Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq hüquqi mühafizəsi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə40/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   36   37   38   39   40   41   42   43   ...   124

§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq hüquqi mühafizəsi 
olunan əsərləri müəlliflik hüquqlarını tanımadan çap etmək çox ucuz 
başa  gəldiyindən  həm  xarici  müəllifin,  həm  də  xarici  nəşriyyatın 
mənafeyinə ciddi zərbə vurulurdu. 
Bunun  qarşısını  yalnız  bir  üsulla  -  müəlliflik  hüquqlarının 
qarşılıqlı tanınması və mühafizəsi haqqında beynəlxalq müqavilələrin 
bağlanması yolu ilə almaq mümkün idi. Belə müqavilələrə görə bir 
razılığa gələn dövlətin ərazisində meydana gələn müəlliflik hüququ 
digər  razılığa  gələn  dövlətin  ərazisində  onun  qanunlarına  uyğun 
olaraq tanmır və mühafizə edilir. 
Müəlliflik hüquqlannın qarşılıqlı tanınması və mühafizə edilməsi 
haqqında beynəlxalq müqavilələr ilk əvvəl ikitərəfli xarakter daşımış 
və  daha  çox  eyni  dilli  ölkələr  arasında  bağlanmışdır.  XIX  əsrin  II 
yarısında  qısa  müddət  ərzində  artıq  Avropa  dövlətləri  arasında  33 
ikitərəfli müqavilə bağlanmışdı. Lakin müəlliflik hüquqları sahəsində 
ayrı-ayrı  dövlətlərin  qanunvericiliyindəki  fərqləri  ikitərəfli 
müqavilələr  aradan  qaldırmağa  qadİr  olmadığından,  bu  sahədə 
çoxtərəfli sazişə ehtiyac duyulurdu. Nəticədə 1886-cı ildə “Ədəbi və 
bədii  əsərlərin  mühafizəsi  haqqında”  Bern  Sazişi  bağlandı.  Sazişlə 
müəlliflik  hüquqları  sahəsində  maddi  hüquq  normaları  unitlkasiya 
edilmiş,  bu  da  ona  qoşulan  dövlətlərin  hüquq  sistemləri  arasında 
ziddiyyətlərin  aradan  qaldırılmasına,  mühafizə  olunmaq  şərti  ilə 
müəlliflərin  əsərlərinin  maneəsiz  yayılmasına  şərait  yaratmışdır.  26 
maddədən ibarət olan bu sənədə bir neçə dəfə əlavə və dəyişikliklər 
(hazırda 24 iyul 1974-cii il Paris konfransında ona edilən redaktə ilə 
qüvvədədir) edilmişdir. Dünyanın əksər dövlətləri ona qoşulmuşdur. 
Azərbaycan  Respublikası  27  noyabr  1998-ci  İldən  etibarən  Bern 
Konvensiyasının iştirakçısıdır. 
Konvensiyanın  l-ci  maddəsinə  gÖrə  Konvensiya  iştirakçıları 
ədəbi  və  bədii  əsərlərə  müəlliflik  hüquqlarının  qorunması  üçün  öz 
aralarında  Bern  İttifaqı  yaradırlar.  Konvensiyaya  əsasən  nəzərdə 
tutulan mühafizə sistemi aşağıdakılara tətbiq edilir: !)  İttifaqın üzvü 
olan ölkələrdən hər hansı birinin vətəndaşı olan müəlliflərin həm çap 
olunmuş, həm də çap olunmamış əsərlərinə münasibətdə; 
149 


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
İnsanların  yaradıcı  fəaliyyətinin  nəticələri  müxtəlif  şəkildə 
təzahür  etdiyinə  görə  onların  mühafizə  sistemləri  fərqləndirilir:  1) 
müəyyən  formada  ifadə  olunan  nəticə  müəlliflik  hüquqları  ile;  2) 
mahiyyət  xarakteri  daşıyan  nəticə  isə  patent  hüququ  ilə  mühafizə 
olunur.  Birinci  halda  (müəlliflik  hüquqları  zamanı)  əqli  mülkiyyət 
hüququnun  mühafizəsi  fakta  görə  (əsərin  yaranması  faktı),  ikinci 
halda (patent hüququ zamanı) isə onun qeydə alınmasına görə yaranır. 
Elmi-texniki  tərəqqinin  inkişafı  ilə  əlaqədar  insanların  əqli 
fəaliyyətinin  istiqamətləri genişləndiyinə  görə mühafizə sistemlərini 
obyekt  baxımından  axıra  qədər  fərqləndirmək  qeyri-mümkündür. 
Belə  ki,  faktoloji  xarakter  daşıyan  əqli  mülkiyyət  obyektlərinin 
qeydiyyatı hallanna və yaxud əksinə rast gəlinir. 
Ümumiyyətlə,  mühafizə  vasitəsinə  görə  əqli  mülkiyyət 
obyektlərini  aşağıdakı  qruplara  bölürlər:  1)  müəlliflik  hüququ  ilə 
mühafizə edilən obyektlər. Bura elm, ədəbiyyat və incəsənət əsərləri 
aid  edilir;  2)  əlaqəli  hüquqlar  vasitəsilə  mühafizə  edilən  obyektlər 
(ifalar. fonoqramlar, efir və ya kabel yayımı təşkilatlannın verilişləri); 
.İ) patent hüququ ilə hüquqi mühafizə edilən obyektlər. Bura sənaye 
mülkiyyəti  obyektləri  (ixtiralar,  faydalı  modellər  və  sənaye 
nümunələri)  daxildir;  4)  fərdiləşdirmə  qaydasında  mühafizə  edilən 
obyektlər  (əmtəə  nişanı,  xidmət  nişanı,  fınna  adları,  coğrafi 
göstəriciləri) və s. 
§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq 
hüquqi mühafizəsi 
Müəlliflik hüquqlarının sırf ərazi xarakteri kəsb etməsi artıq .xıx 
əsrin  axırlarında  ciddi  problemlər  yaratmağa  başladı.  Xüsusən  eyni 
dilli  ölkələrdə  (Fransa.  Belçika,  İsveçrə,  Almaniya.  Avstriya, 
İngiltərə, ABŞ, Kanada) xaricilərin müəlliflik hüquqlarının mühafizə 
olunmaması bu sahədə özünəməxsus "pirafçılığın meydana gəlməsinə 
səbəb olmuşdur. Məsələ burasında idi ki, xaricdə çap 
148 


