S 2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və fəaliyyət qabiliyyəti
şərtləndirildiyi hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər.
Əcnəbilərin fəaliyyət qabiliyyətinin onların vətəndaşı olduğu
ölkənin hüququna, vətəndaşlığı olmayan şəxslərin fəaliyyət
qabiliyyətinin isə onların daimi yaşadığı ölkənin hüququna tabe
edilməsi beynəlxalq xüsusi hüquqda ənənəvi xarakter daşıyır. Əksər
dövlətlərin qanunvericiliyində məhz (Macarıstan, Çexiya, Polşa,
AFR, Yaponiya və s.) məsələnin belə həllinə üstünlük verilir. Latın
Amerikası ölkələrində qüvvədə olan Bustamant Məcəlləsində isə
əcnəbinin fəaliyyət qabiliyyətinin müəyyən edilməsi zamanı şəxsi
qanunun hər iki variantına istinad edilərək, onlardan hər hansı birinin
seçilməsi razılığa gələn dövlətin ixtiyarına buraxılır.
Əcnəbinin fəaliyyət qabiliyyətinin onun vətəndaşı olduğu
dövlətin hüququ ilə müəyyən edilməsi tarixən ticarət və təsərrüfat
dövriyyəsinin maraqlarına uyğun olmamışdır. Bəzən təcrübədə
Ö
2
äinü tam fəaliyyət qabiliyyətli kimi qələmə verən əcnəbi ticarət və
təsərrüfat sahəsində bağladığı əqd üzrə yaranan məsuliyyətdən yaxa
qurtarmaq üçün sonradan vətəndaşı olduğu ölkənin hüququna istinad
edərək fəaliyyət qabiliyyətli olmadığını əsas gətinnişdir. Yerli
tacirlərin müdafiəsi üçün hələ 1861-ci ildə Fransa Kassasiya
Məhkəməsi "Lizardi işi" üzrə qəbul etdiyi qərarda oxşar situasiyanı
təhlil edərək göstərirdi ki, əcnəbi əqdin bağlandığı yerin qanununa
görə fəaliyyət qabiliyyətli olduğu üçün belə əqd etibarlı hesab
edilməlidir.
Əcnəbinin fəaliyyət qabiliyyətinin müəyyən edilməsi ilə bağlı lex
patriae kollizion bağlanmaya üstünlük verən xarici dövlətlərin
əksəriyyətinin qanunvericiliyində həmin qaydadan istisnalar da
müəyyən edilmişdir.
Qeyd edilən məsələ ilə əlaqədar “Beynəlxalq xüsusi hüquq
haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin
ikinci və üçüncü hissəsində aşağıdakı istisnalar nəzərdə tutulmuşdur:
1) bağladığı əqdə görə fiziki şəxsin fəaliyyət qabiliyyəti əqdin
bağlandığı ölkənin hüququ ilə (lex loci actus) müəyyən edilir; 2)
vurulmuş ziyan nəticəsində əmələ gələn
öhdəliklər barəsində
93