Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Xarici iqtisadi əqdlorin kollizion məsələləri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə57/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   53   54   55   56   57   58   59   60   ...   124

§ 2. Xarici iqtisadi əqdlorin kollizion məsələləri 
fors-majorla bağlı nonnalann nozordə tutulması, arbitraj qeyd-şor- tin 
mövcudluğu  və  s.)  göstərilir.  Lakİn  onların  heç  biri  həlledici 
əhəmiyyət  kəsb  etmir.  Buna  görə  də  onları  fakültətiv  əlamət  kimi 
qiymətləndirmək lazımdır. 
§ 2. Xarici iqtisadi əqdlərin kollizion məsələləri 
Xarici  iqtisadi  əqdlərə  münasibətdə  tətbiq  ediləcək  hüququ 
müəyyən etmək üçün əsas kollizion bağlanma kimi "iradələrin mux- 
t£U"iyyəti"  (lex  volııntatis)  çıxış  edir.  Müasir  dövrdə  əksər 
dövlətlərin  qanunvericiliyində  belə  bir  norma  nəzərdə  tutulmuşdur. 
Beynəlxalq  xüsusi  hüquq  haqqında  .A.zərbaycan  Respublikası 
Oanununun 24-cü maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq 
və  vəzifələri  tərəflərin  razılığı  İlə  seçilən  ölkənin  hüququ  ilə 
tənzimlənir. 
Tərəflər  Öz  aralannda  bağladıqları  müqavilənin  məzmununu, 
onun  şərtlərini  qarşılıqlı  razılaşma  əsasında  müəyyən  edirlər. 
Müqavilədə  tərəflərin  razılaşdınlmış  iradələri  ifadə  olunur.  Xarici 
elcmentli  müqavilələrdə  tərəflərə  bunlarla  yanaşı  müqaviləyə  tətbiq 
ediləcək  hüququ  seçməklə  əlaqədar  da  sərbəstlik  verilir.  Onlar 
qarşılıqlı  razılıq  əsasında  tətbiq  ediləcək  hüququ  seçə  bilərlər. 
Nəticədə  "tərəflərin  seçdiyi  qanun"  xarici  iqtisadi  əqdlər  zamanı 
meydana  çıxan  kollizion  problemin  həllinə  əncam  çəkir.  Elmi 
ədəbiyyatda  "iradələrin  muxtariyyəti",  "tərəflərin  seçdiyi  qanun"  və 
ya  "lex  volunlatis"  adlandırılan  (hər  üç  halda  eyni  mənadan  söhbət 
gedir)  bu  kollizion  bağlanma  Almaniyada,  Avstriyada,  İsveçrədə, 
Yuqoslaviyada, Macanstanda. Polşada, Türkiyədə, Çexoslovakiyada 
qəbul edilmiş beynəlxalq xüsusi hüquq haqqında qanunlarda, bir sıra 
dövlətlərin  mülki  məcəllələrində  və  digər  qanunlannda  (Vyetnam, 
Çin,  ABŞ),  məhkəmə  təcrübəsində  (Böyük  Britaniya)  və  s.  öz 
ifadəsini tapmışdır. 
Xarici  iqtisadi  əqdİərlə  əlaqədar  olan  əksər  beynəlxalq 
müqavilələrdə də "iradələrin muxtariyyəti" prinsipi təsbit edilmişdir. 
İstər  milli  qanunvericilikdə,  istərsə  də  beynəlxalq  müqavilələrdə 
"iradələrin  muxtariyyəti"nin  tanınması  onun  universallığına  dəlalət 
edİr.  Lakin  bu  heç  də  onun  eyni  həcmdə  qəbul  edilməsi  demək 
deyildir. 
175 


Fəsil 10. Xarici iqtisadi əqdlər 
"İradələrin muxtariyyəti"nin münakün hədləri ilə əlaqədar istər milli 
qanunvericilikdə,  istərsə  də  beynəlxalq  müqavilələrdə  müxtəliflik 
mövcuddur.  Bu,  ilk  növbədə  özünü  tərəflərin  hüquqla  bağlı  seçmə 
imkanının hədlərində göstərir. Əksər beynəlxalq müqavilələr və milli 
qanunvericiliklər  tərəflərə  bu  məsələdə  tam  sərbəstlik  verir,  yəni 
tərəflər  istənilən  hüququ  tətbiq  edilməkdən  ötrü seçə  bilərlər  və  bu 
heç nə ilə məhdudlaşdırılmır. Bir sıra dövlətlərdə isə seçmək hüququ 
müqavilənin  əlaqəli  olduğu  dövlətlərin  qanunvericiliyi  ilə 
məhdudlaşdırılır,  yəni  tərəflər  yalnız  müqavilə  ilə  bu  və  ya  digər 
formada  əlaqəli  olan  hüququ  seçməkdə  azaddırlar.  Məsələn, 
beynəlxalq xüsusi hüquq haqqında Polşa qanununun 25-ci maddəsinə 
görə, tərəflər yalnız öhdəliyin qarşılıqlı əlaqədə olduğu hüququ seçə 
bilərlər, və yaxud ABŞ-ın Eynitipli Ticarət Məcəlləsinə görə tərəflər 
"əqdiə ağlabatan əlaqəyə malik olan" hüququ seçə bilərlər. 
Digər  məsələ  tərəflərin  seçmiş  olduğu  hüquqla  tənzimlənən 
məsələlərin dairəsi ilə əlaqədardır. Bəzi beynəlxalq müqavilələrdə və 
milli  qanunlarda  həmin  məsələlərin  dairəsinin  göstərilməsinə  cəhd 
edilir,  digərlərində  isə  bu  məsələ  açıqlanmır.  Tərəflərin  seçdiyi 
hüquqla  tənzimlənən  məsələlərin  dairəsi  1986-cı  il  “Əmtəələrin 
beynəlxalq  alqı-satqı  müqaviləsinə  tətbiq  edilən  hüquq  haqqında” 
Haaqa  Konvensiyasının  12-ci  maddəsində  nisbətən  geniş  müəyyən 
edilmişdir.  Bura  aşağıdakı  məsələlər  aiddir:  müqavilənin  təfsiri, 
tərəflərin hüquq və vəzifələri və onlann icrası, riskin keçmə momenti, 
əmtəə üzərində mülkiyyət hüququnun qorunması haqqında müqavilə 
müddəasının  həqiqiliyi  və  hüquqi  qüvvəsi,  müqavilənin  icra 
edilməməsinin nəticələri, öhdəliyin icra üsulları, iddia müddətləri və 
s. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikası 
Qanununda  isə  tərəflərin  razılığı  İlə  seçilən  hüquqla  tənzimlənən 
məsələlər sırasına aşağıdakılar aid edilir: müqavilə ilə bağlı tərəflərin 
hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, 
icra  edilməməsi,  xitamı,  lazımi  qaydada  icra  edilməməsinin  və 
etibarsızlığının nəticələri, habelə müqavilə ile əlaqədar tələbin güzəşti 
və borcun köçürülməsi. 
176 


§ 2. Xarici iqtisadi əqdlərin kollizion məsələləri 
Əslində qeyd  edilən məsələlərin məcmusu öhdəliyin statusunun 
məzmununu təşkil edir və eyni zamanda "iradələrin muxtariyyətinin" 
hədlərini müəyyən edir. 
"İradələrin  muxtariyyətinin"  tətbiqi  beynəlxalq  xüsusi  hüquq 
üçün  ümumi  xarakter  daşıyan  "ümumi  qayda  haqqında  qeyd-şərt" 
institutu və imperativ normaların tətbiqi ilə əlaqədar məhdudlaşdırıla 
bilər.  Bu  barədə  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan 
Respublikası Qanununda birbaşa göstəriş vardır: "Müqavilə ilə bağlı 
ölkənin  imperativ  normalarının  tətbiq  edilməməsinə  səbəb  olan 
hüququn  seçilməsi  etibarsızdır".  Qeyd  edilən  məhdudiyyət  istisna 
olmaqla qanun tərəflərə zaman baxımından da geniş imkanlar yaradır. 
Tərəflər  tətbiq  olunmalı  hüququ  istənilən  vaxtda,  o  cümlədən 
müqavilənin  imzalandığı  vaxt  və  ya  ondan  sonra  seçə  bilərlər. 
Tərəflər  həm  də  istənilən  vaxt  müqavilə  ilə  əlaqədar  tətbiq  olunan 
hüququn dəyişməsi barədə razılığa gələ bilərlər. 
Əgər tərəflər onlara verilən imkandan istifadə edib tətbiq ediləcək 
hüququ  seçməyiblərsə  və  müqavilənin  hallanndan  tətbiq  ediləcək 
hüququ müəyyən etmək qeyri-mümkündürsə, onda müqaviləyə hansı 
hüquq  tətbiq  edilməlidir?  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Azərbaycan Respublikası Qanununda qoyulan suala tam dolğunluğu 
ilə cavab verilir. Bununla əlaqədar olaraq qanunda xarici iqtisadi əq- 
din  hər  bir  növünə  müvafiq  olaraq  əlavə  kollizion  norma  nəzərdə 
tutulmuşdur. Qanunun 25-ci maddəsinin 1-ci hissəsinə görə müqavilə 
tərəfləri  arasında  həmin  müqaviləyə  tətbiq  edilməli  hüquq  barədə 
razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis 
olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ 
tətbiq  edilir;  alqı-satqı  müqaviləsində  -  satıcının,  bağışlama 
müqaviləsində  -  hədiyyə  edənin,  əmlak  kirayəsi  müqaviləsində  - 
kirayə  verənin,  əvəzsiz  istifadə  müqaviləsində  -  əvəzsiz  istifadəyə 
verən  şəxsin,  borc  müqaviləsində  -  borc  verənin,  podrat 
müqaviləsində - podratçının, tapşırıq müqaviləsində - vəkaləti alamn, 
komissiya müqaviləsində - komissiyonçunun, saxlama müqaviləsində 
-  saxlayıcının,  daşıma  müqaviləsində  -  daşıyıcının,  sığorta 
müqaviləsində - sığorta- 
177 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə