Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 9. Beynəlxalq xüsusi hüquqda



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə41/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   37   38   39   40   41   42   43   44   ...   124

Fəsil 9. Beynəlxalq xüsusi hüquqda 
əqli mülkiyyət hüququ 
§ 1. Ümumi müddəalar 
Əqli  mülkiyyət  hüququ  insanların  əqli  fəaliyyətinin 
nəticələrindən  istifadə  edilməsi  ilə  əlaqədar  yaranan  münasibətləri 
tənzimləyən hüquq normalarının məcmusuna deyilir. İnsanlann əqli 
fəaliyyətinin  nəticələrinin  hüquqi  mühafizəsi  ilə  müqayisədə  "əqli 
mülkiyyət"  anlayışı  yeni  temıindir.  Bu  tennin  Azərbaycan 
Respublikasının  hüquq  sistemində  keçən  əsrin  90-cı  illərindən 
etibarən işlənməyə başlanmışdır. 1995-ci il Konstitusiyasının 30-cu 
maddəsində bu tennin altında insan və vətəndaşlar üçün aynca hüquq 
nəzərdə tutulmaqla yanaşı onun elementləri də qismən sadalanmış və 
onlann hüquqi mühafizəsinə təminat verilmişdir: "Müəlliflik hüququ, 
İxtiraçılıq  hüququ  və  əqli  mülkiyyət  hüququnun  başqa  növləri 
qanunla qonmur". 
"Əqli mülkiyyət" tennininin Azərbaycan hüquq sistemində özünə 
"vəsiqə"  qazanmasının  əsasında  beynəlxalq  hüquq  nonnaları  durur. 
14  iyul  1967-ci  ildə  Stokholmda  imzalanmış,  Ümumdünya  Əqli 
Mülkiyyət  Təşkilatını  təsis  edən  Konvensiyanın  2-ci  maddəsində 
göstərilir  ki,  "əqli  mülkiyyət"  anlayışı  altında  aşağıdakılar  nəzərdə 
tutulur: ədəbi, bədii və elmi əsərlərə; artistlərin, səsyazma, radio və 
televiziya  verilişlərinin  icra  fəaliyyətinə;  insan  fəaliyyətinin  bütün 
sferalarında  ixtiralara;  elmi  kəşflərə,  sənaye  nümunələrinə;  əmtəə 
nişanına, xidmət nişanına, firma adlarına, kommersiya işarələrinə aid 
olan hüquqlar, vicdansız rəqabətdən hüquqlar, habelə istehsalat, elm, 
ədəbi  və  bədii  sahələrdə  İntellektual  fəaliyyətə  aid  olan  digər 
hüquqlar. 
Zəmanəmizdə  insanlann  əqli  fəaliyyətinin  nəticəsi  olan  mənəvi 
nemətlərin ixracı maddi nemətlərlə müqayisədə heç də geri qalmır. 
Bu  baxıından  əqli  mülkiyyət  hüququnun  beynəlxalq  hüquqi 
mühafizəsi mühüm əhəmiyyət kəsb edir. 
Mülki hüquqların digər növlərindən fərqli olaraq əqli mülkiyyət 
hüququnun bir sıra özünəməxsus xüsusiyyətlərə malİk olması onun 
146 


§ 4, Azərbaycan Respublikasının xaricdəki mülkiyyətinin hüquqi vəziyyəti 
sərəncam vermək hüququna malik olması Azərbaycan qanunvericiliyi 
ilə müəyyən edilir. 
Azərbaycan  dövləti  xaricdə  yerli  qanunlara  uyğun  olaraq 
daşınmaz əmlaka mülkiyyət hüquqları əldə edə bilər. 
Dövlət  mülkiyyətinin  ayrılmaz  hissəsini  mədəni  sərvətlər  təşkil 
edir. Mədəni sərvətlərlə əlaqədar istər beynəlxalq səviyyədə, istərsə də 
milli  qanunvericilikdə  xüsusi  qaydalar  müəyyən  edilmişdir. 
YUNESKO  çərçivəsində  hazırlanan  1954-cü  il  “Hərbi  konfliktlər 
zamanı mədəni sərvətlərin müdafiəsi haqqında” Haaqa konvensiyası, 
1970-ci il “Mədəni sərvətlərin qeyri-qanuni aparılması, gətirilməsi və 
onlar üzərində mülkiyyət hüququnun keçməsinin qarşısının alınması 
və  qadağan  edilməsinə  yönələn  tədbirlər  haqqında”  Konvensiya, 
1972-ci  il  “Ümumdünya  mədəni  və  təbii  sərvətlərin  mühafizəsi 
haqqında” Konvensiya bu istiqamətdə xüsusi əhəmiyyətə malikdir. 
Azərbaycan  Respublikasının  da  ratifikasiya  etdiyi  1972-ci  il 
YUNESKO  Konvensiyasına  görə  ayrı-ayrı  dövlətlərin  ərazilərində 
yerləşən  mədəni  və  təbii  sərvətlər  bütün  bəşəriyyətə  mənsub  olan 
ümumdünya sərvətinin bir hissəsi hesab edilir. 
145 


Fəsil 8. Əşya hüquqları 
§ 4. Azərbaycan Respublikasının xaricdəki 
mülkiyyətinin hüquqi vəziyyəti 
Xarici  dövlətin  ərazisində  bu  və  ya  digər  şəkildə:  dövlət 
orqanlarına  mənsub  olan  əmlak,  dövlət  bankının  hesablan,  hava  və 
dəniz  gəmiləri  və  s.  formada  Azərbaycan  dövlətinin  mülkiyyəti 
mövcud  ola  bilər.  Xarici  dövlətin  ərazisində  yerləşən  dövlət 
mülkiyyəti  xüsusi  statusa  malikdir.  Bu  birbaşa  ümumqəbul  edilmiş 
norma olan dövlət immunitetindən irəli gəlir. Bununla əlaqədar olaraq 
dövlət mülkiyyəti onun  yerləşdiyi  yerin dövləti  tərəfindən zorakılıq 
hərəkətlərinə  məruz  qala  bilməz,  ona  həbs  qoyula  bilməz,  məcburi 
şəkildə  üzgəninkiləşdirilə  bilməz  və  digər  məcburi  hərəkətlərin 
obyekti ola bilməz. Azərbaycan dövləti, onun orqanları və təşkilatları 
tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməməsi xaricdə yerləşən 
Azərbaycan  dövlətinin  əmlakının  həbsi  və  ona  qarşı  digər 
məcburetmə hərəkətlərinin görülməsi yolverilməz hesab edilir. 
Dövlət  əmlakına  münasibətdə  əmlakın  yerləşdiyi  yerin 
qanununun  (lex  rei  sitae)  tətbiqi  xeyli  məhdudlaşır.  Dövlət  əmlakı 
toxunulmaz  hesab  edilir.  Yalnız  dövlətin  razılığı  ilə  onun  əmlakına 
hər hansı məcburetmə tədbiri tətbiq edilə bİlər. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  155-ci 
maddəsinə  görə  Azərbaycan  Respublikasına  mülkiyyət  hüququ  ilə 
mənsub  olan  əmlak  dövlət  mülkiyyətidir.  Dövlət  immuniteti 
institutundan  irəli  gələn  bütün  məsələlər  tam  həcmdə  Azərbaycan 
Respublikasının dövlət mülkiyyətinə şamil edilir. 
Azərbaycan  Respublikasının  xarici  dövlətlərlə  iqtisadi  əlaqələri 
dövlət  mülkiyyətinin  həcminin  getdikcə  artmasına  gətirib  çıxanr. 
Dövlət əmlakı müxtəlif səbəblərdən, o cümlədən sonradan satılmaq, 
sərgilərdə nümayiş etdirmək və s. məqsədlə xaricə aparıla bilər. Eyni 
zamanda dövlətin xaricdə daşınmaz əmlakı da mövcud ola bilər. 
Hüquqi  kvalifikasiyadan  asılı  olmayaraq  dövlət  əmlakının 
idarəçiliyi  həmin  dövlətin  qanunvericiliyi  ilə  müəyyən  edilir.  Yəni 
Azərbaycan dövlətinin mülkiyyəti üzərində hansı dövlət orqanının 
144 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə