Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 1, Hüquqi şəxsin şəxsi statusu və dövlət mənsubiyyəti



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə33/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   29   30   31   32   33   34   35   36   ...   124

§ 1, Hüquqi şəxsin şəxsi statusu və dövlət mənsubiyyəti 
liyi təcrübədə mürəkkəb kollizion situasiyaların yaranmasına gətirib 
çıxarır. Hüquqi şəxsin dövlət mənsubiyyətinin müəyyən edilməsi ilə 
bağlı  ayrı-ayrı  dövlətlərdə  qəbul  edilən  meyarlar  həmin  dövlətlərdə 
tarixən  formalaşmış  doktrinalara  əsaslanır.  Bundan  irəli  gələrək 
hüquqi  şəxsin  dövlət  mənsubiyyəti  itə  bağlı  aşağıdakı  nəzəriyyələr 
fərqləndirilir. 
Birincisi, in korporasiya nəzəriyyəsi. Bu nəzəriyyəyə görə hüquqi 
şəxsin  şəxsi  qanunu  onun  təsis  olunduğu,  nizamnaməsinin  qeydə 
alındığı  yerin  qanunu  hesab  edilməlidir.  İnkorporasiya  nəzəriyyəsi 
əsasən  anqlosakson  hüquq  sistemli  Ölkələr  üçün  xarakterikdir. 
Luiziana  ştatı  istisna  olunmaqla  ABŞ,  Böyük  Britaniya,  Hindistan, 
Pakistan, Nepal, Tanzaniya, Zimbabve, Avstraliya, Yeni Zel- landiya, 
CAR,  Kvebek  əyaləti  istisna  olmaqla  Kanada,  Sinqapur,  Filippin 
adaları və s. dövlətlərin qanunvericilik və məhkəmə təcrübəsində bu 
prinsipə üstünlük verilir. İnkorporasiya nəzəriyyəsi eyni zamanda bir 
sıra  kontinental (qitə) hüquq sistemli ölkələrdə də qəbul  edilmişdir. 
Bura  aiddir;  Çexiya,  Slovakiya,  Çin  və  s.  Sovet  İttifaqının  mülki 
qanunvericiliyində  tarixən  bu  prinsip  nəzərdə  tutulduğuna  görə 
hazırda əksər MDB ölkələrində də hüquqi şəxsin dövlət mənsubiyyəti 
bu əlamətə görə müəyyən edilir. 
Qummun hüquqi şəxs kimi fəaliyyətə başlaması üçün o, müəyyən 
tələblərə  cavab  verməlidir.  Hüquqi  şəxs  təsis  olunarkən,  onun 
nizamnaməsi qeydə almarkən ilk növbədə həmin tələblər yoxlanılır. 
Milli  qanunvericilikdə  nəzərdə  tutulan  belə  tələblər  bütün  dövlətlər 
üçün  eyni  deyİldİr.  Təsİs  olunduğu  yerin  tələblərinə  əsasən  qeydə 
alınan  hüquqi  şəxs  xarici  dövlətdə,  axınncının  hüquq  normalanmn 
hüquqi  şəxs  üçün  nəzərdə  tutulan  tələblərinə  cavab  vennəsə  belə, 
hüquqi  şəxs  kimi  tanınır.  Əlbəttə,  bu  zaman  Öz  qanunvericiliyində 
inkorporasiya prinsipinə üstünlük verən xarici dövlətdən söhbət gedir. 
İkincisi,  oturaqlıq  nəzəriyyəsi.  Beynəlxalq  xüsusi  hüquqda 
hüquqi şəxsin şəxsi statusunun aydınlaşdırılması üçün istifadə edilən 
meyarlardan  biri  kimi  "mərkəzi  idarənin  yerləşdiyi  yer"  prinsipi 
oturaqlıq nəzəriyyəsinin əsasını təşkil edir. Hüquqi şəxsin 
103 


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
dövlət  mənsubiyyətinin  onun  mərkəzi  idarənin  (direktorlar  şurası, 
idarə  heyəti,  digər  icra  və  sərencamverici  orqanın)  yerləşdiyi  yerə 
görə  müəyyən  edilməsi  prinsipinə  üstünlük  verən  Ölkələr  sırasına 
aşağıdakılar  daxildir:  Fransa,  Almaniya,  İspaniya,  Belçika, 
Lüksemburq, Polşa, Ukrayna və s. Təcrübədə hər hansı hüquqi şəxsin 
mərkəzi  idarəsinin  yerləşdiyi  yeri  müəyyən  etmək  o  qədər  də  çətin 
deyildir.  Bunun  üçün  onun  nizamnaməsi  ilə  tanış  olmaq  kifayətdir, 
çünki  bu  barədə  orada,  bir  qayda  olaraq,  xüsusi  qeyd  olur.  Bundan 
irəli gələrək onun dövlət mənsubiyyəti də asanlıqla müəyyən edilir. 
Üçüncüsü,  mərkəzi  istismar  nəzəriyyəsi.  Bu  nəzəriyyəyə  görə 
hüquqi şəxsin şəxsİ statusu onun fəaliyyətinin əsas hissəsinin həyata 
keçirildiyi  yerə  görə  müəyyən  edİIir.  Bu  prinsipdən  daha  çox  öz 
iqtisadiyyatını  dirçəltmək  istəyən,  ora  xarici  investisiyaların  cəlb 
edilməsinin marağında olan dövlətlər istifadə edirlər. Xüsusən inkişaf 
etməkdə olan Ölkələr xaricdə təsis edilən və yaxud baş idarəsi xaricdə 
yerləşən  şirkətləri  öz  iqtisadiyyatına  cəlb  etməkdən  ötrü 
qanunvericiliklərində  bu  prinsipi  nəzərdə  tutmaqla  bir  növ  həmin 
şirkətlərə  güzəştli  imkanlar  yaradırlar. Eyni  zamanda, belə vəziyyət 
xarici  şirkətlərin  də  maraqlarına  cavab  verərək,  onların  bir  sıra 
vergilərdən azad olunmaq yolu ilə yüksək mənfəətlə işləməsinə şərait 
yaradır. 
Dördüncüsü,  nəzarət  nəzəriyyəsi.  Təcrübədə  hüquqi  şəxsin 
yuxanda  sadalanan  prinsiplər  əsasında  dövlət  mənsubiyyətinin 
müəyyən edilinəsi bir sıra hallarda şübhə altına alınmışdır. Ayrı- ayrı 
konkret  işlər  üzrə  müəyyən  edilmişdir  ki,  həmin  meyarlar  formal 
xarakter  daşıyır  və  hüquqi  şəxsin  əsasında  duran  kapitalın  həqiqi 
mənsubiyyətini ayırd edə bilmir. Hüquqi şəxsin əsl mənsubiyyətini, 
omm daha çox hansı dövlətə xeyir verməsi məsələsini aydınlaşdırmaq 
xüsusən müharibə şəraitində olan dövlətlər üçün daha aktual xarakter 
kəsb  edir.  Bütün  bunlar  nəzarət  nəzəriyyəsinin  yaranmasına  səbəb 
olmuşdur.  Təsadüfi  deyildir  ki,  nəzarət  nəzəriyyəsinin  meydana 
gəlməsini I və II cahan müharibə 
104 


§ I. Hüquqi şəxsin şəxsi statusu və dÖvlət mənsubiyyəti 
ləri  dövrü  ilə  əlaqələndirirlər.  Müharibə  şəraitində  olan  dövlətlər 
özlərinin  hüquqi  şəxslərinə  "düşmən  xaricilərlə"  (fiziki  və  hüquqi 
şəxslərlə) hər hansı iqtisadi əlaqəni, bir qayda olaraq, qadağan edirlər. 
Bu  zaman  idarəçiliyi  və  ya  kapitalı  bütövlükdə  və  ya  əksər  hissəsi 
düşmən dövlətin vətəndaşlarına mənsub olan hüquqi şəxs "düşmən" 
hüquqi  şəxs  hesab  edilir.  Nəzarət  nəzəriyyəsinin  məhkəmə 
təcrübəsində  tətbiqi  1915-ci  ilə  təsadüf  edir.  İngiltərə  məhkəməsi 
"Daymier işi" üzrə qərar çıxararkən məlum olmuşdur ki, İngiltərədə 
təsis  olunmasına  baxmayaraq,  Daymier  şirkətinin  kapitalını  təşkil 
edən  25  min  səhmdən  yalnız  biri  Britaniya  təbəəsinə,  qalanları  isə 
"düşmən xaricilərə" (o vaxt İngiltərə ilə müharibə vəziyyətində olan 
Almaniya  vətəndaşlarına)  mənsubdur.  Şirkətin  formal  baxımdan 
İngiltərəyə mənsub olmasına baxmayaraq  (şirkət İngiltərə qanunları 
ilə  təsis  olunduğundan,  inkorpora-  siya  prinsipinə  görə  İngiltərənin 
hüquqi şəxsi hesab edilməlidir), məhkəmə onu qeyd olunan əsaslara 
görə "düşmən" hüquqi şəxs hesab etmişdir. 
Sonralar  nəzarət  nəzəriyyəsi  ayrı-ayrı  məsələlər  üzrə  bir  sıra 
dövlətlərin qanunvericiliyində və beynəlxalq müqavilələrdə özünə yer 
almışdır. Məsələn, 30 may 1916-cı il və 18 iyun 1925-ci il tarixli İsveç 
qanunlarına  görə  İsveçrədə  yaradılan,  lakin  faktiki  olaraq  xaricilər 
tərəfindən  nəzarət  edilən  şirkətlərə  torpaq  və  mədənlərin  alınması 
qadağan  edilir'.  1965-ci  il  “Dövlətlərlə  digər  dövlətlərin  şəxsləri 
arasında  İnvestisiya  mübahisələrinin  tənzimlənməsi  haqqında” 
Vaşinqton  Konvensiyasında  nəzarət  prinsipinin  qeyd-  şərtlə  tətbiqi 
nəzərdə tutulmuşdur. 
Beləliklə,  hüquqi  şəxsin  dövlət  mənsubiyyətinin  müəyyən 
edilməsi  ilə  əlaqədar  müxtəlif  prinsiplərdən  istifadə  edilir.  Milli 
qanunvericiliklərin bu məsələ ilə bağlı müxtəlif mövqeləri beynəlxalq 
dövriyyədə ziddiyyətli vəziyyətin yaranmasına gətirib 
I Bmbff) M. Me^jıynapoJiHoc nacTHoe ııpaso. M.. 1948, c. 336-337. 
105 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə