Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 11. Beynəlxalq hesablaşmalar



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə66/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   62   63   64   65   66   67   68   69   ...   124

Fəsil 11. Beynəlxalq hesablaşmalar 
xalq  Ticarət  Palatası  tərəfindən  sistemləşdirilən  tələb  üzrə  qarant 
üçün unifikasiya edilmiş Qaydalarda (1992-cİ il) öz əksini tapmışdır. 
Bankın  benefisiar  qarşısında  qarantiya  ilə  nəzərdə  tutulan 
öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas 
öhdəlikdən,  hətta  qarantiyada  bu  öhdəliyə  istinad  edilsə  belə,  asılı 
deyildir.  Qarant  prinsipalın  benefisiar  qarşısında  Öhdəliyini  (xarici 
İqtisadi əqd üzrə öhdəliyi) lazımınca icra etməsini təmin edir. Prin- 
sipalın öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməməsi be- 
nefisiara  qarantiya  üzrə  pul  məbləğinin  ödənilməsinə  dair  tələblə 
çıxış  etmək  hüququ  verir.  Benefisiarın  belə  tələbi  qarantiyada 
göstərilmiş  sənədlərlə  bir  yerdə  qaranta  (banka)  yazılı  formada 
təqdim  edilməlidir.  Tələbdə  benefisiar  prinsipalın  təminatı  üçün 
qarantiya verilmiş əsas öhdəliyi  pozmasının nədən ibarət  olduğunu 
göstərməlidir.  Qarant  da  Üz  növbəsində  bu  barədə  prinsipalı 
məlumatlandırır  və  tələbin  surətini  bütün  sənədlərlə  bir  yerdə  ona 
təqdim edir. 
Beynəlxalq  hesablaşmalarda  qarantın  aşağıdakı  tipləri 
fərqləndirilir: tender qarantı, öhdəliyin icrası qarantı, avans qarantı, 
ödəmə qarantı, veksel qarantı, gömrük qarantı, kredit qarantı və s. 
§ 4. Beynəlxalq hesablaşmalarda veksel və çek 
Beynəlxalq hesablaşmalarda qiymətli kağız kimi veksel və çek- 
lərdən  geniş  istifadə  edilir.  Belə  ki,  xarici  iqtisadi  əqdtər  üzrə 
ödəmələrin  qiymətli  kağızlarla  həyata  keçirilməsi  tərəflər  arasında 
nəzərdə tutula bilər. 
Hələ keçən əsrin 30-cu illərində beynəlxalq səviyyədə veksel və 
çek  hüququnun  unifikasiyası  uğurla  nəticələnmişdir.  1930-cu  ildə 
Millətlər  Liqası  çərçivəsində  Cenevrədə  keçirilən  konfransda 
iştirakçı  dövlətlər  veksel  hüququ  ilə  əlaqədar  aşağıdakı  üç 
konvensiyanı  imzalayıblar:  I)  “Köçürmə  və  adi  veksel  haqqında 
vahid  qanun  barədə”  Konvensiya;  2)  “Köçünnə  və  adi  veksellərə 
münasibətdə gerb 
202 


5 4. Beynəlxalq hesablaşmafarcla veksel və çek 
rüsumu haqqında” Konvensiya; 3) “KÖçünnə və adi veksel barədə 
qanunların  bir  sıra  kolliziya  məsələlərinin  həlli  haqqında” 
Konvensiya. 
“KÖçünnə  və  adi  veksel  haqqında  vahid  qanun  barədə” 
Konvensiyaya əlavə kimi köçürmə və adi veksel haqqında nümunəvi 
qanunun  məmi  hazırlanmış  və  onun  əsasında  qanun  qəbul  ebnək 
vəzifəsi  iştirakçı  dövlətlərin  üzərinə  öhdəlik  olaraq  qoyulmuşdur. 
Azərbaycan  Respublikası  2  may  2000-ci  İl  tarixdə  həmin 
Konvensiyaya  qoşulmuş  və  bundan  irəli  gələrək  veksellə  əlaqədar 
Azərbaycan Respublikasının qanunvericiliyi Konvensiyada nəzərdə 
tutulan normalara uyğunlaşdı nimişdir. 
Azərbaycan Respublikasının qanunvericiliyində veksel haqqında 
normalar Mülki Məcəllənin 1004 - 1048-ci maddələrində özək- sini 
tapmışdır. 
Beynəlxalq  hesablaşmalarda  həm  adi,  həm  də  köçürmə 
veksellərdən istifadə olunur. Köçürmə veksel bir şəxsin digər şəxsə 
onun  üçüncü  şəxsə  müəyyən  müddətdə  müəyyən  məbləğdə  pul 
verilməsi haqqında yazılı əmrinə deyilir. Adi veksel isə bir və ya bir 
neçə  şəxsin  müəyyən  məbləğ  pulu  müəyyən  edilmiş  vaxtda 
ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəliyidir. 
Veksel haqqında nümunəvi qanuna müvafiq olaraq Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsində  vekselin  anlayışı,  köçürmə 
vekselin  tərtibi  və  forması,  indossament,  aval  (veksel  zaminliyi), 
vekselin  akseptə  verilməsi,  veksel  üzrə  ödəniş,  xarici  valyuta  ilə 
verilən  veksellər,  vekselin  ödənişindən  və  ya  akseptindən  imtina, 
imtinaya  protest  verilməsi,  adİ  vekselə  irəli  sürülən  tələblər  və  s. 
məsələlər öz əksini tapmışdır. 
Veksel hüququ ilə bağlı kollizion məsələlər isə “Köçürmə və adi 
veksel  barədə  qanunlann  bir  sıra  kolliziya  məsələlərinin  həlli  haq- 
qmda” Konvensiya ilə tənzimlənir. Konvensiyaya görə: 1) köçürmə 
və ya adi veksel üzrə öhdəlik daşıyan şəxsin qabiliyyəti onun milli 
qanunu  ilə  müəyyən  edilir.  Milli  qanun  digər  ölkənin  qanununa 
istinad etdikdə, axırıncı tətbiq edilir. Bu qayda ilə müəyyən edilən qa 
203 


Fəsil 11. Beynəlxalq hesablaşmalar 
nunla veksel üzrə öhdəlik daşıma qabiliyyətinə şəxs malik olmasa da, 
o, əgər ərazisində vekseli imzaladığı ölkənin qanununa əsasən belə 
qabiliyyətə malikdirsə, məsuliyyət daşıyır; 2) adi və köçürmə veksel 
üzrə  Öhdəliyin  forması  öhdəliyin  imzalandığı  ölkənin  qanunu  ilə 
müəyyən  edilir;  3)  reqres  qaydasında  iddianın  verilməsi  müddəti 
sənədin tərtib olunduğu yerin qanununa əsasən müəyyən edİlİr və s. 
Adi  və  köçürmə  veksel  haqqında  vahid  qanun  müəyyən  edən 
Cenevrə 
konvensiyalan 
qitə 
hüquq 
sistemli 
ölkələrin 
qanunvericiliyinə  əsasən  hazırlandığına  görə  anqlosakson  hüquq 
sistemli  ölkələr,  o  cümlədən  ABŞ  və  Böyük  Britaniya  həmin 
konvensiyalara  qoşulmayıblar,  Cenevrə konvensiyalarının universal 
xarakter  daşımadığını  nəzərə  alıb  Beynəlxalq  Ticarət  Hüququ  üzrə 
BMT  Komissiyası  (YUNSİTRAL)  tərəfindən  beynəlxalq  köçürmə 
vekselləri  və  beynəlxalq  sadə  veksellər  haqqında  BMT 
Konvensiyasının  layihəsi  işlənib  hazırlanmışdır.  3  dekabr  1988-ci 
ildə  Konvensiya  BMT  Baş  Məclisi  tərəfindən  bəyənilmişdir. 
Konvensiyanın  "Beynəlxalq  köçürmə  vekseli  (YUNSİTRAL 
Konvensiyası)"  və  "Beynəlxalq  sadə  veksel  (YUNSİTRAL 
Konvensiyası)"  sərlövhəli  veksellərə  tətbiqi  nəzərdə  tutulur. 
Konvensiyada  köçünnə  və  sadə  veksellərin  hansı  halda  beynəlxalq 
olması  meyarlan  göstərilmişdir.  Köçünnə  veksel  o  vaxt  beynəlxalq 
hesab  edilir  ki,  aşağıda  göstərilən  beş  yerdən  ən  azı  ikisi  ayrı-ayrı 
dövlətlərin ərazisinə aİd olsun: 1) köçürmə vekselin çıxarıldığı yer; 
2)  vekseli  verən  şəxsin  imzasının  yanında  göstərilən  yer;  3) 
ödəyicinin  adının  yanında  göstərilən  yer;  4)  ödənişi  alanın  adının 
yanında  göstərilən  yer;  5)  ödəmə  yeri.  Ehtimal  edilir  ki,  vekselin 
çıxarıldığı və ya ödəmə yeri vekseldə göstərilir və belə yer Razılığa 
Gələn Dövlətin erazisidir. 
Konvensiyaya görə sadə veksel o vaxt beynəlxalq hesab edilir ki, 
aşağıda  göstərilən  dörd  yerdən  ən  azı  İkisi  müxtəlif  dövlətlərin 
ərazisinə aid olsun: 1) vekselin çıxarıldığı yer; 2) vekseli verən şəxsin 
İmzasının göstərildiyi yer; 3) ödənişi alanın adının yanında göstərilən 
yer; 4) ödəmə yeri. Güman edilir ki, ödəmə yeri vekseldə göstərilir və 
belə yer Razılığa Gələn Dövlətin ərazisindədir. 
204 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə