Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 3. Beynəlxalq xüsusi hüquqda beynəlxalq təşkilatlar



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə37/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   33   34   35   36   37   38   39   40   ...   124

§ 3. Beynəlxalq xüsusi hüquqda beynəlxalq təşkilatlar 
(nizamnaməsi)  təşkilatın  fəaliyyət  istiqamətləri,  onun  üzvü  olan 
dövlətlərin hüquqları, həmin təşkilatın orqanları, hüquq qabiliyyəti və 
s.  məsələlər  öz  əksini  tapır.  Əsasən  beynəlxalq  ümumi  hüququn 
subyekti  kimi  çıxış  edən  beynəlxalq  təşkilat  beynəlxalq  hüququn 
digər  subyektləri  ilə  müqavilələr  bağlayır  və  beynəlxalq  ümumi 
hüquq sahəsində fəaliyyət  göstərir. Lakin  əksər hallarda beynəlxalq 
təşkilatın effektli beynəlxalq hüquqi fəaliyyəti onun mülki- təsərrüfat 
dövriyyəsindəki fəaliyyətindən asılı olur. 
Hər bir beynəlxalq təşkilat yerləşdiyi dövlətin ərazisində müxtəlif 
fiziki və hüquqi şəxslərlə ayrı-ayrı məsələlərlə (işıq enerjİsİ, rabitə, 
poçt, telefon, teleqraf xidməti, nəqliyyat və s.) əlaqədar münasibətlərə 
girir.  Bu  növ  münasibətlər  zamanı  beynəlxalq  təşkilat,  bir  qayda 
olaraq, hüquqi şəxs qismində çıxış edir. 
Eyni zamanda, hər bir beynəlxalq təşkilat işçi personala malikdir 
və onlar arasında əmək münasibətləri baş verir. 
Göründüyü  kimi  beynəlxalq  təşkilat  öz  fəaliyyətində  rəngarəng 
münasibətlərə  girir  və  bu  münasibətlər  ona  tətbiq  edilən  hüquq 
normaları  baxımından  da  bir-birindən  fərqlənir.  Beynəlxalq  ümumi 
hüququn  digər  subyektləri  ilə  beynəlxalq  təşkilatlar  arasında 
münasibət beynəlxalq ümumi hüquq nomıaları, beynəlxalq təşkilatla 
onun işçiləri arasında əmək münasibətləri həmin beynəlxalq təşkilatın 
müvafiq daxili qaydaları ilə tənzimlənir. Beynəlxalq təşkilatla fiziki 
və hüquqi şəxslər arasındakı münasibətlərə isə ümumi əsaslarla mülki 
və kollizion hüquq tətbiq edilir. 
Beynəlxalq  təşkilatın  milli  mənsubiyyəti  yoxdur  və  beynəlxalq 
hüquqi  baxımdan  onun  iqamətgahının  yerləşdiyi  yer  də  heç  bir 
əhəmiyyət kəsb etmir. Lakin beynəlxalq təşkilatın mülki dövriyyədə 
iştirakı zamanı bağladığı mülki hüquqi əqdlərə domicilii (yerləşdiyi 
yer) hüququnun tətbiqi məqsədəmüvafıq hesab edilir'. 
1 Jlyuu Jl.A. Kypc MejKiiynapoiiHoro Macrtıoro npaaa. Oco6enHax 
4
acTi>. 
M., 1975. 
C. 
93. 
115 


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
Bir qayda olaraq, beynəlxalq təşkilata onun mərkəzi ofisinin 
yerləşdiyi yerin qanunları ilə mülki dövriyyədə iştirak etməkdən 
ötrü  hüquqi  şəxs  statusu  verilir  və  beynəlxalq  təşkilat  hüquqi 
şəxs  kimi  yerli  qanunlara  əsasən  fəaliyyətini  rəsmiləşdirir 
(qeydiyyatdan  keçir,  müvafiq  reyestr  siyahısına  düşür  və  s.). 
BMT-nin  baş  iqamətgahı  Nyu-York  şəhərində  yerləşdiyindən, 
ona  Nyu-York  ştatının  hüquqi  şəxs  statusu,  YUNESKO-nun 
qərargahı  Paris  şəhərində  yerləşdiyinə  görə,  ona  Fransada 
hüquqi  şəxs  statusu  və  s.  verilmişdir.  BMT-nin  və 
YUNESKO-nun  mülki  dövriyyədəki  fəaliyyəti  müvafiq  olaraq 
kollizİon  hüquq  normaları  da  daxil  olmaqla  ABŞ  və  Fransa 
hüququ İlə tənzimlənir. 
Mülki  dövriyyənin  iştirakçısı  kimi  beynəlxalq  təşkilatın 
hüquq  sııbyektliliyi  onun  nizamnaməsinin  müvafiq  dövlətdə 
qeydə alındığı və ya reyestr siyahısına salındığı vaxtdan başlanır. 
Beynəlxalq  təşkilatın  hüquq  qabiliyyətinin  həcmi  də  onun 
iqamətgahınm yerləşdiyi yerin qanununa əsasən müəyyən edilir. 
116 


Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn 
subyekti kimi 
§1. Dövlətin xarici elementli mülki hüquqi 
münasibətlərdə iştirakı 
Müasir  dövrdə  hər  bİr  dövlət  Ö
2
äinün  gündəlik  həyatında  istər 
beynəlxalq  sferada,  istərsə  də  dövlət  daxilində  müxtəlif  xarakterli 
əmlak  münasibətlərinin  iştirakçısı  olur.  İqtisadiyyat,  istehsalat, 
ticarət, elm, mədəniyyət və s. sahələr üzrə yaranan belə münasibətlər 
onun  subyekt  tərkibindən  asılı  olaraq  müxtəlif  hüquq  sistemləri 
(beynəlxalq və milli) ilə tənzimlənir. Beynəlxalq sferada dövlətlərin 
öz  aralarında,  dövlətlərlə  beynəlxalq  təşkilatlar  arasında  sadalanan 
sahələr üzrə meydana  gələn münasibətlər beynəlxalq  ümumİ hüquq 
normaları  ilə  nizamlanır.  Dövlətlə  hüquqi  və  fiziki  şəxslər  arasında 
yaranan 
analoji 
münasibətlər 
isə 
müvafiq 
dövlətdaxili 
qanunvericiliklə nizama salınır. Əvvəla, milli qanunvericiliklərdə, bir 
qayda olaraq, dövlətin də mülki hüquq subyektlİliyi tanınır. İkincisi, 
dövlət  mülki  hüquq  münasibətlərinin  iştirakçısı  kimi  heç  bir 
üstünlüyə  malik  olmur  və  digər  mülki  hüquq  subyektlərinə  bərabər 
tutulur.  Üçüncüsü,  belə  münasibətlərə  hüquqi  və  fizİki  şəxslərin  öz 
aralannda  yaranan  münasibətlərdə  olduğu  kimi  millİ  mülki 
qanunvericilik  tətbiq  edilir.  Bu  barədə  Azərbaycan  Respublikasının 
qanunvericiliyində  də  düzünə  göstəriş  vardır.  Azərbaycan 
Respublikası  Mülki  Məcəlləsinin  5-ci  maddəsinin  ikinci  hissəsində 
deyilir:  "Dövlət  hakimiyyət  orqanlarının  və  yerli  özünüidarə 
orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı 
qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir". 
Bildiyimiz  kimi  dövlətdaxili  münasibətləri,  onun  iştirakçılanmn 
bir-birinə  münasibətdə  tabeli  vəziyyətdə  olub-olmamasına  görə  iki 
qmpa  bölürlər;  1)  ümumi  hüquq  xarakterli  münasibətlər;  2)  xüsusi 
hüquq  xarakterli  münasibətlər.  Ümumi  hüquq  xarakterli 
münasibətlərdə 
117 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə