Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 5. Beynəlxalq ticarət adətləri (Lex mercatoria)



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə61/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   57   58   59   60   61   62   63   64   ...   124

§ 5. Beynəlxalq ticarət adətləri (Lex mercatoria) 
§ 5. Beynəlxalq ticarət adətləri 
(Lex mercatoria) 
Xarici  ticarət  əqdləri  zamanı  tərəflər  tətbiq  ediləcək  hüquq 
kimi beynəlxalq ticarət adətlərinə istinad edə bilərlər. Təcrübədə 
belə  hallara  tez-tez  rast  gəlinir.  "İradələrin  muxtariyyəti  "nə 
əsasən  istinad  edilən  adət  hüquq  norması  hesab  edilir  və 
müqavilədən  irəli  gələn  mübahisələrin  həlli  zamanı  əsas 
götürülür'. 
Beynəlxalq ticarət adətlərinin geniş spektri mövcuddur. Elmi 
ədəbiyyatda  onlann  hətta  təsnifatını  da  aparırlar.  Məsələn, 
əhəmiyyətinə  və  tətbiqi  hüdudlanna  görə  beynəlxalq  ticarət 
adətləri iki qrupa: 1) xarİcİ ticarət əqdlərinin bütün növləri üçün 
xarakterik olan adətlər; 2) ticarət dövriyyəsində yalnız müəyyən 
qrup əmtəələrin alqı-satqısına tətbiq edilən adətlərə ayınrlar. 
Beynəlxalq  ticarət  adətləri  tarixən  formalaşsa  da  xarici 
ticarət  dövriyyəsinin  inkişafı  onların  da  məzmununa  təsir 
göstərib.  Ayrı-  ayn  dövrlərin  özünəməxsus  xüsusiyyətlərinin 
təsiri  nəticəsində  adətlər  deformasiyaya  uğrayır,  təkmilləşir, 
yeniləri  meydana  gəlir.  Bu  da  çox  vaxt  təcrübədə 
anlaşılmazlıqlann  yaranmasına  gətirib  çı-  xanr.  Eyni  zamanda, 
adətlərin  yazılı  olmaması  onlann  tətbiqini  çətinləşdirir, 
beynəlxalq  ticarət  dövriyyəsinin  iştirakçıları  tərəfindən  onlar 
müxtəlif cür anlaşılır və tətbiq edilir. Nəticədə eyni adət norması 
dünyamn  ayrı-ayrı  regionlannda  və  dövlətlərində  fərqli  şəkildə 
qəbul edilir. Bütün bunlar xarici ticarət dövriyyəsinə mane olur, 
beynəlxalq  alqı-satqı  müqaviləsinin  iştirakçıları  arasında  əlavə 
mübahisələrin  yaranmasına  gətirib  çıxanr.  Belə  hallann  aradan 
qal- 
dınlmas!  məqsədilə  beynəlxalq  ticarət  adətlərinin 
kodifikasiyası apanlır. 
Beynəlxalq  ticarət  adətlərin  qeyri-rəsmi  kodifikasiyası  ilə 
indiyə  qədər  müxtəlif  təşkilatlar:  beynəlxalq  hökumətlərarası 
təşkilatlar, 
1 JlyHU JI.A. 
Kypc MCituıynapoaHoro 
4
acTHoro 
npaaa. B 3 
T
.
 
M,, 2002, c.517 
187 


Fəsil 10, Xarici İqtisadi əqdlər 
beynəlxalq qeyri-hökumət təşkilatlan, mİlli qeyri-hökumət təşkilatlan 
və s. məşğul olmuşdur.  Onların hazırladıqları sənədlər müxtəlif cür 
adlandırılır: unifikasiya olunmuş qaydalar, ümumi şərtlər, nümunəvi 
müqavilələr və s. 
Necə  adlandın  İmasından  asılı  olmayaraq,  bu  növ  sənədlərin 
hamısı  üçün  bir  sıra  xüsusiyyətlər  xarakterikdir.  Əvvəla, 
kodifıkasiyası  qeyri-rəsmi  apanldığından  onlar  məcburi  xarakter 
daşımırlar. İkincisi, onların birbaşa hüquqi qüvvəsi yoxdur və konkret 
müqavilə ilə nəzərdə tutulan hallarda tətbiq  edilirlər. Bu zaman hər 
hansı beynəlxalq ticarət adətin tətbiqi üçün tərəflərin qarşılıqlı razılığı 
olmalıdır. 
Beynəlxalq ticarət adətlərin unifıkasiyası xarici ticarətin ayrı- ayrı 
sahələri  üzrə  BMT-nin  Avropa  İqtisadi  Komissiyası,  Beynəlxalq 
Ticarət  Hüququ  üzrə  BMT  Komissiyası,  Xüsusi  Hüququn 
Unifıkasiyası  üzrə  Beynəlxalq  İnstitut,  Beynəlxalq  Mühəndis 
Məsləhətçilər  Federasiyası  çərçivəsində  müxtəlif  vaxtlarda 
aparılmışdır. BMT-nin Avropa İqtisadi Komissiyasında konkret növ 
əmtəələrin  satışı  üzrə  ümumi  şərtlərin  və  ya  rəhbər  qaydaların 
hazırlanması  ənənə  xarakteri  almışdır.  Bu  sıradan  maşın  və 
avadanlığın  tədarükünün  ümumi  şərtləri,  maşın  avadanlıqlarının 
xaricdə  montaj  edilməsinin  ümumi  şərtləri,  beynəlxalq  qarşılıqlı 
ticarət müqavilələri üzrə rəhbər qaydaları və s. göstərmək olar. 
Beynəlxalq ticarət adətlərinin kodifıkasiyası sahəsində başlıca rol 
Beynəlxalq Ticarət Palatasına məxsusdur. İqamətgahı Paris şəhərində 
yerləşən Beynəlxalq Ticarət Palatası 1920-ci ildə beynəlxalq ticarətə 
təşkilati, texniki və s. kömək məqsədilə qeyri-hökumət təşkilatı kimi 
yaranmışdır.  Palata  130-dan  artıq  dövlətdən  sənaye-ticarət  pa- 
latalannı, minlərlə kommersiya birliklərini özündə birləşdirir. 
Beynəlxalq  Ticarət  Palatası  beynəlxalq  ticarət  adətlərinin 
öyrənilməsi,  ümumiləşdirilməsi  və  sistemləşdirilməsi  üzrə  geniş  iş 
aparmışdır.  Palatanın  bu  istiqamətdə  apardığı  fəaliyyətin  nəticələri 
demək olar ki, bütün dövlətlərdə tanınır. Fəaliyyətinin ilk dövrlərində 
ticarət  adətlərin  sistemləşdirilməsi  İşini  müvəffəqiyyətlə  aparan 
Palata sonralar onların təfsirini də verməyə başlamışdır. 
188 


§ 5. Beynoixalq ticarət adətləri (Lex mercatoria) 
Beynəlxalq  Ticarət  Palatası  həm  ticarət  adətləri  məcmuəsini 
("Trade Terms" axırınct redaksiyada 1953-cü ildə qəbul edilmişdir), 
həm də beynəlxalq ticarət adətlərinin təfsiri qaydalarını (İn- coterms) 
qəbul  etmişdir,  İnkotenns  hazırda  2000-ci  il  redaksiyasında  tətbiq 
edilir.  Son  redaksiyada  müasir  dövrün  xüsusiyyətləri:  kompyuter 
rabitə xidmətinin, nəqliyyat-daşıma üsullartmn təkmilləşməsi halları 
nəzərə alınmışdır. 
İnkotermsdə xarici ticarət müqavilələrində işlədilən 13 terminin 
təfsiri  verilmişdir.  İnkotenns  mənasında  termin  dedikdə  ticarət 
partnyorları arasında hüquq və vəzifələrin bölgüsünü müəyyən edən 
xarici  alqı-satqt  müqavilələrinin  bəzi  tipləri  başa  düşülür.  Bəzi  tip 
müqavilələrdə (terminlərdə) hüquq və vəzifələrin bölgüsü əmtəələrin 
daşınması  ilə,  bəzilərində  əmtəələrin  bir  dövlətdən  digərinə 
keçirilməsi ilə bağlı gömrük rəsmiyyətinin apaniması ilə, digərlərində 
isə  əmtəənin  təsadüfən  məhv  olma  riskinin  satıcıdan  alıcıya  keçmə 
momentinin müəyyən edilməsi ilə əlaqədar aparılır. 
İnkotermsdə təfsiri verilən 13 termin (müqavilə tipi) dörd qrupa 
bölünmüşdür.  Terminlərin  qruplara  bölünməsinin  əsasında  satıcının 
daşıdığı vəzifələrinin həcmi meyan durur. "E" hərfi ilə işarə edilən ilk 
qrupa  yalnız bir termin: EXW  (ex works - zavoddan və  ya  franko - 
zavod)  aiddir.  EXW  müqaviləsinə  görə  satıcı  öz  müəssisəsində 
nəzərdə  tutulan  müddətdə  əmtəəni  alıcının  sərəncamına  verməlidir. 
Bu tip müqavilə satıcının üzərinə ən az vəzifə qoyan müqavilə hesab 
edilir. 
"F" hərfi ilə işarə edilən ikinci qrupa aşağıdakı üç tip müqavilə aid 
edilir; 1) FCA (free carrier - daşıyıcıya təhvil verəndən sonra azad); 2) 
FAS (free alongside ship - gəmiyə çatandan sonra azad); 3) FOB (free 
on board - gəmiyə yükləyəndən sonra azad). 
FCA  müqaviləsinə  görə  satıcı  əmtəəni  gömrük  baxışından 
keçirtdikdən sonra şərtləşdirilmiş məntəqədə daşıyıcının sərəncamına 
verməklə öz öhdəliyini yerinə yetirmiş olur. Daşıyıcı qismində bu və 
ya  digər  nəqliyyat  təşkilatı  da  daxil  olmaqla  müqavilə  ilə  üzərinə 
əmtəənin daşınması vəzifəsi qoyulan hər hansı şəxs başa düşülür. 
189 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə