Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə47/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   43   44   45   46   47   48   49   50   ...   124

Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi 
xıx əsrin axırlarından etibarən bir sıra məhkəmələrin təcrübəsində 
funksional immunitetə istinad edilmişdir. Sonralar Avstriya, Belçika, 
İsveçrə,  İtaliya,  Yunanıstan,  AFR  və  s.  dövlətlərin  məhkəmə 
təcrübəsində immunitetin bu növü tətbiq edilmişdir. Keçən əsrin 70- 
ci  illərindən  başlayaraq  qəbul  edilən  bir  sıra  milli  qanunlarda,  o 
cümlədən  1976-cı  il  xarici  dövlətin  immunitetləri  haqqında  ABŞ 
qanununda.  1982-ci  il  məhkəmələrdə  dövlətə  immunitet  verilməsini 
nəzərdə tutan Kanada aktında, 1984-cü il xarici dövlətin immuniteti 
haqqında Avstraliya aktında funksional immunitet təsbit edilmişdir. 
“Beynəlxalq  xüsusİ  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Oanununda  da  funksional  immunitet  öz  əksini  tapmışdır:  "Dövlətin 
bağladığı  mülki-hüquqi  əqdlərə,  əgər  bu  onun  öz  suveren 
funksiyalarını  yerinə  yetirməklə  əlaqədar  deyilsə,  bu  qanunun 
müddəaları  tətbiq  edilir".  Dövlətin  bağladığı  mülki-hüquqi  əqdlərin 
“Beynəlxalq xüsusi hüquq haqqında” Qanunla tənzimlənməsi, əslində 
həmin  əqdlərlə  hüquqi  və  fiziki  şəxslərin  bağladığı  mülki-hüquqi 
əqdlərin bərabər tutulması deməkdir ki, bu da nəticədə immunitetin 
tətbiqini  istisna  edir.  Dövlətin  bağladığı  əqdlər  onun  Öz  suveren 
funksiyalarmı  yerinə  yetirməklə  əlaqədardırsa,  onda  həmİn  qanun 
tətbiq edilə bilməz. 
Əqdin dövlətin suveren funksiyalarını yerinə yetirməklə əlaqədar 
olub-olmamasım  müəyyən  edərkən  müxtəlif  meyarlardan  istifadə 
edirlər.  Daha  çox  əqdin  xarakterini  və  məqsədini  əsas  götürürlər. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununa  görə  də  dövlət  tərəfindən  bağlanan  hüquqi  əqdlərin 
xarakteri onun hüquqi təbiəti və səbəblərinə əsasən müəyyən edilir. 
Təcrübədə sadalanan meyarlar dövlət tərəfindən bağlanan əqdin 
xarakterini müəyyən etmək üçün kifayət etmədiyinə görə funksional 
immunitetlə  əlaqədar  ziddiyyətli  qərarların  qəbul  edilməsinə  səbəb 
olmuşdur. Eyni əqd bəzən bir məhkəmə İnstansiyasında dövlətin öz 
suveren fıınksiyalarım yerinə yetirməklə əlaqələndirilir, digərində isə 
həmin  əqdin  xüsusi-hüquqi  xarakter  daşıdığı  göstərilir.  Hətta 
Beynəlxalq Hüquq Komissiyası özünün 1999-cu İldə Cenev- 
128 


§ 3. Dövlət immunitetinin məzmunu və növləri 
nin  aşağıdakı  növləri  fərqləndirilir:  1)  mütləq  immunitet;  2) 
funksional immunitet; 3) məhdud İmmunitet. 
Mütləq  immunitet  zamanı  dövlət  bütün  hallarda  tam  həcmdə 
immunitetdən  İstifadə  edir.  İmmunitetin  məzmununu  təşkil  edən 
bütün elementlər mütləq immunitetin aid olduğu hallarda gözlənilir. 
Dövlət  fəaliyyət  növündən  asıh  olmayaraq,  hər  bir  halda  ona  malik 
olur. 
İmmunitet institutu tarixən mütləq immunitet növündə meydana 
gəlmiş, zaman keçdikcə onun yeni foımalan nəzəriyyə və təcKibədə 
özünə yer almışdır. Qeyd edildiyi kimi mütləq immunitet beynəlxalq 
təsərrüfat  dövriyyəsinə  mane  olduğundan  dövlətlər  könüllü  olaraq 
ondan  imtina  etməli  olmuşlar.  Eyni  zamanda,  bu  gün  də  mütləq 
immunitet mövqeyinə üstünlük verən dövlətlər vardır. Bu baxımdan 
1986-cı ildə ABŞ-da Çin Xalq Respublikasına qarşı qaldınlan iddia ilə 
əlaqədar ÇXR hökumətinin bəyanatı maraq kəsb edir. 1911-ci ildə Çin 
hökuməti tərəfindən buraxılan istiqrazların ABŞ-da yaşayan sahibləri 
ÇXR-ə  qarşı  ABŞ  məhkəməsində  iddia  qaldırırlar.  İşə  baxılarkən 
ÇXR  hökuməti  verdiyi  bəyanatda  göstərirdi  ki,  məhdud  immunitet 
onu  tanımayan  dövlətlər  üçün  məcburi  ola  bilməz,  ÇXR  mütləq 
immunitet prinsipinə üstünlük vemıəkdə davam edir. 
Funksional  immunitet  adından  göründüyü  kimi  dövlətin  yerinə 
yetirdiyi  funksiyalardan  asılı  olaraq  ona  şamil  edilir.  Bu  mənada 
dövlətin funksiyalarını iki qrupa bölürlər: 1) ümumi hüquq xarakterli 
funksiyalar; 2) xüsusi hüquq xarakterli funksiyalar. 
Ümumi  hüquq  xarakterli  funksiyalar  birbaşa  dövlətin  suveren 
hakimiyyətə  malik  olmasından  (de  jure  imperi)  irəli  golİr.  Xüsusi 
hüquq xarakterli funksiyaları yerinə yetirən zaman isə dövlət xüsusi 
şəxs qismində (de jure qestionis) çıxış edir. Birinci halda, yəni suveren 
funksiyalarını  yerinə  yetirməklə  əlaqədar  olan  dövlətin  fəaliyyətinə 
İmmunitet şamil edilir. İkinci halda, yəni xüsusi şəxs kimi dövlət çıxış 
etdikdə  isə  o,  immunitetə  malik  olmur.  Beləliklə,  funksional 
immunitetə  görə  dövlət  suveren  hakimiyyətini  yerinə  yetirdikdə 
immunitetə malik olur, xüsusi şəxs qismində kommersiya fəaliyyəti 
İlə məşğul olduqda immunitetdən istifadə etmir. 
127 


Fəsil 7. Dövləl beynəlxalq xüsusi hüququn subyekti kİmİ 
ilə  digər  hüquq  seçilməyibsə,  həmin  dövlətin  dövlətdaxili 
qanunvericiliyi  ilə  nizama  salınmalıdır.  Bu  qayda  həm  məhkəmə 
təcrübəsində,  həm  də  beynəlxalq  müqavilələrdə  öz  ifadəsini 
tapmışdır.  Hələ  1929-cu  ildə  Beynəlxalq  Ədalət  Mühakiməsinin 
daimi  palatası  özünün serb və brazil istiqrazları haqqında çıxartdığı 
qərarında  bu  qaydaya  istinad  etmişdir.  Serb  dövlət  istiqrazlannın 
fransız  sahiblərinin  Yuqoslaviya  dövlətinə  qarşı  qaldırdığı  iddiaya 
baxarkən Palata göstərmişdir ki, istiqrazla əlaqədar tərəflərin hüquq 
və  vəzifələri  istiqrazın  buraxıldığı  yer  -  Fransanın  qanununa  deyil, 
Yuqoslaviya  qanununa  tabedir.  Bu  zaman  Palata  qeyd  etmişdir  kİ, 
dövlətin öhdəliklərinin digər hüquqa tabe edilməsi onun suverenliyinə 
ziddir. 
BMT Beynəlxalq Məhkəməsinin 6 iyun 1957-ci il tarixli Norveç 
istiqrazları  haqqında  Fransa-Norveç  mübahisəsi  üzrə  qəbul  etdiyi 
qərarında  da  "dövlətlə  xarici  hüquqi  və  fiziki  şəxslər  arasında" 
bağlanan  müqavilələrə  həmin  dövlətin  hüququ  tətbiq  edilməlidir 
qənaətinə gəlinir. 
Dövlət  əqdlərinin  immuniteti  ilə  bağlı  norma  1965-ci  il 
“Dövlətlərlə xarici şəxslər arasında investisiya mübahisələrinin həlli 
qaydaları haqqında” Vaşinqton Konvensiyasında özünün beynəlxalq 
hüquqi  təsbitini  tapmışdır.  Konvensiyanın  42-ci  maddəsinə  görə 
tərəflər  arasında  investisiya  mübahisələrinə  tərəflərin  razılığı  ilə 
seçilən  hüquq  əsasında  baxılır,  belə  hüququn  seçilməsi  haqqında 
razılıq yoxdursa mübahisədə tərəf olan dövlətin hüququ tətbiq edilir. 
Beləliklə, qeyd edilən elementlər bİr yerdə dövlət immunitetinin 
məzmununu  təşkil  edir.  Dövlətin  xüsusi  hüquq  xarakterli 
münasibətlər zamanı xüsusi statusa malik olması bir çox hallarda ona 
ayrı-ayrı kontraktların bağlanması zamanı mane olur. Xarici hüquqi 
şəxslər  dövlət  immunitetindən  doğan  hüquqi  nəticələrdən  çəkinərək 
dövlətlə  kommersiya  və  sair  xüsusi  hüquq  xarakterli  əlaqələrə 
girməyə  tərəddüd  edirlər.  Özünün  xarici  hüquqi  və  fiziki  şəxslərlə 
münasibətlərini  sadələşdirmək,  onlara  müəyyən  təminatlar  vermək 
məqsədi  ilə  dövlət  bir  sıra  hallarda  ayrı-ayrı  sahələr  üzrə 
immunitetdən  imtina  etməli  olur.  Bundan  irəli  gələrək  dövlət 
immuniteti- 
126 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə