Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 3. Xarici iqtisadi əqdin forması



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə59/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   55   56   57   58   59   60   61   62   ...   124

§ 3. Xarici iqtisadi əqdin forması 
lidir.  Beləliklə,  əqdin  formasına  münasibətdə  yeni  kollizion 
bağlanma: lex causae (mahiyyət qanunu) formalaşmaqdadır. 
Mahiyyət  qanununa  istinad  edən  ölkələr  əqdin  formasına 
münasibətdə  onun  bağlandığı  yerin  qanununun  tətbiq  edilməsindən 
tamamilə imtina etməmişlər. Bəzi dövlətlərdə onlar bərabər statuslu 
alternativ kollizion bağlanma olaraq paralel tətbiq edilir, digərlərində 
isə  lex  causae  (mahiyyət  qanunu)  əsas,  lex  toci  actus  (əqdin 
bağlandığı  yerin  qanunu)  isə  subsidiar  kollizion  bağlanma  kimi 
nəzərdə tutulub. Birinci hala misal olaraq Almaniya Mülki Qanunlar 
Külliyyatına  Giriş  Qanununun  (1994-cü  il  redaksiyasında)  11-ci 
maddəsini  göstərmək  olar.  Orada  deyilir  ki,  əqd  forma  baxımından 
onun predmetini təşkil edən münasibətə tətbiq edilən qanununa və ya 
harada  bağla-  nıbsa,  həmin  dövlətin  qanununa  uyğundursa,  lazımi 
fonnada bağlanmış hesab edilir. İkinci variant isə öz ifadəsini 1965-ci 
il  beynəlxalq  xüsusi  hüquq  haqqmda  Polşa  qanununda  tapmışdır. 
Həmin qanunun 12-ci maddəsindən belə nəticə çıxır ki, əqdin fomıası 
ona  tətbiq  edilən  qanuna  əsasən  müəyyən  edilir.  Lakin  onun 
bağlandığı yerin qanununun forma ilə bağlı tələblərinə riayət etmə də 
kifayət edər. 
Lex  causae  (mahiyyət  qanunu)  beynəlxalq  müqavilələrdə  də 
təsadüf  olunur.  1986-cı  il  “Əmtəələrin  beynəlxalq  alqı-satqı 
müqaviləsinə tətbiq  edilən hüquq haqqında" Haaqa Konvensiyasına 
görə əqdin forması ilə əlaqədar nəzərdə tutulan iki alternativ kollizion 
bağlanmadan biri lex causae - mahiyyət qanunudur. 
MDB ölkələrinin bir qismində xarici İqtisadi əqdin mütləq yazılı 
formada olması ilə bağlı imperativ tələb irəli sürülür. Kontinental və 
anqlo-sakson  hüququna  görə  İsə  iqtisadi  əqd  hər  hansı  bir  formada 
bağlanıla  bilər.  Bu  sahədə  mövcud  olan  beynəlxalq  müqavilələrdə, 
onların  hər  iki  qrup  dövlətlərdə  qəbul  olunması  üçün,  bir  qayda 
olaraq,  kompromis  variant  nəzərdə  tutulur.  İstər  1980-ci  il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqı  müqaviləsi  haqqında”  Vyana 
Konvensiyasında,  İstərsə  də  1986-cı  il  Haaqa  Konvensiyasında 
göstərilir  ki,  qanunvericiliyində  alqı-satqı  müqaviləsi  üçün  məcburi 
yazılı forma tələb edilən hər hansı bir dövlət Konvensiyaya qo 
181 


Fəsil 10. Xarici iqtisadi əqdlər 
şulan zaman müvafiq kolüzion normanın ona şamil olunmaması ilə 
bağlı  qeyd-şərt  edə  bilər,  bu  şərtlə  ki,  müqavilə  bağlanan  zaman 
tərəflərdən birinin kommersiya müəssisəsi onun ərazisində olsun. 
§ 4. Beynəlxalq alqı-satqı müqaviləsi 
Qeyd  edildiyi  kimi  xarici  iqtisadi  əqdlərin  əsas  kütləsini  xarici 
ticarət  əqdləri  və  ya  beynəlxalq  alqı-satqı  müqavilələri  təşkil  edir. 
Tarixən  beynəlxalq  iqtisadi  əlaqələrin  əsasında  beynəlxalq  ticarət 
əlaqələri  durmuşdur.  Lakin  həmin  əlaqələrin  inkişafı  heç  də  rahat 
olmamış, bir sıra çətinliklərlə müşayiət olunmuşdur. Bu istiqamətdə 
mövcud olan çətinliklərin bir qismi milli qanunvericiliklərin müvafiq 
normalarının  bir-birindən  fərqlənməsi,  çox  zaman  tətbiq  ediləcək 
hüququn seçilməsi ilə bağlı tərəflərin tərəddüd etmələri və s. hüquqi 
məsələlərlə əlaqədar idi. 
Beynəlxalq  ticarətin  inkişafına  mane  olan  belə  halların  aradan 
qaldırılması  məqsədilə  bu  sahədə  XX  əsrin  ortalarından  etibarən 
geniş  unifikasiya  işi  aparılmışdır.  Hələ  XX  əsrİn  30-cu  illərinin 
əvvəllərində Xüsusi Hüququn Unifıkasiyası üzrə Beynəlxalq İnstitut 
çərçivəsində  əmtəələrin  alqı-satqı  müqaviləsinin  bağlanması 
haqqında  və  əmtəələrin  aiqı-satqısı  haqqında  iki  eyni  tipli  qanun 
layihəsi hazırlanmışdır. Lakin sənədlər üzərində iş yalnız 60-cı illərdə 
başa  çatmış  və  1964-cü  ildə  Haaqada  keçirilən  diplomatiya 
konfransında İki konvensiya: 1) “Əmtəələrin beynəlxalq alqı-satqı ilə 
bağlı eynitipli qanun haqqında”; 2) “Əmtəələrin beynəlxalq alqı- satqı 
müqaviləsinin  bağlanması  haqqında  eynitipli  qanun  haqqında” 
konvensiyalar  qəbul  edilmişdir.  Hər  iki  sənəd  beynəlxalq  ticarətin 
inkişafına müsbət təsir göstərsə də, bir sıra çatışmazlıqlarla əlaqədar 
universal  xarakter  kəsb  etmədi.  Ayrı-ayrı  milli  hüquq  sistemlərinin 
özünəməxsus xüsusiyyətlərini nəzərə almayan Haaqa Konvensiyaları 
əksər  dövlətlər  tərəfindən  qəbul  edilmədi.  Bununla  əlaqədar  olaraq 
BMT-nin  Beynəlxalq  Ticarət  Hüququ  üzrə  Komissiyası  müxtəlif 
hüquq sistemli dövlətlərin qoşula biləcəyi bİr 
182 


§ 4. Beynəlxalq alqı-satqı müqaviləsi 
sənədin hazırlanması işinə başlayır. Komissiya qısa müddət ərzində 
Əmtəələrin 
beynəlxalq 
alqı-satqı 
müqaviləsi 
haqqında” 
Konvensiyanın  layihəsini  İşləyib  hazırlayır.  11  aprel  1980-ci  ildə 
Vya-  nada  keçirilən  diplomatiya  konfransında  qəbul  edilən  həmin 
sənəd 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. 
Konvensiya  struktur  baxımdan  girişdən,  dörd  hissədən  və  101 
maddədən  ibarətdir.  Konvensiya  hələ  qüvvəyə  mindiyi  vaxt  onun 
universallığına heç bir şübhə qalmadı. Belə ki, onu imzalayan ilkin 11 
dövlət (Argentina, ABŞ, Zambiya, İtaliya, Lesoto, Macanstan, Misir, 
Suriya,  Fransa,  Çin,  Yuqoslaviya)  müxtəlif  hüquq  sistemlərini, 
ayn-ayn coğrafi regionlan və fərqli iqtisadi inkişaf səviyyələri təmsil 
edirdi. 
Girişdə  bərabərlik  və  qarşılıqlı  mənfəət  əsasında  beynəlxalq 
ticarətin inkişafı dövlətlər arasında dostluq münasibətlərinin mühüm 
elementi  hesab  edilir  və  göstərilir  ki,  eynitipli  normalann  qəbul 
edilməsi  beynəlxalq  ticarətdə  hüquqi  maneələrin  aradan  qaldınl- 
masına və onun inkişafına kömək edəcəkdir. 
Konvensiyanın  "Tətbiqi  sferası  və  ümumi  müddəalar"  adlanan 
birinci  hissəsində  xarici  iqtisadi  ticarət  əqdinin  anlayışı, 
Konvensiyanın tətbiqi sferası, tərəflərin muxtariyyəti. Konvensiyanın 
təfsiri,  müqavilənin  forması  və  s.  məsələlərin  tənzimlənməsi  Öz 
əksini  tapmışdır.  Konvensiya  kommersiya  müəssisələri  müxtəlif 
dövlətlərin ərazisində yerləşən tərəflər arasında əmtəələrin alqı-satqı 
müqaviləsinə  tətbiq  edilir,  bu  şərtlə  ki,  ya  həmin  dövlətlər 
Konvensiyanın  iştirakçısı  olsun,  ya  da  beynəlxalq  xüsusi  hüquq 
nonna- larına uyğun iştirakçı dövlətin hüququ tətbiq edilsin. 
Konvensiya  ilə  onun  tətbiqi  sferasına  aid  edilməyən  alqı-satqı 
müqavilələrinin siyahısı da müəyyən edilmişdir. Bu sıraya şəxsi, ailə 
və ya evdə istifadə üçün alınan əmtəələr, hərracda (auksionda) satılan 
əmtəələr,  qanuna  əsasən  məcburi  satışa  qoyulan  əşyalar,  digər 
spesifik  əmtəələr  (aksiyalar,  dövriyyə  sənədləri,  valyuta,  qiymətli 
kağızlar, su və hava gəmiləri, elektrik eneıjisi və s.) aid edilir. 
Konvensiyada əsas etibarilə müqavilənin bağlanması və tərəflərin 
hüquq və vəzifələrinin müəyyən edilməsi məsələləri öz əksini 
183 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə