ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə194/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   186   187   188   189   190   191   192   193   194

BABURNAMƏ 

 

417 



Sona: erkək çöl ördəyi, dişisinə bürçin deyilir. 

Sufi:  islamda mistik təlimin ardıcılı. 

Sux: Özbəkistanın Fərqanə vilayətində Sux çayının sahilində yerləşən ya-

şayış məntəqəsi. 



Sultan:

 kişilərdə əsasən adın əvvəlində (Sultan Mahmud Qəznəvi, Sultan 

Hüseyn Mirzə), özbək, qazax və moğol şahzadələrində adın sonunda (Qasım 

Sultan,  Boran  Sultan,  Ədik  Sultan,  Çin  Teymur  Sultan)  işlənir.  Baburda 

adın əvvəlində və sonunda gəlmək üzrə hökmdarın qızları üçün də işlənmiş-

dir: Sultan Nigar xanım, Fatma Sultan, Payəndə Sultan bəyim. 



Sultan Əlaəddin: 1497-1519-cu, oğlu Sultan Nüsrət şah isə 1519-32-ci il-

lər arasında hökmdar olmuşdur. 



Sultan Əli Məşhədi: XV əsrin məşhur xəttatı, Nəvainin müasiri. 

Sultan  Hüseyn:  Cunpurdakı  Şərqi  sultanlarının  sonuncusudur,  1458-79-

cu illər arasında hökm sürmüşdür. 



Sultan Mahmud Qəznəvi: 388-421 = 988-1030. Hindistana 17 dəfə yürüş 

etmişdir. 

Qəznəvi türk dövləti 963-1187-ci illər arasında mövcud olmuşdur.  

Sultan Müzəffər: 1512-26-cı illər arasında hökmdarlıq etmişdir. 

Sultan  Şəmsəddin  Eltutmuş:  607-633-cü  illərdə  (=1210-1236)  Dehlidə 

sultan olmuşdur. 



Sultanın məqbərəsi: Sultan Mahmud Qəznəvinin rövzə adlanan məqbərə-

si nəzərdə tutulur. 



Süheyl: Kil ulduz topasının alfa ulduzu, Siriusdan sonra ən parlaq ulduz. 

Onu görmək uğur sayılır. 



Süleyman şah ibn Əli ibn Sultan Mahmud inb Əbu Səid Bədəxşani: Babur 

ona  “oğlum”  deyirdi,  çünki  Sultan  Əbu  Səid  hər  ikisinin  babalarından  idi. 

Şüleyman şah 920=1514-cü ildə doğulmuş, 997=1589-cu ildə ölmüşdür. 

Şah İsmayıl Xətai: Səfəvi sülaləsinin banisi, böyük şair-hökmdar.  

Şahi-səadətmənd: əbcəd hesabı ilə 934 = 1528-cu il edir. 

Şahruxi: qızıl pul. 1 şahruxi 4,5 altın quruşdan bir az artıqdır. 

Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hü-

cumu zamanı xarabaya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğlu 

Şahruxun şərəfinə Şahruxiyyə adlandırmışdı. Hazırda xarabalıqları qalır. 

Şahzadə:  Baburun  yaxın  dostu,  əvvəllər  şahzadə,  sonra  şah  olan  I  Təh-

masib (930-984 = 1524-1576). 



Şeri: Hindistanda uzunluq ölçüsü. 1 şeri = 2 mil. 

Şeyx  Yəhya:  Şeyx  Şərafəddin  Münirinin  oğlu,  çiştiyyə  sufi  təkkəsinin 

başçısı. Vəfatı: 782 = 1381-ci il. 



Şəhabəddin Quri: 569-602 = 1173-1205. Qəznə ilə Herat  arasındakı vi-

layətlərdə hakim olmuşdur. 



Şibaq/göy  şibaq:  qulan  otu  ilə  birlikdə  suya  töküləndə  balıqları  səsəm 

edən ot. Balıq ovunda istifadə edilmişdir. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



418 

Şibertu: bir aşırım. Hündürlüyü 3.200 metrdir.

 

Şiğaul: səfirlərin hökmdarla görüşünü təşkil edən seremonmeyster. 

Şikdar: hərbi və mülki bir vəzifədir. İslam ölkələrində şikdar əvəzinə da-

ha çox təhsildar, yəni vergiyığan termini işlənmişdir. 



Şiraz: Səmərqəndin bir tüməni. 

Tabın: bölük. Savaş nizamındakı ordunun mərkəzinə (qol) daxil olan və 

hökmdarın yanında yer alan bir bölüyün adı. 



Tanıman/tanımal:  hökmdar  və  ya  idarə  amirinin  yanında  öz  qəbiləsini 

təmsil edən və qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adam. 



Tank: 799-cu ildən (=1396) Qucaratda hökm sürmüş bir sülalə. 

Tank: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tank = 4 maşə = 32 reti.  

Tarxan: iki sözdən ibarətdir: tar = hədiyyə və xan. Tarxanlar bəy və tacir 

olmaqla iki zümrədən ibarət idi. Tacir tarxanlar vergilərdən azad edilir, bəy 

tarxanlarlar isə savaşda qazandıqları qəniməti heç kimlə, o cümlədən hökm-

darla da paylaşmırdılar. 

 Tarix:  hər  hansı  hadisənin  baş  vermə  vaxtını  poetik  şəkildə  qeydə  alan 

xronoqram. Tarix sözlərdəki hərflərin əbcəd hesabı ilə qiymətlərinin cəmin-

dən ibarət olurdu.  

Tarnov: arx, kanal, su yolu, nov, novça. 

Tavaçı:  yüksək saray mənsubu;  hərbi komissar,  ordunun boy artımı ilə, 

canilərin edamı ilə və s. məşğul olurdu. 



Təbəqəti-Nəsiri:  Osman  ibn  Siracəddin  əl-Cüzcaninin  658-ci  (=1260) 

ildə yazdığı və Dehli sultanı I Nəsirəddin Mahmuda ithaf etdiyi ümumi tarix 

kitabı. Adı da buradan gəlir. 

Təqti: mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma. 

Tənab: quş ovlamaq üçün işlənən ip; ölçü ipi. 1 tənab = 40 qədəm və 100 

tənab = 100 küruh uzunluğunda bir məsafə ölçüsü.. 



Tənab: məsafə ölçüsü; təxminən 24 metr.  

Təngə:  ağ  gümüş  sikkə,  gerçək  dəyəri  bu  gün  dəqiq  bilinməyən  bir  pul 

vahidi. 


Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi. 

Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.  

Toy: ziyafət, məclis; toy-düyün.  

Törə (< törü): törə, qanun, qayda, gələnək, görənək, el adəti. 

Tubulğu: qızıl söyüd; Fərqanə dağlarında yetişən, qabığı qırmızı tamarisk 

ağacıdır. Əsa, qamçı sapı, quş qəfəsi və ox düzəltmək üçün işlənmişdir. 



Tuğ: bayraq, sancaq. 

Tuğçu: bayraqdar, ələmdar. 

Tuğra: hökmdarın gerbi. 

Tul: bir aşırım. Hündürlüyü 4.000 metrdir. 

Tulğama:  türk savaş taktikası. Düşməni döyüş zamanı sağdan və soldan 


BABURNAMƏ 

 

419 



mühasirəyə almaq, mərkəzdən vurub məhv eləmək. 

Tutam: dörd əlik (barmaq) enində bir uzunluq ölçüsü. 

Tülə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tülə = 12 maşə. 

Tümən: on min; pul, dinar. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-26-

cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar stan-

dartıdır. Başqa bir mənası isə on min əsgər və ya on min dinar vergi verən 

qəza (rayon), bölgə deməkdir. 



Tünqatar:  keşikçi,  gözətçi,  qarovul;  xaqanın  cangüdəni,  özəl  mühafizi. 

Tünqatar sözü gecəni (tünü) gündüzə qatar, heç uyumaz mənasındadır. 



Türküstan: Orta və Mərkəzi Asiyada yerləşən, Xəzər dənizindən Monqo-

lustana,  Aral  dənizindən  Şimali  Əfqanıstana  qədər  uzanan,  təqribən  3  mil-

yon kv km-lik ərazini əhatə edən tarixi-coğrafi termin; Sır-Dəryanın sağ sa-

hilində yerləşən şəhərin adı (Qazaxıstan).  



Uluğ bəyin rəsədxanası: 1434-cü ildə Uluğ bəy tərəfindən tikilmişdir.  

Ulus: yer, məmləkət, diyar; el-oba, xalq; dövlət (Çağatay ulusu).  

Ura-Təpə: hazırda Tacikistanın Xocənd vilayətində rayon mərkəzidir.  

Uruq/uruğ: ailə üzvləri; tayfa; saray müxəlləfatı. 

Uyğur: Şərqi Türküstanda (Uyğuristan) qədim türk xalqı. 

Uzaqlıq və məsafə ölçüləri: Hindistanda:   

 

1 mil = 4.000 qədəm.  



 

1 qədəm = 1,5 kari = təxminən 90 sm.  

 

1 kari = 6 tutam =  təxminən 60 sm.  



 

1 tutam = 4 əlik (barmaq) = təxminən 10 sm.  

 

1 əlik = 6 arpa boyu = təxminən 2,5 sm.  



 

1 arpa boyu = təxminən 4 mm.  

 

1 tənab = 40 kari = təxminən 24 metr.   



 

1 kari = təxminən 60 sm. 



Özgənd: X əsrdə bir ara Qaraxanilərin paytaxtı olmuşdur. İndi Qırğızısta-

nın Oş vilayətində rayon mərkəzidir. 



Üstürlab:  ulduzların  dünyaya  görə  yüksəkliyini  tapmaqda  işlədilən  bir 

astronomiya aləti, astrolyabiya.  



Varuh:  Tacikistanın  Xocənd  vilayətində  İsfəra  çayının  sahilində  yaşayış 

məntəqəsi. 



Vayin: yer altında mərtəbələri, otaqları olan xüsusi quyu. 

Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları. 

Yadaçılıq: yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından is-

tifadə edilməsi. Mahmud Kaşğari bu barədə geniş məlumat vermişdir. 



Yaqub Osman əl-Qəznəvi əl-Çərxi: məşhur sufi, Xoca Əhrarın müəllimi. 

Vəfatı: 851 = 1447-ci il. 



Yam: Səmərqənd vilayətində yaşayış məntəqəsi. 

Yam: poçt atı. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



420 

Yamçı: poçtalyon, qasid, çapar. 

Yarmaq: pul. 

Yasal: səf, savaş səfi, döyüş nizamı. Türk ordusunda əskidən bəri olduğu 

kimi, Babur zamanında da savaş nizamı belə idi:  

İrəvül (irəli qol, önçü qol).  

Cavanğar(sol qol).  

Baranğar  (sağ qol).  

Qol (mərkəz).  

Çağavul (geri qol, ardçı qol).  

Babur savaşların birində cavanğarı və baranğarı öz aralarında sol və sağ 

qollar  olmaqla  daha  iki  yerə  bölmüş,  mərkəzə  də  bir  xassə  tabın  yerləşdir-

məklə türk döyüş sənətinə yenilik gətirmişdir. 



Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit. 

Yengə: böyük qardaşın və ya əminin arvadı.  

Yəbrüh üs-sənəm: insan kökü adlanan bir bitki, adamotu, qanqurudan.  

Yəxni: kabab. 

Yurd: köçərilərin düşdükləri yer; hökmdar düşərgəsi, ordugah.  

Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı 

bir rütbə və ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir məna-

sı hökmdar önündə sayğı ilə diz çökməkdir.  

Yüz atlı(ğ): yüzbaşı; bugünkü kapitan rütbəsinə uyğundur.  

Zəfərnamə:  Baburun  qələbələri  haqqında  Şeyx  Zeyn  tərəfindən  qələmə 

alınan zəfər məktubları. 



Zəfərnamə: Teymurun tarixçisi Şərafəddin əl-Yəzdinin 882=1419-cu ildə 

yazdığı məşhur əsər. Burada Əmir Teymurun zəfərlərindən danışılır.  



Zəmbərək:  holuqlu  taxtaya  bağlı  qurma  yaydan  və  dörd  guşəli,  baş  bar-

maq qalınlığında, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan 

oxdan  meydana  gələn  atəşsiz  silah  növü.  Əsgərin  zirehlərini  dələcək  güc-

dədir. 


Zic:  yaxud  zeyr:  əskidən  ulduzların  yerlərini  və  hərəkətlərini  göstərmək 

üçün hazırlanmış cədvəl, ulduz kataloqu. 



Zünnar:  müsəlman ölkələrində xristianların  bellərinə  bağladıqları  xüsusi 

rəngdə qurşaq. 

 

 

 



 

 

 



 

 

 




BABURNAMƏ 

 

421 



 

R a m i z  ƏSKƏR 

 

10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qa-

raçanta  kəndində  müəllim  ailəsində  doğulmuşdur. 

M.V.Lomonosov adına Moskva Dövlət Universite-

tinin jurnalistika fakültəsini bitirmişdir (1978). 

Azərbaycan  radiosunda  redaktor  (1978-83), 

Azərbaycan,  türk,  ərəb,  fars,  ingilis,  fransız  və  al-

man  dillərində  çıxan  «Azərbaycan  bugün»  jurnalı-

nın  baş  redaktoru  (1983–84),  kiril,  latın  və  ərəb 

əlifbaları  ilə  nəşr  olunan  «Odlar  yurdu»  qəzetinin 

baş  redaktoru  (1984-91),  «Hürriyet»  qəzetinin  (İs-

tanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-93), 

Xarici Turizm Şurasının idarə rəisi (1993-94), «XXI əsr» qəzetinin baş redak-

toru  (1994–96),  «Yeni  Forum»  jurnalının  (Ankara)  Bakı  təmsilçisi  (1993-97) 

olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. Bakı 

Dövlət  Universitetinin  bədii  tərcümə  elmi-tədqiqat  laboratoriyasının  müdiri, 

Azərbaycan  Milli Elmlər  Akademiyası  Folklor  İnstitutunun baş elmi işçisidir. 

Filologiya elmləri doktorudur. 

Azərbaycanın  «Qızıl  qələm»,  «Həsən  bəy  Zərdabi»,  «Humay»,  Küveytin 

«İslama  xidmət»,  Türkiyənin  «Yeni  Orhun»  və  «Türk  dünyasına  xidmət», 

TürkSOY-un “Özəl ödül”, Türkmənistanın  «Altın əsr» mükafatları laureatıdır. 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitu-

tunun  (İPİ,  Vyana)  üzvü,  Beynəlxalq  Jurnalistlər  Birlikləri  Konfederasiyası 

(Moskva) və Avrasiya Jurnalistlər Konfederasiyası (Ankara) idarə heyətlərinin 

üzvüdür. Azərbaycanın  əməkdar jurnalistidir. Türkologiya,  ədəbiyyat, tarix və 

jurnalistikaya dair kitablar  yazmış, türk, rus, özbək, uyğur, türkmən, tatar, qa-

qauz  dillərindən  tərcümələr  etmişdir.  Bu  sahədəki  fəaliyyətinə  görə  Avrasiya 

Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010). 

Monoqrafiyaları: 

1. İqlimdən-iqlimə, təqvimdən-təqvimə. Bakı, İşıq, 1987, 104 s.  

2. Qutadğu bilig. Bakı, Elm, 2003, 320 s. 

3.  Mahmud  Kaşğari  və  onun  «Divanü  lüğat-it-türk»  əsəri.  Bakı,  MBM, 

2008, 432 s. 

4. Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici. 

Bakı, MBM, 2008, 96 s. 

5.  Mahmud  Kaşğarinin  «Divanü  lüğati-it-türk  əsəri  üzrə  biblioqrafik  və 

qrammatik göstərici. Bakı, MBM,2008,192 s. 

6.  Mahmud  Kaşğari  və  onun  «Divanü  lüğat-it-türk»  əsəri.  Bakı,  MBM, 

2009, 532 s. 

7.  Mahmud  Kaşğarinin  «Divanü  lüğat-it-türk»  əsərinin  tədrisi.  Bakı, 

MBM, 2011, 112 s. 

 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



422 

  Nəşr olunmuş tərcümə kitabları: 

1. Azərbaycan Masalları. Bakı, Yazıçı, 1982, 196 s. 

2. M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1991, 248 s. 

3. Faruq Sümər. Oğuzlar. Bakı, Yazıçı, 1992, 432 s. 

4. Yusif Balasağunlu. Qutadğu bilig. Bakı, Azərnəşr, 1994, 492 s. 

5. Murad Tağı. Həyatım. Bakı, Oka Ofset, 1998, 92 s.  

6. Erik Fichtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, AJB, 2002, 192 s. 

7. Bahəddin Ögəl. Türk mifologiyasi. Bakı, Səda, 2004, I cild, 626 s. 

8. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild, 512 s. 

9. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s. 

10. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s. 

11. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752  s. 

12.  N.Ozerov.  İlham  Əliyev:  Mən  Azərbaycanıma  inanıram.  Bakı,  Azər-

nəşr, 2007, 376 s. 

13.  Махмуд  Кашгарский.  Дивану  лугат  ит-тюрк.  Баку,  МБМ,  2009,  I 

том, 512 с. 

14. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, II 

том, 400 с. 

15. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, III 

том, 492 с. 

16. Oraz Yağmur. Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s. 

17. XX əsr özbək şeiri antologiyası. Bakı, MBM, 2009, 96 s. 

18. Molla Nəfəs. Bu məkana gəlmişəm. Bakı, MBM, 2010, 160 s. 

19. Molla Nəfəs. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 240 s. 

20. Todur Zanet. Ana dilim. Bakı, MBM, 2010, 104 s. 

21. Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 448 s. 

22. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, I cild, 602 s. 

23. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, II cild, 658 s. 

24.  Nurməhəmməd  Əndəlib.  Şeirlər,  poemalar,  dastanlar.  Bakı,  MBM, 

2011, 292 s. 

25.  Zəhirəddin  Məhəmməd  Babur.  Seçilmiş  əsərləri.  Bakı,  MBM,  2011, 

328 s. 

26. Sultan Hüseyn Bayqara. Divan. Bakı, MBM, 2011, 248 s. 



27. Abdulla Tukay. Millətim. Bakı, MBM, 2011, 268 s. 

28. Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s. 

Türkcə, rusca, almanca və ermənicə bilir.  

E-mail: 


ramizasker@yahoo.com

   


 

 

 



 

 

 



 


BABURNAMƏ 

 

423 



 

 

 



 

 

 



 

 

 



 

Ġ ç i n d ə k i l ə r: 

 

Qazi Zəhirəddin Məhəmməd Babur:  



həyatı, şəxsiyyəti və əsərləri (Ramiz Əskər) ................................................3 

Fərqanə.........................................................................................................20 

Səkkiz yüz doxsan doqquzuncu ilin hadisələri.............................................20 

Doqquz yüzüncü ilin hadisələri....................................................................42 

Doqquz yüz birinci ilin hadisələri.................................................................51 

Doqquz yüz ikinci ilin hadisələri..................................................................57 

Doqquz yüz üçüncü ilin hadisələri...............................................................62 

Doqquz yüz dördüncü ilin hadisələri............................................................77 

Doqquz yüz beşinci ilin hadisələri................................................................85 

Doqquz yüz altıncı ilin hadisələri.................................................................96 

Doqquz yüz yeddinci ilin hadisələri...........................................................109 

Doqquz yüz səkkizinci ilin hadisələri.........................................................116 

Kabil...........................................................................................................135 

Doqquz yüz onuncu ilin hadisələri.............................................................135 

Doqquz yüz on birinci ilin hadisələri..........................................................169 

Doqquz yüz on ikinci ilin hadisələri...........................................................197 

Doqquz yüz on üçüncü ilin hadisələri........................................................217 

Doqquz yüz on dördüncü ilin hadisələri.....................................................233 

Doqquz yüz iyirmi beşinci ilin hadisələri...................................................238 

Doqquz yüz iyirmi altıncı ilin hadisələri....................................................265 

Hindistan.....................................................................................................269 

Doqquz yüz otuz ikinci ilin hadisələri........................................................269 

Doqquz yüz otuz üçüncü ilin hadisələri......................................................317 

Doqquz yüz otuz dördüncü ilin hadisələri..................................................349 

Doqquz yüz otuz beşinci ilin hadisələri......................................................358 

Mətnə edilən əlavələr..................................................................................398 

Qeydlər və izahlar.......................................................................................402 

 

 



 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



424 

 

Azərbaycn Milli Elmlər Akademiyası  



Folklor İnstitutu  

Elmi Şurasının qərarı ilə çap olunur 

 

 

 



Çağatayca, türkcə və rusca 

nəşrlərindən çevirən, 

ön sözün, qeydlərin və izahların müəllifi: 

Ramiz ƏSKƏR 

 

 

 

Redaktoru: 



Prof. Dr. Hüseyn ĠSMAYILOV 

 

 

 

Zəhirəddin Məhəmməd BABUR. BABURNAMƏ. 

Bakı, Nurlan, 2011, 424 s. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Korrektor: Leyla 

Texniki redaktor: Ramin Abdullayev 

Kompüterdə yığdı: Solmaz Əskərova 

Dizayner: Hüseyn Əliyev 

________________________________________ 

Çapa imzalanmışdır: 12.09.2011 

Formatı: 70x100  

Həcmi: 27 çap vərəqi 

Tirajı: 1.000 ədəd 

Nurlan mətbəəsində 

çap olundu 



 

Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə