Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 3. Dövlət immunitetinin məzmunu və növləri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə48/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   44   45   46   47   48   49   50   51   ...   124

§ 3. Dövlət immunitetinin məzmunu və növləri 
Məhkəmə qərarlarının məcburi icrasından immunitet aşağıdakıları 
nəzərdə tutur: dövlətin razılığı olmadan ona və onun əmlakına qarşı 
xarici  məhkəmə  qərarlarını  icra  etmək  məqsədi  ilə  hər  hansı 
məcburetmə  tədbiri  tətbiq  etmək  olmaz.  Dövlətin  özünün  xarici 
məhkəməyə  verilməsinə  razılığı  məhkəmənin  çıxardığı  qərarın 
icrasına  razılığı  nəzərdə  tutmur.  Məhkəmənin  dövlətin  əleyhinə 
çıxardığı  qəran  yalmz  dövlətin  xüsusi  olaraq  icra  üçün  verdiyi 
razılıqdan sonra icra oluna bilər. 
Dövlət  mülkiyyətinin  immuniteti  xaricdə  yerləşən  dövlət 
əmlakının hüquqi rejiminin əsasını təşkil edir. Dövlət mülkiyyətinin 
immunitetinə görə dövlət əmlakı toxunulmaz hesab edilir. 
Dövlət  mülkiyyəti  ilə  bağlı  məsələlər  ancaq  məlikəmə 
araşdırmaları  zamanı  meydana  gəlmir.  Ona  görə  də  məhkəmə 
araşdırmaları  ilə  əlaqədar  olan  yuxarıda  qeyd  etdiyimiz 
İmmunitetlərdən fərqli olaraq dövlət mülkiyyətinin immunitetinə daha 
geniş  kontekstdə  baxmaq  lazımdır.  Mülkiyyət  immunitetinə  görə 
dövlətin hər hansı əmlakın ona məxsus olması haqqında bəyanatı belə 
müzakirəyə  çıxarıla  bilməz  və  bu  fakt  kİmi  qəbul  edilməlidir.  Bu 
baxımdan  1921-ci  ildə  Böyük  Britaniya  məhkəməsinin  "Lyuter  Se- 
qora qarşı" iş üzrə çıxardığı qərar maraq kəsb edir. Orada göstərilir ki, 
əgər  xarici  dövlətin  nümayəndəsinin  İngiltərəyə  gətirdiyi  məhsul 
(əmtəə)  dövlət  adından  gətirilirsə  və  məhsulun  (əmtəənin)  xarici 
hökumətə məxsus olması elan edilirsə (və ya bəyanat verilirsə), heç bir 
İngiltərə  məhkəməsinin  belə  elanı  (bəyanatı)  yoxlamaq  səlahiyyəti 
yoxdur.  Onun  istintaqı  dövlətlər  arasında  beynəlxalq  nəzakət 
qaydalarına ziddir'. 
Dövlət  əqdlərinin  İmmunitetinə  görə  dövlətin  xarici  hüquqi  və 
fiziki  şəxslərlə  bağladığı  əqdlər  yalnız  dövlətin  razılığı  ilə  xarici 
hüquqa tabe edilə bilər, əks təqdirdə belə əqdlər dövlətin öz hüququ ilə 
tənzimlənməlidir. Dövlətin xarici fiziki və hüquqi şəxslərlə bağladığı 
müqavilələr üzrə yaranan münasibətlər tərəflərin razılığı 
Hcmup H*., Hopr tl. MeMyııapojiHoe 
MÜCTKOC
 npaBO. M., 1982. c. 168 
125 


Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi 
Qeyd  olunan  məsələ  ilə  bağIt  Keyptaun  məhkəməsi  tərəfindən 
Azərbaycan Respublikasının cavabdeh tərəf kimi məhkəmə prosesinə 
cəlb olunması və Azərbaycamn prosesdə İştirak etmədiyi təqdirdə ona 
münasibətdə 
müvafiq 
qərarın 
çıxarılması 
əsassızdır 
və 
yolverilməzdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, beynəlxalq 
hüquq  normalarına  uyğun  olaraq  dövlətlərin  razılığı  olmadan  və 
həmin  dövlətlər  istənilən  məhkəmə  orqanının  yurisdiksiyasını 
özlərinə  münasibətdə  şamil  etmədikləri  təqdirdə,  onlar  məhkəmə 
proseslərinə cavabdeh tərəf kimi cəlb oluna bilməz. 
İddianın qabaqcadan təmin edilməsindən immunitet aşağıdakıları 
nəzərdə  tutur:  dövlətə  qarşı  irəli  sürülən  iddianı  qabaqcadan  təmin 
etməkdən  Ötrü  dövlətin  əleyhinə  onun  razılığı  olmadan  hər  hansı 
məcburetmə  tədbirlərinin  tətbiqi  yolverilməzdir.  Dövlət  xarici 
dövlətin məhkəməsində cavabdehliyə razılıq versə belə, həmin razılıq 
iddianın  qabaqcadan  təmin  edilməsi  ilə  bağlı  tədbirlərin  tətbiqinə 
şamil olunmur. Təcrübədə iddianı qabaqcadan təmin etmək məqsədilə 
dövlətin razılığı olmadan ona qarşı tətbiq edilən məcburetmə tədbiri 
kimi xarici limanda dövlət gəmisini tutub saxlamaq, xarici banklarda 
dövlətin  valyuta  hesablarına  həbs  qoymaq,  dövlətin  xaricdəki 
əmlakını siyahıya almaq və s. hallara rast  gəlinir. Məsələn, 18 may 
1948-ci ildə Nyu-York limanında "Rusiya" sovet gəmisinə iki fiziki 
şəxsin gəmiyə qarşı qaldırdığı iddianı təmin etmək məqsədi ilə həbs 
qoyulur.  Sovet  hökumətinin  tapşınğı  ilə  sovet  səfirliyi  "Rusiya" 
gəmisinin  Sovet  İttifaqına  məxsus  olduğu  üçün  immunitetə  malik 
olmasım  ABŞ  dövlət  departamentinin  diqqətinə  çatdımışdır.  ABŞ 
departamenti  də  öz  növbəsində  gəminin  sovet  hökumətinə  məxsus 
olduğu  üçün  immunitetə  malik  olması  haqqında  sovet  səfirinin 
pretenziyasını qəbul etmiş və gəmi üzərində həbs götürülmüşdür'. 
1 Jlyım Jl-A. Kypc McxayııapoaHoro Macrnoro npaBa. OcoöcuHaa 
MBCTI
..
 
M.. 1975, c. 
80-81 
124 


5 3. Dövlət immunitetinin məzmunu və növləri 
olaraq  mülki  məhkəmə  məsuliyyətindən  azad  edilirlər.  Azərbaycan 
Respublikasının  mülki  məhkəmə  məsuliyyəti  xidməti  dəvət  üzrə 
Azərbaycan Respublikasında olan digər dövlətlərin nümayəndələrinə 
və onların müşayiətçilərinə isə şamil edilir. (Azərbaycan Respublikası 
MPM-nİn 453-455-ci maddələri). 
§ 3. Dövlət immunitetinin məzmunu və növləri 
Dövlət immuniteti məzmun baxımından aşağıdakı elementlərdən 
ibarətdir:  I) məhkəmə immuniteti; 2) iddianı  qabaqcadan təminetmə 
ilə bağlı tədbirlərin tətbiqindən immunitet; 3) məhkəmə qərarlarının 
məcburi icrasından immunitet; 4) dövlət mülkiyyətinin immuniteti; 5) 
dövlət əqdlərinin immuniteti. 
Məhkəmə  immunitetinə  görə  bir  dövlət  başqa  bir  dövlətin 
məhkəməsinə  verilə  bilməz.  Dövlətə  xarici  dövlətlərin  məhkəmə 
yuris-  diksiyası  yalnız  onun  razılığı  ilə  şamil  edİlə  bilər.  Dövləti 
cavabdeh qismində prosesə cəlb edilməsini yol verilməz hesab edən 
məhkəmə  immuniteti  onun  iddiaçı  kimi  öz  hüquqlarını  müdafiə 
etməsini inkar etmir. Məhkəmə immuniteti razılığı olmayan dövlətin 
cavabdehliyinin  tanmmaması  deməkdir.  Lakin  təcrübədə  dövlətin 
razılığı  olmadan  onun  müxtəlif  bəhanələrlə  xarici  dövlətin 
məhkəməsinə  verilmə  hallarına  tez-tez  rast  gəlinir.  Azərbaycan 
Respublikasının  Cənubi  Afrika  Respublikasının  məhkəməsinə 
verilməsini  buna  misal  kimi  göstərmək  olar.  Fransanın  Bolyques 
Offshore  şirkətinin  iddiasına  əsasən  Cənubi  Afrika  Respublikasının 
Keyptaun limanında Xəzər Hövzə Qəza Xilasetmə İdarəsinə məxsus 
olan  "Tiqr"  yedək  gəmisinin  üzərinə  həbs  qoyulur.  İş  üzrə  iddiaçı 
Azərbaycan Respublikasının cavabdeh qismində cəlb edilməsi tələbi 
ilə  çıxış  edir.  Buna  münasibət  bildirən  Azərbaycan  Respublikasının 
Xarici İşlər Nazirliyinin açıqlamasında Xəzər Hövzə Qəza Xilasetmə 
İdarəsinin  dövlət  təşkilatı  olmaması,  "Tiqr"  gəmisi  ilə  bağlı 
məsələlərdə  Azərbaycan  Respublikasının  həmin  idarənin  istənilən 
öhdəlikləri üzrə məsuliyyət daşımaması, belə tələblərin əsassız olduğu 
göstərilir. 
123 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə