Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 4. Qaçqınlar və məcburi köçkünlər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə31/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   27   28   29   30   31   32   33   34   ...   124

§ 4. Qaçqınlar və məcburi köçkünlər 
əyyən edilməsi məsələlərində vətəndaşlıq meyarma üstünlük verilir. 
Nümunə kimi Azərbaycan Respublikası ilə Gürcüstan arasında 8 mart 
1996-cı ildə bağlanan hüquqi yardım haqqmda Müqaviləyə müraciət 
edək. Həmin Müqavilənin 20-ci maddəsində deyilir: 
"1.  Razılığa  Gələn  Tərəfin  vətəndaşı  olan  şəxsin  xəbərsiz  itkin 
düşmüş  hesab  edilməsi  və  ölmüş  elan  edilməsi  (ölmüş  hesab 
edilməsi),  yaxud  ölüm  faktının  müəyyənləşdirilməsi  (ölüm  anının 
müəyyənləşdirilməsi)  işi  ilə  məşğul  olmaq  səlahiyyətinə  Tərəfin 
müvafiq idarələri o zaman malikdir ki, sonuncu məlumatlara əsasən 
şəxs, bu hallardan əvvəl həmİn Tərəfin vətəndaşı olmuşdur. 
2.
 
Razılığa  Gələn  Tərəflərdən  birinin  idarələri  Razılığa  Gələn 
digər  Tərəfin  vətəndaşını  ərazisində  yaşayan,  hüquq  və  mənafeləri 
həmin  Razılığa  Gələn  Tərəfin  qanunvericiliyinə  uyğun  gələn 
şəxslərin  vəsatəti  əsasında  xəbərsiz  itkin  düşmüş  hesab  edə,  ölmüş 
elan edə (ölmüş hesab edə), habelə onun ölüm faktını müəyyənləşdirə 
(ölüm anını müəyyənləşdirə) bilərlər. 
3,
 
l-ci və 2-ci bəndlərdə nəzərdə tutulmuş hallarda Razılığa Gələn 
Tərəflərin idarələri öz dövlətinin qanunvericiliyini tətbiq edirlər". 
Analoji norma Azərbaycan Respublikasının Rusiya Federasiyası 
(m.25),  Litva  Respublikası  (m.23),  İran  İslam  Respublikası  (m.23), 
Qırğızıstan  Respublikası  (m.25),  Özbəkistan  Respublikası  (m.  17), 
Qazaxıstan Respublikası (m.24) ilə bağladığı hüquqi yardım haqqında 
beynəlxalq müqavilələrdə də nəzərdə tutulmuşdur, 
§ 4. Qaçqınlar və məcburi köçkünlər 
Dünyanın ayrı-ayrı regionlarında baş verən silahlı konfliktlər dinc 
sakinlərin  zorla  öz  dədə-baba  yurdlarını  tərk  etməsi  ilə  müşayiət 
olunur.  Keçən  əsrin  90-cı  illərinin  əvvəllərində  Sovet  İttifaqının 
dağılması  bu  regionda  məhəlli  münaqişələrin  baş  verməsinə  səbəb 
olmuş, nəticədə post-sovet məkanından dünyanın müxtəlif ölkələrinə 
qaçqınların  və  məcburi  köçkünlərin  miqrasiyası  kütləvi  xarakter 
almışdır. 
97 


Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti 
Süni  şəkildə  yaradılmış  Dağlıq  Qarabağ  konflikti  ilə  üzləşən 
Azərbaycan Respublikası ərazisinin 16 faizini İtirməklə yanaşı, həm 
Ermənistan  ərazisindən  qovulmuş  (yarım  milyona  yaxın),  həm  də 
işğal olunmuş öz ərazilərindən didərgin salınmış (800 min) insanlan 
qoynuna  almış,  ciddi  sosial,  iqtisadi  problemlərlə  qarşılaşmışdır. 
Respublikanın  daxili  imkanlan  hesabına  problemin  həllinin 
qeyri-mümkün  olması  bu  sahodə  beynəlxalq  əməkdaşlığı  zəruri 
etmişdir. 
Qaçqınların  və  məcburi  köçkünlərin  hüquqi  statusu  həm 
beynəlxalq  hüquq  normaları  ilə,  həm  də  milli  qanunvericiliklə 
tənzimlənir.  Bu  sahədə  əsas  beynəlxalq  hüquqi  sənədlər  1951-ci  il 
“Qaçqınların  statusu  haqqında”  Konvensiya  və  I966-cı  il 
“Qaçqınların  statusuna  dair”  Protokol  hesab  edilir.  Azərbaycan 
Respublikası 1992-ci ildən etibarən hər İki sənədə qoşulmuşdur. 
Konvensiyanın  3-cü  maddəsinə  görə  razılığa  gələn  dövlətlər 
həmin Konvensiyanın müddəalarım qaçqınlara onların irqinə, dininə 
və ya ölkə mənşəyinə gÖrə heç bir  ayrı-seçkilik qoyulmadan tətbiq 
edəcəklərini öhdələrinə götürürlər. 
Qaçqınlara  daha  əlverişli  hüquqi  şərait  yaradılmaqla  bərabər, 
onlar,  ümumiyyətlə,  əcnəbilərin  istifadə  etdikləri  hüquqlarla  təmin 
olunmalıdırlar.  Konvensiyaya  görə  qaçqının  şəxsi  statusu  onun 
hüquqi baxımdan qeydə alındığı  (domicilii) yerİn qanunu ilə, beləsi 
yoxdursa yaşadığı ölkənin qanunları ilə müəyyən edilir (m. 12). 
Daşınar  və  daşınmaz  əmlak  əldə  etmək  və  bununla  bağlı  digər 
hüquqlar barəsində qaçqınlara mümkün qədər daha əlverişli şərait, ən 
azı əcnəbilərin istifadə etdikləri qədər şərait yaradılmalıdır. Dövlətlər 
onların  ərazisində  qanuni  surətdə  yaşayan  qaçqınların  muzdlu  iş 
hüququ barəsində əcnəbinüı eyni şəraitdə istifadə etdiyi ən əlverişli 
hüquqi şəraitlə təmin etməlidirlər (m. 17). 
Qaçqının azad surətdə Konvensiyanın iştirakçısı olan dövlətlərin 
ərazisində məhkəməyə müraciət etmək hüququ vardır (m. 16). Eyni 
zamanda, hər bir qaçqın adəti yaşayış yeri olan sazişə gələn dövlətin 
ərazisində  məhkəməyə  müraciət  etmək  hüququ  barədə,  o  cümlədən 
hüquqi yardım və məhkəmə xərclərinin ödənilməsini 
98 


§ 4. Qaçqınli'!' və məcburi köçkünlər 
təmin  etməkdən  azad  olunmaq  məsələlərində  vətəndaşların  istifadə 
etdikləri şəraitdən istifadə edəcəkdir. 
Konvensiyada həmçinin qaçqınlann mənzil, təhsil, sosial təminat 
hüquqları,  yerdəyişmə azadlığı və s. məsələlər də Təsbit edilmişdir. 
Razılığa  gələn  dövlət  onun  ərazisində  qanuni  surətdə  yaşayan 
qaçqınlara  yaşayış  yeri  seçmək  və  ərazisi  hüdudlarında  sərbəst 
yerdəyişmə  hüququ,  adətən  eyni  şəraitdə  əcnəbilərə  tətbiq  edilən 
bütün qaydalara əməl etmək şərti ilə verməyi öz öhdəsinə götürür (m. 
26). 
Konvensiya yalnız I yanvar 1951-cİ ilə qədər baş vermiş hadisələr 
nəticəsində  qaçqın  düşmüş  şəxslərə  aid  olduğuna  görə  (bu  barədə 
Konvensiyanın 1-ci maddəsində birbaşa göstəriş vardır) 1966-cı ildə 
qəbul  edilən  Protokolla  onun  müddəaları  qaçqın  düşmə  tarixindən 
asılı olmayaraq bütün qaçqınlara şamil edilmişdir. 
“Qaçqınların  statusu  haqqında”  Konvensiya  unifikasiya  edilmiş 
maddi  hüquq  normalarını  (12-ci  maddə  istisna  olmaqla)  özündə 
ehtiva  edir.  Razılığa  gələn  dövlətlər  milli  qanunvericiliklərini 
Konvensiyanın müddəalarına uyğunlaşdırmağı öhdələrinə götürürlər. 
Bununla  əlaqədar  qaçqınların  və  məcburi  köçkünlərin  statusu 
haqqında  Azərbaycan  Respublikasında  iki  dəfə  qanun  qəbul 
edilmişdir. İlk qanun Azərbaycan Respublikası “Qaçqınların statusu 
haqqında” Konvensiyanı ratifikasiya etdikdən az sonra - 29 sentyabr 
1992-ci ildə, hazırda qüvvədə olan sonrakı qanun isə 21 may 1999- cu 
ildə  qəbul  edilmişdir.  Məzmun  baxımından  daha  mükənunəl  olan 
ikinci  Qanun  qaçqınların  və  məcburi  köçkünlərin  (ölkə  daxilində 
köçürülmüş  şəxslərin)  statusu  ilə  bağlı  ilk  qanunda  nəzərdə 
tutulmayan halları da tənzimləyir. 
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş 
şəxslərin) statusu haqqında” Qanuna görə qaçqın dedikdə Azərbaycan 
Respublikasının vətəndaşı olmayan, irqi əlamətinə, milliyyətinə, dini 
etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə 
görə  təqiblərin  qurbanı  olmaq  barəsində  tam  əsaslı  ehtiyat  üzündən 
vətəndaşı  olduğu  ölkədən  kənarda  qalan  və  eyni  ehtiyat  üzündən 
həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya 
99 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə