Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə45/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   41   42   43   44   45   46   47   48   ...   124

Fəsil 8. Əşya hüquqları 
Mosələ  burasındadır  ki,  dövlətdaxilİ  hüquq  sistemləri  riskin 
keçmə  momenti  haqqında  məsələni  müxtəlif  qaydada  həll  edir.  Bir 
sıra  hüquq  sistemləri  (Hollandiya  və  bir  sıra  Latın  Amerikası 
Ölkələri) hələ qədim Roma hüququna məlum olan "pericillum est em- 
toris"  prinsipinə  üstünlük  verirlər.  Həmin  prinsipə  görə  əmlakın 
təsadüfən  məhv  olma  riski  satılan  əşyaya  mülkiyyət  hüququnun 
satıcıdan  alıcıya  keçməsindən  asılı  olmayaraq,  tərəflər  arasında 
kontraktın bağlandığı andan keçir. Digər ölkələrin qanunvericiliyində 
isə (Fransa, Böyük Britaniya, Çexiya və s.) "res perit domino" (riski 
mülkiyyətçi  daşıyır)  qaydasına  üstünlük  verilir.  Bu  zaman  riskin 
keçmə  momenti  ilə  mülkiyyət  hüququnun  keçmə  momenti  üst-üstə 
düşür. 
Əmlakın təsadüfən məhv olma riskinin satıcıdan alıcıya keçməsi 
anı  mülkiyyət  hüququnun  keçmə  momenti  ilə  üst-üstə  düşüb- 
düşməməsinə  baxmayaraq,  nəzərə  almaq  lazımdır  ki,  qeyd  edilən 
məsələlər  mülki  hüququn  ayrı-ayrı  institutlarına  aiddir.  Əgər 
mülkiyyət  hüququ  əşya  hüququnun  tərkibinə  daxildirsə,  əşyanın 
təsadüfən məhv olma riskinin keçməsi ilə əlaqədar məsələ isə öhdəlik 
hüququna aiddir. Ona görə də əmlakın təsadüfən məhv olma riskinin 
keçmə  momenti  ilə  bağlı  məsələ  müstəqil  kollizion  bağlanmaya 
malikdir. 
Üçüncüsü, 
əmlak 
hüquqlarının 
dövlət 
qeydiyyatı 
qanunvericilikdə  nəzərdə  tutulan  hallarda  daşınar  əmlaka  da  şamil 
edilir.  Dövlət  qeydiyyatı  olan  daşınar  əmlaka  əşya  hüquqları,  bir 
qayda olaraq, həmin əmlakın olduğu  yerin qanunu ilə deyil, onların 
qeydiyyatdan keçdikləri ölkənin hüququ ilə müəyyən olunur. Əlbəttə, 
bu  zaman  belə  əmlakın  olduğu  yer  ilə  qeydiyyatdan  keçdiyi  yerin 
üst-üstə  düşməsi  adi  hal  ola  bilər.  Lakin  belə  əmlak  qeydiyyatdan 
keçdiyi ölkənin hüdudlarından kənara çıxarıldıqda onunla bağlı əşya 
hüquqları  əmlakın  olduğu  yerin  qanunu  ilə  deyil,  qeydiyyatdan 
keçdiyi ölkənin hüququ ilə müəyyən edilməlidir. Nəqliyyat vasitələri 
bu kateqoriyadan olan əmlak hesab edilir. “Beynəlxalq xüsusi hüquq 
haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddə- 
134 


§ 1. Əşya hüququnun kollizion məsələləri 
Əşya  hüququ  ilə  əlaqədar  məsələlərdə  əsas  kollizion  bağlanma 
kimi qəbul edilən əşyanın olduğu yerin qanunundan bir sıra istisnalar 
da mövcuddur. İndi isə onların bəzilərini nəzərdən keçirək. 
Birincisi,  yolda  olan  əınlak  (res  in  transitu)  üzərində  əşya 
hüquqlarının, xüsusən əmlak yolda olarkən tərəflər arasında əmlakın 
birinin  mülkiyyətindən  digərinə  verilməsi  ilə  əlaqədar  bağlanan 
əqdlərin hansı hüquqa tabe edilməsi ilə bağlı milli hüquq sistemləri, 
nəzəriyyə  və  təcrübə  müxtəlif  kollizion  bağlanmalar  təklif  edir;  1) 
əmlakın göndərildiyi yerin qanunu; 2) ara məntəqənin qanunu; 3) son 
məntəqənin (əmlakın ünvanlandığı yer) qanunu; 4) tərəflərin seçdiyi 
qanun; 5) yüklərin dəniz daşımaları zamanı gəminin bayrağı qanunu 
və s. 
Milli  hüquq  sistemləri  qeyd  edilən  məsələyə,  bir  qayda  olaraq, 
dİferensial yanaşırlar. Məsələn, Macarıstan beynəlxalq xüsusi hüquq 
haqqında  qanununa  görə  yolda  olan  daşınar  əmlaka  əşya  hüquqları 
son  məntəqənin  (əmlakın  ünvanlandığı  yerin)  qanunu  İlə  müəyyən 
edilir.  Lakin  belə  əşyaların  məcburi  satışı  və  ya  girovu  ilə  əlaqədar 
yaranan hüquqi nəticələrə əmlakın olduğu yerin qanunu tətbiq edilir. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununda  da  yolda  olan  daşınar  əmlak  üzərində  əşya  hüquqlarına 
tətbiq  edilən  qanunla  əlaqədar  alternativ  kollizion  bağlanmalar 
nəzərdə tutulub: "Yolda olan daşınar əmlaka mülkiyyət və digər əşya 
hüquqları,  tərəflərin  razılığı  ilə  başqa  hal  müəyyən  edilməyibsə, 
əmlakın göndərildiyi ölkənin hüququ ilə müəyyən olunur". Normanın 
mətnindən  göründüyü  kimi  bu  zaman  tərəflərin  muxtariyyəti  əsas 
kollizion  bağlanma  kimi  çıxış  edİr.  Tərəflər  tətbiq  ediləcək  qanunu 
müəyyən etmədikdə isə əmlakın göndərildiyi yerin qanununa istinad 
edilir. 
İkincisi, əmlak üzərində mülkiyyət hüququ bir şəxsdən digərinə 
keçən  zaman  əmlakın  təsadüfən  məhv  olma  riskinin  kimin  üzərinə 
düşməsi ilə bağlı kollizion məsələ də istisnalardan biri hesab edilir'. 
1
 Jlyıııı Jl.A. Kypc MOKjıyuLipoanoro MacTMoro npana. B 
3
 T
.
 
M..
 
2002
, c. 
421
 
133 


Fəsil 8. Əşya hüquqları 
Ölkənin hüququ ilə müəyyən edilir. Qeyd olunan məsələ Azərbaycan 
Respublikasının  qanunvericiliyində  hərtərəfli  nəzərdə  tutulmuşdur. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Oanununun  20  və  21-ci  maddələrinə  əsasən  aşağıdakı  məsələlər 
qanunla  müəyyən  edilən  xüsusi  hallar  istisna  olmaqla  əmlakın 
yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur; 1) daşınmaz əmlaka 
mülkiyyət və digər əşya hüquqları; 2) daşınar əmlaka mülkiyyət və 
digər əşya hüquqları; 3) əmlakın daşınar və ya daşınmaz olması; 4) 
əmlakın  digər  hüquqi  kvaliflkasiyası;  5)  əmlak  üzərində  əşya 
hüquqlannın əmələ gəlməsi və xitamı. 
Əmlakın  daşınar  və  daşınmaz  növlərə  bölünməsi  hüquqi 
əhəmiyyət kəsb edir. Daşınmaz əmlakdan fərqli olaraq daşınar əmJak 
yerdəyişmə  xüsusiyyətinə  malikdir.  Bu  da  onlar  üzərində  yurİsdİk- 
siyaların  dəyişməsi  ilə  nəticələnə  bilər.  Daşınar  əmlakın 
özünəməxsus  xüsusiyyətləri  mülki  dövriyyədə  onlara  münasibətdə 
əlavə kollizion məsələlərin meydana gəlməsinə səbəb olur. Məsələn, 
dövlət  sərhədini  keçmə  daşınar  əmlak  üzərində  əşya  hüquqlannın 
həcminə necə təsir göstərir və yaxud xarici dövlətdə yerləşən daşınar 
əmlak üzərində mülkiyyət hüququnun bir şəxsdən digərinə keçməsi 
hansı qanunla tənzimlənməlidir və s. 
Daşınar  əmlaka  münasibətdə  uzun  müddət  xüsusən  Avropa 
dövlətlərində mülkiyyətçinin şəxsİ qanunu tətbiq edilib. Lakin mülki 
dövriyyənin intensivliyinin artması, çox vaxt mülkiyyətçinin yaşayış 
yerini  və  onun  şəxsi  qanununu  müəyyən  etməkdə  meydana  gələn 
çətinliklər sonralar həmən kollizion bağlanmadan imtina edilməsinə 
gətirib  çıxarmışdır.  Hazırda  demək  olar  ki,  Avropa  dövlətlərinin 
hamısında daşınar əmlaka münasibətdə əmlakın olduğu yerin qanunu 
tətbiq  edilir.  Yəni  daşmar  əmlak  üzərində  əşya  hüquqlarının  həcmi 
əmlakın  olduğu  yerin  qanunu  ilə  müəyyən  edilir,  daşınar  əmlakın 
dövlət  sərhədini  keçməsi  onun  üzərində  əşya  hüquqlarının 
məzmununa  və  həcminə  təsir  göstərir,  əşya  üzərində  qanunauyğun 
şəkildə əmələ gələn mülkiyyət hüququ digər dövlət 
lərdə tanınır və s. 
132 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə