Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə49/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   45   46   47   48   49   50   51   52   ...   124

Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi 
bu  qanunların  (xarici  dövlətin  immunitetləri  haqqında  və  ya  dövlət 
immunitetləri  haqqında)  hamısında  dövlətin  xarici  yurisdiksiyadan 
immuniteti tanınır. Məsələn, ABŞ qanununda deyilir: "Xarici dövlət 
ABŞ  məhkəmələrinin  və  ştatların  məhkəmələrinin  yurisdiksi- 
yasından immunitetə malikdir" (m. 1604) və yaxud Böyük Britaniya 
qanununun 1-ci maddəsinə görə dövlət Birləşmiş Krallığın məhkəmə 
yurisdiksiyasından  immunitetə  malikdir.  Eyni  zamanda  həmin 
qanunlarda  göstərilir  ki,  dövlətin  kommersiya  və  sair  xüsusi  hüquq 
xarakterli  fəaliyyəti  məhkəmədə  mübahisə  predmeti  olduqda 
immunitet tanınmayacaqdır. 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyində 
dövlət 
immuniteti  ilə  bağlı  nonnalara  ayrı-ayrı  qanunlarda  rast  gəlmək 
mümkündür.  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Qanunda  dövlət 
immunitetinin 
məhdudlaşdırılması  tendensiyası  öz  ifadəsini 
tapmışdır. Qanuna görə dövlətin bağladığı mülki hüquqi əqdlər, əgər 
bu onun öz suveren funksiyalarını yerinə yetirməklə əlaqədar deyilsə, 
digər subyektlərin bağladığı əqdlərlə eyni statusa malikdir. Şübhəsiz 
ki,  qanunverici  burada  kommersiya  xarakterli  əqdlərə  işarə  edir. 
Dövlət tərəfindən bağlanan hüquqi əqdin xarakteri, yəni onun ümumi 
hüquq və ya xüsusi hüquq xarakterli olması əqdin hüquqi təbiəti və 
səbəblərinə əsasən müəyyən edilir
Azərbaycan  Respublikasının  Mülki-Prosessual  Məcəlləsi  xarici 
dövlətləri  təmsil  edən  şəxslərə  qarşı  mülki  məhkəmə  məsuliyyətini 
istisna  etmişdir.  Həmin  qanuna  görə  Azərbaycan  Respublikasında 
yaradılan  diplomatik  missiyaların  üzvləri,  onlann  ailə  üzvləri  və 
onların  fərdi  ev  işçiləri  18  aprel  1961-ci  il  tarixli  “Diplomatik 
münasibətlər  haqqında”  Vyana  Konvensiyasının  qaydalarına  uyğun 
olaraq  mülki  məhkəmə  məsuliyyətindən  azad  edilirlər.  Bu  hətta 
həmin  konvensiyanın  iştirakçısı  olmayan  dövlətlərin  diplomatik 
personalına  da  aid  edilir.  Azərbaycan  Respublikasında  yaradılmış 
konsulluq  nümayəndəliklərin  üzvləri  isə,  konsulluğun  seçilmiş 
qulluqçuları  da  daxil  olmaqla  24  aprel  1963-cü  İl  tarixli  konsulluq 
münasibətləri haqqında Vyana Konvensiyasının qaydalarına uyğun 
122 


§ 2, "Dövlət immuniteti" anlayışı və onun normativ təsbiti 
sa  və  s.  dövlətlər  konvensiyanın  iştirakçılandır.  İmmunitetin  məh- 
dudlaşdmlması mövqeyindən çıxış edən Brüssel Konvensiyası bunu 
dövlətin ticarətlə (kommersiya) məşğul olması ilə əlaqələndirir. 
Regional  çərçivədə  qəbul  edilən  dövlət  immuniteti  haqqında 
Avropa  Konvensiyasında  immunitetlə  bağlı  məsələlər  hərtərəfli 
tənzimlənir.  Bu  sənəd  Avropa  Şurası  tərəfindən  1972-ci  ildə  qəbul 
edilmiş və əksər Avropa dövlətlərinin ərazisində qüvvədədir. 
Dövlət  immuniteti  ilə  bağlı  məsələlərin  dinamik  inkişafı  onun 
universal  səviyyədə  eyni  qaydada  tənzimlənməsini  zəruri  etmişdir. 
Bununla  əlaqədar  bu  məsələ  BMT-nin  Beynəlxalq  Hüquq 
Komissiyasının  iş  proqramına  daxil  edilmişdir.  1991-ci  ildə 
Komissiya  tərəfindən  "Dövlətlərin  və  onlann  mülkiyyətlərinin 
yurisdiksion  immunitetləri"  adlanan  sənədin  layİhəsİ  hazırlamnış, 
qəbul olunması üçün Baş Məclisə təqdim edilmişdir. Həmin sənəd 2 
dekabr 2004-cü ildə Baş Məclisin 59-cu sessiyasında qəbul edilmiş və 
qoşulmaq üçün dövlətlərin ixtiyarına verilmişdir. 
Həm  Avropa  Konvensiyasında,  həm  də  Beynəlxalq  Hüquq 
Komissiyasının  hazırladığı  sənəddə  dövlət  immuniteti  beynəlxalq 
ümumi  hüququn  ümumqəbuledilmiş  müddəalarından  biri  kimi 
qiymətləndirilir.  Hər  iki  sənəddə  göstərilir  ki,  dövlət  özünə  və  öz 
mülkiyyətinə münasibətdə İmmunitetə malikdir, dövləti onun razılığı 
olmadan  digər  dövlətin  məhkəmə  yurisdiksiyasına  tabe  etmək 
yolverilməzdir,  dövlətə  qarşı  hər  hansı  məcburetmə  tədbirlərindən 
istifadə  etmək  olmaz  və  s.  Lakin  dövlət  kommersiya  fəaliyyəti  ilə 
məşğul olmaqla immunitetdən könüllü imtina etmiş olur. 
Dövlət immuniteti ilə bağlı məsələlər milli qanunvericiliklərdə də 
öz əksini tapmışdır. Bəzi dövlətlərdə bu barədə xüsusi qanunlar qəbul 
edilmiş,  digərlərində  isə  İmmunitetlə  bağlı  normalar  ayn-ay-  rı 
qanunvericilik  aktlannın  tərkibində  nəzərdə  tutulmuşdur.  İlk  belə 
qamın l976-cı ildə ABŞ-da, sonralar Böyük Britaniyada (1978- ci il), 
Sinqapurda  (1979-cu  il),  Pakistanda  (1981-ci  il),  CAR-da  (198İ-Cİ 
il), Kanadada (1982-cİ il), Avstraliyada (1984-cii il) və s. dövlətlərdə 
qəbul edilmişdir. Demək olar ki, eyni cür adlandırılan 
121 


§ 2. Müəlliflik və əlaqəli hüquqların beynəlxalq hüquqi mühafizəsi 
Əlaqəli  hüquqlann  subyektləri  kimi  aşağıdakılar  çıxış  edir:  1) 
ifaçılar;  2)  fonoqram  istehsalçıları;  3)  yayım  təşkilatlan.  Əlaqəli 
hüquqlar  müəlliflik  hüquqlarına  riayət  etmək  şərtilə  həyata 
keçirilməlidir.  Yəni  ifaçı  ifa  olunan  əsərin  müəllifinin  hüquqlanna 
riayət  etməli,  fonoqram  istehsalçısı  və  yayım  təşkilatı  fonoqrama 
yazılan və ya efirlə, yaxud kabel televiziyası ilə verilən əsərin müəllifi 
ilə  bağlanan  müqavilə  üzrə  aldığu  hüquqlar  həddində  hərəkət 
etməlidir. 
Əlaqəli  hüquqların  yaranması  və  həyata  keçirilməsi  üçün  hər 
hansı fomaal qayda tələb olunmur. Fonoqram istehsalçısı və ifaçı öz 
hüquqlarını  tanıtmaq  üçün  əlaqəli  hüquqları  qoruma  nişanından 
istifadə etməlidir. Bu nişan üç ünsürdən ibarətdir: 1) dairəyə alınmış 
"P"  latın  hərfi;  2)  əlaqəli  hüquqların  sahibi;  3)  fonoqramın  ilk  dəfə 
istehsal olunduğu il. 
Əlaqəli  hüquqlar  yalnız  çoxtərəfli  beynəlxalq  müqavilələr 
vasitəsilə səmərəli mühafizə oluna bİlər, çünki belə əsərlərin yazılması 
və yayılmasının texniki səviyyəsi çox yüksəkdir və sərhəd tanımır, Bu 
sahədə  ük  çoxtərəfli  beynəlxalq  müqavilə  İ961-ci  ildə  imzalanmış 
“Artist-ifaçıların,  fonoqram  istehsalçılannın  hüquqlarının  qorunması 
və  radio-televiziya  verilişlərinin  təşkili  haqqında”  Roma 
Konvensiyasıdır. 1964-cü üdə qüvvəyə minən Konvensiya mühafizə 
ilə  əlaqədar  milli  rejim  prinsipi  nəzərdə  tutmuşdur.  Konvensiya  ilə 
əlaqəli  hüquqlann  qorunması  ilə  bağlı  20  illik  minimal  müddət 
müəyyən  edilib.  İştirakçı  dövlətlər  öz  vətəndaşları  üçün  daha  uzun 
müddət müəyyən etməkdə sərbəstdirlər. 
1971-ci ildə Beynəlxalq Səsyazma Federasiyasının təşəbbüsü ılə 
Cenevrədə  “Fonoqram  istehsalçılarının  fonoqram  larinin  İcazəsiz 
surət çıxarılmadan qonımnası haqqında” Konvensiya qəbul edilir. 55- 
dən artıq ölkədə qüvvədə olan Konvensiya fonoqramların mühafizəsi 
ilə  əlaqədar  Roma  Konvensiyasında  nəzərdə  tutulanları  daha  da 
təkmilləşdinniş,  antiinhisar  qanunvericilik  çərçivəsində  onların 
mühafizə edilməsini və onlara münasibətdə cinayət-hüquqİ müdafiəni 
müəyyən  etmişdir.  İştirakçı  dövlətlər  fonoqram  istehsalçılarını 
fonoqramların  surətlərini  qeyri-qanuni  istehsaldan,  idxaldan  və 
yayılmasından qorunmaq öhdəliyini Öz üzərlərinə götürürlər. 
153 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə