ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə190/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   186   187   188   189   190   191   192   193   194

BABURNAMƏ 

 

409 



zündən yaranmışdır. 

Gümüş çəki daşı: = 250 misqal = 0,5 sir = təxminən 10,25 kiloqram. 

Gürgən cədvəli: 847-ci ildə (=1444) Uluğ bəyin  rəhbərliyi altında Rumi 

Qazızadə, Qiyasəddin Cəmşid və Əli Quşçunun iştirakı ilə tərtib edilmişdir. 

Uluğ bəyin şərəfinə onun titulu ilə (Gürgən) adlandırılmışdır. 

Havaq: bir aşırım. Hündürlüyü 3.800 metrdir.  

Herat: Heri-rud çayının sahilində yerləşən qədim şəhər. Teymurilər döv-

ründə böyük mədəniyyət mərkəzi olmuşdur. 



Heydər  Mirzə:  Məhəmməd  Heydər  Mirzə  Gürgan  Duğlat  (vəfatı:  958  = 

1551).  «Tarixi-Rəşidi»  adlı  xatirə  kitabının  müəllifi,  Baburun  silahdaşı  və 

xalası oğludur. 

Heyət/elmi-heyət/nücum: astronomiya deməkdir.

  



Həbəş padşah: əsl adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah 

olmuşdur. 



Həftənin günləri: Hindistanda bunlardır:  

Şənbə = saniçer.  

Bazar = eytvar.   

Bazar ertəsi = somvar.  

Çərşənbə axşamı = manqalvar.  

Çərşənbə = budvar.  

Cümə axşamı = prispatvar.  

Cümə = sükrvarə  



Hənəfilik:  islamın  dörd  qolundan  biri.  Əsası  Əbu  Hənifə  (vəfatı:  150= 

767-ci il) tərəfindən qoyulmuşdur. 



Hidayə: islam fiqhinin hənəfi qolu üzrə klassik məcmuə. Onu Bürhanəd-

din Əli ibn Əbubəkr əl-Fərqani əl-Mərginani əl-Riştani (vəfatı: 593 = 1197) 

tərtib etmişdir. 

Hindal: Baburun oğlu, 925-ci ildə (=1519) anadan olmuş, 958-ci ildə (= 

1551) ölmüşdür. 



Hinduquş: Himalayın qolları. 

Hövzü-kəbir: çarbağ içində tikilən hovuz.  

Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir. 

Hülakü xan:(654-668=1256-1265).Hülakülər adlanan sülalənin banisi.   

Hüma:  Hümayun,  Feniks,  əfsanəvi  quş.  İnama  görə,  onun  qanadlarının 

kölgəsi kimin üstünə düşsə, o, xoşbəxt olarmış.  



Hürmüz: İranın cənubunda kiçik bir ada. 

Xalçı/xilçi: 839-cu ildən (=1435) Malvidə hökm sürmüş bir sülalə. 

Xandəmir Qiyasəddin ibn Hümaməddin: tarixçi. Vəfatı: 942 = 1535-ci il.  

Xanım:  Baburun  ana  tərəfdən  qohumları  olan,  Kaşğar  və  Moğolistan 

hökmdarları ailəsinə mənsub qadınlar üçün işlənir. 



Xas(sə): hökmdara aid olan şey. Məs.: xas, xassə libas. Dövlətə, xəzinəyə 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



410 

aid olan şey. Məs.: xassə mülk. Bu mülk hökmdara, şahzadələrə və ya başqa 

heç bir şəxsə verilə bilməzdi.  

Xassə bəkavul: hökmdarın şəxsi aşpazı. Bax: bəkavul. 

Xassə tabın: qvardiya alayı. Bax: tabın. 

Xeybər  dağları:  Makedoniyalı  İskəndər,  Mahmud  Qəznəvi,  Əmir  Tey-

mur və Babur Hindistanı işğal etmək buradan keçmişlər. 



Xəmsə:  beş  poemadan  ibarət  ədəbi  əsər.  Ən  məşhurları  Nizamı,  Əmir 

Xosrov Dəhləvi (XIV əsr) və Nəvai (XV əsr) tərəfindən yazılmışdır.  



Xəzərilər:

 mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Ad-

ları Xəzər sözündən deyil, farsca həzar (min) sözündəndir.

 

Xoca Xosrov: məşhur şair Əmir Xosrov Dəhləvi. Vəfatı: 725=1325. 



Xoca Übeydüllah Əhrar: məşhur sufi. Vəfatı: 895 = 1498-ci il.  

Xocənd: keçmiş Stalinabad, daha sonra Leninabad şəhəri. Xoca Bakırqan 

çayının  Sır-Dəryaya  qarışdığı  yerdə  yerləşir.  Fərqanə  vadisinə  açılan  qapı 

kimi Orta Asiya iqtisadiyyatında mühüm rol oynamışdır. 

Xorasan: sərhədləri dəqiq bilinməyən coğrafi məkan. Müxtəlif dövrlərdə 

Xorasana Herat vilayəti və qonşu ərazilər daxil olmuşdur. Hazırda İranın bir 

vilayətidir, mərkəzi Məşhəd şəhəridir. 

Xotən: Uyğuristanın Tarım bölgəsində şəhər və vahə. 

Xuttalan: Pənc ilə Vəxş arasında vilayət. Taciksitanın ərazisindədir. 

İçki: içə aid, içdə olan, səmimi. Hökmdarın şəxsi tapşırıqlar məmuru. 

İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün 

keçməsi  lazım olan zəruri  müddət,  yəni  üç dəfə  aybaşı  keçirib təmizlənənə 

qədər keçəcək müddət (ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün). 

İgid:  hökmdarın  və  ya  bəyin  yanında  və  şəxsi  xidmətləri  məmuru;  dö-

yüşçü.  


İki namaz arası: günorta namazı ilə ikindi namazı arası. 

İqlim:  Ptolomeyin  coğrafiyasına  görə,  dünya  cənubdan  şimala  doğru 

yeddi  iqlimə  ayrılır  və  üçüncüdən  beşinciyə  qədər  olan  iqlimlər  yaşamağa 

əlverişlidir. 

İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün 

ovlanan quşlara verilən ümumi addır.  



İlqar:  çox  sürətlə  hərəkət  edən  yüngül  silahlı  böyük,  yaxud  kiçik  hərbi 

dəstə, bölük və ya hissə.  



İrəvül:  önçü,  önçü  bölüyü,  önçü  qolu,  irəli  qol;  döyüş  nizamına  girmiş 

ordunun ən öndəki qismi.  



İskəndər Feyləkus oğlu: Makedoniyalı İskəndərin Şərqdəki adı. 

Kafiristan: indiki Nuristan. Bir vaxtlar əhalisi kafir olmuşdur. 

Kari: altı tutam uzunluğunda bir uzunluq ölçüsü. 

Karşi: (əski Nəxbəş, Nəsəf) Özbəkistanda vilayət mərkəzi. 

Karvan: ümumi qaydaya görə, 7 dəvə bir karvan sayılır. 


Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə