Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§_2._Əcnobilərin_və_voıandaşlığı_olmayan_ı^əxslərin_hüquq_və_Ibaliyyot_qabiliyyəti'>§ 2. Əcnobilərin və voıandaşlığı olmayan ı^əxslərin hüquq və Ibaliyyot qabiliyyəti



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə29/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   25   26   27   28   29   30   31   32   ...   124

§ 2. Əcnobilərin və voıandaşlığı olmayan ı^əxslərin hüquq və Ibaliyyot qabiliyyəti 
ləri icra etmək qabiliyyətidir. Yalnız hüquq və fəaliyyət qabiliyyətinə 
malik olan şəxslər hüququn subyekti kimi çıxış edə bilərlər. 
Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  gəldiyi  dövlətin 
ərazisində  hüquq  və  fəaliyyət  qabiliyyəti  tanınır.  Bu  məsələ 
ümumqəbuledilmiş  beynəlxalq  hüquq  normalarından  birbaşa  irəli 
gəlir.  BMT-nin  1948-ci  il  “İnsan  hüquqları  haqqında”  Ümumi 
Bəyannaməsinin  6-cı  maddəsində  deyilir:  "Hər  bir  insan  harada 
olursa  olsun,  hüquq  subyekti  kimi  tanınmaq  hüququna  malikdir". 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  əcnəbilərə  və  vətəndaşlığı  olmayan 
şəxslərə gəldiyi dövlətin ərazisində, xüsusən mülki dövriyyədə milli 
rejim verilir. 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və fəaliyyət 
qabiliyyəti onların şəxsi qanunu ilə (lex personalis) müəyyən edilir. 
Şəxsi  qanun  iki  variantda  tətbiq  edilir:  1)  şəxsin  vətəndaşı  olduğu 
ölkənin qanunu (lex patriae); 2) şəxsin daimi yaşadığı yerin qanunu 
(lex  domicilii).  Azərbaycan  Respublikasının  “Beynəlxalq  xüsusi 
hüquq  haqqında”  Qanununda  hər  iki  variantdan  istifadə  edilərək, 
birincisi,  əcnəbilərə  münasibətdə,  ikincisi,  vətəndaşlığı  olmayan 
şəxslərə münasibətdə nəzərdə tutulmuşdur. Qanunun 9-cu maddəsinə 
görə vətəndaşı olduğu ölkənin hüququ (lex patriae) fiziki şəxsin şəxsi 
qanunu hesab edilir. İki və daha çox vətəndaşlığı olan şəxs üçün onun 
daha sıx əlaqəli olduğu ölkənin hüququ (Pro- per Law) şəxsi qanun 
sayılır.  Vətəndaşlığı  olmayan  şəxsin  şəxsi  qanunu  isə  onun  daimi 
yaşadığı ölkənin hüququ (lex domicilii) hesab edilir. 
Bütün  bunlarla  bərabər  qanunun  15-ci  maddəsində  göstərilir  ki. 
əcnəbilər 
və 
vətəndaşlığı 
olmayan 
şəxslər 
Azərbaycan 
Respublikasının  vətəndaşları  ilə  bərabər  mülki  hüquq  və  fəaliyyət 
qabiliyyətinə  malikdir.  Yəni  onlara  beynəlxalq  xüsusi  hüquq 
münasibətləri  sferasında  milli  rejim  verilir.  Qarşılıqlı  olaraq  cavab 
tədbiri kimi bu qaydadan istisnalar müəyyən edilə bilər. 
Əcnəbilərin  hüquq  qabili>
7
Ətinin  həcmi  onun  vətəndaşı  olduğu 
ölkənin hüququ ilə müəyyən edilməsi (hər halda “Beynəlxalq xü 
91 


Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti 
susi hüquq haqqında” Qanunun 9 ve  10-cu maddələrindən belə 
nəticə  çıxır)  təcrübədə  müəyyən  anlaşılmazlıq  yarada  bilər. 
Məsələn,  Azərbaycan  Respublikasının  hüquq  sisteminə  məlum 
olmayan və ya orada nəzərdə tutulmayan, lakin vətəndaşı olduğu 
ölkənin  hüquq  sistemində  təsbit  edilən  hər  hansı  bir  hüququn 
təmin edilməsini əcnəbi Azərbaycanda olarkən tələb edərsə, necə 
hərəkət  etmək  lazımdır?  Müasir  beynəlxalq  xüsusi  hüquq 
doktrinası  əcnəbinin  belə  vəziyyətdə  vətəndaşı  olduğu  ölkənin 
hüququna istinad etməsini düzgün hesab etmir. Bunun əksi olan 
vəziyyətdə, yəni əcnəbiyə gəldiyi dövlət ərazisində onun vətəndaşı 
olduğu  ölkənin hüquq sistemində  məlum  olmayan  hüquqlar  isə 
verilə  bilər.  Bu  mənada  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Qanunun  sözü  gedən  normalarında  əcnəbilərin  və  vətəndaşlığı 
olmayan  şəxslərin  hüquq  qabiliyyətinin  müəyyən  edilməsinə 
münasibətdə yalnız Azərbaycan hüququna istinad edən birtərəfli 
kollizion 
hüquq 
normasının 
nəzərdə 
tutulması 
daha 
məqsədəmüvafiq olaıdı. 
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bir qayda olaraq, 
yerli  hüquq  sisteminin  müəyyən  etdiyi  həcmdə  hüquq 
qabiliyyətinə malik olur. Onu da nəzərə almaq lazımdır ki, yalnız 
mülki dövriyyədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yerli 
vətəndaşlara  bərabər  tutulur.  Demək  olar  ki,  heç  bir  dövlətdə 
əcnəbilərə  ve  vətəndaşlığı  olmayan  şəxslərə  siyasi  hüquqlar 
verilmir. Onlar seçmək və seçilmək, dövlət qulluğunda İşləmək, 
hərbi mükəlləfiyyət daşımaq kimi hüquqlara iddia edə bilməzlər. 
Məsələn,  Azərbaycan  Respublikası  Konstitusiyasının  126-cı 
maddəsinə görə Azərbaycan Respublikasında yalnız Azərbaycan 
Respublikasının vətəndaşlan hakim ola bilərlər və s. 
Mülki  dövriyyənin  özündə  də  ayn-ayn  sahələr  üzrə 
əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  iştirakı  qanunla 
məhdudlaşdırıla  bilər.  “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan 
şəxslərin  hüquqi  vəziyyəti  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  11-ci  maddəsinə  görə  müəyyən  vəzifələr  tutmaq, 
yaxud  müəyyən  fəaliyyət  növləri  ilə  məşğul  olmaq  Azərbaycan 
Respublikası vətəndaşlığı ilə 
92 


S 2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və fəaliyyət qabiliyyəti 
şərtləndirildiyi  hallarda  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər 
belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər. 
Əcnəbilərin  fəaliyyət  qabiliyyətinin  onların  vətəndaşı  olduğu 
ölkənin  hüququna,  vətəndaşlığı  olmayan  şəxslərin  fəaliyyət 
qabiliyyətinin  isə  onların  daimi  yaşadığı  ölkənin  hüququna  tabe 
edilməsi beynəlxalq xüsusi hüquqda ənənəvi xarakter daşıyır. Əksər 
dövlətlərin  qanunvericiliyində  məhz  (Macarıstan,  Çexiya,  Polşa, 
AFR, Yaponiya və s.) məsələnin belə həllinə üstünlük verilir. Latın 
Amerikası  ölkələrində  qüvvədə  olan  Bustamant  Məcəlləsində  isə 
əcnəbinin  fəaliyyət  qabiliyyətinin  müəyyən  edilməsi  zamanı  şəxsi 
qanunun hər iki variantına istinad edilərək, onlardan hər hansı birinin 
seçilməsi razılığa gələn dövlətin ixtiyarına buraxılır. 
Əcnəbinin  fəaliyyət  qabiliyyətinin  onun  vətəndaşı  olduğu 
dövlətin  hüququ  ilə  müəyyən  edilməsi  tarixən  ticarət  və  təsərrüfat 
dövriyyəsinin  maraqlarına  uyğun  olmamışdır.  Bəzən  təcrübədə 
Ö
2
äinü tam fəaliyyət qabiliyyətli kimi qələmə verən əcnəbi ticarət və 
təsərrüfat sahəsində bağladığı əqd üzrə yaranan məsuliyyətdən yaxa 
qurtarmaq üçün sonradan vətəndaşı olduğu ölkənin hüququna istinad 
edərək  fəaliyyət  qabiliyyətli  olmadığını  əsas  gətinnişdir.  Yerli 
tacirlərin  müdafiəsi  üçün  hələ  1861-ci  ildə  Fransa  Kassasiya 
Məhkəməsi "Lizardi işi" üzrə qəbul etdiyi qərarda oxşar situasiyanı 
təhlil  edərək  göstərirdi  ki,  əcnəbi  əqdin  bağlandığı  yerin  qanununa 
görə  fəaliyyət  qabiliyyətli  olduğu  üçün  belə  əqd  etibarlı  hesab 
edilməlidir. 
Əcnəbinin fəaliyyət qabiliyyətinin müəyyən edilməsi ilə bağlı lex 
patriae  kollizion  bağlanmaya  üstünlük  verən  xarici  dövlətlərin 
əksəriyyətinin  qanunvericiliyində  həmin  qaydadan  istisnalar  da 
müəyyən edilmişdir. 
Qeyd  edilən  məsələ  ilə  əlaqədar  “Beynəlxalq  xüsusi  hüquq 
haqqında”  Azərbaycan  Respublikası  Qanununun  10-cu  maddəsinin 
ikinci və üçüncü hissəsində aşağıdakı istisnalar nəzərdə tutulmuşdur: 
1)  bağladığı  əqdə  görə  fiziki  şəxsin  fəaliyyət  qabiliyyəti  əqdin 
bağlandığı  ölkənin  hüququ  ilə  (lex  loci  actus)  müəyyən  edilir;  2) 
vurulmuş ziyan nəticəsində əmələ gələn öhdəliklər barəsində 
93 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə