§ 3. Dövlət immunitetinin məzmunu və növləri
Məhkəmə qərarlarının məcburi icrasından immunitet aşağıdakıları
nəzərdə tutur: dövlətin razılığı olmadan ona və onun əmlakına qarşı
xarici məhkəmə qərarlarını icra etmək məqsədi ilə hər hansı
məcburetmə tədbiri tətbiq etmək olmaz. Dövlətin özünün xarici
məhkəməyə verilməsinə razılığı məhkəmənin çıxardığı qərarın
icrasına razılığı nəzərdə tutmur. Məhkəmənin dövlətin əleyhinə
çıxardığı qəran yalmz dövlətin xüsusi olaraq icra üçün verdiyi
razılıqdan sonra icra oluna bilər.
Dövlət mülkiyyətinin immuniteti xaricdə yerləşən dövlət
əmlakının hüquqi rejiminin əsasını təşkil edir. Dövlət mülkiyyətinin
immunitetinə görə dövlət əmlakı toxunulmaz hesab edilir.
Dövlət mülkiyyəti ilə bağlı məsələlər ancaq məlikəmə
araşdırmaları zamanı meydana gəlmir. Ona görə də məhkəmə
araşdırmaları ilə əlaqədar olan yuxarıda qeyd etdiyimiz
İmmunitetlərdən fərqli olaraq dövlət mülkiyyətinin immunitetinə daha
geniş kontekstdə baxmaq lazımdır. Mülkiyyət immunitetinə görə
dövlətin hər hansı əmlakın ona məxsus olması haqqında bəyanatı belə
müzakirəyə çıxarıla bilməz və bu fakt kİmi qəbul edilməlidir. Bu
baxımdan 1921-ci ildə Böyük Britaniya məhkəməsinin "Lyuter Se-
qora qarşı" iş üzrə çıxardığı qərar maraq kəsb edir. Orada göstərilir ki,
əgər xarici dövlətin nümayəndəsinin İngiltərəyə gətirdiyi məhsul
(əmtəə) dövlət adından gətirilirsə və məhsulun (əmtəənin) xarici
hökumətə məxsus olması elan edilirsə (və ya bəyanat verilirsə), heç bir
İngiltərə məhkəməsinin belə elanı (bəyanatı) yoxlamaq səlahiyyəti
yoxdur. Onun istintaqı dövlətlər arasında beynəlxalq nəzakət
qaydalarına ziddir'.
Dövlət əqdlərinin İmmunitetinə görə dövlətin xarici hüquqi və
fiziki şəxslərlə bağladığı əqdlər yalnız dövlətin razılığı ilə xarici
hüquqa tabe edilə bilər, əks təqdirdə belə əqdlər dövlətin öz hüququ ilə
tənzimlənməlidir. Dövlətin xarici fiziki və hüquqi şəxslərlə bağladığı
müqavilələr üzrə yaranan münasibətlər tərəflərin razılığı
Hcmup H*., Hopr tl. MeMyııapojiHoe
MÜCTKOC
npaBO. M., 1982. c. 168
125
Fəsil 7. Dövlət beynəlxalq xüsusi hüququn subyekti kimi
Qeyd olunan məsələ ilə bağIt Keyptaun məhkəməsi tərəfindən
Azərbaycan Respublikasının cavabdeh tərəf kimi məhkəmə prosesinə
cəlb olunması və Azərbaycamn prosesdə İştirak etmədiyi təqdirdə ona
münasibətdə
müvafiq
qərarın
çıxarılması
əsassızdır
və
yolverilməzdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, beynəlxalq
hüquq normalarına uyğun olaraq dövlətlərin razılığı olmadan və
həmin dövlətlər istənilən məhkəmə orqanının yurisdiksiyasını
özlərinə münasibətdə şamil etmədikləri təqdirdə, onlar məhkəmə
proseslərinə cavabdeh tərəf kimi cəlb oluna bilməz.
İddianın qabaqcadan təmin edilməsindən immunitet aşağıdakıları
nəzərdə tutur: dövlətə qarşı irəli sürülən iddianı qabaqcadan təmin
etməkdən Ötrü dövlətin əleyhinə onun razılığı olmadan hər hansı
məcburetmə tədbirlərinin tətbiqi yolverilməzdir. Dövlət xarici
dövlətin məhkəməsində cavabdehliyə razılıq versə belə, həmin razılıq
iddianın qabaqcadan təmin edilməsi ilə bağlı tədbirlərin tətbiqinə
şamil olunmur. Təcrübədə iddianı qabaqcadan təmin etmək məqsədilə
dövlətin razılığı olmadan ona qarşı tətbiq edilən məcburetmə tədbiri
kimi xarici limanda dövlət gəmisini tutub saxlamaq, xarici banklarda
dövlətin valyuta hesablarına həbs qoymaq, dövlətin xaricdəki
əmlakını siyahıya almaq və s. hallara rast gəlinir. Məsələn, 18 may
1948-ci ildə Nyu-York limanında "Rusiya" sovet gəmisinə iki fiziki
şəxsin gəmiyə qarşı qaldırdığı iddianı təmin etmək məqsədi ilə həbs
qoyulur. Sovet hökumətinin tapşınğı ilə sovet səfirliyi "Rusiya"
gəmisinin Sovet İttifaqına məxsus olduğu üçün immunitetə malik
olmasım ABŞ dövlət departamentinin diqqətinə çatdımışdır. ABŞ
departamenti də öz növbəsində gəminin sovet hökumətinə məxsus
olduğu üçün immunitetə malik olması haqqında sovet səfirinin
pretenziyasını qəbul etmiş və gəmi üzərində həbs götürülmüşdür'.
1 Jlyım Jl-A. Kypc McxayııapoaHoro Macrnoro npaBa. OcoöcuHaa
MBCTI
..
M.. 1975, c.
80-81
124
5 3. Dövlət immunitetinin məzmunu və növləri
olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Azərbaycan
Respublikasının mülki məhkəmə məsuliyyəti xidməti dəvət üzrə
Azərbaycan Respublikasında olan digər dövlətlərin nümayəndələrinə
və onların müşayiətçilərinə isə şamil edilir. (Azərbaycan Respublikası
MPM-nİn 453-455-ci maddələri).
§ 3. Dövlət immunitetinin məzmunu və növləri
Dövlət immuniteti məzmun baxımından aşağıdakı elementlərdən
ibarətdir: I) məhkəmə immuniteti; 2) iddianı qabaqcadan təminetmə
ilə bağlı tədbirlərin tətbiqindən immunitet; 3) məhkəmə qərarlarının
məcburi icrasından immunitet; 4) dövlət mülkiyyətinin immuniteti; 5)
dövlət əqdlərinin immuniteti.
Məhkəmə immunitetinə görə bir dövlət başqa bir dövlətin
məhkəməsinə verilə bilməz. Dövlətə xarici dövlətlərin məhkəmə
yuris- diksiyası yalnız onun razılığı ilə şamil edİlə bilər. Dövləti
cavabdeh qismində prosesə cəlb edilməsini yol verilməz hesab edən
məhkəmə immuniteti onun iddiaçı kimi öz hüquqlarını müdafiə
etməsini inkar etmir. Məhkəmə immuniteti razılığı olmayan dövlətin
cavabdehliyinin tanmmaması deməkdir. Lakin təcrübədə dövlətin
razılığı olmadan onun müxtəlif bəhanələrlə xarici dövlətin
məhkəməsinə verilmə hallarına tez-tez rast gəlinir. Azərbaycan
Respublikasının Cənubi Afrika Respublikasının məhkəməsinə
verilməsini buna misal kimi göstərmək olar. Fransanın Bolyques
Offshore şirkətinin iddiasına əsasən Cənubi Afrika Respublikasının
Keyptaun limanında Xəzər Hövzə Qəza Xilasetmə İdarəsinə məxsus
olan "Tiqr" yedək gəmisinin üzərinə həbs qoyulur. İş üzrə iddiaçı
Azərbaycan Respublikasının cavabdeh qismində cəlb edilməsi tələbi
ilə çıxış edir. Buna münasibət bildirən Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin açıqlamasında Xəzər Hövzə Qəza Xilasetmə
İdarəsinin dövlət təşkilatı olmaması, "Tiqr" gəmisi ilə bağlı
məsələlərdə Azərbaycan Respublikasının həmin idarənin istənilən
öhdəlikləri üzrə məsuliyyət daşımaması, belə tələblərin əsassız olduğu
göstərilir.
123
Dostları ilə paylaş: |