Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə26/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   22   23   24   25   26   27   28   29   ...   124

§ 6. QarşUihq və retorsiya 
6-cı maddəsində deyilir; "Bir neçə hüquq sisteminin qüvvədə olduğu 
dövlətin  hüququnun  tətbiq  ediləcəyi  hallarda,  bu  dövlətin  hüququ 
həmin  hüquq  sistemlərindən  hansının  tətbiq  olunacağını  müəyyən 
edir".  Məsələyə  bu  cür  yanaşma  müasir  beynəlxalq  xüsusi  hüquqa 
tamamilə uyğundur. 
Bundan sonra yalnız bir məsələyə aydınlıq gətirmək lazım gəlir: 
əgər istinad edilən dövlətdaxili hüquq sistemində belə qayda nəzərdə 
tutulmayıbsa,  onda  necə  hərəkət  etmək  lazımdır.  Azərbaycan 
Respublikasının  "Beynəlxalq  xüsusi  hüquq  haqqında"  0‘^nununun 
Cici  maddəsi  həmin  suala  da  aydınlıq  gətirir:  "Belə  tətbiq  qaydası 
müəyyən  olunmadıqda,  işin  halları  ilə  daha  sıx  bağlı  olan  hüquq 
sistemi  tətbiq  edilməlidir".  1978-ci  il  Avstriya  beynəlxalq  xüsusi 
hüquq  haqqında  qanununun  5-ci  paraqrafında  və  Almaniya  Mülki 
Külliyyatına  Giriş  Qanununun  4-cü  maddəsində  də  həmin  məsələ 
analoji qaydada həli edilmişdir. Bu da keçən əsrin axırlarında aktuallıq 
kəsb  edən  "daha  sıx  əlaqədə  olan  qanun"  kollizion  bağlanmasının 
(Proper Law) tətbiqinin genişlənməsi ilə əlaqələndirilir. 
Elmi  ədəbiyyatda  şəxslərarası  (interpersonal)  və  zamanlararası 
(intertemporal)  kolliziya  anlayışlarına  da  rast  gəlinir.  Onlar  da 
dövlətdaxili hüquqda baş verən kolliziyanın formaları olub qanunların 
müvafiq  olaraq  şəxsə  və  zamana  görə  qüvvəsinin  nəticəsi  kimi 
meydana gəlİr. Onların yaratdığı problemin həlli qaydası inter- iokai 
kolliziyanın həlli kimidir. 
§ 6. Qarşılılıq və retorsiya 
“Qarşılılıq’' 
müasir 
beynəlxalq 
münasibətlərin 
əsas 
komponentlərindən  biridir.  Öz  ərazilərində  suverenliyə  malik  olan 
dövlətlər  beynəlxalq  münasibətlərdə  bərabər  əsaslarla  iştirak 
etdiyindən onlar arasında iqtisadi, elmİ-texniki, mədəni və s. əlaqələr 
qarşılı- lıq prinsipi ilə şərtləşir. Dövlətlər Öz ərazilərində xarici hüquqi 
və fiziki şəxslərin statusunu, xarici investisiyaların hüquqi tənzimlən 
81 


Fəsil 4, Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
məsini  və  s.  bu  kimi  məsələləri  müəyyən  edərkən  də  qarşılıhq 
prinsipini  önə  çəkirlər  (qarşılıhq  dar  mənada).  Beynəlxalq  xüsusi 
hüquqda  qarşılıhq  kateqoriyası  eyni  zamanda  xarici  hüququn 
tətbiqinə  münasibətdə  işlədilir  (qarşılıhq  geniş  mənada).  Yəni  bir 
dövlətin  ərazisində  xarici  dövlətin  hüququnun  tətbiqi  qarşılıhq 
prinsipinə əsaslanmahdırmı? Tarixən bir-birinə düşmən münasibətdə 
olan dövlətlər öz ərazilərində qarşılıqlı olaraq bir-birlərinin hüququn 
tətbiqini yol verilməz hesab ediblər. Amma müasir beynəlxalq xüsusi 
hüquq  bu  məsələnin  qarşılıhq  prinsipinin  təsir  dairəsindən  kənara 
çıxdığını elan etmişdir. Müasir beynəlxalq xüsusi hüquq baxımından 
xarici  hüququn  tətbiqi  qarşılıhq  prinsipindən  asılı  olmamalıdır. 
Kollizion normanın istinad etdiyi qanun şərtsiz tətbiq edilməlidir. 
Əksər  dövlətlərin  qanunvericiliyi  geniş  mənada  "qarşıhhğ"a 
münasibət  bildirməmişlər.  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunu  da  “xarici  hüququn  tətbiqi 
qarşılıhq prinsipinə əsaslanmahdırmı” sualına cavab vermir. 
Beynəlxalq  xüsusi  hüquqda  daha  çox  dar  mənada,  əsasən  də 
xarici hüquqi və fiziki şəxslərin hüquqi statusunun müəyyən edilməsi 
zamanı  qarşılıhq  prinsipinin  tətbiqindən  söhbət  gedir.  Dövlətlər 
qarşılıqlı  olaraq  biri  digərinin  fiziki  və  hüquqi  şəxslərinə  eynİ 
hüquqlar verirlər. Elmi ədəbiyyatda şərti olaraq "qarşıhhğ"ın iki növü 
fərqləndirilir: 1) maddi; 2) formal. 
"Maddi qarşıhlıq” zamanı dövlətin xarici fiziki və hüquqi şəxslərə 
verdiyi hüquqların həcmi onun vətəndaşlarının və hüquqi şəxslərinin 
müvafiq  xarici  dövlətdə  istifadə  etdiyi  hüquqların  həcminə  bərabər 
olur.  "Formal  qarşihlıq”da  isə  xarici  fiziki  və  hüquqi  şəxslərə  yerli 
qanunların  müəyyən  etdiyi  həcmdə  hüquqlar  verilərək,  onlar  yerli 
fiziki və hüquqi şəxslərlə bərabər tutulur. "Formal qarşılıhq” xariciyə 
milli rejimin verilməsi deməkdir. 
Azərbaycan Respublikasının Konstitusiyasının 69-cu maddəsinə 
görə  əcnəbilər  Azərbaycan  Respublikasında  olarkən,  qanunla  və  ya 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə 
82 


§ 7. Qanunu üstələmə 
ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vo- 
təndaşlan ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 
Beynəlxalq  xüsusi  hüquqda  xaricilərin  hüquqi  statusunun 
müəyyən olunmasının əsasında "formal qarşılıhq" durur. 
Dövlətlər  öz  aralarında  qarşılıhq  prinsipinin  təminatı  üçün 
“retorsiya”dan  istifadə  edirlər.  Retorsiya  diskriminasiya  xarakterli 
hərəkətlərə  qarşı  cavab  tədbiridir.  Əgər  bir  dövlət  dİgər  dövlətin 
mənafeyinə və ya onun fiziki və hüquqi şəxslərinə qarşı ziyan gətirə 
biləcək hərəkətlərə yol verirsə, sonuncu da cavab tədbirləri görə bilər. 
Cavab tədbiri eyni həcmdə və adekvat olmalıdır. 
“Beynəlxalq 
xüsusi 
hüquq 
haqqında” 
Azərbaycan 
Respublikasının  Qanununun  7-ci  maddəsində  retorsiyaların  tətbiqi 
nəzərdə tutulub. Orada deyilir: "Azərbaycan Respublikasının müvafiq 
icra  hakimiyyəti  orqanı  Azərbaycan  Respublikası  vətəndaşlarına  və 
hüquqi  şəxslərinə  münasibətdə  retorsiyalar  tətbiq  edən  dövlətlərin 
vətəndaşlarına  və  hüquqi  şəxslərinə  cavab  tədbiri  kimi  analoji 
məhdudiyyətlər müəyyən edə bilər". Fikrimizcə, maddənin mətnində 
səhvə  yol verilmiş, "retorsiya" və "məhdudiyyət" anlayışlarının  yeri 
dəyişik salınmışdır. Retorsiya ilkin tətbiq edilən məhdudiyyət deyil, 
ona  cavabdır,  sonradan  tətbiq  edilən  məhdudiyyətdir.  Retorsiya 
məhdudiyyət tətbiq edən dövlətə qarşı cavab tədbiri kimİ göriilür. 
§ 7. Qanunu üstələmə 
Beynəlxalq xüsusi hüquqda “qanıımı üstələmə” elə bir vəziyyətə 
deyilir  ki,  bu  zaman  münasibət  iştirakçılarının  şüurlu  olaraq  süni 
şəkildə yaratdıqları şərait nəticəsində münasibət adi halda tabe olduğu 
hüquq sisteminin tabeliyindən çıxarılaraq başqa hüquq sisteminə tabe 
etdirilir. Şəxslər müxtəlif məqsədlərdən ötrü “qanunu üstələmə”yə əl 
atırlar:  ikinci  dəfə  nikaha  girmə  və  ya  boşanma,  vergidən  yayınma, 
əlavə öhdəliklərdən qaçma və s. 
Xarici dövlətlərin qanunvericiliyində və məhkəmə praktikasında 
“qanunu üstələmə”yə münasibət birmənalı deyildir. 
83 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə