ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə183/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   179   180   181   182   183   184   185   186   ...   194

BABURNAMƏ 

 

393 



Molla Apağın camaati ilə Mömin Atəkənin böyük və kiçık qardaşlarına izin 

verildi. O gün ikindi üstü Şah Məhəmməd Mərufa xassə  xələt və cins bir at 

ehsan edilib getməsinə izin verildi. Ona keçən ilki üsula uyğun olaraq Sarə-

ni təxsisat və Kündləyi də oxçulara maaş olaraq ehsan etdik. 

Yenə o gün İsmayıl Cilvaniyə Sərvardan yetmiş iki lek təxsisat, xassə  

xələt  və  cins  bir  at  ehsan  edilərək  getməsnə  izin  verildi.  Adil  xan  Nuhani 

başda  olmaq  üzrə  onunla  birlikdə  gələnlərə  də  Sərvardan  təxsisatlar  təyin 

edilib  getmələrinə  izin  verildi.  Hər  birinin  bir  kiçık  qardaşının  və  ya  oğlu-

nun Aqrada daimi mülazimətdə bulunmasına qərar verildi. 

Güncayiş və Arayiş gəmiləri ilə birlikdə yeni ələ keçən benqal gəmilə-

rindən  seçilmiş  olan  iki  gəmini  Tirmühani  yoluyla  Qazipura,  Asayiş  ilə 



Fərmayiş gəmilərini də Sarunun yuxarısına doğru orduyla birlikdə götürmək 

işi benqallar tapşırıldı. 

Behar ilə Sərvar tərəfini sakitləşdirdikdən sonra bazar ertəsi günü Çe-

türmukün  Çupara  keçidindən  Saru  sahilini  təqib  edərək  Ud  tərəfinə  doğru 

hərəkət edildi. On küruh məsafə gedib Fəthpura tabe olan və Kilirə deyilən 

(377 b) bir kəndin yanında Saru sahilinə endik. Erkən hərəkət edənlər yolu 

çaşaraq Fəthpurun böyük gölünə varmışlar. Yaxındakı əsgərləri geri qaytar-

maq üçün bir neçə adam göndərildi. Göl sahilində dincəldikdən sonra oraya 

enmiş olan əsgərləri ertəsi gün ordugaha gətirməsi üçün Kiçık Xocaya mək-

tub göndərildi. 

Ertəsi  gün oradan qalxıb  yarı  yoldan  Asayiş  gəmisinə  mindim və  yu-

xarıdakı yurda qədər gəmini çəkdirərək gəldim. Yolda Xəlifə mənim, yanı-

ma Baqinin yanından gələn Şah Məhəmməd Divanənin oğlunu gətirdi. Lek-

nu  xəbərini  dəqiqləşdirdim:  şənbə  günü,  ramazan  ayının  on  üçündə  [=23 

may]  düşmən  hücum  edir,  lakin  heç  bir  şey  edə  bilmir.  Savaş  zamanı  bir 

araya  yığılmış  olan  quru  otlar  və  qamış  od  tutur.  Kurqanın  içi  təndir  kimi 

qızır. Divar üzərində yürümək mümkün olmur və beləcə düşmən kurqanı ələ 

keçirir. Amma iki-üç gün sonra bizim geri qayıtdığımızı xəbər alınca çəkilə-

rək Delmut tərəfinə doğru hərəkət edir. 

O gün də on küruh qədər yol alıb Sikri pərgənəsinin Cəlisir adlı kəndi-

nin yanına, Saru sahilinə endik. 

Çərşənbə günü heyvanların dincəlməsi üçün o yurdda qaldıq. Bəziləri 

Şeyx  Bəyazid  ilə  Bibənin  Qanqdan  keçərək  (378  a)  Çünar  və  Cun  civa-

rından irəliləyərək özlərini sipahilərinə doğru çatdırmaq niyyətində olduqla-

rını söylədilər. Bəyləri çağırdım və onlarla danışıb məsləhətləşərək Gunepur 

vilayəti qarşılığında Çünar və digər bəzi pərgənələri almış olan Məhəmməd 

Zaman  Mirzə  ilə  Sultan  Cüneyd  Barlasın  Mahmud  xan  Nuhani,  Qazı  Ciya 

və Tac xan Sarənghani ilə birlikdə gedib Çünarda düşmənlərin  yolunu kəs-

mələrinə qərar verildi. 

Cümə  axşamı  günü  erkəndən  qalxıb  Saru  çayından  ayrılaraq  on  bir 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



394 

küruh  irəliləyib  Persərudan  keçdik  və  eyni  çayın  sahilində  düşərgə  saldıq. 

Bəyləri  dəvət  edib  məsləhətləşdikdən  sonra  İsən  Teymur  Sultan,  Məhəm-

məd Sultan Mirzə, Toxta Buğa Sultan, Qasım Hüseyn Sultan, Bixub Sultan, 

Müzəffər  Hüseyn  Sultan,  Qasım  Xoca,  Cəfər  Xoca,  Zahid  Xoca,  Can  bəy 

[Can Məhəmməd] və Əsgərinin adamlarıyla birlikdə Kiçık Xoca, hind əmir-

lərindən  [Cəlal  xan  Cighetin  oğlu]  Aləm  xan  Kalpi,  Məlikdad  Kərrani  və 

Ravuy Sərvani  komandanlığındakılar  ordunun ana qismindən ayrılaraq Bə-

yazid  ilə  Bibənin  arxasından  Dəlmut  tərəfinə  sürətlə  yürümələri  üçün  tap-

şırıq aldılar. 

Bu Persəruda abdəst alırdım ki, şam ışığına çoxlu balıq toplanaraq su 

üstünə çıxdı. Mən və yanımdakılar əllə xeyli balıq tutduq. 

Cümə günü Persərunun qollarından birinin basma endik. Çox kiçık bir 

çaydı.  Əsgərlərin  gedib  gəlməsindən  bulanmaması  üçün  üst  tərəfində  (378 



b) hövzi-kəbirlik bir yerini abdəst üçün düzəltdirdim. Ayın iyirmi  yeddinci 

gecəsini [=3 iyun] bu yurdda keçirdik. Ertəsi gün buradan qalxıb Tus çayını 

keçərək endik. Bazar günü də bu çayın sahilinə endik. 

Bazar ertəsi günü, ayın iyirmi doqquzunda da [=6 iyun] bu Tus çayı-

nın  sahilində  güşərgə  saldıq.  O  axşam  havanın  o  qədər  açıq  olmamasına 

baxmayaraq  bir  neçə  adam  ay  gördülər  və  qazı  önündə  şəhadət  etdilər.  Ay 

başı  sabit  oldu.  Çərşənbə  axşamı  gününün  sabahı  bayram  namazını  qılıb 

hərəkət etdik. On küruh gedib Tayikdən bir küruh uzaqlıqda Guy çayının sa-

hilinə  endik.  Günortaya  yaxın  məcun  yedik.  Şeyx  Zeyn,  Molla  Şəhab  və 

Xandəmirə yalnızca bu beyti göndərib çağırdıq: 

Şeyx, Molla Şəhabü  Xandəmir

Gəlin üç-üç, iki-iki, bir-bir..  

Dərviş  Məhəmməd  [Sarban],  Yunus  Əli  və  Abdullah  [Kitabdar]  da 

orada idilər. İkindi üstü güləşçilər güləşdilər. 

Çərşənbə günü də o yurdda qaldıq. Çeşdə yaxın bir vaxtda məcun ye-

dik. Tac xanı Çünardan çıxarmaq üçün getmiş olan Məlik Şərq o gün gəldi. 

O gün də pəhlivanlar güləşdilər. Daha öncə gəlmiş olan Udi Pəhlivan o gün-

lərdə gələn (379 a) bir hind pəhlivanı ilə güləşərək onu yıxdı. Yəhya Nuha-

niyə Sərvardan təxsisat olaraq on beş leklik yer verilib bir dəst libas geydiri-

lərək getməsinə izin verildi. 

Ertəsi gün on bir küruh gedib Guy çayını keçərək o çayın sahilinə en-

dik. İlqar gedən sultan və bəylərin Dəlmuta çatdıqları, lakin Qanq çayını hə-

lə  keçmədikləri  xəbəri  alındı.  Buna  əsəbiləşdim;  Qanq  çayını  dərhal  keçib 

düşməni təqib etmələri və Cundan da keçərək Aləm xanı [Cəlal xan Cighet] 

özlərinə qoşub sürətlə asilərə hücum etmələri üçün fərmanlar göndərildi. 

Guydan qalxdıq və arada bir dəfə  dincəldikdən sonra Dəlmuta gəldik. 

Həmin gün  əsgərin böyük bir qismi Qanq üzərindəki keçiddən keçdi. Ordu 

keçdikdən sonra keçiddən aşağıda yerləşən adada məcun yedik. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə