Zəhmətin ətri Babası Azada nələri öyrətdi?



Yüklə 14,74 Kb.
tarix11.05.2022
ölçüsü14,74 Kb.
#86702
Zəhmətin ətri Qafarova Əfsanə


Zəhmətin ətri

1. Babası Azada nələri öyrətdi?

--------------------------------------------------------------------------------------------------------------------------------

2. Azad hansı ağacdan əkdi?

_______________________________________

3. Mətndə neçə abzas var?_________________

4. Hadisələr harada baş verir?

_______________________________________

5. Azadın arzusu nə idi?

----------------------------------------------------------------

6. Babanın söylədiyi “Zəhmət ətridir” ifadəsini öz sözlərinlə izah et.

______________________________________________________________________________

Azadın babası bağban idi. O, ətirli, dadlı almalar

yetişdirirdi. Bir gün Azad babasına dedi:

– Baba, mən də bağban olmaq istəyirəm.

Baba sevincək:

– Yaxşı arzudur oğlum, dedi.

Həmin gündən babası ona bağbanlığın sirlərini

öyrətməyə başladı. Azad bir neçə alma ağacı əkdi.

Onlara qulluq etdi. Suvardı, diblərini boşaltdı.

İllər keçdi, alma ağacları çiçək açdı, məhsul verdi.

Bir gün baba nəvəsi ilə bağı gəzməyə çıxmışdı.

Azad öz əli ilə əkdiyi almalardan birini dərib qoxladı,

sonra babasına dedi:

– Baba, gör necə gözəl ətri var.

Qoca almanı alıb, qoxladı və dedi:

– Bilirsən bu nə ətridir, mənim balam?

– Nə ətridir, baba?



Zəhmət ətridir, oğlum. Azad bu sözə çox sevindi.
Yüklə 14,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə