 
bağlanan  müqavilələrə  -  auksionun,  müsabiqənin  keçirildiyi  və 
birjanın yerləşdiyi Ölkənin hüququ tətbiq edilir. 
Qanun  sadalanan  kollizion  bağlanmalarla  yanaşı,  bütövlükdə 
beynəlxalq xüsusi hüquq üçün nisbətən yeni olan daha bir kollizion 
bağlanmaya - müqavilənin daha sıx bağlı olduğu (Proper Law of the 
Contrakt)  hüquqa  da  istinad  edir.  Qanunun  25-ci  maddəsində  adı 
çəkilməyən  müqavilələrə,  tərəflər  arasında  tətbiq  edilməli  hüquq 
barədə  razılaşma  olmadığı  halda,  belə  müqavilənin  daha  sıx  bağlı 
olduğu  ölkənin  hüququ  tətbiq  edilir.  Lakin  Qanun  "daha  sıx 
bağlılığın"  nədən  ibarət  olduğuna  aydınlıq  gətirmir.  Bəzi  xarici 
dövlətlərin  beynəlxalq  xüsusi  hüquq  haqqında  qanunlarında  və 
beynəlxalq müqavilələrdə nəzərdə tutulan bu kollizion bağlanmanın 
meyarları da göstərilir. Məsələn, İsveçrə beynəlxalq xüsusi hüquq haq 
178 


§ 3. Xarici iqtisadi əqdin forması 
qında qanununa görə "daha sıx əlaqə" kimi xidmət göstərən tərəfin adı 
yaşayış  yerİ  başa  düşülməlidir.  Almaniya  Mülki  Qanunlar 
Külliyyatına  Giriş  Qanunu,  1986-cı  il  “Əmtəələrin  beynəlxalq 
alqı-sat-  qı  müqaviləsinə  tətbiq  edilən  hüquq  haqqında”  Haaqa 
Konvensiyası, 1980-cı il “Müqavilə öhdəliklərinə tətbiq edilən hüquq 
haqqında”  Roma  Konvensiyası  da  məsələyə  analoji  mövqedən 
yanaşır. 
Beləliklə,  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan 
Respublikası  Qanununda  bu  məsələ  ilə  bağlı  müasir  beynəlxalq 
xüsusi hüququn inkişaf tendensiyası və bu sahədə mövcud olan yenİ 
beynəlxalq müqavilələrin normaları nəzərə alınmışdır. 
§ 3. Xarici iqtisadi əqdin forması 
Xarici iqtisadi əqdin forması ilə bağlı kollizion məsələlər xüsusi 
kollizion norma ilə tənzimlənir. “Beynəlxalq xüsusi hüquq haqqında” 
Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə əqdlərin 
forması onlann bağlandığı yerin hüququna tabedir. Lakin Azerbaycan 
Respublikası  hüququnun  tələblərinə  riayət  olunduğu  halda  xaricdə 
bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə 
etibarsız hesab edilə bilməz. Bu zaman əsas kollizion bağlanma kimi 
"locus  regit  formam  actus"  (əqdin  forması  onun  bağlandığı  yerin 
qanunu ilə müəyyən edilir) çıxış edir. Əlavə kollizion bağlanma kimi 
isə Azərbaycan Respublikasının hüququna istinad edilir. Azərbaycan 
Respublikasının hüquq sistemində isə xarici iqtisadi əqdin forması ilə 
əlaqədar  xüsusi  maddi  hüquq  norması  nəzərdə  tutulmuşdur. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  333-cü  maddəsinin 
3-cü hissəsinə görə xarici iqtisadi əqdin sadə yazılı formasına riayət 
edilməməsi əqdİn etibarsızlığına səbəb olur. 
Mülki  Məcəllənin  qeyd  edilən  normasında  xarici  iqtisadi  əqdin 
formrısı İlə bağlı nəzərdə tutulan qayda Azərbaycan Respublikasının 
ərazisində  bağlanan  xarici  iqtisadi  əqdlərə  şamil  edilir.  Belə  əqdlər 
xaricdə  bağlanarkən  xarici  hüququn  tələb  etdiyi  formaya  riayət 
edilməsə və Azərbaycan Respublikası hüququnun tələbləri 
179 


Fosil 10. Xarici iqtisadi əqdlər 
nə  uyğun  bağlandıqda  da  Azərbaycan  Respublikasının  ərazisində 
etibarlı hesab edilir. 
Elmi-texniki  tərəqqinin  inkişafı  ilə  əlaqədar  bəzən  əqdin 
bağlandığı yeri müəyyən etmək çətinləşir. Xüsusən teleqraf, teletayp, 
elektron rabitə vasitələri ilə bağlanan əqdlər tərəflərin birbaşa iştirakı 
olmadan,  yazışma  nəticəsində  bağlanılır.  Belə  hallar  üçün 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununda aynca norma nəzərdə tutulub: "Ayrı-ayrı ölkələrdə olan 
tərəflər  arasında  bağlanan  əqdin  fonnası  həmin  ölkələrdən  birinin 
hüququna uyğundursa, etibarlı sayılır". 
Bundan əlavə, qanunda iki növ əqdə münasibətdə yuxanda qeyd 
edilən  ümumi  qayda  ilə  yanaşı  xüsusi  kollizion  nonua  müəyyən 
edilib.  Onlardan  biri  predmeti  torpağa  mülkiyyət  hüququ  və  ya 
torpaqdan  istifadə  hüququ  olan  əqdin  forması,  digəri  isə 
etibarnamənin  forması  İlə  bağlıdır.  Predmeti  torpağa  mülkiyyət 
hüququ və  ya torpaqdan istifadə hüququ olan əqdin  forması həmin 
torpağın  yerləşdiyi ölkənin imperativ hüquq normaları ilə müəyyən 
edilir, bu şərtlə ki, həmin ölkənin hüququna görə, əqdin bağlandığı 
yerdən  və  bu  əqdin  tabe  olduğu  hüquqdan  asılı  olmayaraq  bu 
normalar  tətbiq  olunmalıdır  (Qanunun  17-ci  maddəsinin  3-cü 
hissəsi).  Etibarnamənin  forması  və  qüvvədə  olması  müddəti  onun 
verildiyi  ölkənin  hüququ  ilə  müəyyən  olunur.  Lakin  etibarnamənin 
fonnasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu 
şərtlə  ki,  onun  forması  Azərbaycan  Respublikası  hüququnun 
tələblərinə uyğun olsun (Qanunun 18-ci maddəsi). 
Əqdin  fonnasımn  onun  bağlandığı  yerin  qanununa  tabe 
edilməsini nəzərdə tutan kollizion norma orta əsrlərdən üzübəri tətbiq 
edilir. Lakin XX əsrdən etibarən bir sıra Avropa dövlətlərində həmin 
qaydaya  münasibət  dəyişilməyə  başlamışdır.  Belə  hesab  edilir  ki, 
əqdin  məzmununa  tətbiq  edilən  hüquq  onun  forması  müəyyən 
edilərkən də əsas götürülməlidir. Yəni əqdin forması əqdi mahiyyət 
üzrə tənzimləyən dövlətin hüququna əsasən müəyyən edilmə 
180 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə