§ 2, Xarici investisiyaların
hüquqi tənzimi
baxımından bir-birini təkrarlayır və onların əsas xarakterik cəhətləri
aşağıdakılardır; 1) Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa
gələn Tərəfin vətəndaşları və şirkətlərinin investisiya qoyuluşunu
həvəsləndirir, onlar üçün əlverişli şərait yaradır və öz qanunları
çərçivəsində belə kapitalı qəbul edir; 2) Razılığa gələn Tərəfin
vətəndaşları və şirkətlərinə investisiya qoyuluşu sahəsində milli rejim
və ya ən əlverişli rejim verilir; 3) Razılığa gələn Tərəfin ərazisində baş
verən müharibə və ya silahlı münaqişə, inqilab, fövqəladə hallar,
üsyan və qiyam ile bağlı zərərçəkmə zamanı kompensasiyanın
ödənilməsi; 4) ekspropriasiya, milliləşdinnə və ya ekspropriasiyaya
bərabər tutulan digər tədbirlərə yalnız müstəsna hallarda yol verilməsi,
milliləşdirmə və ya ekspropriasiya yalnız daxili ehtiyaclarla bağlı olan
ictimai məqsədlər tələb etdikdə ayrı- seçkilik yaradılmadan, təxirə
salmadan, adekvat və səmərəli kompensasiya şərti ilə həyata keçirilə
bilər; 5) İnvestorlara investisiyaların və gəlirlərin məhdudiyyətsiz
köçürülməsinə təminat verilir; 6) investisiyalarla əlaqədar baş verən
istənilən hüquqi məsələnin arbitraj yolu ilə həlli imkanı nəzərdə
tutulur. Hətta bəzi müqavilələrdə arbitraj orqanı konkretləşdirilir.
Məsələn, 4 yanvar 1996-cı ildə Böyük Britaniya ilə bağlanmış analoji
müqavilənin 8-ci maddəsinə görə hər bir Razılığa Gələn
Tərəflə digər
Razılığa gələn Tərəfin fiziki və hüquqi şəxsi arasında birincinin
ərazisində olan investisiyaları ilə əlaqədar baş verən, istənilən hüquqi
mübahi.səni 1965-ci il martın 18-də Vaşinqtonda imzalanmaq üçün,
açılmış olan ‘‘Dövlətlər və xarici şəxslər arasında investisiya
mübahisələrinin tənzimlənməsi haqqında" Konvensiya çərçivəsində
barışdırma və ya arbitraj yolu ilə həll eünək üçün investisiya
mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzə müraciət etməyə
razılıq verir.
Hər bir dövlət özünün qanunlarına uyğun olaraq xarici
investorların hüquqi statusunu müəyyən edir. Bu zaman dövlət
beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirmək üçün dövlətdaxili qanunvericiliyi qoşulduğu beynəlxalq
müqavilələrə uyğunlaşdırmağa borcludur.
139
Fəsil 8. Əşya hüquqları
dövlətin hüququ (kollizion hüquq nonnalan da daxil olmaqla) və tətbiq
edilə biləcək beynəlxalq hüquq normaları tətbiq edilir.
Bu sahədə digər çoxtərəfli konvensiya 1985-cİ ilin sentyabr
ayında imzalanmış, 12 aprel 1988-ci İldə qüvvəyə minmiş
İnvestisiyaların təminatı üzrə Çoxtərəfli Agentliyin təsis edilməsi
haqqında Seul Konvensiyası hesab edilir. Konvensiyanın əsas
məqsədi
xarici
investorlara
qeyri-kommersiya
risklərindən
sığortalanmaq yolu ilə maliyyə təminatları vennəkdən ibarətdir.
Konvensiya baxımından qeyri-kommersiya riski dedikdə aşağıdakılar
başa düşülür; 1) valyuta köçürmələri ilə əlaqədar olan risk; 2)
ekspropriasi- ya və ya digər analoji tədbirlərlə bağlı risk; 3) müqavilə
şərtlərinin pozulmasından irəli gələn risk; 4) müharibə və vətəndaş
hərc- mərcliyi ilə bağlı risk.
Xarici investor sadalanan risklərdən qorunmaq üçün Çoxtərəfli
Agentliklə sığorta müqaviləsi bağlayır. Sığorta hadisəsi baş verən
zaman
sığortalıya
(investora)
Agentlik
nəzərdə
tutulan
kompensasiyanı ödəyir, sığortalı da öz növbəsində sığortaçıya
(Agentliyə) qoyulan investisiya ilə əlaqədar bütün hüquqları və ya
tələbləri güzəştə gedir. Nəticədə xarici investorla dövlət arasında olan
münasibət Agentliklə dövlət arasındakı münasibətlə əvəz olunur.
Xarici investisiyaların hüquqi tənzimi sahəsində regional
beynəlxalq müqavilə kimi MDB çərçivəsində bağlanan 1993-cü il
“İnvestisiya fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” və 1997-ci il
“İnvestorun hüquqlarının müdafiəsi haqqında” konvensiyalan
göstərmək olar.
Çoxtərəfli konvensiyalarla yanaşı dövlətlər investisiya sahəsində
əməkdaşlığı genişləndirmək məqsədi ilə ikitərəfli beynəlxalq
müqavilələr bağlamağa da üstünlük verirlər, Azərbaycan Respublikası
investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Böyük
Britaniya, Fransa, İran İslam Respublikası,
Gürcüstan, Pakistan İslam
Respublikası, Qazaxıstan, Qırğızıstan, Livan, Moldova, İtaliya, Polşa,
Türkiyə, Ukrayna və s. dövlətlərlə ikitərəfli beynəlxalq müqavilələr
bağlamışdır. Həmin müqavilələr
məzmun və struktur
138