Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə52/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   48   49   50   51   52   53   54   55   ...   124

Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
kİyyətiııin  obyekti  elə  bir  yeniliyi  əks  etdirməlidir  ki,  o,  mövcud 
bilgilər məcmusuna məlum olmamalıdır. Mövcud bilgilər məcmusuna 
dünyada hamıya müyəssər olan məlumatlar aid edilir. Bu baxımdan 
universal və ya lokal yenilikdən söhbət gedə bilər. 
Nəhayət,  müəlliflik  və  əlaqəli  hüquqlardan  fərqli  olaraq  sənaye 
mülkiyyətinə  hüququn  ərazi  xarakterliliyi  hər  bir  konkret  hal  üçün 
təsbit edilməli, bu halda səlahiyyətli dövlət orqanı ayrıca qərar qəbul 
etməlidir.  Texniki  nailiyyəti  sənaye  mülkiyyətinin  obyekti  kimi 
qiymətləndirən  belə  qərar  mühafizə  sənədi  hesab  edilir  (patent)  və 
yalnız  həmin  dövlətin  ərazisində  qüvvədədir.  Digər  dövlətin 
ərazisində həmin sənaye mülkiyyətinin obyektinə hüquq əldə etiTiək 
üçün onun orada  yenidən qeydiyyatı  tələb  olunur. Bu zaman heç də 
əvvəlki  dövlətdə  yaranan  subyektiv  hüququn  tanınması  məsələsinə 
görə  deyil,  ikinci  dövlətin  ərazisində  yeni  subyektiv  hüququn  ya- 
ranma.sı üçün təşəbbüs qaldırılır. 
Sənaye mülkiyyətinə hüququn xaricdə mühafizəsi üçün dövlətlər 
arasında ikitərəfli, regional və universal müqavilələr bağlanmışdır. Bu 
sahədə  ilk  universal  müqavilə  1883-cü  il“Sənaye  mülkiyyətinin 
mühafizəsi  haqqında”  Parİs  Konvensiyası  hesab  edilir.  Konvensiya 
1900-cü  ildə  Brüsseldə,  1911-ci  ildə  Vaşinqtonda,  1925-ci  ildə 
Haaqada,  1934-cü  ildə  Londonda,  1958-ci  ildə  Lissabonda,  1967-ci 
ildə Stokholmda olmuş konfranslarda yenidən nəzərdən keçirilmiş və 
ona  müəyyən  əlavələr  edilmişdir.  Konvensiyaya  görə  İştirakçılar 
sənaye mülkiyyətinin mühafizəsi üçün Beynəlxalq İttifaq yaradırlar. 
Konvensiya hazırda 150-dən artıq dövlətdə qüvvədədir. Azərbaycan 
Respublikası 14 sentyabr 1995-ci ildən Konvensiyanın İştirakçısıdır. 
Keçmiş SSRİ Konvensiyaya 1 iyul 1965-ci il tarixdən qoşulmuşdur. 
Konvensiyanın  Stokholm  mətni  isə  SSRİ  tərəfindən  19  sentyabr 
1968-cİ il tarixində ratifikasiya edilmişdi. 
Konvensiya ilə sənaye mülkiyyətinin mühafizəsi ilə əlaqədar olan 
normaların unifıkasiyası və beynəlxalq patentin yaradılması nəzərdə 
tutulmasa  da,  onun  bir  sıra  üstünlükləri  danılmazdır.  Bu  sıradan 
aşağıdakı  məsələləri  qeyd  etmək  olar:  1)  Konvensiya  ilə  yaradılan 
ittifaqın üzvü olan hər bir ölkənin vətəndaşına ittifaqın di- 
160 


§ 4. Sənaye mülkiyyətinin beynəlxalq hüquqi mühafizəsi 
gər  Ölkələrində  onların  Öz  vətəndaşları  üçün  sənaye  mülkiyyətinin 
mühafizəsi ilə əlaqədar müəyyən etdikləri bütün hüquqlardan istifadə 
imkanı  verilir.  Yəni  ittifaqın  üzvü  olan  dövlətlərdə  sənaye 
mülkiyyətinin  mühafizəsinə  münasibətdə  milli  rejim  müəyyən 
edilmişdir; 2) Konvensiya ilə ilkinlik (prioritetlik) hüququ müəyyən 
edilmişdir. Belə ki, ittifaqın üzvü olan hər hansı bİr ölkədə ixtiraya, 
faydalı modelə, sənaye nümunəsinə və ya əmtəə nişanına patent üçün 
lazımi  şəkildə  ərizə  verən  hər  bir  şəxs  və  ya  onun  hüquqi  varisi 
avtomatik olaraq İttifaqın üzvü olan digər ölkələrdə də Konvensiya ilə 
müəyyən  edilən  zaman  intervalında  ərizə  vermək  üçün  üstünlük 
hüququ  əldə  edir.  İxtira  və  faydalı  modellərə  patent  üçün  ilkinlik 
müddəti on iki ay, sənaye nümunəsi və əmtəə nişanları üçün isə altı ay 
müəyyən  edilmişdir.  Bu  müddət  ərzində  ittifaqın  üzvü  olan  digər 
ölkələrdə  üçüncü  şəxslər  tərəfindən  eyni  obyektin  mühafizəsi  ilə 
əlaqədar  verilən  ərizələr  və  s.  belə  hərəkətlər  ilkin  verilən  ərizəyə 
əsasən  geri  qaytarılmalıdır;  3)  Konvensiya  ixtiralar  və  sənaye 
mülkiyyətinin bəzi digər obyektləri üçün beynəlxalq sərgilər zamanı 
müvəqqəti mühafizə müəyyən edir. İttifaqın üzvü olan ölkələr patent 
qabiliyyətli ixtiraları və sənaye mülkiyyətinin bəzi digər obyektlərini 
onların  ərazilərində  təşkil  edilən  beynəlxalq  sərgilərdə  nümayişi 
zamanı  öz  qanunvericiliyinə  əsasən  mühafizə  etməyi  öhdələrinə 
götürürlər.  İxtiranın  sərgidə nümayişi onun  yeniliyinə xələl gətirmir 
və sərginin təşkil olunduğu ölkədə patentləşdirilməsinə mane olmur. 
Sənaye  mülkiyyətinin  obyektlərinin  daha  səmərəli  mühafizəsi 
məqsədi ilə 1970-ci ildə Vaşinqtonda “Patent kooperasiyası haqqında” 
Müqavilə imzalanır. 1973-cü ildə qüvvəyə minən Müqavilədə hazırda 
100-dən artıq ölkə iştirak edİr. Azərbaycan Respublikası 1995-ci ildə 
bu  Müqaviləyə  qoşulmuşdur.  Müqavilə  iştirakçıları  öz  aralarında 
Beynəlxalq Patent Kooperasiyası İttifaqı yaratmışlar. İttifaq ixtiranın 
mühafizəsi  üçün  beynəlxalq  ərizənin  verilməsi,  bununla  əlaqədar 
axtarış  və  ekspertizanın  aparılması,  habelə  xüsusi  texniki  xidmətin 
göstərilməsi  sahəsində  əməkdaşlığı  koordinasiya  edir.  Müqavilə  ilə 
dövlət patent idarələri qismində bey 
161 


Fosil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
nəlxalq axtarış orqanının yaradılması nəzərdə tutulmuşdur. Onun əsas 
vəzifəsi ərizəçinin materiallarına əsasən sənədli axtarışın aparılması 
və  patent  üçün  ərizə  verilən  milli  idarələrdə  ekspertizanın 
aparılmasını  təşkil  etməkdən  ibarətdir.  Ərizəçinin  xahişi  ilə 
beynəlxalq  axtarış  orqanı  ilkin  beynəlxalq  ekspertiza  apara  bilər  və 
onun  nəticələri  ərizəçinin  patent  almaq  İstədiyi  ölkənin  milli 
idarələrinə 
təqdim 
edilir. 
Həmin 
ölkənin 
dövlətdaxili 
qanunvericiliyinin tələblərinə cavab verən nəticələrlə bağlı isə patent 
verilməsi haqqında qərar çıxarılır. 
Vaşinqton  Müqaviləsi  də  Paris  Konvensiyası  kimi  vahid 
beynəlxalq patentin yaradılmasını nəzərdə tutmur. Lakin müqavilə bu 
istiqamətdə  xeyli  irəli  getmiş,  eyni  ixtiranın  çoxsaylı  milli 
qeydiyyatları ilə bağlı bəzi çətinlikləri aradan qaldırmış, onu nisbətən 
operativ etmişdir. 
Universal  səviyyədə vahid  patentin  yaradılması  məsələsi indiyə 
qədər  həll  olunmamasına  baxmayaraq,  regional  səviyyədə  bu  iş 
uğurla aparılır. 1973-cü üdə bağlanmış “Avropa patentinin verilməsi 
haqqında" Münxen Konvensiyası ilə vahid Avropa patenti müəyyən 
edilmişdir.  Konvensiyaya  əsasən  iqamətgahı  Münxendə  yerləşən 
Avropa  Patent  İdarəsi  yaradılmışdır.  Münxen  Konvensiyasına  görə, 
Avropa  Patent  İdarəsi  tərəfindən  verilən  patent  Konvensiyanın 
iştirakçısı  olan  bütün  dövlətlərdə  tanınır  və  mühafizə  edilir. 
Konvensiya 
patent 
alınması  ilə  bağlı  olan  proseduranı 
sadələşdirmişdir. Bunun üçün bir ərizənin hazırlanması kifayət edir. 
Patent  müvəkkili  tərəfindən  Avropa  Patent  İdarəsinə  təqdim  edilən 
ərizə  tələblərə  cavab  verdikdə  patentləşdirilir.  Əksər  Avropa 
dövlətləri Münxen Konvensiyasının iştirakçılandır. 
Afrika  qitəsində  sənaye  mülkiyyətinin  mühafizəsi  iki  təşkilat 
çərçivəsində həyata keçirilir. İngilisdilli dövlətlər 1976-cı ildə Sənaye 
Mülkiyyəti Təşkilatı, fransızdilli dövlətlər isə 1977-ci ildə Afrika Əqli 
Mülkiyyət Təşkilatı yaratmışlar. 
Digər  regional  patent  Müstəqil  Dövlətlər  Birliyi  (MDB) 
səviyyəsində müəyyən edilmişdir. 1994-cü ildə imzalanan Avroasiya 
patent 
Konvensiyası  MDB  ölkələri  ərazisində  qüvvədədir. 
Konvensiya 
162 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə