Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə43/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   39   40   41   42   43   44   45   46   ...   124

Fəsil 8. Əşya hüquqları 
Müasir dövrdo investisiya qoyuluşuna daha çox inkişaf etməkdə 
olan ölkələr möhtacdır. Buna görə də həmin  ölkələrdə xarici inves- 
tisiyalann hüquqi tənzimi iiə bağlı, bir qayda olaraq, xüsusi qanunlar 
qəbul edilmişdir. ABŞ, AFR, Fransa, Böyük Britaniya, Yaponiya və s. 
bu kimi inkişaf etmiş dövlətlərdə isə bu barədə xüsusi qanunvericilik 
aktlan mövcud deyildir. Xarici investisiyalarla bağlı məsələlər həmin 
dövlətlərdə ümumi əsaslarla tənzimlənir. 
Azərbaycan  Respublikasında  xarici  investisiyaların  hüquqi 
tənzimi 15 yanvar 1992-ci il tarixli “Xarici investisiyalann qorunması 
haqqında” (sonradan bİr neçə dəfə əlavə və dəyişikliklər edilmişdir), 
13  yanvar  1995-ci  il  tarixli  “İnvestisiya  fəaliyyəti  haqqında” 
qanunlarla,  habelə  Prezident  fərmanlan  və  hökumətin  qərarlan  ilə 
tənzimlənir. 
“Xarici investisiyaların qorunması haqqında” qanuna görə xarici 
investorlar  Azərbaycan  Respublikası  ərazisində  investisiya  qoya 
bilərlər. 
VI fəsildə qeyd etdiyimiz kimi “Xarici investisiyalann qorunması 
haqqında” Azərbaycan Respublikası Qanununa görə xarici investorlar 
Azərbaycan Respublikası ərazisində investisiya qoya bilərlər. 
Həmin  Qanuna  görə  xarici  investorların  investisiya  qoyuluşu 
sahəsindəki  fəaliyyətinin  hüquqi  rejimi  Qanunda  nəzərdə  tutulan 
hallar  istisna olmaqla  yerlİ  fiziki və  hüquqi  şəxslərin əmlakı,  əmlak 
hüquqları, habelə investisiya fəaliyyəti üçün  yaradılmış rejimdən az 
əlverişli  ola  bilməz.  Hətta  xalq  təsərrüfatının  üstünlük  verilən 
sahələrində  və  ayrı-ayrı  ərazilərdə  xarici  investisiya  üçün 
qanunvericiliklə  əlavə  güzəştlər  müəyyən  edilə  bilər.  Xarici 
investisiya  tam  və  qeyd-şərtsiz  müdafiə  olunur.  Azərbaycan 
Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini 
pisləşdirdikdə  on  il  ərzində  xarici  investisiyaya  investisiyanın 
qoyulduğu zaman qüvvədə olan qanunvericilik tətbiq edilir. 
Xarici  investisiya  yalnız  müstəsna  hallarda  milliləşdirməyə  və 
rekvizisiyaya  məruz  qala  bilər.  Belə  halda  xarici  investora  təxirə 
salınmadan müqabil və səmərəli kompensasiya ödənilməlidir. 
140 


§ 2, Xarici investisiyaların hüquqi tənzimi 
baxımından bir-birini təkrarlayır və onların  əsas xarakterik  cəhətləri 
aşağıdakılardır; 1) Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa 
gələn  Tərəfin  vətəndaşları  və  şirkətlərinin  investisiya  qoyuluşunu 
həvəsləndirir,  onlar  üçün  əlverişli  şərait  yaradır  və  öz  qanunları 
çərçivəsində  belə  kapitalı  qəbul  edir;  2)  Razılığa  gələn  Tərəfin 
vətəndaşları və şirkətlərinə investisiya qoyuluşu sahəsində milli rejim 
və ya ən əlverişli rejim verilir; 3) Razılığa gələn Tərəfin ərazisində baş 
verən  müharibə  və  ya  silahlı  münaqişə,  inqilab,  fövqəladə  hallar, 
üsyan  və  qiyam  ile  bağlı  zərərçəkmə  zamanı  kompensasiyanın 
ödənilməsi;  4)  ekspropriasiya,  milliləşdinnə  və  ya  ekspropriasiyaya 
bərabər tutulan digər tədbirlərə yalnız müstəsna hallarda yol verilməsi, 
milliləşdirmə və ya ekspropriasiya yalnız daxili ehtiyaclarla bağlı olan 
ictimai  məqsədlər  tələb  etdikdə  ayrı-  seçkilik  yaradılmadan,  təxirə 
salmadan, adekvat və səmərəli kompensasiya şərti ilə həyata keçirilə 
bilər;  5)  İnvestorlara  investisiyaların  və  gəlirlərin  məhdudiyyətsiz 
köçürülməsinə təminat verilir;  6) investisiyalarla əlaqədar baş verən 
istənilən  hüquqi  məsələnin  arbitraj  yolu  ilə  həlli  imkanı  nəzərdə 
tutulur.  Hətta  bəzi  müqavilələrdə  arbitraj  orqanı  konkretləşdirilir. 
Məsələn, 4 yanvar 1996-cı ildə Böyük Britaniya ilə bağlanmış analoji 
müqavilənin 8-ci maddəsinə görə hər bir Razılığa Gələn Tərəflə digər 
Razılığa  gələn  Tərəfin  fiziki  və  hüquqi  şəxsi  arasında  birincinin 
ərazisində olan investisiyaları ilə əlaqədar baş verən, istənilən hüquqi 
mübahi.səni 1965-ci il martın 18-də Vaşinqtonda imzalanmaq üçün, 
açılmış  olan  ‘‘Dövlətlər  və  xarici  şəxslər  arasında  investisiya 
mübahisələrinin  tənzimlənməsi  haqqında"  Konvensiya  çərçivəsində 
barışdırma  və  ya  arbitraj  yolu  ilə  həll  eünək  üçün  investisiya 
mübahisələrinin  həlli  üzrə  Beynəlxalq  Mərkəzə  müraciət  etməyə 
razılıq verir. 
Hər  bir  dövlət  özünün  qanunlarına  uyğun  olaraq  xarici 
investorların  hüquqi  statusunu  müəyyən  edir.  Bu  zaman  dövlət 
beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə 
yetirmək  üçün  dövlətdaxili  qanunvericiliyi  qoşulduğu  beynəlxalq 
müqavilələrə uyğunlaşdırmağa borcludur. 
139 


Fəsil 8. Əşya hüquqları 
dövlətin hüququ (kollizion hüquq nonnalan da daxil olmaqla) və tətbiq 
edilə biləcək beynəlxalq hüquq normaları tətbiq edilir. 
Bu  sahədə  digər  çoxtərəfli  konvensiya  1985-cİ  ilin  sentyabr 
ayında  imzalanmış,  12  aprel  1988-ci  İldə  qüvvəyə  minmiş 
İnvestisiyaların  təminatı  üzrə  Çoxtərəfli  Agentliyin  təsis  edilməsi 
haqqında  Seul  Konvensiyası  hesab  edilir.  Konvensiyanın  əsas 
məqsədi 
xarici 
investorlara 
qeyri-kommersiya 
risklərindən 
sığortalanmaq  yolu  ilə  maliyyə  təminatları  vennəkdən  ibarətdir. 
Konvensiya baxımından qeyri-kommersiya riski dedikdə aşağıdakılar 
başa  düşülür;  1)  valyuta  köçürmələri  ilə  əlaqədar  olan  risk;  2) 
ekspropriasi- ya və ya digər analoji tədbirlərlə bağlı risk; 3) müqavilə 
şərtlərinin  pozulmasından  irəli  gələn  risk;  4)  müharibə  və  vətəndaş 
hərc- mərcliyi ilə bağlı risk. 
Xarici  investor  sadalanan  risklərdən  qorunmaq  üçün  Çoxtərəfli 
Agentliklə  sığorta  müqaviləsi  bağlayır.  Sığorta  hadisəsi  baş  verən 
zaman 
sığortalıya 
(investora) 
Agentlik 
nəzərdə 
tutulan 
kompensasiyanı  ödəyir,  sığortalı  da  öz  növbəsində  sığortaçıya 
(Agentliyə)  qoyulan  investisiya  ilə  əlaqədar  bütün  hüquqları  və  ya 
tələbləri güzəştə gedir. Nəticədə xarici investorla dövlət arasında olan 
münasibət Agentliklə dövlət arasındakı münasibətlə əvəz olunur. 
Xarici  investisiyaların  hüquqi  tənzimi  sahəsində  regional 
beynəlxalq  müqavilə  kimi  MDB  çərçivəsində  bağlanan  1993-cü  il 
“İnvestisiya fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” və 1997-ci il 
“İnvestorun  hüquqlarının  müdafiəsi  haqqında”  konvensiyalan 
göstərmək olar. 
Çoxtərəfli konvensiyalarla yanaşı dövlətlər investisiya sahəsində 
əməkdaşlığı  genişləndirmək  məqsədi  ilə  ikitərəfli  beynəlxalq 
müqavilələr bağlamağa da üstünlük verirlər, Azərbaycan Respublikası 
investisiyaların  qarşılıqlı  təşviqi  və  qorunması  haqqında  Böyük 
Britaniya, Fransa, İran İslam Respublikası, Gürcüstan, Pakistan İslam 
Respublikası, Qazaxıstan, Qırğızıstan, Livan, Moldova, İtaliya, Polşa, 
Türkiyə,  Ukrayna  və  s.  dövlətlərlə  ikitərəfli  beynəlxalq  müqavilələr 
bağlamışdır. Həmin müqavilələr məzmun və struktur 
138 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə