Zəhirəddin Məhəmməd BABUR
400
məkdə misilsizdi. Bilxassə türkcə divanında təzə məzmunlar tapıb söylə-
mişdir. Bir də Mübin adında bir məsnəvi kitabı vardır, dil bilən oxumuş xalq
arasında onun qədər lətifi yoxdur. Xoca Əhrarın tərtib etdiyi Validəyyə adlı
bir risaləni bu padşah nəzmlə çevirmişdir. Baburiyə dedikləri bu kitabı türk-
cə bilməyənlərə asan olması üçün Bayram xanın oğlu Mirzə xana türkcədən
farscaya tərcümə etməsini əmr etdi.
O padşah musiqi elmindən də anlardı. Bu rübaini farsca söyləmişdir:
Dərvişanra əgər nə əz xoy-e-şanəm,
Leyk əz dilü can müqtəd işanəm,
Dur əst miquy şahi əz dərvişi,
Şahəm, vəli bəndeyi dərvişanəm.
Dərvişlərlə bir qohumluğum olmasa da
Onlara can və könüldən bağlıyam,
Sahlıqla dərvişlik bir-birindən uzaq deyil,
Mən şaham, lakin dərvişlərin bəndəsiyəm.
Farsca bu mətləni söyləmişdir:
Həlak mikondəm firqət tu danistəm,
Və gər nə rəftən əz in şəhr sitvanistəm
Bilirəm, səndən ayrılmaq məni həlak edir,
Elə olmasaydı, bu şəhərdən gedə bilərdim.
Bu mətlə də onundur:
Ta bə zülfi siyahəş dil bəstəm,
Əz pərişani-ye aləm bəstəm.
Sənin qara zülfünə könül bağlayandan bəri
Cahanın pərişanlığından qurtuldum.
O padşahın əruz və qafiyə barədə də risalələri vardır. Bunlardan biri
Müfəssəl adında və bu elmin açıqlanması haqqındadır və fövqəladə də yaxşı
tərtib edilmişdir.
Tanrə təala o padşaha dörd oğul və üç qız ehsan etmişdi. Oğulları Mə-
həmməd Hümayun padşah, Kamran Mirzə, Əsgəri Mirzə və Hindal Mirzə-
dir, qızları isə Gülrəng bəyim, Gülçöhrə bəyim və Gülbədən bəyimdir. Bu
üç qız eyni anadandır.
Bu padşahın heç bir söhbətinin dışında buraxmadığı bir neçə təbiət
əhli bunlardır:
Əbülbəqa elmi-hikmət [fəlsəfə ilə əlaqəli mövzuları tədqiq edən elm]
babında misilsizdi. Şeyx Zeyn Sədr isə Zeynəddin Hafinin nəvəsiydi, işlək
bir zəkası vardı, nəzm və nəsrdə qabiliyyətli idi, Hümayun padşah zamanın-
da əmir də olmuşdu. Şeyx Əbülvahid Fariği Şeyx Zeyn Hafinin əmisidır,
zövq sahibiydi, şeir də söyləyirdi.
Sultan Məhəmməd Kosa Mir Əli Şirin müsahiblərindəndi və padşah
BABURNAMƏ
401
məclisində etibar görərək yüksəlmişdi.
Mövlana Şəhab Müəmmai isə Fəqiri təxəllüsünü işlədirdi, fəzl və şeir-
dən nəsibi vardı.
Mövlana Yusif təbibdi və Xorasandan çağırmışdı, nəbzə baxmaq və
təşhis qoymaq onun işiydi.
Sürx Vidal türkcə və farsca nəzm söyləyirdi.
Molla Bəqai də çox qabiliyyətli idi, Məxzən ül-əsrar vəznində padşah
adına bir məsnəvi söyləmişdi.
Xoca Nizaməddin Əli Xəlifənin xidmət, səmimiyyət və vəzirlikdə ağıl
və tədbiri vardı, padşahın hüzurunda hörmət və etibarı o qədər böyük idi ki,
sözü əksərən qəbul edilirdi. Tibdən də başı çıxırdı.
Mir Dərviş Məhəmməd Sarban Xoca Əhrarın yaxşı müridlərindəndi.
Xoşsöhbət bir adamdı və fəzilətindən dolayı hüzurda yaxınlıq və etibar qa-
zanmışdı.
Xandəmir tarixçi və mümtaz bir adamdı, əsərləri xalq arasında məş-
hurdur. Həbib üs-siyər, Xülasət ül-əxbar, Düstur ül-ənvar və digər əsərləri
vardır.
Xoca Kəlan bəy əmirlərindəndi və padşahın özəl xidmətində çalışırdı,
fəziləti və yüksək qabiliyyətilə tanınmışdı.
Onun kiçık qardaşı Kiçık Xoca da möhürdar və yaxın adamlarındandı,
o da padşahın özəl xidmətində idi.
Sultan Məhəmməd Dulday böyük əmirlərindən idi, xoştəbiət bir adam
idi.
Vallahü bikülli şeyin alim.
Zəhirəddin Məhəmməd BABUR
402
QEYDLƏR VƏ ĠZAHLAR
Bu qeydlər və izahlar «Baburnamə»nin türkcə, özbəkcə və rusca nəşr-
lərində verilən izahlar və bəzi məlumat-soraq mənbələri əsasında tərtib edil-
mişdir. Biz tərcümə boyu mətnaltı haşiyədə bəzi terminlərin mənası açıqla-
mış, şəxslər, coğrafi məntəqələr və s. haqqında kiçik bilgilər vermişdik. La-
kin ana mətni bu cür bilgilərlə çox yükləməməyə çalışdıq. Ona görə də bu-
rada bəzi ifadə və terminlərin geniş şəkildə açıqlanmasını münasib gördük.
Kitabın türkcə tərcüməsinin sonunda verilən və Timur Gürkan tərəfin-
dən hazırlanan Notlar həddindən artıq geniş və əhatəlidir. Baburda işlənmiş
bu və ya digər terminin izahı zamanı Orxon-Yenisey abidələrini, Kitabi-Də-
də Qorqud və
Manas dastanlarını çıxmaq şərtilə
Divanü lüğat-it-türk, Qu-
tadğu bilig, Turfan mətnləri, Kodeks Kumanikus kimi əski türk yazılı mətn-
lərindən, habelə Şəmsəddin Saminin Qamusi-türki, Şeyx Süleyman Əfəndi
Buxarinin Lüğati-çağatayi və türki osmani, V.V.Radlovun Versuch eines
Wörterbuches der Türk Dialecte lüğətlərindən, eləcə də ibn Mühənnanın və
Əbu Həyyanın, K.K.Yudaxinin, P.de Kurteylin, N.Poppenin, Y.T.Zenkerin,
S.L.Kingin lüğətlərindən və s. və i.a. mənbələrdən istifadə etmişdir.
Baburnamənin rusca nəşrinə M.Salyenin və D.Voronovskinin əlavə
etdikləri Qeydlər qismində izaha ehtiyac duyulan açıqlamalar həm fəsillərin
sonunda, həm də kitabın axırında eyni şəkildə verilmişdir. Biz isə bəzi
qeydləri hər səhifədə mətnaltı haşiyədə qısa, axırda isə daha geniş şəkildə
verməyi qərara aldıq. Biz buraya özəlliklə Hindistana xas olan heyvan, quş,
bitki və gül adlarının hamısını daxil etmədik, çünli Babur özü onları təsvir
və izah etmişdir.
Təbii ki, bu qeydlər və izahlar mükəmməllikdən uzaq və iddiasızdır.
Çünki bundan 500 il əvvəl çağatay türkcəsində hərbi, siyasi, ictimai, iqtisadi,
ərazi-inzibati, mədəni sahələrdə işlənmiş bir çox terminin müasir dildə qar-
şılığını tapmaq çətin, bəzən isə qeyri-mümkündür. Lakin Baburun işlətmiş
olduğu ifadə və terimlərin heç olmazsa qismən anlaşılması üçün bu qeydlər
və izahlar vacibdir. Oxucularımızın əfvinə sığınırıq.