Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§_3._Azərbaycan_Respublikasında_xaricilərin_müəlliflik_və_əlaqəli_hüquqları'>§ 3. Azərbaycan Respublikasında xaricilərin müəlliflik və əlaqəli hüquqları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə51/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   47   48   49   50   51   52   53   54   ...   124

§ 3. Azərbaycan Respublikasında xaricilərin müəlliflik və əlaqəli hüquqları 
rici dövlətin vətəndaşı öz əsərini ilk dəfə Azərbaycan Respublikasında 
dərc  etdirdikdə  yaranan  münasibətlər  xarici  elementli  olur.  Üçüncü 
halda  isə  yaranan  müəlliflik  münasibətləri  hər  bir  halda  xarici 
elementlidir. Hər üç halda xarici müəllifə milli rejim verilir. 
Bütövlükdə 
götürüldükdə 
xarici 
müəlliflərin 
əsərlərini 
Azərbaycanda mühafizə olunmaq baxımında iki qrupa bölmək olar: i) 
yuxanda sadalanan hallann hər hansı birinə aid edilən və bundan irəli 
gələrək  mühafizə  olunan  əsərlər,  2)  “Müəlliflik  və  əlaqəli  hüquqlar 
haqqında” Qanunun şamil edilmədiyi və bundan irəli gələrək mühafizə 
olunmayan əsərlər. 
Məlumdur  ki,  Azərbaycan  Respublikası  müəlliflik  hüquqları 
sahəsində  bir  sıra  beynəlxalq  müqavilələrə  qoşulmuşdur.  Nəzərə 
almaq  lazımdır  ki,  Azərbaycanın  müvafiq  müqaviləyə  qoşulduğu 
andan sonra həmin müqavilənin qüvvədə olduğu ölkələrin birində dərc 
edilən  əsərlər  Azərbaycanda  mühafizə  edilir.  Belə  meyara  cavab 
verməyən  əsərlər  mühafizə  olunmayan  əsərlərdir.  Ümumiyyətlə, 
mühafizə olunmayan əsərlərə aşağıdakılan aid etmək olar: 1) mühafizə 
müddəti başa çatmış əsərlər; 2) müəlliflik hüququnun obyekti olmayan 
əsərlər;  3)  Azərbaycan  Respublikasının  iştirak  etdiyi  beynəlxalq 
müqavilələrə  qoşulmayan  ölkələrdə  ilk  dəfə  dərc  olunan  əsərlər;  4) 
beynəlxalq  müqavilələrin  Azərbaycan  Respublikasına  münasibətdə 
qüvvəyə mindiyi tarixə  qədər müqavilə iştirakçıları olan dövlətlərdə 
çap olunan əsərlər. 
Müəlliflik  hüququnun  obyekti  olmayan  əsərlərə  aşağıdakılar 
aiddir; 1) rəsmi sənədlər (qanunlar, məhkəmə qərarlan, qanunvericilik, 
inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi 
tərcümələri;  2)  dövlət  rəmzləri  və  nişanları  (bayraqlar,  gerblər, 
himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanlan); 3) 
xalq yaradıcılığı əsərləri; 4) hadisələr və faktlar haqqında informasiya 
xarakterli məlumatlar. 
Mühafizə olunmayan əsərlər şəxsi hüquqlar gözlənilmək şərti ilə 
(ad hüququ, əsərin toxunulmazlığı hüququ, müəllifin şöhrətinə hörmət 
edilməsi hüququ) hər hansı bir icazə olmadan azad istifadəyə açıqdır. 
157 


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
“Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında”  Qanuna  görə 
müəlliflik  hüququ  əsərin  yaradılması  ilə  yaranır,  müəllifin  bütün 
həyatı  boyu  vo  onun  ölümündən  sonra  50  il  müddətində  qüvvədə 
qalır. Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ 
həmin əsərin qanuni dərc edildiyi tarixdən 50 il müddətində qüvvədə 
qalır. 
Əsərə  müəlliflik  hüququnun  qüvvədə  olma  müddəti  qurtardıqda 
əsər  ictimai  varidata  keçir.  Azərbaycan  Respublikasının  ərazisində 
heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır. 
Azərbaycanda  mühafizə  olunan  xarici  müəllifin  əsərinin 
Azərbaycanda  çap  olunması  xarici  müəlliflə  və  ya  onun  digər 
sahibləri ilə bağlanmış müəllif müqaviləsi üzrə həyata keçirilə bilər. 
Hüquqların verilməsi həcmindən asıh olaraq müəllif müqavilələrinin 
iki  növü  vardır:  1)  müstəsna  lisenziya  müqaviləsi  (müstəsna 
hüquqların  verilməsi  haqqında);  2)  qeyri-müstəsna  lisenziya 
müqaviləsi (qeyri-miistəsna hüquqların verilməsi haqqında). 
Müstəsna  lisenziya  müqaviləsi  zamanı  müəllif  və  ya  müəlliflik 
hüquqlarının  digər  sahibi  əsərdən  müəyyən  üsulla  və  müqavilədə 
müəyyən  edilmiş  həddə  istifadəyə  müstəsna  hüququnu  başqa  şəxsə 
verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə 
etməsinə  icazə  vermək  və  ya  qadağan  etmək  hüququnu  verir. 
Qeyri-miistəsna  lisenziya  müqaviləsi  zamanı  isə  müəllif  və  ya 
müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin  əsərdən eyni 
üsulla  istifadəyə  razılıq  almış  başqa  şəxslə  bərabər  istifadəyə  icazə 
verir. 
Müəllif  müqaviləsi  yazılı  şəkildə  bağlanmalıdır.  Müqavilədə 
aşağıdakılar  müəyyən  edilməlidir:  əsərdən  istifadə  üsulları  (belə 
müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət 
və ərazi; qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş 
qaydaları və müddəti; tərəflərin mühüm hesab etdikləri digər şərtlər. 
Müəllif müqaviləsində ərazi haqqında şərt oimadıq- da, müqavilə üzrə 
nəzərdə  tutulan  hərəkətlər  Azərbaycan  Respublikasının  ərazisi  ilə 
məhdudlaşdırılır. 
158 


§ 4. Sənaye mülkiyyətinin beynəlxalq hüquqi mühafizəsi 
§ 4. Sənaye mülkiyyətinin beynəlxalq 
hüquqi mühafizəsi 
Sənaye  mülkiyyəti  əqlİ  mülkiyyətin  tərkib  hissəsidir.  “Sənaye 
mülkiyyətinin mühafizəsi haqqında” 1883-cü il Paris Konvensiyasının 
1-ci maddəsinin 2-ci bəndinə görə aşağıdakılar sənaye mülkiyyətinin 
obyektləri  hesab  edilir:  1)  ixtiralar;  2)  faydalı  modellər;  3)  sənaye 
nümunələri;  4)  əmtəə  nişanı;  5)  xidmət  nişanı;  6)  firma  adları;  7) 
vicdansız  rəqabətdən  müdafiə  və  s.  Konvensiyaya  görə  "sənaye 
mülkiyyəti" anlayışına geniş mənada yanaşmaq lazımdır. Bura nəinki 
sənaye  və  ticarət  sahəsində,  həmçinin  kənd  təsərrüfatı  və  mədən 
sənayesində insanların əqli fəaliyyətinin nəticəsi olan bütün obyektlər 
aid edilir. 
Sənaye mülkiyyətinə hüquq müəlliflik və əlaqəli hüquqlardan bir 
sıra  xüsusiyyətlərə  görə  fərqlənir.  Əgər  müəlliflik  hüququ  əqli 
mülkiyyət  obyektinin  (əsərin)  formasım  mühafizə  edirsə,  sənaye 
mülkiyyətinə hüquq isə ideyanın, ixtiranın, faydalı modelin və sənaye 
nümunəsinin  müəllifinin  düşünüb  yaratdığı  həllin  məzmununu 
qoruyur. 
Müəlliflik  hüququ  ilə  qorunan  əsər  təkrarolunmaz  xüsusiyyətə 
malikdir. Digərləri tərəfindən həmİn əsərin olduğu kimi yaradılması 
qeyri-mümkündür.  Sənaye  mülkiyyəti  hüququnun  obyektlərinə 
münasibətdə  məsələ  bu  baxımdan  başqa  cürdür.  İxtira,  sənaye 
nümunəsi,  faydalı  modellər  onun  birinci  yaradıcısından  asılı 
olmayaraq, başqa şəxs tərəfindən də yaradıla bilər'. 
Sənaye  mülkiyyətinə  hüququn  özünəməxsus  xüsusiyyətlərindən 
biri  də  onun  obyektlərinin  müəyyən  tələblərə  cavab  verməsi  ilə 
əlaqədardır. Sənaye mülkiyyəti obyektlərinə müxtəlif tələblər: yenilik, 
ilkinlik,  faydalılıq  və  s.  irəli  süriilür.  Yenilik  mövcud  bilgilər 
səviyyəsində nəyinsə təkrarlanmaması deməkdir. Sənaye mül- 
I Allahverdiyev Sabir. Azərbaycan Respublikasının muəllillik vo patent hüququ. B.. 
2000, S.224 
159 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə