Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə38/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   34   35   36   37   38   39   40   41   ...   124

Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi 
dövlət aparıcı subyekt kimi çıxış edərək, özünün hakimiyyətə malik 
olmasını  nümayiş  etdirir.  Xüsusi  hüquq  münasibətləri  isə  tərəflərin 
(dövlət də daxil olmaqla) müstəqilliyi və hüquq bərabərliyi ilə seçilir. 
Dövlətin  mülki  dövriyyədə  fızikİ  və  hüquqi  şəxslərlə  girdiyi 
münasibətdə xarici element mövcuddursa, belə münasibət beynəlxalq 
xüsusi hüquq normaları ilə tənzimlənir. Bununla bərabər dövlət belə 
münasibətlərdə özünəməxsus statusa malik olan xüsusi subyekt kimi 
çıxış  edir.  Məlumdur  ki,  mülki  dövriyyədə  baş  verən  münasibətlər 
məkan  və  zaman  baxımından  bu  və  ya  digər  dövlətin 
yurİsdiksiyasınm  təsiri  altındadır.  Dövlətin  yurisdiksiyaya  malik 
olması  dövlət  suverenliyindən  irəli  gəlir.  Yurisdiksiya  dövlətin 
qanunverici, icraedici və məhkəmə hakimiyyətinin həcmini və onun 
yayılma  sferasını  müəyyən  edir.  Bu  və  ya  dİgər  dövlətin  yurisdik- 
siyası əsasən onun ərazisinə şamil edilir. 
Mülki dövriyyədə dövlətin iştirakı ilə yaranan münasibət məkan 
etibarı ilə həmin dövlətin yurisdiksiyasından kənarda, başqa dövlətin 
yurİsdiksiyasınm şamil olunduğu ərazidə də baş verə bilər. Məsələn, 
dövlət öz diplomatik nümayəndəliyinin fəaliyyətini təşkil etməkdən 
ötrü  xarici  dövlətin  ərazisində  müxtəlif  xarakterli  xüsusi  hüquq 
münasibətlərinə  girə  bilər:  torpağın  icarəyə  götürülməsi,  binanın 
tikintisi  üçün  podrat  müqaviləsinin  bağlanması,  tikilmiş  binanın 
müəj'yən avadanlıqla təmin edilməsi, texniki təchizat məsələləri və s. 
Dövlət  xarici  banklarda  özünün  pul  hesablarını  aça  bilər,  xaricdə 
yerləşən  əmlaka  münasibətdə  vəsiyyətnaməyə  əsasən  vərəsə 
qismində  çıxış  edə  bilər,  xarici  dövlətin  ərazisində  xarici  hüquqi 
şəxslə bağladığı müqaviləyə əsasən investisiya qoya bilər və s. 
Dövlətin  iştirakı  ilə  xarici  elementlİ  xüsusi  hüquq  münasibəti 
eyni zamanda onun öz yurisdiksiyası altında olan məkanda baş verə 
bilər. Əvvəlki fəsildə Azərbaycan Respublikasının ərazisində xarici 
hüquqi şəxslərin hüquqi vəziyyətini nəzərdən keçirdikdə konsessiya 
müqaviləsindən  danışmışdıq.  Xaricİ  hüquqi  şəxslərlə  Azərbaycan 
Respublikasının  ərazisində  konsessiya  müqaviləsini  yalnız 
Azərbaycan dövləti bağlaya bilər. Bu barədə danışıqları Azərbay 
118 


§ 2. "Dövlət immuniteti" anlayışı və onun normativ təsbiti 
can  Respublikasının  Nazirlər  Kabineti  apanr  və  belə  müqavilələri 
Azərbaycan Respublikasının Milli Məclisi təsdiq etməlidir. 
Dövlət müxtəlif istiqrazlar buraxa bilər və onları xarici fızUci və 
hüquqi  şəxs  əldə  etdikdə  xarici  elementli  xüsusi  hüquq  xarakterli 
münasibətlər yaranır. 
Beləliklə, dövlət müxtəlif xarakterli xarici elementli xüsusi hüquq 
münasibətlərində  kifayət  qədər  fəal  iştirak  edir  və  bu  zaman 
beynəlxalq  xüsusi  hüququn  subyekti  kimi  çıxış  edir.  Beynəlxalq 
xüsusi  hüququn  digər  subyektlərindən  fərqli  olaraq  dövlət  xüsusi 
statusa malikdir.  Bu  da  dövlətin  immunitetə  malik  olmasından  irəli 
gəlİr. 
§ 2. ”Dövlət immuniteti" anlayışı və onun 
normativ təsbiti 
"immunitet"  mürəkkəb  hüquqi  kateqoriyadır.  Onun  əsasında 
müasir beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin 
suveren  bərabərliyi  prinsipi  durur.  Həmin  prinsipə  görə  müasir 
beynəlxalq  hüququn  subyekti  olan  dövlətlər  öz  aralarında 
bərabərdirlər  və  bir  dövlət  dİgər  dövlətin  hakimiyyətinə  tabe  edilə 
bilməz  (par  in  parem  non  habet  imperium).  Eyni  zamanda,  hər  bir 
dövlət  yurisdiksiyaya:  qanunverici,  icraedici  və  məhkəmə 
hakimiyyətinə  malikdir  ki,  bunlar  arasında  da  bərabərlik  işarəsi 
qoyulmalıdır (par in parem non habet jurisdictionem). 
Beynəlxalq  mülki  dövriyyənin  inkişafı  ilə  əlaqədar  dövlətlərin 
xarici  elementli  xüsusi  hüquq  münasibətlərində  iştirakı  genişlənir. 
Belə  münasibətlərin  bir  qismi  yuxarıda  qeyd  edildiyi  kimİ  xarici 
dövlətin  suverenliyinin  və  yurisdiksiyasının  qüvvədə  olduğu 
məkanda  baş  verir.  Bu  zaman  sual  olunur;  dövlət  xarici  dövlətin 
ərazisində  xüsusi  hüquq  münasibətlərində  iştirak  edərkən,  həmin 
münasibətlərdən  irəli  gələn  məsələlərlə  əlaqədar  məcburetmə 
təsirlərinə  (dövləti  başqa  dövlətin  məhkəməsinə  vermə,  onun 
əmlakına münasibətdə müəyyən məcburi tədbirlərin görülməsi və s.) 
mə 
119 


Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi 
ruz qala büənni? Dövlətin immunitetə malik olmasına əsaslanaraq bu 
suala inkar cavabı verirlər. 
İmmunitet  dövlətlər  arasında  tabelik  münasibətlərini  İnkar  edir. 
Bu  mənada  İmmunitetə  malik  olmaq  hüququ  bir  dövlətə  digər 
dövlətin  ərazisində  onun  yurisdiksiyasım  tanımamaqla  müşayiət 
olunan istədiyi aksiyanı törətmək kimi hərəkətlərə hüquq vermir. Hər 
bir  dövlət  digər  dövlətin  ərazisində  fəaliyyətini  qurarkən  onun 
qanunlarına hönnətlə yanaşmalı, yerli adət-ənənələrə riayət etməlidir. 
İmmunitet mürəkkəb hüquqi hadisə olmaq etibarı ilə bir dövlətə 
digər  dövlətin  yurisdiksiyasma  əsasən  ona  məcburetmə  tədbirlərinin 
tətbiqindən azad olmaq hüququ verirsə, eyni zamanda ikinci dövlətin 
üzərinə  birinciyə  qarşı  məcburetmə  tədbirlərinin  tətbiqindən  imtina 
etmək vəzifəsini qoyur. 
Ayn-ayn dövrlərdə dövlətlərin beynəlxalq təsərrüfat əlaqələrində 
iştirakından  asılı  olaraq  dövlət  immuniteti  institutuna  fərqli 
münasibətlər  mövcud  olmuşdur,  Ümumqəbuledilmiş  beynəlxalq 
hüquq  institutu  kimi  meydana  gələn  dövlət  immuniteti  sonralar 
dövlətin  xüsusən  kommersiya  əlaqələrində  geniş  iştirakının  təsiri 
nəticəsində onun məhdudlaşdırılması istiqamətində müəyyən təsirlərə 
məruz qalmışdır. 
XX
 əsrin əvvəllərindən başlayaraq müşahidə edilən 
bu  tendensiya  məhkəmə  təcrübəsində  özünə  yer  almış,  bu  haqda 
müxtəlif  doktrinaların  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Bunun 
nəticəsi  olaraq  istər  beynəlxalq,  istərsə  də  milli  qanunvericilik 
səviyyəsində  dövlət  immunitetilə  bağlı  məsələlərin  tənzimlənməsi 
aktuallaşmış,  bu  istiqamətdə  konvensiyalar,  bir  sıra  dövlətlərdə  isə 
qanunlar  qəbul  edilmişdir.  İlk  belə  beynəlxalq  konvensiya  10  aprel 
İ926-CI 
ildə qəbul edilmiş dövlət gəmilərinin immunitetinə aid bir sıra 
qaydaların  un  i  fl  kas  iy  ası  üçün  Brüssel  Konvensiyasıdır,  24  may 
1934-cü  il  tarixli  Protokolla  ona  əlavələr  edilmişdir.  Konvensiyaya 
görə hökumətin mülkiyyətində olan və ya hökumət tərəfindən icarəyə 
götürülən gəmi ticarət məqsədi daşıyırsa, özünün yükü ilə bir yerdə 
sülh  dövründə  ümumi  dəniz  hüququna  tabedir  və  dövlət 
immunitetindən  istifadə  etməməlidir.  Belçika,  İtaliya,  Almaniya, 
Fran- 
120 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə