Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə39/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   35   36   37   38   39   40   41   42   ...   124

Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
Konvensiyada  müəllifin  müstəsna  hüquqlarından  olan  tərcümə 
hüququna da xüsusi diqqət  verilmişdir. Əsərin tərcüməsi, tərcüməni 
dərc  etmək,  tərcümənin  dərc  edilməsinə  icazə  vermək  hüquqları 
tərcümə hüququnun elementləri kimi göstərilir. 
Konvensiya  müəlliflik  hüquqlanmn  mühafizəsi  ilə  əlaqədar 
xüsusi işarə (copyriqht) müəyyən etmiş, əsərin ilk dəfə çapdan çıxdığı 
tarixini və müəlliflik hüququnun sahibinin göstərilməsini zəruri hesab 
etmişdir.  Əks  təqdirdə  sadalanan  formal  tələblərə  cavab  verməyən 
əsər  Ümumdünya  Konvensiyasının  iştirakçısı  olan  dövlətlərdə 
mühafizə olunmayacaqdır. Belə işarəyə malik olan kitabın və ya digər 
əsərin yenidən çapı zəaıri olduqda, maraqlı şəxs nəşriyyata və müəllifə 
icazə üçün müraciət etməyə borcludur. 
Nəhayət,  Bern  Konvensiyasından  fərqli  olaraq  Ümumdünya 
Konvensiyasının geriyə qüvvəsi yoxdur. 
20  dekabr  1996-cı  ildə  Cenevrədə  çağırılmış  diplomatik 
konfransda  yeni,  universal  “ÜƏMT-nin  müəlliflik  hüquqlarına  dair 
Müqaviləsi”  qəbul  edilmişdir.  Müqavilə  müasir  dövrün  tələblərinə 
müvafiq  olaraq  müəlliflik  hüquqlarının  obyektlərinin  dairəsini 
genişləndirmiş və onların mühafizəsini yeni səviyyəyə qaldırmışdır. 
XX  əsrdən  etibarən  isə  elmi-texniki  tərəqqinin  İnkişafı  ilə 
əlaqədar  meydana  gələn  insanların  əqli  fəaliyyətinin  forma 
baxımından  yeni  nəticələrinin  mühafizəsi  aktuallıq  kəsb  etdi. 
Müəlliflik  hüquqları  ilə  üst-üstə  düşməyən,  lakin  ona  oxşar  olan 
hüquqlar  müxtəlif  cür:  "analoji",  "əlaqəli",  "qohum"  hüquqlar 
adlandırıldı. 
Texniki  vasitələr  ifaçıların:  rol  oynayan,  oxuyan,  musiqi  aləti 
çalan  aktyorun,  müğənninin,  musiqiçinin  yaradıcılıq  fəaliyyətinin 
nəticələrini onların özündən ayırdı. Radionun, televiziyanın imkanları 
ifaçıların  iştirakı  olmadan  onların  fəaliyyətinin  nəticələrini  geniş 
tamaşaçı  auditoriyasına  çıxartmağa  şərait  yaratdı.  Nəticədə  ifaçının 
razılığı  olmadan  onun  əsərlərini,  ifa  fəaliyyətini  təkrar-təkrar 
verməklə  külli  miqdarda  gəlir  əldə  edən  təşkilatlar  meydana  gəldi. 
Bütün bunların qarşısını almaq məqsədi ilə əqli mülkiyyət hüququnda 
"əlaqəli hüquqlar" institutu yarandı. 
152 


§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq hüquqi mühafizəsi 
riciliyində ciddi dəyişiklik etmədən həmin konvensiyaya qoşula bilər, 
Müxtəlif hüquq sistemli ölkələrin konvensiyaya qoşulması üçün heç 
bir maneə yoxdur. Belə ki, konvensiyada maddi hüquq nomıalarından 
daha çox milli hüquqa istinadlara geniş yer verilmişdir. Konvensiya 
bu sahədə mövcud olan beynəlxalq mexanizmləri ləğv etmir, əksinə 
onları  daha  da  təkmilləşdirərək,  əlavə  beynəlxalq  hüquq  normaları 
yaradır. 
İnkişaf etməkdə olan ölkələrin mənafeyinə cavab vemıəyən Bern 
Konvensiyasından fərqli olaraq Ümumdünya Konvensiyasında onlar 
üçün müəyyən imtiyazlar;  milli etmi, mədəniyyəti və təhsili inkişaf 
etdirmək  məqsədi  ilə  dövlət  tərəfindən  məcburi  lisenziyalann 
verilməsi;  əsərin  çap  olunmasından  10  il  sonra  azad  tərcümə 
hüququnun  yaranması,  radio  və  televiziya  verilişlərinin  azadlığı  və 
tədris  və  elmi  məqsədlərlə  çap  olunmuş  əsərlərdən  azad  istifadə 
nəzərdə tutulmuşdur. 
Konvensiya  müəlliflik  hüquqlarının  mühafizə  müddətini  qısal- 
daraq, müəllifin ölümündən sonrakı dövrü 25 ilə endinnişdir. 
Konvensiyanın  1-ci  maddəsində  ədəbi,  bədii  və  elmi  əsərlərin 
siyahısı  müəyyən  edilmişdir.  Bern  Konvensiyası  kimi  Ümumdünya 
Konvensiyasında  da  milli  rejim  prinsipi  təsbit  edilmişdir. 
Konvensiyaya  görə həm Razılığa Gələn Dövlətlərin vətəndaşlarının 
əsərləri,  həm  də  həmin  dövlətlərin  ərazisində  ilk  dəfə  çap  olunan 
əsərlər  digər  Razılığa  Gələn  Dövlətin  ərazisində  axırıncının  öz 
vətəndaşlarının əsərləri və ya onun ərazisində ilk dəfə çapdan çıxan 
əsərlər üçün müəyyən etdiyi mühafizə sisteminə malikdirlər. Razılığa 
Gələn  Dövlətlərin  vətəndaşlarının  çap  olunmayan  əsərləri  digər 
Razılığa Gələn Dövlətdə, axırıncının öz vətəndaşının çap olunmayan 
əsəri  üçün  nəzərdə  tutduğu  mühafizəyə  malikdir.  Həmin 
Konvensiyanın  məqsədləri  üçün  hər  hansı  Razılığa  Gələn  Dövlət 
özünün  milli  qanunvericiliyi  ilə  onun  ərazisində  daimi  yaşayan 
vətəndaşlığı olmayan şəxsləri öz vətəndaşlarına bərabər tuta bilər. 
Beləliklə,  Konvensiya  hətta  Razılığa  Gələn  Dövlətlərin 
ərazisindən  kənarda  çap  olunan  Razılığa  Gələn  Dövlətlərin 
vətəndaşlarının əsərlərinə də mühafizə təqdim edir. 
151 


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
2) İttifaqın üzvü olan ölkələrdən hər hansı birinin vətəndaşı olmayan, 
lakin həmin ölkələrdə ilk dəfə və yaxud İttifaqın üzvü olan ölkə ilə 
üzvü olmayan ölkədə eyni vaxtda əsəri çap olunan müəllifin həmin 
əsərinə  münasibətdə;  3)  İttifaqın  üzvü  olan  ölkələrdən  hər  hansı 
birinin  vətəndaşı  olmayan,  lakin  onlardan  hər  hansı  birində  daimi 
yaşayan müəlliflər həmin ölkənin vətəndaşı olan müəlliflərə bərabər 
tutulduğundan onların əsərlərinə münasibətdə. 
Konvensiyanın  5-ci  maddəsi  ilə  İttifaqın  üzvü  olan  dövlətlərdə 
əsərləri mühafizə edilən müəlliflərə milli rejim verilir. Ümumiyyətlə, 
Konvensiyada  müəlliflik  hüquqları  iki  qrupa  bölünür:  1)  İttifaqın 
üzvü olan dövlətin milli qanunvericiliyi ilə nəzərdə tutulan müəlliflik 
hüquqları;  2)  Konvensiya  ilə  birbaşa  nəzərdə  tutulan  müstəsna 
hüquqlar.  Bura  əsərin  tərcümə  olunması,  icrası,  onun  radio  və  ya 
televiziya  ilə  nümayişi,  onun  yenidən  işlənməsi  və  s.  ilə  əlaqədar 
müəllifin müstəsna hüquqları aid edilir. 
Konvensiyanın  7-ci  maddəsinə  görə  müəlliflik  hüquqlarının 
qorunma  müddəti  müəllifin  bütün  ömrü  boyu  davam  etməklə  onun 
ölümündən  50  il  sonrakı  dövrünü  əhatə  edir.  Kinomatoqrafiya, 
fotoqrafıya əsərlərinə, anonim və ya təxəllüslə çap olunmuş əsərlərə 
münasibətdə isə nisbətən qısa müddət (əsərin yaradılmasından sonra 
50  il  həddində)  müəyyən  edilmişdir.  Eyni  zamanda,  İttifaqın  üzvü 
olan  ölkələr  müəlliflik  hüquqlarının  mühafizəsi  ilə  əlaqədar  daha 
uzun müddət müəyyən edə bilərlər. 
Hazırda Bern İttifaqının inzibati funksiyalarını Ümumdünya Əqli 
Mülkiyyət Təşkilatı (ÜƏMT) yerinə yetirir. 
Müəlliflik  hüquqları  sahəsində  ikinci  əsas  çoxtərəfli  müqavilə 
1952-ci ildə Cenevrədə imzalanmış “Müəlliflik hüquqları haqqında" 
Ümumdünya Konvensiyası hesab edilir. Konvensiyanın mətninə bir 
neçə  dəfə  əlavə  və  dəyişikliklər  edilmişdir.  Hazırda  1971-ci  il 
redaktəsində  qüvvədədir.  Azərbaycan  Respublikası  1996-cı  ildən 
Konvensiyanın iştirakçısıdır. 
Bern Konvensiyasından fərqli olaraq Ümumdünya Konvensiyası 
daha universal xarakter daşıyır. Hər bir dövlət öz milli qanunve- 
150 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə