Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər
dövlət mənsubiyyətinin onun mərkəzi idarənin (direktorlar şurası,
idarə heyəti, digər icra və sərencamverici orqanın) yerləşdiyi yerə
görə müəyyən edilməsi prinsipinə üstünlük verən Ölkələr sırasına
aşağıdakılar daxildir: Fransa, Almaniya, İspaniya, Belçika,
Lüksemburq, Polşa, Ukrayna və s. Təcrübədə hər hansı hüquqi şəxsin
mərkəzi idarəsinin yerləşdiyi yeri müəyyən etmək o qədər də çətin
deyildir. Bunun üçün onun nizamnaməsi ilə tanış olmaq kifayətdir,
çünki bu barədə orada, bir qayda olaraq, xüsusi qeyd olur. Bundan
irəli gələrək onun dövlət mənsubiyyəti də asanlıqla müəyyən edilir.
Üçüncüsü, mərkəzi istismar nəzəriyyəsi. Bu nəzəriyyəyə görə
hüquqi şəxsin şəxsİ statusu onun fəaliyyətinin əsas hissəsinin həyata
keçirildiyi yerə görə müəyyən edİIir. Bu prinsipdən daha çox öz
iqtisadiyyatını dirçəltmək istəyən, ora xarici investisiyaların cəlb
edilməsinin marağında olan dövlətlər istifadə edirlər. Xüsusən inkişaf
etməkdə olan Ölkələr xaricdə təsis edilən və yaxud baş idarəsi xaricdə
yerləşən şirkətləri öz iqtisadiyyatına cəlb etməkdən ötrü
qanunvericiliklərində bu prinsipi nəzərdə tutmaqla bir növ həmin
şirkətlərə güzəştli imkanlar yaradırlar. Eyni zamanda, belə vəziyyət
xarici şirkətlərin də maraqlarına cavab verərək, onların bir sıra
vergilərdən azad olunmaq yolu ilə yüksək mənfəətlə işləməsinə şərait
yaradır.
Dördüncüsü, nəzarət nəzəriyyəsi. Təcrübədə hüquqi şəxsin
yuxanda sadalanan prinsiplər əsasında dövlət mənsubiyyətinin
müəyyən edilinəsi bir sıra hallarda şübhə altına alınmışdır. Ayrı- ayrı
konkret işlər üzrə müəyyən edilmişdir ki, həmin meyarlar formal
xarakter daşıyır və hüquqi şəxsin əsasında duran kapitalın həqiqi
mənsubiyyətini ayırd edə bilmir. Hüquqi şəxsin əsl mənsubiyyətini,
omm daha çox hansı dövlətə xeyir verməsi məsələsini aydınlaşdırmaq
xüsusən müharibə şəraitində olan dövlətlər üçün daha aktual xarakter
kəsb edir. Bütün bunlar nəzarət nəzəriyyəsinin yaranmasına səbəb
olmuşdur. Təsadüfi deyildir ki, nəzarət nəzəriyyəsinin meydana
gəlməsini I və II cahan
müharibə
104