Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fosil 9. Beynəlxalq xüsusi hüquqda əqlİ mülkiyyət hüququ



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə54/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   50   51   52   53   54   55   56   57   ...   124

Fosil 9. Beynəlxalq xüsusi hüquqda əqlİ mülkiyyət hüququ 
bu^qa  dildo  verilmiş  nıateriallannın  Azərbaycan  dilinə  tərcüməsi 
İddia  sənədinin  verildiyi  gündən  2  ay  müddəlində  təqdim 
olunmalıdır. 
Qanunda sənaye mülkiyyəti obyektinin ilkinliyi ilə bağlı məsələ 
hərtərətli tənzimlənir. Sənaye mülkiyyətinin ilkinliyi qanuna müvafiq 
olaraq  rəsmiləşdirilmiş  iddia  sənədinin  müvafiq  icra  hakimiyyəti 
orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Sənaye mülkiyyəti 
obyekti  üzrə  İlkinlik  ilk  iddia  sənədinin  sənaye  mülkiyyətinin 
mühafizəsinə  dair  Paris  Konvensiyasının  iştirakçısı  olan  dövlətdə 
verilməsi tarixindən müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi), bu 
şərtlə  ki,  ixtira  və  faydalı  model  barəsində  iddia  sənə-  (.li  həmin 
tarixdən  etibarən  12  ay  ərzində,  sənaye  nümunəsi  barəsində  iddia 
sənədi  isə 6 ay  ərzində müvafiq  icra hakimiyyəti  orqanına verilmiş 
olsun.  Paris  Konvensiyasının  iştirakçısı  olan  dövlətin  ərazisində 
təşkil  edilən  beynəlxalq  rəsmi  sərgidə  nümayiş  etdirilmiş  obyektin 
ilkinliyi  həmin  obyektin  sərgidə  açıq  nümayiş  etdirildiyi  tarixdən 
xahiş  edilə  bilər,  bu  şərtlə  ki,  ərizə  həmin  tarixdən  ən  geci  (ı  ay 
keçənədək verilmiş olsun (sərgi ilkinliyi). Həmin müddət konvensiya 
ilkinliyi müddətini uzatmır. 
Konvensiya  ilkinliyi  hüququndan  istifadə  etmək  istəyən  iddiaçı 
bu i.stoyini iddia sənədini verərkən və ya iddia sənədinin müvafiq iera 
hakimiyyəti  orqanına  daxil  olduğu  gündən  2  ay  ərzində  bildirməli, 
bunun  üçün  əsaslandığı  əvvəlki  iddia  sənədi  və  patent  haqqımla 
məlumatı  həmin  iddia  sənədini  qəbul  etmiş  orqan  tərəfindən 
təsdiqlənmiş şəkildə təqdim etməlidir. 
Azərbaycan  Respublikası  ərazisində  patentin  qüvvədə  olma 
müddəti iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi 
gündən  etibarən  hesablanmaqla  ixtira  üçün  20  il,  faydalı  model  və 
sənaye nümunəsi üçün 10 il müəyyənləşdirilmişdir. 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2000-ci  ü  15 
fevral  tarixli  qərarı  İlə  “Patent  müvəkkilləri  haqqında"  Əsasnamə 
təsdiq edilmişdir. Əsasnaməyə görə, patent müvəkkili ilə Azərbaycan 
Respublikasının  və  xarici  ölkələrin  hüquqi  və  fiziki  şəxsləri, 
iddiaçılar,  sənaye  mülkiyyəti  obyektlərinin  sahibləri  arasındakı 
münasibətlər 
166 


§ 6, Beynəlxalq 
xüsusi 
hüquqda əmtəə 
nişam
 
müqavilə  əsasında  tənzimlənir.  Patent  müvəkkilinin  səlahiyyəti  və- 
kalət verən tərəfindən ona verilən etibarnamə ilə təsdiq edilir. 
Azərbaycan  Respublikasında  yaradılan  sənaye  mülkiyyəti 
obyektləri də xarici dövlətdə patentləşdirilə bilər. “Patent haqqında” 
Qanunun 41-ci maddəsinə görə sənaye mülkiyyətinin obyekti barədə 
iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi tarixdən 
etibarən  12  ay  müddətində  xarici  dövlətdə  patentləşdirilə  bilər. 
Sənaye  mülkiyyəti  obyekti  barəsində  iddia  sənədinin  müvafiq  icra 
hakimiyyəti  orqanına  daxil  olduğu  tarixdən  etibarən  3  ay  ərzində 
həmin  orqan  patent  alınması  üçün  iddia  sənədinin  xarici  dövlətə 
verilməsinin  mümkünlüyü  haqqında  müvafiq  qərar  qəbul  edir  və 
iddiaçıya bildiriş göndərir. 
§ 6. Beynəlxalq xüsusi hüquqda 
əmtəə nişanı 
Əmtəə  nişanlannm  qeydə  alınması,  hüquqi  mühafizəsi  və 
istifadəsi İlə bağlı münasibətlər həm beynəlxalq müqavilələr, həm də 
milli  qanunvericiliklə  tənzimlənir.  Bu  saliədə  əsas  beynəlxalq 
müqavilə  1891-ci  ildə  qəbul  edilmiş  “Fabrik  və  əmtəə  nişanlannm 
beynəlxalq qeydiyyatı haqqında” Madrid Konvensiyası hesab edilir. 
Konvensiyaya  1967  və  1979-cu  illərdə  əlavə  və  dəyişikliklər 
edilmişdir.  Azərbaycan  Respublikası  25  dekabr  1995-ci  il  tarixdən 
etibarən Konvensiyanın iştirakçısıdır. Konvensiyaya əsasən iştirakçı 
dövlətlər öz aralannda nişanların  beynəlxalq  qeydiyyatı üzrə Xüsusi 
İttifaq  yaradırlar.  Xüsusi  İttifaqın  üzvü  olan  dövlətlərin  ərazisində 
sənaye və ticarət müəssisələrinə malik olan və ya həmin dövlətlərin 
ərazisində  daimi  yaşayan,  yaxud  da  həmin  dövlətlərin  hər  hansı 
birinin  vətəndaşı  olan  hər  bir  şəxs  əmtəə  nişanını  beynəlxalq 
qeydiyyatdan  keçirtmək  üçün  ərizəçi  qismində  çıxış  edə  bilər. 
Beynəlxalq qeydiyyatdan keçən əmtəə nişanı ittifaqın üzvü olan bütün 
dövlətlərdə, onların hər birində ayrıca qeydiyyatdan keçməmək şərtilə 
mühafizə olunur. Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı üçün 
167 


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət hüququ 
Konvensiyaya əsasən iqamətgahı Cenevrədə yerləşən Beynəlxalq 
Əqli Mülkiyyət Bürosu (Beynəlxalq Büro) yaradılmışdır. Ərizələr 
Beynəlxalq  Büroda  milli  patent  idarələri  vasitəsi  ilə  verilir. 
Qeydiyyatdan  keçən  nişanlar  haqqında  Beynəlxalq  Büronun 
dövri  nəşr  olunan  jurnalında  məlumat  verilir.  Bu  zaman 
əmtəələrin  və  xidmətlərin  beynəlxalq  təsnifatı  əsas  götürülür. 
Həmin təsnifat 1973-cü il “Nişanların qeydiyyatı üçün əmtəələrin 
və xidmətlərin beynəlxalq təsnifatı haqqında” Nitsa Razılaşması 
ilə müəyyən edilir. 
Beynəlxalq qeydiyyat 20 İl ərzində qüvvədə olur. Bu müddət 
növbəti  20  ilə  uzadıla  bilər.  Əmtəə  nişanının  sahibi  vaxtından 
əvvəl  bir  və  ya  bir  neçə  ölkədə  mühafizədən  imtina  edə  bilər. 
Bunun üçün o, öz ölkəsinin patent idarəsinə Beynəlxalq Büroya 
məlumat  verməkdən  ötrü  müraciət  edir.  Axırıncı  da  öz 
növbəsində  müvafiq  dövləti  belə  ərizənin  verilməsi  ilə  əlaqədar 
xəbərdar edir. 
1989-cu ildə Madrid şəhərində Konvensiyaya əlavə protokol 
qəbul  edilmişdir.  Protokola  əsasən  beynəlxalq  qeydiyyat  milli 
ərizələrə əsasən həyata keçirilməlidir. 
1973-cü  ildə  nişanların  mühafizəsi  sahəsində  beynəlxalq 
münasibətlərin təkmilləşdirilməsi məqsədilə “Əmtəə nişanlarının 
qeydiyyatı haqqında” Vyana Müqaviləsi imzalanır. 1994-cü ildə 
isə  ÜƏMT-İlin  “Əmtəə  nişanları  üzrə  qanunlar  haqqında” 
Cenevrə  Müqaviləsi  və  həmin  Müqaviləyə  təlimat  qəbul 
edilmişdir.  Həmin  Müqavilə  əmtəə  nişanı  ilə  əlaqədar  milli 
qanunvericilikləri bİr-birinə uyğunlaşdırmağı və sadələşdirməyi 
qarşıya məqsəd qoymuşdur. 
Azərbaycan  Respublikasında  bu  sahə  üzrə  münasibətlər 
1998-ci  il  tarixli  “Əmtəə  nişanlan  və  coğrafi  göstəricilər 
haqqında”  Azərbaycan  Respublikası  Qanunu  ilə  tənzimlənir. 
Qanun  əmtəə  nişanına  sahibkarın  əmtəələrini  və  xidmətlərini 
digər  sahibkarın  əmtəələrindən  vo  ya  xidmətlərindən 
fərqləndirən  və  qrafik  təsvir  edilən  nişan  və  ya  nişanların  hər 
hansı  bir  uzlaşması  (kombinasiyası)  kimİ  anlayış  verir.  Əmtəə 
nişanı  kimİ  sözlər,  şəxsi  adlar,  hərflər,  rəqəmlər,  təsviri 
elementlər,  əmtəələrin  forması  və  ya  onlann  qablaşdmlması, 
rənglərin  və  yuxarıda  göstərilənlərin  hər  hansı  uzlaşması  çıxış 
edə bİlər. 
168 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə