Zəhirəddin Məhəmməd BABUR
54
sirəyə almağa çalışdı. Axırda [oğlu] Bədiüzzaman Mirzənin araya girməsi
ilə barışdılar. Hər iki tərəf əsir düşənləri qarşılıqlı dəyişdirərək (36 a) öz ye-
rinə-yurduna qayıtdı.
Xosrov şahın bu qədər böyüməsinin və başından yekə işlərə girişmə-
sinin səbəbi Sultan Hüseyn Mirzənin iki dəfə gəlib Hisarı ala bilmədən geri
qayıtması idi.
Sultan Hüseyn Mirzə Bəlxə gələndə Mavəraünnəhr vilayətinin asayişi
üçün Bəlxi [oğlu] Bədiüzzaman Mirzəyə, onun vilayəti Əstərabadı isə [digər
oğlu] Müzəffər Hüseyn Mirzəyə verdi. Hər ikisini də Bəlx və Əstərabad
üçün bir məclisdə yükündürdü
1
və bu üzdən Bədiüzzaman Mirzə incidi. Ne-
çə illərdən bəri davam edən düşmənçilik və fitnələrin səbəbi bu idi.
TARXANLARIN ÜSYANI
Həmin ramazan ayında Səmərqənddə tarxanların üsyanı vardı. Səbəbi
də bu idi: Baysunqur Mirzə Hisar bəyləri və sipahiləri ilə o qədər səmimi və
bərabər olduğu halda, Səmərqənd bəyləri və sipahiləri ilə belə deyildi. Şeyx
Abdullah Barlas böyük və ixtiyar sahibi bir bəydi, oğulları Baysunqur Mirzə
ilə o dərəcə yaxın və səmimi arxadaş idi ki, bunlan aşiq-məşuqa bənzədirdi-
lər. Tarxan bəyləri ilə bəzi Səmərqənd bəyləri bu üzdən gücəndilər.
Dərviş Məhəmməd Tarxan Buxaradan gəldi və [Sultan Mahmud Mir-
zənin oğlu] Sultan Əli Mirzəni Qarşıdan gətirdib padşah elan edərək Baği-
Nova gəldilər. Orada [Sultan Əlinin böyük qardaşı] Baysunqur Mirzə olurdu.
Ona əsir kimi davranaraq (36 b) adamlarından və xilmətçilərindən ayırıb
ərkə gətirdilər. Orada hər iki Mirzəni eyni yerdə oturtdular. İkindi namazına
doğru Baysunqur Mirzəni Göy saraya çıxarmaq fikrində idilər.
Baysunqur Mirzə abdəst almaq bəhanəsi ilə Bostan-Sarayin şimal tə-
rəfindəki imarətlərdən birinə girdi. Tarxanlar qapıda gözlədilər, o, Məhəm-
mədqulu Koçin və Həsən Şərbətçi Mirzə ilə birlikdə içəri girdi. Qismətdən,
Mirzənin abdəst üçün girdiyi evin arxa tərəfində kərpiclə hörülmüş bir qapı
varmış və həyətdən dışarı çıxırmış. Mirzə dərhal bu qapını yıxdı, ərkin Qat-
fər tərəfində qalanın içindən su kəməri yolu ilə keçdi, qala divarından aşağı
atılaraq Xocakə Xocanın Xoca-Kəfşirdəki evinə gəldi. Abdəstxananın qapı-
sında duranlar bir müddət sonra içəri girib Mirzənin qaçdığını gördülər. Er-
təsi sabah tarxanlar toplanıb Xocakə Xocanın qapısına gəldilər, ancaq Xoca
burada olmadığını söyləyərək Mirzəni təhvil vermədi. Bunlar da zorla ala
bilmədilər. Xocaların mövqeyi o qədər yüksək idi ki, zorla almaq mümkün
deyildi.
1
Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı bir rütbə və
ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir mənası hökmdar önündə sayğı ilə
diz çökməkdir. Bax: Qeydlər və izahlar.
BABURNAMƏ
55
Bir-iki gün keçəndən sonra Xoca Əbülməkarim, Əhməd Hacı bəy, di-
gər bəzi igidlər, sipahilər və bütün şəhər əhalisi hamısı birdən tarxanların
üzərinə hücum çəkdilər. (37 a) Baysunqur Mirzəni Xocanın evindən gətirdi-
lər və Sultan Əli Mirzə ilə tarxanları ərkdə mühasirəyə aldılar. İçəridəkilər
ərki bir gün belə müdafiə edə bilmədilər. Məhəmməd Məzid Tarxan Dörd-
yol qapısından çıxaraq Buxaraya getdi. Sultan Əli Mirzə ilə Dərviş Məhəm-
məd Tarxan yaxalandılar.
Baysunqur Mirzə Əhməd Hacı bəyin evindəydi. Dərviş Məhəmməd
Tarxanı da oraya gətirdilər. Baysunqur Mirzə ona bir-iki sual verdi, ancaq
Dərviş Məhəmməd Tarxan cavab verə bilmədi. Elə iş tutmamışdı ki, cavab
verə bilsin. Edam edilməsini əmr etdi. Dərviş Məhəmməd Tarxan taqətsizli-
yindən dirəyə yapışdı. Ancaq dirəyə yapışmaqla onu buraxardılarmı? Edam
etdilər. [Baysunqur Mirzə] Sultan Əli Mirzənin də Göy saraya çıxarılıb göz-
lərinə mil çəkilməsini əmr etdi.Teymur bəyin tikdirdiyi böyük imarətlərdən
biri Göy saraydır. Səmərqəndin ərkindədir. Bu imarətin qəribə bir özəlliyi
var. Teymur bəyin övladlarından biri üsyan edərək taxta çıxsa, taxta burada
oturur. Taxt qovğası üzündən başını itirsə, yenə burada itirir. Hətta «filan
şahzadəni Göy saraya çıxardılar» ifadəsi onun öldürüldüyü mənasına gəlir.
Sultan Əli Mirzəni Göy saraya çıxarıb gözlərinə mil çəkdilər. Lakin
gözlərinə çəkilən milin Sultan Əli Mirzəyə zərəri toxunmadı. Cərrah bunu
(37 b) bilə-bilə və ya istəməyərək etmişdi. Ancaq Sultan Əli Mirzə bunu
dərhal bəlli etmədi və [Xoca Übeydullahın oğullarından] Xoca Yəhyanın
evinə gəldi. İki-üç gün sonra isə qaçıb Buxaraya tarxanların yanına getdi.
Bu üzdən də Xoca Übeydullahın övladları arasında təəssübkeşlik yarandı.
Böyüyü böyüyünə yol göstərici olarkən kiçiyi də kiçiyinə qol-qanad gərdi.
Bir neçə gün sonra Xoca Yəhya da Buxaraya getdi.
Baysunqur Mirzə Buxaraya qoşun çəkərək Sultan Əli Mirzənin üstünə
yürüş etdi. Buxaraya yaxınlaşanda Sultan Əli Mirzə və tarxan bəyləri onun
qarşısına çıxdılar. Yüngül bir çarpışma oldu. Üstünlük Sultan Əli Mirzə tə-
rəfində qaldı, Baysunqur Mirzə məğlub oldu. Əhməd Hacı bəy və bir neçə
yaxşı igid daha ələ keçirildi, çoxu öldürüldü. Əhməd Hacı bəyi Dərviş Mə-
həmməd Tarxanın qətl edilməsində ittiham edərək şərəfsizcəsinə öldürdülər.
Sultan Əli Mirzə də Baysunqur Mirzənin arxasınca Səmərqəndə yürüdü.
BABURUN SƏMƏRQƏNDĠ MÜHASĠRƏYƏ ALMASI
Bu xəbər bizə şəvval ayında [=1496 iyun-iyul] Əndicanda çatdı. Hə-
min ay biz də Səmərqəndi ələ keçirmək üçün qoşuna hərəkət əmri verdik.
Sultan Hüseyn [Bayqara] Mirzə Hisardan və Qunduzdan çəkilmişdi, Sultan
Məsud Mirzə ilə Xosrov şahın ürəyi yerinə gəlmişdi. Bundan istifadə edən
Sultan (38 a) Məsud Mirzə də Səmərqəndi almaq məqsədilə Şəhrisəbz üzə-