ZəHĠRƏDDĠn məHƏMMƏd babur


Zəhirəddin Məhəmməd BABUR



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə186/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   182   183   184   185   186   187   188   189   ...   194

Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



400 

məkdə  misilsizdi.  Bilxassə  türkcə  divanında  təzə  məzmunlar  tapıb  söylə-

mişdir. Bir də Mübin adında bir məsnəvi kitabı vardır, dil bilən oxumuş xalq 

arasında onun qədər lətifi yoxdur. Xoca Əhrarın tərtib etdiyi Validəyyə adlı 

bir risaləni bu padşah nəzmlə çevirmişdir. Baburiyə dedikləri bu kitabı türk-

cə bilməyənlərə asan olması üçün Bayram xanın oğlu Mirzə xana türkcədən 

farscaya tərcümə etməsini əmr etdi. 

O padşah musiqi elmindən də anlardı. Bu rübaini farsca söyləmişdir: 

Dərvişanra əgər nə əz xoy-e-şanəm

Leyk əz dilü can müqtəd işanəm, 

Dur əst miquy şahi əz dərvişi

Şahəm, vəli bəndeyi dərvişanəm. 



 

Dərvişlərlə bir qohumluğum olmasa da 

Onlara can və könüldən bağlıyam,  

Sahlıqla dərvişlik bir-birindən uzaq deyil

Mən şaham, lakin dərvişlərin bəndəsiyəm. 

Farsca bu mətləni söyləmişdir:  

Həlak mikondəm firqət tu danistəm, 

Və gər nə rəftən əz in şəhr sitvanistəm 



Bilirəm, səndən ayrılmaq məni həlak edir,  

Elə olmasaydı, bu şəhərdən gedə bilərdim. 

Bu mətlə də onundur: 

Ta bə zülfi siyahəş dil bəstəm, 

Əz pərişani-ye aləm bəstəm.  



Sənin qara zülfünə könül bağlayandan bəri  

Cahanın pərişanlığından qurtuldum. 

O  padşahın  əruz  və  qafiyə  barədə  də  risalələri  vardır.  Bunlardan  biri 



Müfəssəl adında və bu elmin açıqlanması haqqındadır və fövqəladə də yaxşı 

tərtib edilmişdir. 

Tanrə təala o padşaha dörd oğul və üç qız ehsan etmişdi. Oğulları Mə-

həmməd Hümayun padşah, Kamran Mirzə, Əsgəri Mirzə və Hindal Mirzə-

dir, qızları isə Gülrəng bəyim, Gülçöhrə bəyim  və Gülbədən bəyimdir. Bu 

üç qız eyni  anadandır. 

Bu  padşahın  heç  bir  söhbətinin  dışında  buraxmadığı  bir  neçə  təbiət 

əhli bunlardır:  

Əbülbəqa elmi-hikmət [fəlsəfə ilə əlaqəli mövzuları tədqiq edən elm] 

babında misilsizdi. Şeyx Zeyn Sədr isə Zeynəddin Hafinin nəvəsiydi, işlək 

bir zəkası vardı, nəzm və nəsrdə qabiliyyətli idi, Hümayun padşah zamanın-

da  əmir  də  olmuşdu.  Şeyx  Əbülvahid  Fariği  Şeyx  Zeyn  Hafinin  əmisidır, 

zövq sahibiydi, şeir də söyləyirdi. 

Sultan  Məhəmməd  Kosa  Mir  Əli  Şirin  müsahiblərindəndi  və  padşah 




BABURNAMƏ 

 

401 



məclisində etibar görərək yüksəlmişdi. 

Mövlana Şəhab Müəmmai isə Fəqiri təxəllüsünü işlədirdi, fəzl və şeir-

dən nəsibi vardı. 

Mövlana  Yusif  təbibdi  və  Xorasandan  çağırmışdı,  nəbzə  baxmaq  və 

təşhis qoymaq onun işiydi. 

Sürx Vidal türkcə və farsca nəzm söyləyirdi. 

Molla Bəqai də çox qabiliyyətli idi, Məxzən ül-əsrar vəznində padşah 

adına bir məsnəvi söyləmişdi. 

Xoca Nizaməddin Əli Xəlifənin xidmət, səmimiyyət və vəzirlikdə ağıl 

və tədbiri vardı, padşahın hüzurunda hörmət və etibarı o qədər böyük idi ki, 

sözü əksərən qəbul edilirdi. Tibdən də başı çıxırdı. 

Mir  Dərviş  Məhəmməd  Sarban  Xoca  Əhrarın  yaxşı  müridlərindəndi. 

Xoşsöhbət bir adamdı və fəzilətindən dolayı hüzurda yaxınlıq və etibar qa-

zanmışdı. 

Xandəmir  tarixçi  və  mümtaz  bir  adamdı,  əsərləri  xalq  arasında  məş-

hurdur.  Həbib  üs-siyər,  Xülasət  ül-əxbar,  Düstur  ül-ənvar  və  digər  əsərləri 

vardır. 

Xoca Kəlan bəy əmirlərindəndi və padşahın özəl xidmətində çalışırdı, 

fəziləti və yüksək qabiliyyətilə tanınmışdı. 

Onun kiçık qardaşı Kiçık Xoca da möhürdar və yaxın adamlarındandı, 

o da padşahın özəl xidmətində idi. 

Sultan Məhəmməd Dulday böyük əmirlərindən idi, xoştəbiət bir adam 

idi.  

Vallahü bikülli şeyin alim.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



402 

 

 



 

 

 



 

 

 



 

QEYDLƏR VƏ ĠZAHLAR 

 

Bu qeydlər və izahlar «Baburnamə»nin türkcə, özbəkcə və rusca nəşr-

lərində verilən izahlar və bəzi məlumat-soraq mənbələri əsasında tərtib edil-

mişdir. Biz tərcümə boyu mətnaltı haşiyədə bəzi terminlərin mənası açıqla-

mış, şəxslər, coğrafi məntəqələr və s. haqqında kiçik bilgilər vermişdik. La-

kin ana mətni bu cür bilgilərlə çox yükləməməyə çalışdıq. Ona görə də bu-

rada bəzi ifadə və terminlərin geniş şəkildə açıqlanmasını münasib gördük.  

Kitabın türkcə tərcüməsinin sonunda verilən və Timur Gürkan tərəfin-

dən hazırlanan Notlar həddindən artıq geniş və əhatəlidir. Baburda işlənmiş 

bu və ya digər terminin izahı zamanı Orxon-Yenisey abidələrini, Kitabi-Də-



də  Qorqud  və  Manas  dastanlarını  çıxmaq  şərtilə  Divanü  lüğat-it-türk,  Qu-

tadğu bilig, Turfan mətnləri, Kodeks Kumanikus kimi əski türk yazılı mətn-

lərindən,  habelə  Şəmsəddin  Saminin  Qamusi-türki,  Şeyx  Süleyman  Əfəndi 

Buxarinin  Lüğati-çağatayi  və  türki  osmani,  V.V.Radlovun  Versuch  eines 

Wörterbuches der Türk Dialecte lüğətlərindən, eləcə də ibn Mühənnanın və 

Əbu Həyyanın, K.K.Yudaxinin, P.de Kurteylin, N.Poppenin, Y.T.Zenkerin, 

S.L.Kingin lüğətlərindən və s. və i.a. mənbələrdən istifadə etmişdir.     

Baburnamənin  rusca  nəşrinə  M.Salyenin  və  D.Voronovskinin  əlavə 

etdikləri Qeydlər qismində izaha ehtiyac duyulan açıqlamalar həm  fəsillərin 

sonunda,  həm  də  kitabın  axırında  eyni  şəkildə  verilmişdir.  Biz  isə  bəzi 

qeydləri  hər  səhifədə  mətnaltı  haşiyədə  qısa,  axırda  isə  daha  geniş  şəkildə 

verməyi qərara aldıq. Biz buraya özəlliklə Hindistana xas olan heyvan, quş, 

bitki və gül adlarının hamısını daxil etmədik, çünli Babur özü onları  təsvir 

və izah etmişdir. 

 Təbii ki, bu qeydlər və  izahlar mükəmməllikdən uzaq və iddiasızdır. 

Çünki bundan 500 il əvvəl çağatay türkcəsində hərbi, siyasi, ictimai, iqtisadi, 

ərazi-inzibati, mədəni sahələrdə işlənmiş bir çox terminin müasir dildə qar-

şılığını  tapmaq  çətin,  bəzən  isə  qeyri-mümkündür.  Lakin  Baburun  işlətmiş 

olduğu ifadə və terimlərin heç olmazsa qismən anlaşılması üçün bu qeydlər 

və izahlar vacibdir.  Oxucularımızın əfvinə sığınırıq. 

 



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə