Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 1. Əşya hüququnun kollizion məsələləri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə46/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   42   43   44   45   46   47   48   49   ...   124

§ 1. Əşya hüququnun kollizion məsələləri 
əsaslarına fərqli hüquqi qiymət verİr, mülkiyyət hüquqlarının həcmi, 
mülkiyyət  hüququnun  keçmə  momenti  ilə  əlaqədar  Özünəməxsus 
mövqedən  çıxış  edirlər.  Nəticədə  eyni  vəziyyətə  ayrı-ayrı  hüquq 
sistemləri müxtəlif qiymət verir. 
Xarici elementli əşya hüquq münasibətləri zamanı meydana çıxan 
kollizion  problemin  həlli  üçün  əsas  kollizion  norma  lex  rei  sitae 
(əmlakın olduğu yerin qanunu) hesab edilir. 
Tarixən  əmlakın  olduğu  yerin  qanununun  tətbiqi  daşınmaz 
əmlaka münasibətdə nəzərdə tutulmuş, sonralar İsə onun tətbiq dairəsi 
genişlənmiş  və daşınar əmlakın  hüquqi  statusunun da bu koIlizi- on 
bağlanma 
ilə 
müəyyən 
edilməsinə 
üstünlük 
verilmişdir. 
Ümumiyyətlə,  daşınmaz  əmlaka  münasibətdə  onun  olduğu  yerin 
qanununun  tətbiq  edilməsi  müəyyən  səbəblərdən  irəli  gəlmişdir. 
Əvvə-  la,  daşınmaz  əmlak  müəyyən  ərazi  üzərində  qərar  tutur. 
Əraziyə  malik  olma  dövlətin  əsas  atributlarından  biridir  və  hər  bir 
dövlət  öz  ərazisinin  hüquqi  statusunu  müəyyən  etməkdə  xüsusi 
maraqlıdır.  İkincisi,  dövlətin  yurisdiksiyası  onun  ərazisinə  şamil 
edildiyindən, orada yerləşən daşınmaz əmlakı həmin yurisdiksiyadan 
kənar  təsəvvür  etmək  məntiqsizlik  olardı.  Üçüncüsü,  torpaq,  yerin 
təki,  meşələr  və  s.  bu  kimi  daşınmaz  əmlak  öz-özlüyündə  ərazinin 
tərkib hissələridir və onlar ərazidən kənar təsəvvür edilməzdir. 
Bir  qayda  olaraq,  aşağıdakı  məsələlər  əmlakın  olduğu  yerin 
qanunu ilə müəyyən edilir: 1) əşya hüququnun obyektlərinin dairəsi; 
2) əşya hüquqlarının həcmi və məzmunu; 3) əşya hüquqlarının əmələ 
gəlməsi,  keçməsi  və  xitamı  qaydaları  və  s.  Bu  məsələ  bir  sıra 
beynəlxalq  xüsusi  hüquq  haqqında  qanunlarda  birbaşa  təsbit 
edilmişdir.  Məsələn,  hazırda  Çexiyada  qüvvədə  olan  !963-cü  il 
beynəlxalq  xüsusi  hüquq  və  proses  haqqında  Çexoslovakiya 
qanununa görə daşınar və daşınmaz əmlaka əşya hüquqları qanunda 
digər hallar nəzərdə tutulmayıbsa, əşyanın yerləşdiyi Ölkənin hüququ 
ilə müəyyən edilir. Daşınar əmlak üzərində əşya hüquqlannın əmələ 
gəlməsi və xitamı, əşya hüququnun əmələ gəlməsi və xitamı üçün əsas 
olan fakt baş verdiyi zaman həmin əşyanın yerləşdiyi 
131 


II
 
B O L M Ə  
X Ü S U S İ   H İ S S Ə  
Fəsit 8. Əşya hüquqları 
§ I. Əşya hüququnun kollizion məsələləri 
Qeyd etdiyimiz kimi, beynəlxalq xüsusi hüquq mülki dövriyyədə 
baş verən xarici elementli ınünasibətləri tənzimləyir. Mülki dövriyyə, 
hər şeydən əvvəl, insanlar arasında əşyaların dövriyyəsidir. Əşyalar 
əşya  hüququnun  obyektləridir.  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsinin  135-ci  maddəsinə  görə  yalnız  fiziki  obyektlər  əşya 
sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 
Əmlak və mülkiyyət münasibətləri əşya hüququ ilə tənzimlənir. 
Əmlak  istənilən  əşyalann  və  qeyri-maddi  əmlak  nemətlərin 
toplusudur.  Əmlak  daşınar  və  daşınmaz  ola  bilər.  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  görə  torpaq  sahələri,  yerin  təki, 
ayrıca  su  obyektləri,  meşələr,  çoxillik  əkmələr,  binalar,  qurğular, 
torpaqla  bağlı  olan  digər  əşyalar,  yəni  təyinatına  tənasübsüz  zərər 
vurulmadan  yerinin  dəyişdirilməsi  mümkün  olmayan  obyektlər 
daşınmaz əmlak hesab edilir. Daşınmaz əmlaka aid edilməyən bütün 
əşyalar daşmar əmlak hesab edilir. 
Əmlak  bu  və  ya  digər  mülkiyyət  formasında  mövcuddur. 
Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə 
mülkiyyət  dövlət  mülkiyyəti,  xüsusi  mülkiyyət  və  bələdiyyə 
mülkiyyəti növündə ola bİlər. 
Hər  bir  dövlətin  qanunvericiliyində  əşya  hüququ  və  onun 
elementləri ilə əlaqədar olan məsələlər spesifik qaydada nizamlanır. 
Bu da xarici elementli xüsusi hüquq münasibətlərinin tənzimlənməsi 
zamanı mürəkkəb kollizion situasiyaların meydana gəlməsinə səbəb 
olur. Milli hüquq sistemləri əşyalann təsnifatını, o cümlədən daşınar 
və  daşınmaz  əşyaların  dairəsini  müxtəlif  qaydada  müəyyən  edir, 
mülkiyyətin formalanna, mülkiyyət hüququnun əmələ gəlmə 
130 


§ 3. Dövlət immunitetinin məzmunu və növləri 
rədə keçirilən əlli birinci sessiyasında BMT Baş Məclisinin sorğusuna 
əsasən  hazırladığı  hesabatda  göstərirdi  ki,  əqdin  xüsusi-hüquq 
xarakterliliyinin müəyyən edilməsi üçün dəqiq meyarlar yoxdur. Hər 
bir halda məsələyə konkret yanaşılmalıdır. Bu zaman məhkəmə işin 
bütün  hallannı  nəzərdən  keçirməli  və  əqdin  ümumi  və  ya  xüsusi 
hüquq xarakter daşıması ilə bağlı yekun nəticəyə gəlməlidir. 
İmmunitetin üçüncü növü kimi qeyd etdiyimiz məhdud immunitet 
funksional immunitetdə olduğu kimi immunitetin tam həcmdə qəbul 
edilməsini inkar edir. Eyni zamanda, funksional immunitetdən fərqli 
olaraq  məhdud  immunitet  formal  meyarlardan  deyil,  konkret 
situasiyalardan çıxış edir. Bu zaman dövlət müəyyən edilmiş konkret 
situasiyalar  mövcud  olduqda  immunitetdən  istifadə  etmir.  Belə 
situasiyalann siyahısı dövlətlər arasında bağlanan ikitərəfli, regional 
və universal müqavilələrlə müəyyən edilə bilər
16  may  1972-ci  il  “Dövlət  immunitetləri  haqqında”  Avropa 
Konvensiyası  məhdud  immunitet  mövqeyindən  çıxış  edərək 
immunitetin  şamil  olunmadığı  konkret  halları  göstərmişdir.  Bura 
aşağıdakı hallar aiddir: 1) əgər dövlət xarici məhkəmədə iddiaçı və ya 
üçüncü  şəxs  kimi  çıxış  edirsə  və  yaxud  qarşılıqlı  iddia  verirsə;  2) 
dövlət  işin  mahiyyəti  üzrə  qərar  çıxarıldıqdan  sonra  immunitetə 
istinad  edirsə;  3)  dövlət  xarici  məhkəmə  yurisdiksiyasını  tanıması 
haqqında bu və ya digər fonnada öhdəlik götürübsə; 4) əgər bağladığı 
kontrakta  əsasən  üzərinə  götürdüyü  öhdəliklər  üzrə  onların  icra 
olunduğu yerdə məhkəmə araşdırması keçirilirsə; 5) bağladığı əmək 
müqavilələri  zamanı  işin  icra  olunduğu  və  ya  icra  olunacaq  yerdə 
məhkəmə araşdırmaları keçirilirsə və s. 
129 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə