Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 6. Beynəlxalq xüsusi hüquqda əmtəə nişanı



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə55/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   51   52   53   54   55   56   57   58   ...   124

§ 6. Beynəlxalq xüsusi hüquqda əmtəə nişanı 
Azərbaycan Respublikasında qeydə alınan əmtəə nişanlarının və 
coğrafi  göstəricilərin  hüquqi  mühafizəsi  həmin  qanundan  əlavə 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  nişanların  beynəlxalq 
qeydiyyatına  dair  beynəlxalq  sazişlərə  və  müqavilələrə  uyğun 
olmalıdır.  Azərbaycan  Respublikasında  qeydə  alınmayan,  lakin 
Azərbaycan Respublikasımn tərəfdar çıxdığı beynəlxalq müqavilələrə 
görə  qüvvəsi  olan  əmtəə  nişanı  və  coğrafi  göstərici  həmin  qanuna 
uyğun olaraq mühafizə edilir. 
Qanuna  görə,  sənaye  mülkiyyətinin  mühafizəsi  üzrə  Paris 
Konvensiyasının  6-cı  maddəsinə  uyğun  olaraq  qeydə  alınması 
mümkün  hesab  edilməyən  əmtəə  nişanlarının,  habelə  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  sazişlərə  uyğun  olaraq 
Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən və s. əmtəə 
nişanlarının qeydə alınmasına yol verilmir. 
Əmtəə  nişanının  və  coğrafi  göstəricinin  qeydə  alınması  barədə 
iddia  sənədini  iddiaçı  müvafiq  icra  hakimi>
7
əti  orqanına  verir.  Bu 
səlahiyyəti 
Azərbaycan 
Respublikasının 
Standartlaşdırma, 
Metrologiya  və  Patent  üzrə  Dövlət  Agentliyi  {Patent  Agentliyi) 
həyata keçirir. 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası 
müqavilələrdə  başqa  qaydalar  nəzərdə  tutulmayıbsa,  Azərbaycan 
Respublikasında  sahibkarlıq  fəaliyyəti  göstərənlər  istisna  olmaqla, 
xarici  hüquqi  və  fiziki  şəxslər  müvafiq  icra  hakimiyyəti  orqanına 
İddia sənədini yalnız patent müvəkkilləri vasitəsilə verirlər. 
Əmtəə  nişanları  və  coğrafi  göstəricilər  müvafiq  tələblərə  cavab 
verdikdə Dövlət Reyestrində qeydə alınır. Reyestrə əmtəə nişanının 
şəkli, ilkinliyi, sahibi haqqında məlumat, qeydə alındığı tarix, Nitsa 
təsnifatının  sinifləri  üzrə  əmtəələrin  və  ya  xidmətlərin  qrup- 
laşdırılmış  siyahısı  daxil  edİlİr.  Reyestrə  daxil  edilmiş  məlumatlar 
müvafiq  icra  hakimiyyəti  orqanının  rəsmi  bülletenində  dərc  edilir. 
Qeydə alınmış əmtəə nişanı barədə məlumat dərc edildiyi tarixdən 3 
ay  ərzində  hər  bir  şəxs  onun  qeydə  alınması  faktına  qarşı 
əsaslandırılmış etiraz verə bilər. 
169 


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
Oammda  əmtəə  nişanının  qeydiyyatının  10  il  müddətində 
qüvvədə olması nəzərdə tutulub. Bu müddət hər dəfə 10 il müddətinə 
uzadıla bilər. 
Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxslərinin 
müəyyənləşdirilmiş  qaydada  əmtəə  nişanını  və  coğrafi  göstəricini 
xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatım 
həyata  ke-  çinnək  hüququ  vardır.  Əmtəə  nişanının  beynəlxalq 
qeydiyyatına  dair  iddia  sənədi  müvafiq  icra  hakimiyyəti  orqanı 
vasitəsilə verilir. 
Əmtəə  nişanının  və  coğrafi  göstəricinin  qeydə  alındığı  tarixdən 
fasiləsiz olaraq 5. il ərzində istifadə olunmadıqda onun qeydiyyatına 
xitam verilə bilər. 
Qanunla,  eyni  zamanda,  xaricilərə  milli  rejimin  verilməsi 
müəyyən  edilmişdir.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
döv- lətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici 
hüquqi və fiziki şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair 
Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxsləri  ilə  bərabər 
hüquqa malikdirlər. 
170 


Fəsil 10. Xarici iqtisadi əqdlər 
§ 1. Xarici iqtisadi əqdlərin anlayışı 
Dövlətin hüdudlannı aşan təsərrüfat fəaliyyəti, bir qayda olaraq, 
xarici  iqtisadi  fəaliyyət  adlandırılır.  Bura  hər  şeydən  əvvəl  xarici 
ticarət,  beynəlxalq  investisiya  fəaliyyəti,  müxtəlif  xidmətlərin 
göstərilməsi, sənaye komplekslərinin tikintisi zamanı texniki kömək, 
birgə  elmi-texniki  əməkdaşlıq,  ixtiraların  və  digər  elmi-texniki 
nailiyyətlərin  istifadəsi  haqqında  lisenziya  müqavilələri  bağlama, 
valyuta,  maliyyə-kredit  əməliyyatları  və  s.  aiddir.  Azad  bazar 
iqtisadiyyatı şəraitində xarici iqtisadi fəaliyyətin əsas kütləsi hüquqi 
və  fiziki  şəxslər  arasında  baş  verir.  Belə  fəaliyyətin  əsas  hüquqi 
forması kimi isə mülki-hüquqi əqdlər çıxış edir. 
Xarici  iqtisadi  fəaliyyət  zamanı  bağlanan  mülki-hüquqi  əqdlərə 
beynəlxalq kommersiya əqdləri və ya xarici iqtisadi əqdlər deyilir. 
Xarici  iqtisadi  əqdın  anlayışını  müəyyən  etmək  mühüm  praktik 
əhəmiy>'ələ malikdir. Belə ki, bu məsələ həmin əqdə tətbiq ediləcək 
hüquqla sıx bağlıdır.  Bildiyimiz kimi,  dövlətdaxili  xarakter  daşıyan 
əqd müvafiq mali hüquq normaları ılə tənzimlənir. Xarici iqtisadi əqd 
isə bir neçə döviətm hüququ ilə əlaqəli olduğundan, bu zaman onların 
hansı birinin tətbiq edilməsi məsələsi ortaya çıxır. Bir sıra hallarda isə 
belə  əqdlərə  beynəlxalq  hüquq  normaları  tətbiq  edilə  bilər.  Eyni 
zamanda,  nəzərə  almaq  lazımdır  ki,  xarici  iqtisadi  əqdlərə 
münasibətdə beynəlxalq işgüzar dövriyyə üçün xarakterik olan adətlər 
0^'^ mercatoria) də geniş tətbiq edilir. 
Azərbaycan  Respubukasının  qanunvericiliyində  xarici  iqtisadi 
əqdin anlayışına təsadüf olunmur. 
Elmi ədəbiyyatda da xarici iqtisadi oqdin anlayışı ilə bağlı vahid 
mövqe  yoxdur.  Bu  sahədə  tədqiqat  aparan  müəlliflərin  əksənyyəti 
daha çox iki əlamətə üstünlük verirlər. Birinci əlamət kimi belə əqdə 
tərəflərdən  birinin  digər  dövlətin  ərazisində  yerləşməsi  və  əksər 
hallarda xarici (xarici vətəndaş və ya xarici hüquqi şəxs) olma 
171 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə