Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Xarici investisiyaların hüquqi tənzimi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə44/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   40   41   42   43   44   45   46   47   ...   124

§ 2. Xarici investisiyaların hüquqi tənzimi 
İnvestisiyalann hüquqi tənzimi ilə əlaqədar universal və regional 
səviyyədə  bağlanan  çoxtərəfli  müqavilələr  mövcuddur.  Belə 
müqavilələrdən biri də Beynəlxalq Yenidənqunna və İnkişaf Bankının 
təşəbbüsü  ilə  hazırlanan,  18  mart  1965-ci  ildə  Vaşinqtonda 
imzalanmaq üçün açıq elan edilən, 14 oktyabr 1966-cı ildə qüvvəyə 
minən  “Dövlətlər  və  xarici  şəxslər  arasında  investisiya 
mübahisələrinin 
tənzimlənməsi 
haqqında” 
Konvensiyadır. 
Konvensiyaya  uyğun  olaraq  xarici  investisiya  mübahisələrinin 
tənzimlənməsi  üzrə  Beynəlxalq  Mərkəz  təsis  edilmişdir.  Mərkəzin 
əsas  məqsədi  Razılığa  gələn  dövlətlərlə  digər  Razılığa  gələn 
dövlətlərin  fiziki  və  ya  hüquqi  şəxsləri  arasında  investisiya 
mübahisələrinin  barışdırma  və  ya  arbitraj  yolu  ilə  həlli  üçün  imkan 
yaratmaqdan  ibarətdir.  İnvestisiya  ilə  bağlı  mübahisənin  Mərkəzdə 
baxılması  üçün  aşağıdakı  müddəalara  əməl  edilməlidir;  1)  Mərkəz 
yalnız Razılığa gələn dövlətlə digər Razılığa gələn dövlətin fiziki və 
ya  hüquqi  şəxsləri  arasında  mübahisəyə  baxır;  2)  İnvestisiya 
mübahisəsində  tərəflərin  qarşılıqlı  razılığı  ilə  istifadə  edilən 
beynəlxalq  tənzimləmə  metodu  barışdınna  və  arbitraj  imkanlarını 
nəzərdə tutur; 3) İnvestisiya mübahisəsinin barışdırma və ya arbitraj 
yolu  ilə  həllİ  üçün  Tərəflərin  qarşılıqlı  razılığı  Tərəflərin  üzərinə 
banşdımıa ilə bağlı tövsiyələri lazımi  qaydada öyrənmək və  arbitraj 
qərarlarını yerinə yetirmək öhdəliyi qoyan razılaşmada ifadə olunur; 
4) hər hansı mübahisənin Mərkəzdə baxılması üçün müvafiq Razılığa 
gələn dövlət tərəfindən Konvensiyanın ratifikasiya edilməsilə yanaşı, 
həm  də onun həmin mübahisə üzrə konkret  razılığı  tələb olunur; 5) 
Beynəlxalq  Mərkəzin  yurisdiksiyası  Razılığa  gələn  dövlətlə  digər 
Razılığa  gələn  dövlətin  fiziki  və  ya  hüquqi  şəxsləri  arasında 
investisiya ilə bağlı bütün hüquqi mübahisələrə şamil edilir, bir şərtlə 
ki,  tərəflərin  müvafiq  mübahisəni  Mərkəzə  vermək  haqqında  yazılı 
razılığı  olsun.  Belə  razılıqdan  birtərəfli  imtina  yolverilməzdir;  6) 
Arbitraj  məhkəməsi  investisiya  mübahisəsini  tərəflərin  razılığı  ilə 
seçilən  hüquq  normalarına  uyğun  həll  edir.  Tətbiq  ediləcək  hüquq 
haqqında razılıq olmadıqda mübahisədə Tərəf olan 
137 


Fəsil 8. Əşya hüquqları 
qısı  zamanı  mülkiyyət  hüququnun  keçməsinə  tətbiq  edilən  hüquq 
haqqında” Konvensiya, 1986-cı il “Əmtəələrin beynəlxalq alqı-sat- qı 
müqaviləsinə tətbiq edilən hüquq haqqında” Konvensiya və s. 
§ 2. Xarici investisiyaların hüquqi tənzimi 
İnvestisiya  gəlİr  (mənfəət)  və  ya  sosial  səmərə  əldə  etmək 
məqsədi  ilə  sahibkarlıq  və  digər  fəaliyyət  növləri  obyektlərinə 
qoyulan  maliyyə  vəsaitinə,  habelə  maddi  və  intellektual  sərvətlərə 
deyilir. İnvestisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar 
fəaliyyət investisiya fəaliyyəti adlanır. İnvestisiya fəaliyyəti ilə nəinki 
yerli  fiziki  və  hüquqi  şəxslər,  həm  də  xaricilər  məşğul  ola  bilərlər. 
Xaricilər tərəfindən qoyulan investisiya xarici investisiya adlanır. 
İnvestisiyalar  əmlak  və  qeyrİ-əmlak  xarakteri  kəsb  edİr.  Maddi 
formada  ifadə  olunan  əmlak  xarakterli  investisiyalara  aşağıdakılar 
aiddir: pu! vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, digər 
qiymətli  kağızlar,  daşınar  və  daşınmaz  əmlak  (binalar,  qurğular, 
avadanlıq  və  başqa  maddi  sərvətlər)  və  əmlak  hüquqları.  Qey- 
ri-əın!ak 
xarakterli 
İnvestisiyalar 
intellektual 
mülkiyyətlə 
əlaqədardır. Bura müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və 
digər  İntellektual  sərvətlər,  bu  və  ya  digər  istehsal  növünün  təşkili 
üçün  zəruri  olan,  ancaq  patentləşdirilməmiş  texniki  sənədləşdirmə, 
vərdiş  və  istehsalat  təcrübəsi  kimi  tərtib  edilmiş  texniki,  texnoloji, 
kommersiya və dİgər biliklərin məcmusu (nou-hau) və s. aid edilir. 
Xarici investor qismində, bir qayda olaraq, aşağıdakılar çıxış edir: 
xarici  hüquqi  şəxslər,  xarici  vətəndaşlar,  xarici  dövlətlər  və 
beynəlxalq  təşkilatlar.  Xaricdə  daimi  yaşayış  yeri  olan  vətəndaşlığı 
olmayan şəxslər də xarici İnvestor hesab edilirlər. 
Xarici  investorlann  fəaliyyəti  beynəlxalq  və  milli  hüquq  nor- 
malan  ilə  tənzimlənir.  Bu  sahədə  mövcud  olan  beynəlxalq 
müqavilələri  iki  qrupa  bölmək  olar:  1)  çoxtərəfli  beynəlxalq 
müqavilələr; 2) ikitərəfli beynəlxalq müqavilələr. 
136 


§ I. Əşya hüququnun koHizion məsələləri 
sino görə də nəqliyyat vasitələrinə əşya hüquqları onların olduğu yerin 
qanunu  ilə  deyil,  qeydiyyatdan  keçdikləri  ölkənin  hüququ  ilə 
müəyyən olunur. 
Dördüncüsü,  vərəsəlik  qaydasında  daşınar  əşya  üzərində 
mülkiyyət hüququnun əmələ gəlməsi əmlakın olduğu yerin qanunu ilə 
deyil,  miras  qoyanın  şəxsi  qanunu  ilə  tənzimlənir.  Bu  barədə  XV 
fəsildə daha ətraflı şərh veriləcəkdir. 
Beşincisi,  əvvəlki  fəsildə  haqqında  bəhs  etdiyimiz  dövlət 
immuniteti ilə əlaqədar dövlət əmlakına münasibətdə əmlakın olduğu 
yerin qanunu xeyli məhdudlaşır və s. 
Azərbaycan  Respublikasının  bağladığı  hüquqi  yardım  haqqında 
ikitərəfli  müqavilələrdə  əşya  hüququnun  kollizion  məsələləri 
aşağıdakı  qaydada  tənzimlənir;  1)  daşınmaz  əmlak  üzərində 
mülkiyyət  hüququ  ərazisində  daşınmaz  əmlak  olan  Razılığa  Gələn 
Tərəfin  qanunvericiliyi  ilə  müəyyən  edilir  (bu  zaman  lex  rei  sitae 
kollizion  bağlanmadan  istifadə  edilmişdir);  2)  dövlət  reyestrlərinə 
daxil  edilməli  olan  nəqliyyat  vasitələri  üzərində  mülkiyyət  hüququ 
ərazisində  nəqliyyat  vasitəsini  qeydiyyatdan  keçmiş  orqan  olan 
Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir; 3) əmlak 
üzərində  mülkiyyət  hüququnun  və  ya  digər  əşya  hüququnun 
yaranması və xitamı, bunun üçün əsas olan hərəkət və digər hallar baş 
verdiyi vaxtda ərazisində əmlak  yerləşən Tərəfin qanunvericiliyi ilə 
müəyyən edilir; 4) əqdlərin predmeti olan əmlak üzərində mülkiyyət 
və  digər  əşya  hüququnun  yaranması  və  xitam  edilməsi  Tərəflərin 
sazişində  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  əqdin  bağlandığı 
yerin qanunvericiliyi ilə müəyyən edilir. 
Əşya  hüququnun  kollizion  məsələləri  çoxtərəfli  beynəlxalq 
müqavilələrlə  də  tənzimlənir.  Düzdür,  bu  istiqamətdə  universal 
beynəlxalq  müqavilə  mövcud  olmasa  da,  bir  sıra  çoxtərəRi  müqa- 
vilələrlə qeyd edilən məsələlərin tənzimlənməsi heç də az əhəmiyyət 
kəsb  etmir.  Bu  sıraya  aşağıdakı  beynəlxalq  müqavilələr  aiddir: 
1955-ci il “Əmtəələrin beynəlxalq alqı-satqısına tətbiq edilən hüquq 
haqqında” Konvensiya, 1958-ci il “Əmtəələrin alqı-sat- 
135 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə