ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə184/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   180   181   182   183   184   185   186   187   ...   194

BABURNAMƏ 

 

395 



Suyu  keçərək  endiyimiz  yurdda  əsgərin  gecikənləri  üzündən  bir  gün 

qaldıq. O gün əsgəriylə birlikdə Baqi Daşkəndi də gəlib mülazimət etdi. 

Qanq çayından hərəkət etdik və arada bir dəfə dincəldikdən sonra Gü-

varənin  yanında  Erind  çayının  sahilinə  endik.  Dəlmutdan  Güvarəyə  qədər 

iyirmi  iki  küruh  tutdu.  Cümə  axşamı  günü  də  o  yurddan  qalxıb  Adəmpur 

pərgənəsinin önünə endik. 

Müxalifləri  təqib  məqsədilə  çayı  keçə  bilmək  üçün  (379  b)  mövcud 

gəmiləri gətirmək üzrə gəmicilərdən bir-ikisi daha öncədən Kalpiyə göndə-

rilmişdi.  Orada  dincəldiyimiz  axşam  bir  neçə  gəmi  gəldi.  Çayda  keçid  də 

tapıldı. Yurd tozlu olduğu üçün mən adada oturdum. Orada olduğumuz bir 

neçə gün boyunca mən adada qaldım. 

Müxaliflər  haqqında  dəqiq  bir  məlumat  alına  bilmədiyi  üçün  Baqi 

Şiğavul Uddakı igidlərlə birlikdə sudan keçirilərək düşməndan xəbər tutmaq 

üçün göndərildi. Ertəsi cümə günü ikindi üstü Baqi bəyin nökəri gəldi. Şeyx 

Bəyazid  ilə  Bibənin  önçülərini  məğlub  edərək  Mübarək  xan  Cilvani  adlı 

yaxşı  bir  adamıyla  digər  bir  neçə  adamını  öldürüb  bir  neçə  baş  və  bir  əsir 

göndərmişdi. Sabah olanda isə Baqi [Şiğavul] ilə birlikdə gedən Şah Hüseyn 

Bəxşi gəldi, düşmənin önçüsünün yenildiyini və oradakı xəbərləri müfəssəl 

bir  şəkildə  anlatdı.  O  gecə,  yəni  bazar  gecəsi  ayın  on  üçündə  Cun  çayı 

yüksəldi, sabah bu adanı tamamilə su basdı. Bir ox atımı daha aşağıda yerlə-

şən başqa bir adaya gedərək çadır qurdurub oturdum. 

Bazar  ertəsi  günü  Cəlal  Daşkəndi  ilqar  gedən  sultan  və  bəylərin  ya-

nından  gəldi.  Şeyx  Bəyazid  ilə  Bibən  ilqar  xəbərini  alınca  Məxubə  pərgə-

nəsindən qaçmışlar. (380 a) 

Yağmur mövsümü yaxınlaşmışdı. Beş-altı ay boyunca fasiləsiz səfər-

de olan əsgər və heyvanlar da yorulmuşdular. Onun üçün ilqar gedən sultan 

və  bəylərə  Aqra  və  civarından  təzə  və  qüvvətli  ilqar  gəlincəyə  qədər  ol-

duqları yerdə qalmaları əmr edildi. O gün ikindi üstü Baqi Şiğavul ilə ud əs-

gərinə  getmək  üçün  izin  verildi.  Əsgərin  dönüb  Saru  çayından  keçdiyi  za-

man gəlmiş olan Musa Məruf Fərmüliyə də təxsisat üçün Əmərxardan otuz 

leklik pərgənə təyin edilib bir dəst xassə paltar və yəhərli bir at ehsan  edi-

lərək Əmərxara getməsinə izin verildi. 



 

AQRAYA QAYIDIġ 

 

Bu tərəflərdəki əndişə ortadan qalxınca çərşənbə axşamı gecəsi üç pas 



bir geri sonra sürətlə Aqraya hərəkət etdik. Ertəsi gün on altı küruh yol gəlib 

çeştə yaxın bir vaxtda Kalpiyə tabe olan Bəladər deyilən pərgənədə yemək 

yeyib  atlara  da  arpa  verdikdən  sonra  axşam  üstü  oradan  hərəkət  etdik.  O 

gecə on üç küruh yol yürüyüb üçüncü pasta Kalpi pərgənələrindən Sugend-

purda  Bahadır  xan  Sərvaninin  məzarının  yanında  uyuduqdan  sonra  sabah 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



396 

namazını qılıb oradan təkrar atlandıq. On altı küruh gedib günortaya doğru 

Ətavəyə gəldik. Mehdi Xoca qarşılamağa çıxdı. Gecənin ilk pasında oradan 

hərəkət etdik və yolda bir az uyuduqdan sonra on altı küruh (380 b) yol alıb 

Rabirinin  Fəthpuruna  endik.  Günorta  namazından  bir  az  əvvəl  Fəthpurdan 

hərəkət edərək on yeddi küruh yol alıb gecənin ikinci pasında Aqranın Həşt-

Behişt bağına endik. 

Ertəsi cümə günü, Məhəmməd Bəxşi ilə digər bəziləri gəlib mülazimət 

etdilər. Günortaya yaxın Cundan keçib Xoca Əbdülhaqa mülazimət etdikdən 

sonra qalaya gedib xalalarımı gördüm. 

Bəlxli bir bostancını qovun əkməsi üçün burada qoymuşduq. Bir neçə 

qovunu qoruyub saxlamışdı, gətirdi. Olduqca yaxşı qovunlardı. Həşt-Behişt 

bağında bir-iki üzüm meynəsi əkdirmişdim. Onun da gözəl üzümləri olmuş-

du.  Şeyx  Gürən  də  bir  səbət  üzüm  göndərmişdi,  pis  deyildi.  Hindistanda 

qovun və üzümün bu qədər yetişməsi məni çox sevindirdi. 

Bazar  gecəsi  iki  pas  olmuşdu  ki,  [Hümayunun  anası]  Mahım  bəyim  

gəldi. Biz cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] səfərə çıxmışdıq. Qə-

ribə bir təsadüf əsəri o da eyni gündə Kabildən hərəkət etmişdi. 

Cümə  axşamı  günü,  zülqədə  ayının  ilk  günündə  [=7  iyul]  böyük  di-

vanxanada bir divan toplantısında ikən Hümayun ilə Mahımın hədiyyələrini 

gətirdilər. O gün Məğfur Divanın bir adamına bu məqsəd üçün tutulmuş yüz 

əlli  adam  verilərək  qovun,  üzüm  (381  a)  və  meyvə  gətirmək  üzərə  Kabilə 

göndərildi. 

Şənbə günü, ayın üçündə, mühafiz olaraq Kabildən gələn və Əli Yusi-

fin [Riqabdar] ölümü dolayısıyla Sənbələ göndərilmiş olan Hindu bəy [Ko-

çin]  gəlib  mülazimət  etdi.  Hüsaməddin  Əli  Xəlifə  də  eyni  gün  Əlvardan 

gəlib  mülazimət  etdi.  Ertəsi  gün  də  Əli  Yusifin  ölümü  dolayısıyla  Sənbələ 

göndərilmiş olan Abdullah [Kitabdar] Tirmühanidən gəldi. 



 

LAHORDAKI ĠTAƏTSĠZLĠK HADĠSƏLƏRĠ 

 

Şeyx  Şərif  Qarabağinin  Əbdüləzizin  [Miraxur]  təşviqi  ilə  və  ya  ona 



bağlılığından edilməyən zülm və olmayan zalımlıqları bizim etdiyimizz ifti-

rasında bulunaraq sənədlər tərtib ediib Lahor mollalarının adlarını da zorla 

yazdırıb surətlərini digər şəhərlərə göndərərək oralarda da bir hərəkət oyan-

dırmaq niyyətində olduğu və Əbdüləzizin də bir neçə əmrə itaət etməyərək 

hər  cür  nalayiq  sözlər  söyləyib  hərəkətlərdə  bulunduğu  Kabildən  gələnlər-

dən eşidilmişdi. 

Bu üzdən bazar günü, ayın on birində [=17 iyul] Şeyx Şərif ilə Əbdül-

əzizi və Lahorun mollalaryla irəli gələnlərini hüzura gətirməsi üçün Qənbər 

Əli Lahora göndərildi. 

Cümə axşamı günü, ayın on beşində [=21 iyul] Ticarədən Çin Teymur 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə