Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi
bu qanunların (xarici dövlətin immunitetləri haqqında və ya dövlət
immunitetləri haqqında) hamısında dövlətin xarici yurisdiksiyadan
immuniteti tanınır. Məsələn, ABŞ qanununda deyilir: "Xarici dövlət
ABŞ məhkəmələrinin və ştatların məhkəmələrinin yurisdiksi-
yasından immunitetə malikdir" (m. 1604) və yaxud Böyük Britaniya
qanununun 1-ci maddəsinə görə dövlət Birləşmiş Krallığın məhkəmə
yurisdiksiyasından immunitetə malikdir. Eyni zamanda həmin
qanunlarda göstərilir ki, dövlətin kommersiya və sair xüsusi hüquq
xarakterli fəaliyyəti məhkəmədə mübahisə predmeti olduqda
immunitet tanınmayacaqdır.
Azərbaycan
Respublikasının
qanunvericiliyində
dövlət
immuniteti ilə bağlı nonnalara ayrı-ayrı qanunlarda rast gəlmək
mümkündür. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunda dövlət
immunitetinin
məhdudlaşdırılması tendensiyası öz ifadəsini
tapmışdır. Qanuna görə dövlətin bağladığı mülki hüquqi əqdlər, əgər
bu onun öz suveren funksiyalarını yerinə yetirməklə əlaqədar deyilsə,
digər subyektlərin bağladığı əqdlərlə eyni statusa malikdir. Şübhəsiz
ki, qanunverici burada kommersiya xarakterli əqdlərə işarə edir.
Dövlət tərəfindən bağlanan
hüquqi əqdin xarakteri, yəni
onun ümumi
hüquq və ya xüsusi hüquq xarakterli olması əqdin hüquqi təbiəti və
səbəblərinə əsasən
müəyyən edilir,
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi xarici
dövlətləri təmsil edən şəxslərə qarşı mülki məhkəmə məsuliyyətini
istisna etmişdir. Həmin qanuna görə Azərbaycan Respublikasında
yaradılan diplomatik missiyaların üzvləri, onlann ailə üzvləri və
onların fərdi ev işçiləri 18 aprel 1961-ci il tarixli “Diplomatik
münasibətlər haqqında” Vyana Konvensiyasının qaydalarına uyğun
olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu hətta
həmin konvensiyanın iştirakçısı olmayan dövlətlərin diplomatik
personalına da aid edilir. Azərbaycan Respublikasında yaradılmış
konsulluq nümayəndəliklərin üzvləri isə, konsulluğun seçilmiş
qulluqçuları da daxil olmaqla 24 aprel 1963-cü İl tarixli konsulluq
münasibətləri haqqında Vyana Konvensiyasının qaydalarına uyğun
122
§ 2, "Dövlət immuniteti" anlayışı və onun normativ təsbiti
sa və s. dövlətlər konvensiyanın iştirakçılandır. İmmunitetin məh-
dudlaşdmlması mövqeyindən çıxış edən Brüssel Konvensiyası bunu
dövlətin ticarətlə (kommersiya) məşğul olması ilə əlaqələndirir.
Regional çərçivədə qəbul edilən dövlət immuniteti haqqında
Avropa Konvensiyasında immunitetlə bağlı məsələlər hərtərəfli
tənzimlənir. Bu sənəd Avropa Şurası tərəfindən 1972-ci ildə qəbul
edilmiş və əksər Avropa dövlətlərinin ərazisində qüvvədədir.
Dövlət immuniteti ilə bağlı məsələlərin dinamik inkişafı onun
universal səviyyədə eyni qaydada tənzimlənməsini zəruri etmişdir.
Bununla əlaqədar bu məsələ BMT-nin Beynəlxalq Hüquq
Komissiyasının iş proqramına daxil edilmişdir. 1991-ci ildə
Komissiya tərəfindən "Dövlətlərin və onlann mülkiyyətlərinin
yurisdiksion immunitetləri" adlanan sənədin layİhəsİ hazırlamnış,
qəbul olunması üçün Baş Məclisə təqdim edilmişdir. Həmin sənəd 2
dekabr 2004-cü ildə Baş Məclisin 59-cu sessiyasında qəbul edilmiş və
qoşulmaq üçün dövlətlərin ixtiyarına verilmişdir.
Həm Avropa Konvensiyasında, həm də Beynəlxalq Hüquq
Komissiyasının hazırladığı sənəddə dövlət immuniteti beynəlxalq
ümumi hüququn ümumqəbuledilmiş müddəalarından biri kimi
qiymətləndirilir. Hər iki sənəddə göstərilir ki, dövlət özünə və öz
mülkiyyətinə münasibətdə İmmunitetə malikdir, dövləti onun razılığı
olmadan digər dövlətin məhkəmə yurisdiksiyasına tabe etmək
yolverilməzdir, dövlətə qarşı hər hansı məcburetmə tədbirlərindən
istifadə etmək olmaz və s. Lakin dövlət kommersiya fəaliyyəti ilə
məşğul olmaqla immunitetdən könüllü imtina etmiş olur.
Dövlət immuniteti ilə bağlı məsələlər milli qanunvericiliklərdə də
öz əksini tapmışdır. Bəzi dövlətlərdə bu barədə xüsusi qanunlar qəbul
edilmiş, digərlərində isə İmmunitetlə bağlı normalar ayn-ay- rı
qanunvericilik aktlannın tərkibində nəzərdə tutulmuşdur. İlk belə
qamın l976-cı ildə ABŞ-da, sonralar Böyük Britaniyada (1978- ci il),
Sinqapurda (1979-cu il), Pakistanda (1981-ci il), CAR-da (198İ-Cİ
il), Kanadada (1982-cİ il), Avstraliyada (1984-cii il) və s.
dövlətlərdə
qəbul edilmişdir.
Demək olar ki, eyni cür adlandırılan
121