§ 1. ümumi müddəalar 
beynəlxalq  hüquqi  mühafizəsini  daha  da  aktuallaşdırır.  Hər  şeydən 
əvvəl, əqli mülkiyyət hüququ ərazi xarakteri daşıyır. Konkret dövlətin 
ərazisində  yaranan  əqli  mülkiyyət  hüququnun  tanınması  və 
qorunması,  əgər  həmin  dövlətin  iştirak  etdiyi  beynəlxalq  hüquqi 
mühafizə  sistemi  yoxdursa,  həmin  dövlətin  hüdudları  ilə 
məhdudlaşır. Başqa sözlərlə ifadə etsək, əmlak hüquqlarından fərqli 
olaraq  əqli  mülkiyyət  hüququ  ilə  bağlı  məsələlər  eksterritorial 
xarakter  kəsb  etmir.  Bir  ölkənin  qanunları  əsasında  meydana  gələn 
subyektiv  əqli  mülkiyyət  hüququnun  digər  dövlətin  ərazisində 
tanınması  üçün  həmİn  dövlətlər  arasında  müvafiq  əqli  mülkiyyət 
hüququnun qarşılıqlı tanınması haqqında razılaşma olmalıdır. 
İkincisi, xaricilər üçün əqli mülkiyyətlə bağlı hər hansı hüququn 
tanınması yerli qanunlara əsaslanır. Bu zaman xaricinin şəxsi qanunu 
heç  bir  əhəmiyyət  kəsb  etmir  və  onun  tətbiqinə  yol  verilmir.  Əqli 
mülkiyyətlə  əlaqədar  xaricinin  statusunun  yerli  qanunlara  tabe 
edilməsi,  bir  qayda  olaraq,  bu  istiqamətdə  kollizion  problemini 
aradan  qaldırır.  Ona  görə  də  beynəlxalq  xüsusi  hüququn  predmeti 
kimi  əqli  mülkiyyət  münasibətləri  öyrənilərkən,  əsasən  yerli 
qanunlarla  bu  sahədə  xaricilərə  verilən  hüquqların  dairəsi  və 
mühafizə imkanları üzərində dayanırlar. 
Əqli mülkiyyət hüququ müstəsna hüquq hesab edilir. Bu onunla 
izah  olunur  ki,  əqli  mülkiyyətin  obyektlərini  yaradanlar  öz  əqli 
əməyinin  bəhrəsi  və  yaradıcılıq  nəticəsinə  subyektiv  hüquqlar  əldə 
edir'. Müstəsnalıq əqli mülkiyyət hüququnun yalnız onun subyektinə 
məxsus  olmasını  ifadə  edir.  Müstəsna  hüquq  qeyri-maddi  nemətə 
mütləq  hüquqdur.  Ədəbiyyatda  çox  haqlı  olaraq  göstərilir  ki, 
qeyri-maddi obyektə münasibətdə müstəsna hüququn yerinə yetirdiyi 
funksiya,  maddi  obyektlər  üçün  mülkiyyət  hüququnun  əhəmiyyəti 
qədərdif. 
1
 
Sabir Allahverdiyev. Aznrbaycan Respublikasının ınüəllinik va patenl hüququ. H., 
2000, S.215 
2
 
ripaBa ııa pcayibraTbi ıııiTCj|JicKTya.nbut)ii üC)iTe.fibıi(x;TM. C6, ııopMaTiıuıibix 
aKTOB, BcTyııUTCJibUiiH craibM B.A.flfnopneıta. M.. 1004, e.42 
147 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə