ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə191/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   186   187   188   189   190   191   192   193   194

BABURNAMƏ 

 

411 



Kaşğar: qədimdən bəri Orta Asiya, Əfqanıstan və Hindistanla Uzaq Şərq 

arasında ticarətin, mədəni əlaqələrin inkişafında mühüm rol oynayan uyğur 

şəhəri. İndi Sincan-Uyğur Muxtar Rayonunun paytaxtıdır. 

Katik: Hindistanda yağmur fəslinin son ayının adı. 

Keş: Özbəkistanın Qaşqa-Dəyra vilayətində şəhər. Əmir Teymurun vətə-

ni. Bəlxlə Səmərqənd arasında mühüm ticarət mərkəzi olmuşdur.  



Keyik/geyik:  geyik,  maral.  Ağ  geyik,  ala  geyik,  qara  geyik,  qızıl  geyik 

növləri var. Ahu, antilop, sığın və maraldır. 



Kəmaləddin  Behzad:  XVI  əsrin məşhur miniatürçü rəssamı,  Herat  mini-

atür məktəbinin banisi. Vəfatı: 943 = 1537-ci il. 



Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə. 

Kərb: Hindistanda işlənən bir say. l kərb = 100 ərb. 

Kibək: mis sikkə; ruscadakı kopek, kopeyka bu sözdən ola bilər. 

Kim: bəzi yerlərdə boza mayası kimi işlənən bir meyvə. 

Koçin:  Teymur  zamanında  xanədanı  qoruyan  saray  qvardiyasına  verilən 

addır. Bu ad zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir bölgəyə 

deyil, hökmdara bağlı idilər.  

Köç: köç, köç-külfət; dağa-arana və ya başqa yerə köçən ailə üzvləri. 

Kuxaq: Zərəfşan çayının əski adı. 

Kurqan:  əslində,  qorurğan,  qorğan,  yəni  içinə  girən  adamın  qorunduğu 

yer, qala, istehkam deməkdir.  



Kutas: bir dağ öküzü növü. 

Küruh: Hindistanda 4.000 qədəm (= 1 mil) uzunluğundakı məsafə ölçüsü.  

Kürur: Hindistanda işlənən bir say. 1 kürur =  100  lek. Bax: lek. 

Kütub:  sufilərin  işlətdiyi  bir  təsəvvüf  deyimi  olub  mənəvi  dərəcələrin 

yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsəvvüf qüdrəti ve-

rilmiş bir kütub olur. 

Kütval: qalabəyi, qarnizon rəisi, dizdar.  

Küvar: Hindistanda yağmur fəslinin üçüncü ayının adı. 

Qanun: 36 simli kanon və ya ərğanun.  

Qaravul: gözətçi, keşikçi; kəşfiyyat qolu; avanqard. 

Qarış:  gərilmiş  halda  baş  barmağın  ucundan  çəçələ  barmağın  ucuna 

qədər olan bir uzunluq ölçüsü.  



Qazax: igid, cəsur adam, döyüşçü. 

Qazaxlıq: köçərilik; əldə vilayət və hakimiyyət olmayan dövr.    

Qazi: O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hərbi 

səfərlərdə iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.  



Qədəmgah: Xızırın ayaq izi. 

Qəndahar: Əfqanıstanda şəhər və vilayət. Əfqanıstan dövlətinin ilk pay-

taxtı (1747). Hazırda vilayət mərkəzi. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



412 

Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) : VII əsri şairi Kəəb bin Zübeyr 

tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir. 



Qəznə: Kabildən 135 km cənub-qərbdə  yerləşir. Onun yaxınlığında qəz-

nəvilərin paytaxtı tarixi Qəznənin xarabalıqları var. 



Qılquyruq: çox incə quyruqlu bir cins ördək, çöl toyuğu, qır kəkliyi, fa-

zan. Quşun bir qədər də poetikləşmiş adı. 



 Qımız/kımız:  qısraq  südünü  xüsusi  qaydada  mayalandıraraq  hazırlanan 

ənənəvi türk içkisi. 



Qızıl çəki daşı: = 500 misqal = 1 sir = təxminən 20,5 kiloqram. 

Qızıl söyüd: bax: tubulğu. 

Qol: savaş nizamına girmiş ordunun mərkəzinə verilən ad. 

Qövs:oxatan bürcü; yay. 

Qunduz: Qunduz (Sürxab) çayının sağ sahilində şəhər. 

Qurçu, qurbəyi: hərbi bir rütbə, cəbbəxana rəisi. Qur «silah» deməkdir. 

Qurilər:  Əfqanistanda  hökm  sürən  Quri  xanədandan  olan  Sultan  Şəha-

bəddin Quri qəznəvilərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə 

bu  xanədana  son  vermiş  və  Hindistan  içlərinə  səfərlər  edərək  burada  quri-

lərin hakimiyyətini  qurmuşdur. Onun xanədanı Şimali Hindistanda 1206-cı 

ilədək hakimiyyət sürmüşlər. 

Quşbəyi: quşçubaşı, hökmdarın ov və ev quşlarına, göyərçinlərinə baxan 

məmur. 


 Quşçu:  quş  ovlamağa,  habelə  göyərçin  və  xoruz  saxlamağa  çox  maraq 

duyan adam, quşbaz. 



Qüsəm  ibn  Abbas:  hz.  Peyğəmbərin  əmisi  oğlu.  56=676-cı  ildə  Səmər-

qənddə öldürüldüyü güman olunur. Şahi-Zindədə dəfn edilmişdir. 



Lek: Hindistanda işlənən, 100.000 rəqəmini ifadə edən bir say.  

Luli: qaraçı. 

Lüng: Hindistanda qadınların paltar yerinə istifadə etdikləri uzun bir par-

çanın adı; sari.  



Lüngutə: Hindistanlı kişilərin paltar yerinə bellərinə bağladıqları bez par-

çasının adı. 



Maq: Hindistanda qış fəslinin üçüncü ayına verilən ad.  

Mani: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 100 mani = 1 minasə. 

Manqıt: noqaylarla qohum olan türk boyu.  

Marağa: Urmiya gölündən 35 km şərqdə  yerləşən şəhər. Marağa rəsəd-

xanası burada tikilmişdir.  



Maşə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. 5 maşə = 1 misqal = 40 reti.  

Mavəraünnəhr: Amu-Dərya ilə Sır-Dərya arasında yerləşən ərazinin tari-

xi adı. Ərəbcə “(Ceyhun) çayının arxasındakı ərazi” deməkdir.  



Meymənə: (ərəbcə) ordunun sağ qolu. 

Meysərə: (ərəbcə) ordunun sol qolu.  


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə