Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə60/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   56   57   58   59   60   61   62   63   ...   124

Fəsil 10. Xarici iqtisadi əqdlar 
tapmışdır.  Konvensiya  müqavilənin  həqiqiliyi,  satılmış  əmtəəyə 
mülkiyyət  hüququna  münasibətdə  müqavilənin  nəticələri, 
satılmış əmtəənin İnsanın səhhətinə və həyatına vurduğu ziyana 
görə satıcının məsuliyyəti məsələlərinə toxunmur. 
Konvensiyada 
əmtəələrin 
beynəlxalq 
alqı-satqısını 
tənzimləməkdən  ötrü  hüquq  normaları  unifikasiya  edilmişdir. 
Qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  Konvensiyanın 
müddəalanmn bütün hüquq sistemlərində eyni cür təfsir edilməsi 
vacib  şərtdir.  Bunun  üçün  Konvensiyanın  layihəsi  hazırlanan 
zaman onun sadə və anlaşıqlı olmasına ciddi diqqət yetirilmişdir. 
Bununla  bərabər,  onun  məzmunu  və  tətbiqi  ilə  əlaqədar 
mübahisələrin  baş  verməsi  istisna  olunmur.  Belə  mübahisələr 
zamanı  bütün  tərəflər,  o  cümlədən  milli  məhkəmələr  və 
arbitrajlar  Konvensiyanın  eyni  cür  tətbiq  edilməsinə  kömək 
etməlidirlər.  Əgər  Konvensiyada  bu  və  ya  digər  məsələnin 
tənzimlənməsi 
nəzərdə 
tutulmayıbsa, 
həmin 
məsələ 
Konvensiyanın 
əsaslandığı 
ümumi 
prinsiplərə 
uyğun 
nizamlanmalıdır. 
Yalnız 
ümumi 
prinsiplər 
olmadıqda, 
beynəlxalq  xüsusi  hüquq  normalarına  əsasən  təüıiq  edilən 
hüquqa uyğun məsələ həll edilməlidir. 
Konvensiyanın  ikinci  hissəsində  alqı-satqı  müqaviləsinin 
bağlanması  qaydaları  öz  əksini  tapmışdır.  Müqavilənin 
bağlanması haqqında təklifin oferta olması üçün o, bir və ya bir 
neçə  konkret  şəxsə  ünvanlanmalı  və  kifayət  qədər  aydın 
olmalıdır. Özündə əmtəənin adını, onun qiymətini və miqdarım 
ifadə edən təklif kifayət qədər aydın hesab edilir. 
Ofertaya  aksept  bəyanat  vermək  və  ya  akseptantın  digər 
davranışı vasitəsilə həyata keçirilir ki, bu zaman oferta ilə razılıq 
ifadə  olunur.  Bəzi  hallarda  əmtəələrin  oferentə  göndərilməsi, 
qiymətin  Ödənilməsi  kimi  hərəkətlər  də  aksept  kimi 
qiymətləndirilə bilər. 
Əmtəələrin  alqı-satqı  müqaviləsində  tez-tez  rast  gəlinən 
hallardan biri də ofertaya cavab kimi göndərilən akseptdə əlavə 
və ya digər şərtlər də gösterilir. Konvensiyaya görə həmin əlavə 
və ya digər şərtlər ofertamn şərtlərini mahiyyətcə dəyişmirsə və 
oferent  gecikmədən  həmİn  şərtlərə  etiraz  etmirsə,  belə  cavab 
aksept hesab 
184 


§ 4. Beynəlxalq alqı-satqı müqaviləsi 
edilməlidir.  Belə  halda  akseptlə  dəyişiklik  edilən  ofertanın  şərtləri 
müqavilə şərtləri kimi qəbul edilir. 
Müqaviləni  mahiyyətcə  dəyişən  əlavə  və  digər  şərtlər  qarşılıqlı 
oferta  kimi  qiymətləndirilir  və  müqavilənin  bağlamnası  üçün  öz 
növbəsində  akseptləşdirilməlidir.  Qiymət,  ödəmə,  əmtəələrin 
kəmiyyət  və  keyfiyyəti,  daşıma,  tərəflərin  bir-birinin  qarşısında 
məsuliyyəti ilə bağlı şərtlər ofertanı mahiyyətcə dəyişən şərtlər hesab 
edilir. 
Müqavilə oferent tərəfindən aksepti aldığı andan bağlanmış hesab 
edilir. 
Konvensiyanın üçüncü hissəsində tərəflərin öhdəlikləri, müqavilə 
şərtləri pozulan zaman hüquqi müdafiə vasitələri, əmtəənin təsadüfən 
məhv  olma  riskinin  keçmə  momenti,  öhdəliyin  icrasının 
dayandırılması,  məsuliyyətdən  azad  olma  hallan  və  s.  məsələlər  öz 
əksini tapmışdır. 
Əmtəələrin  tədarükü,  ona  aid  olan  sənədlərin  verilməsi,  əmtəə 
üzərində mülkiyyət hüququnun keçməsi satıcının ümumi öhdəlikləri 
kimi  göstərilir.  Tərəflər  arasında  bağlanmış  müqavilədə  satıcının 
öhdəliklərinin yerinə yetirilməsinin üsulu, vaxt və yeri göstərilmədiyi 
hallar üçün Konvensiya əlavə normalar müəyyən etmişdir. 
Satıcı  əmtəəni  kəmiyyət  və  keyfiyyət  baxımmdan  müqavilənin 
tələblərinə  uyğun  olaraq  tədarük  etməlidir.  Alıcı  da  öz  növbəsində 
əmtəəyə  baxış  keçirməyə  borcludur.  O,  ağlasığan  müddət  ərzində 
müqavilə  şərtlərinin  hər  hansı  biruyğıınsuzluğu  barədə  satıcını 
xəbərdar  etməli,  əmtəəni  müqavilə  və  Konvensiyaya  uyğun  olaraq 
qəbul etməli və əmtəənin qiymətini vaxtında Ödəməlidir. 
Əmtəələrin beynəlxalq alqı-satqı müqaviləsində onların təsadüfən 
məhv  olma  riskinin  satıcıdan  alıcıya  keçmə  momentinin  müəyyən 
edilməsinin  mühüm  əhəmiyyəti  vardır.  Tərəflər  bu  məsələni 
bağladıqlan  müqavüədə  nəzərdə  tuta  bilərlər.  Əgər  onlar  bunu  et- 
məyiblərsə  Konvensiyanın  müvafiq  normaları  tətbiq  edilir. 
Konvensiyaya  əsasən  əmlakın  təsadüfən  məhv  olma  riski  satıcıdan 
alıcıya,  bir  qayda  olaraq,  axmncı  tərəfindən  əmlakın  qəbul  edilmə 
momen- tində keçir. Əgər alqı-satqı müqaviləsi əmlakın daşınmasını 
da nə 
185 


Fəsil 10. Xarici iqtisadi əqdlər 
zərdə  tutursa,  onda  risk  satıcı  tərəfindən  malın  daşıyıcıya  təhvil 
verdiyi andan keçir. Əgər yolda olan əmtəəyə münasibətdə alqı-satqı 
müqaviləsi bağlanırsa, onda risk müqavilənin bağlandığı andan keçir. 
Konvensiyada  öz  öhdəliklərini  icra  etmədiyinə  görə  tərəflərin 
məsuliyyəti məsələsinə xüsusi yer ayrılmışdır. Tərəfin öz öhdəliyini 
icra  etməməsi  qarşı  tərəfdə  əlavə  hüquqların  yaranmasına  gətirib 
çıxarır. Eyni zamanda, Konvensiyada məsuliyyətdən azad olma əsası 
da  müəyyən  edilmişdir.  Belə  əsas  kimi  tərəfin  nəzarətindən  kənar 
olan halın təsirindən müqavilənin icra edilməməsi göstərilir. 
Konvensiyanın yekun hissəsində Konvensiyaya qoşulma qaydası, 
qeyd-şərt, depozitarı və s. məsələlər tənzimlənir. 
Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələrində iddia müddəti 
İlə  bağlı  aynca  beynəlxalq  müqavilə  qəbul  edilmişdir.  Bu  məsələ 
1974-cü  ildə  Nyu-Yorkda  bağlanmış  “Əmtəələrin  beynəlxalq  al- 
qı-satqısında  iddia  müddəti  haqqında"  Konvensiya  ilə  tənzimlənir. 
1980-ci  il Vyana Konvensiyasının qəbul  edilməsi  ilə əlaqədar iddia 
müddəti haqqında Konvensiyaya əlavə Protokol qəbul edilmişdir. 
Konvensiya  bütün  beynəlxalq  alqı-satqı  müqavilələri  üçün  dörd 
illik  vahid  iddia  müddəti  müəyyən  etmişdir.  İddia  müddəti  iddia 
hüququnun  yarandığı  andan  hesablanır. Həmin  hüquq da, bir qayda 
olaraq,  əmtəənin  faktiki  olaraq  alıcının  sərəncamına  keçdiyi,  və  ya 
beynəlxalq  alqı-satqı  müqaviləsinin  şərtlərinin  pozulduğu,  yaxud 
yalanın üzə çıxdığı və s. anda yaranır. 
Konvensiyada  habelə  iddia  müddətinin  dayandıniması,  onda 
dəyişiklik, onun hesablanması qaydası, iddia müddətinin maksimum 
məhdudlaşdırılması (10 il) və s. məsələlər də tənzimlənir. 
İstər 1980-ci il Vyana Konvensiyası, istərsə də 1974-cü il Nyu- 
York  Konvensiyası  məzmun  etibarı  ilə  xarici  ticarət  əqdləri  üzrə 
eynitipli  maddi  hüquq  normalarını  özündə  ifadə  edir.  Bu  sahədə 
kollizion  hüquq  normalannın  unifıkasiya  işİ  isə  1986-cı  il 
“Əmtəələrin beynəlxalq alqı-satqı müqaviləsinə tətbiq edilən hüquq 
haqqında" Konvensiya ilə müəyyən qədər yerinə yetirilmişdir. 
186 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə