Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti
2)
qanun və məhkəmə qarşısında bərabərlik prinsipi, yəni
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak
vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dilİ, dinə münasibəti,
fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq
qanun və məhkəmə qarşısında bərabərdirlər;
3)
retorsiya prinsipi, yəni xarici dövlət öz ərazisində Azərbaycan
Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata
keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının
qanunu İlə Azərbaycan Respublikasının ərazisində cavab tədbiri kimi
analoji məhdudiyyətlər (retorsiyalar) həmin dövlətin vətəndaşları
üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas
olan hallar aradan qaldırıldıqda ləğv olunur.
4)
Azərbaycan Respublikası yurisdiksiyasma tabe olma
prinsipi, yəni əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və
azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli
mənafeyinə zidd olmamalıdır, onlar Azərbaycan Respublikası
Konstitusiyasının, qanunlarının və qanunvericilik aktlarının
tələblərinə riayət elməli, Azərbaycan xalqının adət və ənənələrinə
hörmət etməlidirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmlak, şəxsi qey-
ri-əmlak, ailə və əmək münasibətləri beynəlxalq xüsusi hüquq
normaları ilə tənzimlənir. Bu nÖv münasibətlər sferasında milli rejim
daha geniş tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
9-cu maddəsinin ikinci hissəsinə görə mülki qanunvericiliklə
müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə
tumimayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici
hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur,
Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı hüquqi
yardım haqqında müqavilələrin demək olar ki, hamısında əmlak
hüquqlarının müdafiəsi sahəsində milli rejim prinsipi nəzərdə tutulub.
Hüquqi yardım haqqında İran İslam Respublikası ilə 1998-ci ildə
bağlanan müqavilənin birinci maddəsində deyilir: "Razılığa Gələn
Tərəflərin hər birinin ərazisində digər Tərəfin vətəndaşları öz şəxsi və
əmlak hüquqlarına münasibətdə həmin tərəfin öz vətən-
88
Ş 1, Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüi]uqi vəziyyəti
daşlan üçün nəzərdə tutan hüquqi müdafiədən İstifadə edirlər". Yaxud
Türkiyə Respublikası ilə 2002-ci ildə bağlanan analoji müqavilənin
2-ci maddəsinə görə bir Razılığı Gələn Tərəfin vətəndaşları digər
Razılığa Gələn Tərəfin ədliyyə idarələrində baxılan mülki və ticarət
işlərində həmin Razılığa Gələn Tərəfin vətəndaşları ilə eyni şərtlərlə
hüquqi müdafiəyə malikdir. Bir Razılığa Gələn Tərəfin vətəndaşları
mülki və ticarət işlərində digər Razılığa Gələn Tərəfin ədliyyə
idarələrinə həmin Razılığa Gələn Tərəfin vətəndaşları ilə eyni
şərtlərlə sərbəst iddia qaldınnaq hüququna malikdirlər.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında” Qanun bu kateqoriyadan olan şəxsləri iki qrupa bölür: 1)
imm[qrantlar; 2) ölkədə müvəqqəti olanlar. İmmiqrantlar 1998-ci il
“İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada immiqrasiyaya icazə almış şəxslərdir.
Onlar Azərbaycan Respublikasına daimi və ya müvəqqəti yaşamağa
gələ bilərlər. Digər qanuni əsaslarla (turizm, şəxsi iş, xidməti
ezamiyyət və s.j Azərbaycan Respublikasının ərazisində olan
əcnəbilər
və
vətəndaşlığı
olmayan
şəxslər
Azərbaycan
Respublikasında müvəqqəti olan hesab edilirlər.
Vətəndaşlığı olmayan şəxslərin (apatridlər) statusu ilə əlaqədar
BMT səviyyəsində 1954-cü ildə “Apatridlərin statusu haqqında",
1961-ci ildə “Vətəndaşsızlıq hallarının azaldılması haqqında”
konvensiyalar qəbul edilmişdir.
“Apatridlərin statusu haqqında” Konvensiyanın 1-ci maddəsinə
görə "apatrid" temıini altında hər hansı dövlət tərəfindən onun
qanununa görə vətəndaş sayılmayan şəxs nəzərdə tutulur. Apatridlər
öz aralarında bərabər statusa malik olmalı, razılığa gələn dövlətlər
həmin konvensiyanın müddəalarını apatridlərə onların irqinə, dininə
və ya ölkə mənşəyi əlamətlərinə görə heç bir ayrı-seçkilik
qoyulmadan tətbiq etməlidirlər. Konvensiyanın 12-ci maddəsinə görə
apatridin şəxsi statusu onun daimi yaşadığı yerin {Icx doınicilli),
beləsi yoxdursa, yaşadığı ölkənin qanunları ilə müəyyən edilir.
Apatridlərin əmlak, müəlliflik və sənaye, assosiasiyalar, məhkə
89
Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti
məyə müraciət etmək, əmək, sosial təminat, təhsil və digər hüquqları
konvensiyada nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası
“Apatridlərİn statusu haqqında” Konvensiyanı 31 may 1996-cı ildə
ratifikasiya etmişdir.
“Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiya
adından göründüyü kimi vətəndaşsızlığa gətirib çıxaran şəraitin
aradan qaldırılması məqsədi ilə qəbul edilmişdir. Razılığa gələn
dövlətlər ərazilərində doğulan, əks halda vətəndaşlıq əldə edə
bilməyən uşaqlara öz vətəndaşlığını vennəyi öhdələrinə götürürlər.
Şəxsin vətəndaşlıqdan məlınım edilməsi onu apatridə çevirirsə, bu
yolverilməz hesab edilir. Razılığa gələn dövlətin qanunu fiziki şəxsin
şəxsi statusunda hər hansı bir dəyişiklik (məsələn, nikahın
bağlanması, nikahın pozulması, övladlığa götünnə və s. hallarda)
nəticəsində vətəndaşlığın itirilməsini nəzərdə tutursa, vətəndaşlığın
bu cür itirilməsi yeni vətəndaşlığın əldə edilməsi İlə şərtləndirilir.
Azərbaycan Respublikası 1996-cı ildən bu Konvensiyanın
iştirakçısıdır.
Xarici dövlətlərin bir qismində əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqi vəziyyəti haqqında xüsusi qanunlar qəbul
edilib (AFR, Rusiya Federasiyası, Belarusiya, Qazaxıstan və s.). Bir
qisim dövlətlərdə xaricilərin hüquqi statusu məsələsi bütövlükdə
beynəlxalq xüsusi hüququn tərkibində öyrənilir (Fransa, Əlcəzair və
s.), bəzi dövlətlərdə isə bu məsələ inzibati hüququn pred- metinə aid
edilir (AFR, Avstriya və s.)
§ 2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquq və fəaliyyət qabiliyyəti
Fiziki şəxsin hüquq qabiliyyəti hüquqlara malik olma, vəzifələr
daşıma qabiliyyətidir. Hüquq qabiliyyəti fiziki şəxslər üçün onların
anadan olduğu andan yaranır. Hüquq qabiliyyətinin həcmi, yəni
hüquq və vəzifələrin dairəsi qanunla müəyyən olunur.
Fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə hüquq münasibətinə
ginnək, subyektiv hüquqları həyata keçİmıək, hüquqi vəzifə
90
Dostları ilə paylaş: |