ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə185/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   181   182   183   184   185   186   187   188   ...   194

BABURNAMƏ 

 

397 



Sultan gəlib mülazimət etdi. O gün pəhlivan  Sadiq ilə böyük Udi pəhlivan  

(381 b) güləşdilər. Sadiq Udini yarı yarıya yıxdı, amma çox zəhmət çəkdi. 

Bazar ertəsi günü, ayın on doqquzunda [=25 iyul] qızılbaş elçisi Mur-

ad Qurçu Qacara dəyərli daşlarla işlənmiş kəmərli bir xəncər və münasib bir 

xələt geydirilərək iki lek təngə ehsan edilib getməsnə izin verildi.  



 

GÜVALYARDA DÜġMƏNÇĠLĠK FĠTNƏSĠ 

 

O günlərdə Güvalyardan Seyid Məşhədi gəlib Rəhimdadın düşmənlik 

fitnəsini  ərz  etdi.  Xəlifənin  nökəri  Şah  Məhəmməd  Möhürdar  bir  çox  nə-

sihətli sözlər yazılaraq onun yanına göndərildi. Getdi və bir neçə gün sonra 

Rəhimdadın  oğlunu  da  özü  ilə  gətirərək  gətirərək  döndü.  Gərçi  oğlu  gəl-

mişdi, lakin özünün gəlməyə niyyəti yoxdu. 

Onun  qorxusunu  rəf  etmək  üçün  çərşənbə  axşamı  günü,  zilhiccə  ayı-

nın beşində [=11 avqust] Nur bəy Güvalyara göndərildi. Bir neçə gün sonra 

Nur bəy gəlib Rəhimdadın istəklərini ərz etdi. İstədiyi tərzdə fərmanlar ha-

zırlayıb göndərmək üzərəykən bir adamı gəlib «Məni oğlunu qaçırmaq üçün 

göndərdi, gəlmək niyyətində deyildir» deyə ərz etdi. 

Bu  xəbər  gəlincə  biz  dərhal  Güvalyar  üzərinə  hərəkət  etmək  istədik. 

Amma  Xəlifə  «Mən  də  bir  dəfə  nəsihətamiz  bir  məktub  yazıb  göndərim, 

bəlkə yola gələr» deyə ərz etdi. Bu iş üçün Şəhabəddin Xosrov göndərildi. 

Cümə  axşamı  günü,  ayın  on  yeddisində  [=13  avqust]  (382  a)  Mehdi 

Xoca Ətavədən gəldi. Bayram günü Hindu bəyə bir dəst xassə libas, qiymət-

li daşlarla işlənmiş kəmərli bir qılınc və cins bir at ehsan edildi. Türkmənlər 

arasında  Çağatay  deyə  məşhur  olan  Həsən  Əliyə  bir  dəst  paltar,  qiymətli 

daşlarla işlənmiş kəmərli bir xəncər və yeddi leklik pərgənə ehsan  edildi.  

Çərşənbə  axşamı  günü,  məhərrəm  ayının üçündə  [=3  sentyabr] Şəha-

bəddin Xosrov ilə birlikdə Şeyx Məhəmməd Qövs Rəhimdada şəfaət diləyi 

ilə Güvalyardan gəldi. Dərviş və əziz bir adam olduğundan onun xətrinə Rə-

himdadın  günahını bağışlayıb  Şeyx Gürən ilə  Nur bəyi Güvalyara  göndər-

dim ki, Güvəlyarı bunlara tapşırıb... 

1



 



 

 

 



 

 

 



                                                           

1

 Baburun  xatirələri  936-cı  il    məhərrəm  ayının  3-də  (3  sentyabr  1529)  kəsilir.  Ondan 



sonra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları itmişdir. Ba-

bur 937-ci ilin 5 cümadüyüləvvəl günü (25 dekabr 1530) vəfat etmişdir.  

 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



398 

 

 



 

 

 

 

 

 

 

MƏTNƏ EDĠLƏN ƏLAVƏLƏR 

 

Bədəxşanda olan Məhəmməd Hümayunu [Baburun oğlu] bir ildən bəri 

görməmişdik.  Bizim  üçün  darıxdığına  görə  Bədəxşanı  qaynatası  Süleyman 

Mirzəyə tapşırıb bir gün Kabilə gəlir. Kamran Mirzə də Qəndəhardan Kabi-

lə gəlmişmiş. Bayram meydanında görüşüb heyrətlə bu gedişin səbəbini so-

ruşmuş. Məhəmməd Hümayun da bizim üçün darıxdığını söyləyərək Hindal 

Mirzəni Kabildən Bədəxşana göndərdikdən sonra dərhal bizə doğru hərəkət 

edir.  Bir  neçə  gün  sonra  xilafət  mərkəzi  olan  Aqraya  gəlib  anası  ilə  onun 

haqqında danışıb oturarkən içəri  girdi.  Könüllər  çiçək kimi  açılaraq  gözlər 

işiq kimi parladı. Hər gün ziyafət verilirdi, lakin onun şərəfinə xüsusi olaraq 

böyük  bir  ziyafət  verib  əyləncələr  tərtib  etdik.  Uzun  zaman  birlikdə  olaraq 

səmimi ünsiyyət qurduq. Həqiqətən, söhbətdə misilsizdi, mükəmməl bir in-

san idi. 

Məhəmməd  Hümayunun  Bədəxşandan  gəldiyi  zaman  Kaşğar  xanla-

rından olub bizə də qohumluğu çatan Sultan Səid xan [oğlu] Reşid xanı Yar-

kənddə  qoyub  boş  bir  xəyalla  Bədəxşan  tərəfinə  hərəkət  etmişdi.  Lakin  o 

Bədəxşana  varmadan  az  əvvəl  Hindal  Mirzə  gedib  Qaleyi-Zəfərə  girmişdi. 

Sultan Səid xan da üç ay  mühasirədən sonra heç bir şey  edə bilmədən geri 

qayıtmışdı. 

Bizə isə kaşğarlıların gəlib Bədəxşanı aldıqları şəklində xəbər gəlmiş-

di. Biz də Xoca Xəlifəyə Bədəxşana gedib nə etmək lazımsa elə də etməsini 

əmr  etdik.  Amma  o,  düşüncəsizliyindən  bunu  qəbul  etmədi.  Məhəmməd 

Hümayuna  «Sənin getmən necə olar?» dedik. O da  «Əmrə çarə  yoxdur, la-

kin öz arzumla hüzurdan ayrılmamağa söz verdim» deyə cavab verdi. Onun 

üçün Süleyman Mirzənin Bədəxşana getməsinə izin verildi. 

Sultan  Səidə  də  «Bizim  sizdə  bu  qədər  haqqımız  olmasına  baxmaya-

raq sizin belə iş görməyiniz bizə qəribə  gəldi.  İndilik Hindal Mirzəni  yanı-

mıza  çağıraraq  [Hümayunun  qaynatası]  Mirzə  Süleymanı  göndərdik.  Haq-

qıma riayət edərək Bədəxşanı bizim oğlumuz Mirzəyə təslim etsəniz, yaxşı; 

yoxsa bizim günahı üzərimizdən atıb mirası varisinə təslim edəcəyimizi bil-

sinlər» deyə yazdıq. 



BABURNAMƏ 

 

399 



Mirzə Süleyman hələ Kabilə varmadan düşmən Bədəxşandan əl çəkib 

sükunət təsis etmiş, Mirzə Süleyman Bədəxşana vardıqdan sonra da Hindal 

Mirzə şəhəri ona təslim edib Hindistana hərəkət etdi.  

Məhəmməd Hümayuna qərargahı olan Sənbələ getməsinə izin verildi. 

Altı ay qədər orada oldu. Belə görünür ki, oranın suyu və havası ona düşmə-

di.  Qızdırmaya  tutulurmuş.  Get-gedə  bu, uzun  çəkməyə  başlayır. Bunu du-

yunca  mahir  təbiblərə  göstərib  xəstəliyini  tədavi  etmək  üzrə  onu  əvvəlcə 

Dehliyə və oradan da gəmiylə buraya gətirmələrini əmr etdim. Çay yoluyla 

bir neçə gündə gətirdilər. 

Təbiblərin  bütün  tədavilərinə  baxmayaraq  yaxşılaşmadı.  Böyük  bir 

adam  olan  Mir  Əbülqasım  «Belə  xəstəliklərin  əlacı  budur:  tanrı  təalanın 

səhhət  verməsi  üçün  yaxşı  şeylərdən  birini  nəzir  demək  lazımdır»  deyə 

söylədi.  «Məhəmməd  Hümayunun  məndən  başqa  daha  yaxşı  bir  şeyi  yox-

dur; mən özümü nəzir edim, Allah qəbul etsin», deyə ağlıma gəldi. 

Xoca Xəlifə və digər yaxınlar «Məhəmməd Hümayun necə olsa yaxşı-

laşar, siz bu sözü nə üçün ağzınıza alırsınız. Bunu etməkdə məqsəd dünya 

malından yaxşı bir şeyi nəzir etməkdir. Məsələn, İbrahim savaşında ələ ke-

çən və Məhəmməd Hümayuna ehsan etdiyiniz almazı nəzir etmək lazımdır» 

deyə danışdılar. 

«Onun əvəzində dünya malı nədir ki?  Onun vəziyyəti pis olduğu üçün 

mən də özümü ona fəda edirəm. İş o dərəcə vahiməlidir ki, mən onun halsız-

lığına dözə bilmirəm» dedim. O vəziyyətdə gedib üç dəfə  baş ucunda dola-

naraq «Nə dərdin varsa, mən öz üzərimə aldım» dedim. 

Bundan  sonra  mən  ağırlaşdım,  o,  yüngülləşdi.  O  sağalıb  qalxdı,  mən 

isə xəstə olub yıxıldım. 

Dövlətin  irəli  gələnlərini  və  məmləkət  ərkanını  çağırıb  biət  əllərini 

Hümayunun  əllərinə verib onu yerimə və vəliəhdliyə təyin etdim, taxtı ona 

təslim etdim. Xoca Xəlifə, Qənbər Əli bəy, Turdu bəy, Hindu bəy və bu qə-

rarda hazır olan digər kimsələrin hamısı də qəbul edib bağlandılar. 

Doqquz yüz otuz yeddinci ildə, cəmadiyüləvvəl ayının altısında, pad-

şah  öz  əliylə  tikdiyi  çarbağda  bu  vəfasız  aləmlə  vidalaşdı.  Tarix,  mərsiyə, 

qəsidə və tərkiblər söyləyən böyük müasirlər arasından Mövlana Şəhab Mü-

əmmai bu misranı tarix düşürdü: 

Hümayun bud varisi-mülkiyu  



Hümayun məmləkətinin varisi oldu. 

O  qabiliyyətli padşahın  məziyyətlərini söyləməklə  və  yazmaqla bitir-

mək  mümkün  deyil.  Lakin  qısaca  budur.  Bu  səkkiz  əsl  sifət  onun  şəxsiınə 

xasdı: 1. Yüksək mühakimə. 2. Müstəsna himmət. 3. Vilayət almaq. 4. İdarə 

etmək. 5. Abadlıq. 6. Tanrı təala bəndələrinə rifah istəyi. 7. Əsgərin könlünü 

qazanmaq. 8. Ədalətli olmaq.  

Fəzilət  babında  əskiyi  yoxdu.  Türkcə  və  farsca  nəzm  və  nəsir  söylə-



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə