ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə189/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   186   187   188   189   190   191   192   193   194

BABURNAMƏ 

 

407 



Daşkənd: 2.500 illik tarixi olan bir şəhər. XV əsrdə Baburun ana babası 

Yunus xanın hakimiyyəti altında idi. 



Dəbusi: qədim bir qala. Xarabalıqları Səmərqənd yaxınlığındadır. 

Dəstar-piç: çalma sarıyan çalmaçı, sarıqçı, çalmaçı, əmmaməçi. 

Dəstur: vəzir, məsləhətçi. 

Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.  

Dəyirman suyu: axar suların miqdarını ifadə edən bir tabir. 

Dirhəm: gümüş sikkə. Dinarın 1/20-nə bərabər oımuşdur. 

Divan: dövlət dəftərxanası, ali hökumət orqanı və ayrı-ayrı idarələr; rəs-

mi qəbul; ən yüksək mülki amir, yəni sahib-divan; qəzəl toplusu.  



Dizək/Çizək:  Səmərqənd vilayətində yaşayış məskəni. 

Ehram: zəvvarların geydikləri xüsusi paltar. 

Eşik ağa: vəzifəsi dəqiq bilinməyən ünvan.

 Teymurilər sarayında mühüm 

bir məmuriyyət.

 Ehtimal ki, təşrifatçı, hacib, seremonmeyster, 

kamergerdir.  

Eşik ixtiyarı: səlahiyyət dairəsi dəqiq bilinməyən bir ünvan. Saraydan k-

ənardakı bütün işlərə baxan adamın ünvanı olmalıdır.  



Eşşək yükü:  mətndə xarvar və ya xərvar olaraq keçən bu ağırlıq ölçüsü-

nün dəyəri dəqiq müəyyən deyil. 80 kilo ilə 300 kilo arasında dəyişir. Xal-

var sözü də bu sözdən olmalıdır. 

Eytvar: bazar günü; Hindistanda həftənin günlərindən birinin adı. 

Əbülqasım  Babur:  Baysunqur  Mirzənin  oğlu,  Şahruxun  nəvəsi.  Vəfatı: 

861 = 1459-cu il. 



Ədədlər/saylar: Hindistanda:  

 

1 lek = 100.000.  



 

100 lek = 1 kürur və ya 10.000.000. 

 

100 kürur = 1 ərb və ya 1.000.000.000.  



 

100 ərb = 1 kərb və ya 100.000.000.000.  

 

100 kərb = 1 nil və ya 100.000.000.000.000.  



 

100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000.  

 

100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000.   



Əfqanlar:  adları  ilk  dəfə  XI  əsr  tarixçisi  Məhəmməd  Ütbinin  “Tarixi-

Ütbi” əsərində çəkilir. Əsər Mahmud Qəznəviyə ithaf edilmişdir. 



Əhməd xan: Baburun “Kiçik xan”, “Alaca xan” adlandırdığı dayısı. 909-

cu ildə (1505) Kaşğarda ölmüşdür. 



Əkə: böyük qardaş və ya bacı.  

Əlik: barmaq; yan-yana düzülmüş altı arpa boyunda uzunluq ölçüsü. 

Əməl: musiqi əsəri növü. 

Əmlük:  Kabilin  bir  bölgəsində  olub  digər  yerlərdə  olmayan  bir  meyvə. 

Türklər ona "qara yemiş" deyirlər.  



Əndəxud: Şimali Əfqanıstanda şəhər. İndi xarabalıqları qalır. 

Əndican: Özbəkistanda vilayət mərkəzi. IX əsrdən bilinir. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



408 

Ərb: Hindistanda işlənən bir say. l ərb = 100 kürur. Bax: lek. 

Ərəfə: zilhiccə ayının 9-u. Zəvvarların Ərəfat dağına gəldikləri gün. 

Ərk: qala, içqla, bürc, daxili qala, qala içində qala. Ətrafı divarlarla əhatə 

olunan, əksərən yüksəkdə və divarla təkrar hörülmüş qala. Hökmdarın və ya 

həmin yerin ən böyük amirinin sarayı və mühafizlərinin olduğu məkan. 

Əsar: Hindistanda yay fəslinin sonuncu ayı. Bax: ay.  

Əsəs: gecə qarovulu.  

Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi  Əshamə tərəfindən Yə-

mənə  hökmdar  təyin  edilən  Əbrəhə  bin  Səbbah  ül-Əşrəm  və  ordusu  fil  sa-

hibləridir.  Ziyarətçiləri  Kəbə  yerinə  öz  bölgəsinə  çəkmək  istəyən  Əbrəhə 

Sənada Qülleys  deyilən  bir kilsə  tikdirir. Kinanə qəbiləsindən bir adam  isə 

bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bundan qəzəblənən Əb-

rəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir. Yanında 

ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əbrəhə bu fillərlə 

Kəbəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərəkətsiz qalır, başqa 

səmtlərə  yönəldildikdə  isə  qaçaraq  gedirdilər.  Allah  Əbrəhənin  ordusunun 

və  fillərinin  təpəsinə  sürülərlə  quşlar  göndərib  hamısını  öldürdü.  Hz.  Mə-

həmməd bu hadisənin baş verdiyi il içində doğulduğu üçün bu ilə "fil ili" adı 

verilmişdir.  



Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəmbə-

rimiz  tərəfindən  müjdələnən  on  adam:  hz.  Əbubəkr,  hz.  Ömər,  hz.  Osman, 

hz. Əli, hz. Talha, hz. Zübeyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cər-

rah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas. 



Əşrəfi: altın sikkələrə verilən ümumi ad.   

Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar. 

Fagün: Hindistanda qış mövsümünün dördüncü ayı. 

Fatihə: Quranın ilk surəsi, yeddi ayədən ibarətdir. 

Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifa-

də edilirdi. 



Geri: hindcə: ghari. Hindistanda zaman ölçüsü. 

Geriyal: müəyyən fasilələrlə bürünc bir lövhəyə vurmaqla saatın bildiril-

məsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş.  



Gəmilərin adları: Baburun öz gəmilərinə verdiyi adlar bunlardır:  

 

Asayiş – rahatlıq, sakitlik.  



 

Arayiş – bəzək.  

 

Gündəiş – tutumluluq.  



 

Fərmayiş – əmr, fərman.

 

Gicək: simli musiqi aləti, skripkanın bir növü. 

Gili-məxdum: zəhərlənməyə qarşı dərman kimi işlənən bir cür torpaq. 

Göy saray: Səmərqəndin ən məşhur saraylarından biri. 

Göyəldaş:  süd  qardaşı,  süd  bacısı.  Bəzi  alimlərin  fikrincə,  könüldaş  sö-



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə