Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi
xıx əsrin axırlarından etibarən bir sıra məhkəmələrin təcrübəsində
funksional immunitetə istinad edilmişdir. Sonralar Avstriya, Belçika,
İsveçrə, İtaliya, Yunanıstan, AFR və s. dövlətlərin məhkəmə
təcrübəsində immunitetin bu növü tətbiq edilmişdir. Keçən əsrin 70-
ci illərindən başlayaraq qəbul edilən bir sıra milli qanunlarda, o
cümlədən 1976-cı il xarici dövlətin immunitetləri haqqında ABŞ
qanununda. 1982-ci il məhkəmələrdə dövlətə immunitet verilməsini
nəzərdə tutan Kanada aktında, 1984-cü il xarici dövlətin immuniteti
haqqında Avstraliya aktında funksional immunitet təsbit edilmişdir.
“Beynəlxalq xüsusİ hüquq haqqında” Azərbaycan Respublikası
Oanununda da funksional immunitet öz əksini tapmışdır: "Dövlətin
bağladığı mülki-hüquqi əqdlərə, əgər bu onun öz suveren
funksiyalarını yerinə yetirməklə əlaqədar deyilsə, bu qanunun
müddəaları tətbiq edilir". Dövlətin bağladığı mülki-hüquqi əqdlərin
“Beynəlxalq xüsusi hüquq haqqında” Qanunla tənzimlənməsi, əslində
həmin əqdlərlə hüquqi və fiziki şəxslərin bağladığı mülki-hüquqi
əqdlərin bərabər tutulması deməkdir ki, bu da nəticədə immunitetin
tətbiqini istisna edir. Dövlətin bağladığı əqdlər onun Öz suveren
funksiyalarmı yerinə yetirməklə əlaqədardırsa, onda həmİn qanun
tətbiq edilə bilməz.
Əqdin dövlətin suveren funksiyalarını yerinə yetirməklə əlaqədar
olub-olmamasım müəyyən edərkən müxtəlif meyarlardan istifadə
edirlər. Daha çox əqdin xarakterini və məqsədini əsas götürürlər.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası
Qanununa görə də dövlət tərəfindən bağlanan hüquqi əqdlərin
xarakteri onun hüquqi təbiəti və səbəblərinə əsasən müəyyən edilir.
Təcrübədə sadalanan meyarlar dövlət tərəfindən bağlanan əqdin
xarakterini müəyyən etmək üçün kifayət etmədiyinə görə funksional
immunitetlə əlaqədar ziddiyyətli qərarların qəbul edilməsinə səbəb
olmuşdur. Eyni əqd bəzən bir məhkəmə İnstansiyasında dövlətin öz
suveren fıınksiyalarım yerinə yetirməklə əlaqələndirilir, digərində isə
həmin əqdin xüsusi-hüquqi xarakter daşıdığı göstərilir. Hətta
Beynəlxalq Hüquq Komissiyası özünün 1999-cu İldə Cenev-
128
§ 3. Dövlət immunitetinin məzmunu və növləri
nin aşağıdakı növləri fərqləndirilir: 1) mütləq immunitet; 2)
funksional immunitet; 3) məhdud İmmunitet.
Mütləq immunitet zamanı dövlət bütün hallarda tam həcmdə
immunitetdən İstifadə edir. İmmunitetin məzmununu təşkil edən
bütün elementlər mütləq immunitetin aid olduğu hallarda gözlənilir.
Dövlət fəaliyyət növündən asıh olmayaraq, hər bir halda ona malik
olur.
İmmunitet institutu tarixən mütləq immunitet növündə meydana
gəlmiş, zaman keçdikcə onun yeni foımalan nəzəriyyə və təcKibədə
özünə yer almışdır. Qeyd edildiyi kimi mütləq immunitet beynəlxalq
təsərrüfat dövriyyəsinə mane olduğundan dövlətlər könüllü olaraq
ondan imtina etməli olmuşlar. Eyni zamanda, bu gün də mütləq
immunitet mövqeyinə üstünlük verən dövlətlər vardır. Bu baxımdan
1986-cı ildə ABŞ-da Çin Xalq Respublikasına qarşı qaldınlan iddia ilə
əlaqədar ÇXR hökumətinin bəyanatı maraq kəsb edir. 1911-ci ildə Çin
hökuməti tərəfindən buraxılan istiqrazların ABŞ-da yaşayan sahibləri
ÇXR-ə qarşı ABŞ məhkəməsində iddia qaldırırlar. İşə baxılarkən
ÇXR hökuməti verdiyi bəyanatda göstərirdi ki, məhdud immunitet
onu tanımayan dövlətlər üçün məcburi ola bilməz, ÇXR mütləq
immunitet prinsipinə üstünlük vemıəkdə davam edir.
Funksional immunitet adından göründüyü kimi dövlətin yerinə
yetirdiyi funksiyalardan asılı olaraq ona şamil edilir. Bu mənada
dövlətin funksiyalarını iki qrupa bölürlər: 1) ümumi hüquq xarakterli
funksiyalar; 2) xüsusi hüquq xarakterli funksiyalar.
Ümumi hüquq xarakterli funksiyalar birbaşa dövlətin suveren
hakimiyyətə malik olmasından (de jure imperi) irəli golİr. Xüsusi
hüquq xarakterli funksiyaları yerinə yetirən zaman isə dövlət xüsusi
şəxs qismində (de jure qestionis) çıxış edir. Birinci halda, yəni suveren
funksiyalarını yerinə yetirməklə əlaqədar olan dövlətin fəaliyyətinə
İmmunitet şamil edilir. İkinci halda, yəni xüsusi şəxs kimi dövlət çıxış
etdikdə isə o, immunitetə malik olmur. Beləliklə, funksional
immunitetə görə dövlət suveren hakimiyyətini yerinə yetirdikdə
immunitetə malik olur, xüsusi şəxs qismində kommersiya fəaliyyəti
İlə məşğul olduqda immunitetdən istifadə etmir.
127
Fəsil 7. Dövləl beynəlxalq xüsusi hüququn subyekti kİmİ
ilə digər hüquq seçilməyibsə, həmin dövlətin dövlətdaxili
qanunvericiliyi ilə nizama salınmalıdır. Bu qayda həm məhkəmə
təcrübəsində, həm də beynəlxalq müqavilələrdə öz ifadəsini
tapmışdır. Hələ 1929-cu ildə Beynəlxalq Ədalət Mühakiməsinin
daimi palatası özünün serb və brazil istiqrazları haqqında çıxartdığı
qərarında bu qaydaya istinad etmişdir. Serb dövlət istiqrazlannın
fransız sahiblərinin Yuqoslaviya dövlətinə qarşı qaldırdığı iddiaya
baxarkən Palata göstərmişdir ki, istiqrazla əlaqədar tərəflərin hüquq
və vəzifələri istiqrazın buraxıldığı yer - Fransanın qanununa deyil,
Yuqoslaviya qanununa tabedir. Bu zaman Palata qeyd etmişdir kİ,
dövlətin öhdəliklərinin digər hüquqa tabe edilməsi onun suverenliyinə
ziddir.
BMT Beynəlxalq Məhkəməsinin 6 iyun 1957-ci il tarixli Norveç
istiqrazları haqqında Fransa-Norveç mübahisəsi üzrə qəbul etdiyi
qərarında da "dövlətlə xarici hüquqi və fiziki şəxslər arasında"
bağlanan müqavilələrə həmin dövlətin hüququ tətbiq edilməlidir
qənaətinə gəlinir.
Dövlət əqdlərinin immuniteti ilə bağlı norma 1965-ci il
“Dövlətlərlə xarici şəxslər arasında investisiya mübahisələrinin həlli
qaydaları haqqında” Vaşinqton Konvensiyasında özünün beynəlxalq
hüquqi təsbitini tapmışdır. Konvensiyanın 42-ci maddəsinə görə
tərəflər arasında investisiya mübahisələrinə tərəflərin razılığı ilə
seçilən hüquq əsasında baxılır, belə hüququn seçilməsi haqqında
razılıq yoxdursa mübahisədə tərəf olan dövlətin hüququ tətbiq edilir.
Beləliklə, qeyd edilən elementlər bİr yerdə dövlət immunitetinin
məzmununu təşkil edir. Dövlətin xüsusi hüquq xarakterli
münasibətlər zamanı xüsusi statusa malik olması bir çox hallarda ona
ayrı-ayrı kontraktların bağlanması zamanı mane olur. Xarici hüquqi
şəxslər dövlət immunitetindən doğan hüquqi nəticələrdən çəkinərək
dövlətlə kommersiya və sair xüsusi hüquq xarakterli əlaqələrə
girməyə tərəddüd edirlər. Özünün xarici hüquqi və fiziki şəxslərlə
münasibətlərini sadələşdirmək, onlara müəyyən təminatlar vermək
məqsədi ilə dövlət bir sıra hallarda ayrı-ayrı sahələr üzrə
immunitetdən imtina etməli olur. Bundan irəli gələrək dövlət
immuniteti-
126
Dostları ilə paylaş: |