Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fasil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə30/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   26   27   28   29   30   31   32   33   ...   124

Fasil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti 
tlziki  şəxsin  fəaliyyət  qabiliyyəti  vurulmuş  ziyanla  bağlı  öhdəliyin 
yarandığı  ölkənin  hüququ  ilə  (lex  loci  delicti  commissi)  müəyyən 
edilir;  3)  fiziki  şəxsin  fəaliyyət  qabiliyyəti  olmayan  şəxs  hesab 
edilməsi  və  ya  fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılması 
məhkəmənin  mənsub  olduğu  ölkənin  hüququna  (lex  fori)  əsasən 
həyata keçirilir. 
Anqlosakson  hüquq  sistemli  ölkələrdə  fiziki  şəxsin  fəaliyyət 
qabiliyyətinin  müəyyən  edilməsi  zamanı  əsasən  lex  domicilii 
prinsipinə üstünlük verilsə də, bir sıra öhdəlik münasibətləri zamanı 
əq- din bağlandığı yerin qanununa İstinad hallarına da rast gəlinir. 
Məsələyə analoji münasibət bir sıra beynəlxalq müqavilələrdə də 
öz  əksini  tapmışdır.  1930-cu  il  “Veksellər  haqqında”  Cenevrə 
Konvensiyasının  1-ci  maddəsinə  görə  şəxsin  sadə  və  köçürmə 
veksellər üzrə qabiliyyəti onun ınİlli qanunu ilə müəyyən edilir, lakin 
milli  qamma  görə  qabiliyyətə  malik  olmayan,  vekseli  imzaladığı 
yerin  qanununa  görə  qabiliyyətli  hesab  edilən  şəxs  tam 
məsuliyyətlidir. 
1931-ci 
il 
“Çeklər 
haqqında” 
Cenevrə 
Konvensiyasında da oxşar nonna nəzərdə tutulmuşdtır. 
Bir qayda olaraq, dövlətlər arasında bağlanan hüquqi yardım və 
hüquqi  münasibətlər  haqqında  beynəlxalq  müqavilələrdə  də  fiziki 
şəxsin  hüquq  vo  fəaliyyət  qabiliyyətinin  hansı  qanunla  müəyyən 
edilməsi məsələsinə toxunulur. 23 oktyabr 2001-ci İldə Azərbaycan 
Respublikası  ilə  Latviya  Respublikası  arasında  bağlanan  hüquqi 
yardım  haqqında  müqavilənin  21-ci  maddəsinə  görə  fiziki  şəxsin 
fəaliyyət  qabiliyyəti  bu  şəxsin  vətəndaşı  olduğu  və  ya  ərazisində 
daimi yaşayış yeri olduğu Razılığa Gələn Tərəfin qanunvericiliyi ilə 
müəyyən edilir. 
22 yanvar 1993-cü ildə MDB dövlətləri arasında bağlanan hüquqi 
yardım haqqında Konvensiyanın 23-cü maddəsinə görə fiziki şəxsin 
fəaliyyət  qabiliyyəti  onun  vətəndaşı  olduğu  Razılığa  Gələn  Tərəfin 
qanunvericiliyi ilə müəyyən edilir. 
Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun ad hüququ ilə də 
sıx əlaqəlidir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 
94 


§ 3. Şəxsin xəbərsiz itkin düşmüş hesab olunması 
26-cı  maddəsinə  görə  hər  bir  fiziki  şəxsin  addan,  ata  adından  və 
soyaddan  İbarət  adı  olmaq  hüququ  vardır.  Fiziki  şəxs  hüquq  və 
vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. 
Fiziki  şəxsin  ad  hüququ  qanunla  qorunur.  Fiziki  şəxs  öz  adını 
dəyişdirdikdə,  bu  barədə  borclularına  və  kreditorlanna  məlumat 
verməlidir. Əks təqdirdə o, adının dəyişməsi barədə həmin şəxslərdə 
məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. 
Fiziki  şəxsin  ad  hüququ  ilə  əlaqədar  kollizion  məsələlər 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  14-cü  maddəsi  ilə  tənzimlənir.  Orada  deyilir  ki,  fiziki 
şəxsin  adı,  ondan  istifadə  və  onun  müdafiəsi  fiziki  şəxsin  şəxsi 
qanunu  ilə  müəyyən  edilir.  Yuxanda  qeyd  edildiyi  kimi  həmin 
qanunun 9-cu maddəsinə görə vətəndaşlığa malik olan fiziki şəxslər 
üçün vətəndaşı olduğu ölkənin hüququ, vətəndaşlığı olmayan şəxslər 
üçün  isə  daimi  yaşadığı  yerin  hüququ  onların  şəxsi  qanunu  hesab 
edilir. 
§ 3. Şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya 
ölmüş elan edilməsinin kollizion məsələləri 
Fiziki şəxsin itkin düşmüş hesab olunması və ya onun ölmüş elan 
edilməsinin hüquqi əsaslan, həlli qaydası və hüquqi nəticələri xarici 
dövlətlərin  qanunvericiliyi  ilə  eyni  qaydada  tənzimlənməməsi 
təcrübədə müəyyən çətinliklərin ortaya çıxmasına səbəb olur. 
Bir  sıra  dövlətlərin  hüququ  ümumiyyətlə,  şəxsin  xəbərsiz  itkin 
düşmüş  hesab  olunması  və  yaxud  onun  ölmüş  elan  edilməsi 
institutunu  tanımır.  Fiziki  şəxsin  ölmüş  elan  edilməsi  institutu 
Fransanın  (habelə  oxşar  hüquq  sistemlərə  malik  olan  dövlətlərin) 
qanunvericiliyində  nəzərdə  tutulmamışdır.  Fransada  məhkəmə 
qaydası  ilə fiziki şəxs  yalnız konkret  iş  üzrə xəbərsiz  İtkin  düşmüş 
elan  edilə  bilər.  Belə  elan  edilmənin  nəticələri  digər  münasibətlərə 
şamil edilmir. 
ABŞ  və  Böyük  Britaniya  hüququna  isə  xəbərsiz  itkin  düşmə 
institutu məlum deyildir. Həmin ölkədə də məhkəmə qaydasında yal- 
95 


Fasil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti 
ıiiz konkret işə ınünasibətdə fiziki şəxsin birbaşa öimüş elan edilinəsi 
mümkündür. 
Bəzi dövlətlərdə (AFR, Avstriya, İtaliya) bu məsələ ilə əlaqədar 
xüsusi qanunlar qəbul edilmiş, digərlərində isə (Rusiya Federasiyası, 
Polşa, Macarıstan və s.) ayrı-ayn qanunvericilik aktlarında bu haqda 
nomıalar nəzərdə tutulmuşdur. 
Şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş 
elan edilməsi institutu Azərbaycan Respublikasının hüquq sistemində 
Mülki  Məcəllənin  40  və41-ci  maddələrində  təsbit  edilmişdir.  Bu 
İnstitutla əlaqədar kollizton məsələlər isə “Beynəlxalq xüsusi hüquq 
haqqında” Qanunun 11-cİ maddəsi ilə tənzimlənir. Orada deyilir ki, 
"tlziki şəxsin xəbərsiz itkin düşmüş hesab olunması və ya onun ölmüş 
elan edilməsi həmin işə baxan məhkəmənin mənsub olduğu ölkənin 
hüququna tabedir”. Göründüyü kimi bu zaman məhkəmənin qanunu 
(icx fori) kollizion bağlanmaya üstünlük vermişdir. Xarici dövlətlərin 
qanunvericiliklərində  isə  bu  institutla  əlaqədar  meydana  çıxan 
kollizion  məsələlərin  həlli  zamanı  daha  çox  şəxsi  qanuna  (lex 
personalis və ya lex donıicilii) üstünlük verilir. 
AFR-in qanunvericiliyində bununla bağlı şəxsin vətəndaşı olduğu 
ölkənin qanununa istinad edilərək göstərilmişdir ki, AFR vətəndaşını 
yalnız  AFR  məhkəmələri  ölmüş  elan  edə  bilər.  Çexiya  beynəlxalq 
xüsusi hüquq haqqında qanununda da məsələnin oxşar həlli öz əksini 
tapmışdır. Lakin fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və 
ya onun ölmüş elan edilməsi məsələsinə xarici məhkəmələrdə baxılan 
zaman,  bir  qayda  olaraq,  məhkəmənin  qanunu  tətbiq  edilir.  Polşa 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Qanununun  11  -ci  maddəsinə 
görə  əcnəbinin  ölmüş  elan  edilməsinin  tanınması  işi  üzrə  Polşa 
məhkəməsi rəy verirsə, Polşa hüququ tətbiq edilir. 
Fiziki  şəxsin  xəbərsiz  itkin  düşmüş  hesab  edilməsi  və  ya  onun 
ölmüş  elan  edilmosi  məsələsi  hüquqi  yardım  haqqında  beynəlxalq 
müqavilələrin  də  predmetini  təşkil  edir.  Həmin  sənədlərdə  xəbərsiz 
itkin düşmüş hesab edilmə, ölmüş elan edilmə və ölüm faktının mü- 
96 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə